Məhkəmə qərarları › İş №2(006)-6176/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6176/2021

26.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6176/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdehn iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh aldığı 20850.00 manat, əldə çıxmış fayda və dəymiş zərərin əvəzi olaraq 59.150 manatı və 30 manat dövlət rüsumu, ümumilikdə 80030 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh onun anasıdır. 2011-ci ildə “X6 Construction” Məhdud Məsuliyyətli Cəmiyyətindən mənzil alanda anası ona demiş ki, mənzilin müqaviləsini onun adına yazdırmış, çıxarış alanda onun adına rəsmləşdirmişdir. Beləliklə illərlə işləyib yığdığını 20850.00 AZN manat pulu ödəyib “X3” MMC-dən ümumi sahəsi 69.5 kv.metr olan 2 otaqlı mənzili almışdır. Mənzilin alqı-satqı müqaviləsi anasının adına yazılmış, pulu isə tam şəkildə ödəmişdir. Sübut kimi bu barədə şahidlərin iştirakı ilə anası kağıza yazıb, imza atmışdır. Bir müddət keçdikdən sonra cavabdeh razılığa əsasən ona verəcəyi mənzili ona verməkdən imtina etmişdir. Dəfələrlə anasından xahiş etmiş ki, onun pulu ilə alınan mənzilə onun adına çıxarış almışdır. Anası hər dəfə müxtəlif bəhanələr gətirirdi. Sonuncu dəfə danışığından ona məlum oldu ki, anası onu aldadır, yəni mənzili ona deyil, bacısına bağışlamaq istəyir. Halbuki mənzil ona almışdır, dəyərini də tam şəkildə ödəmişdir. O, anasından dəfələrlə mənzilə ödədiyi pulu, əldən çıxmış fayda və dəymiş zərərin əvəzini ona qaytarmağını xahiş etsə elə nəticəsi olmamışdır. Belə ki, həmin pula özünə mənzil almaq istəyir. Dəfələrlə cavabdehdən ya mənzili, ya da aldığı pulun qaytarılmasını tələb etsə də o, bundan müxtəlif bəhanələrlə yayınmışdır. Beləliklə cavabdeh ona nə mənzili verir, nə də ki aldığı pulu qaytarır. Bu da onun hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bu səbəbdən son ümid yeri olan, ədalət mühakiməsini həyata keçirən məhkəmə sisteminə müraciət etməyə məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, İddiaçı onun qızıdır. Mübahisəli mənzili qızı İddiaçı adına rəsmləşdirməyə etiraz etmir. Lakin, pulun tutulması hissədə iddia əsassızdır. Belə ki, qızı İddiaçı mənzilin alınması üçün ona pul verməmiş, mənzili o, öz qazandığı pulu ilə almışdır. Ona görə də ərizəni rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh 13.01.2011-ci il tarixli məktubundan görünür ki, ev aldığı üçün pulu qızı X1 20850.00 manat almışdır. Bu ev Xırdalan şəhəri Sumqayıt şossesi 7 km 67 blok mərtəbə 3 sahəsi 69.5 m2 mənzil 11/84 yerləşən mənzili 13.01.11-ci il tarixli tam ailəsinə görə ələ almışdır. İş materiallarında olan “X6 Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.01.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, “X6 Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri Sumqayıt şossesi 7 km 67 blok mərtəbə 3 sahəsi 69.5 m2 mənzil 11/84 yerləşən mənzili Cavabdeh satmışdır. İş materiallarında olan “X6 Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.01.2011-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Xırdalan şəhəri Sumqayıt şossesi 7 km 67 blok mərtəbə 3 sahəsi 69.5 m2 mənzilin ümumi dəyəri tam ödənilmiş, heç bir borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X4 yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, İslam Səfərli küçəsi, dalan 01, ev 03 mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflərin arasında göstərilən məzmunda şifahi və ya yazılı formalı borc müqaviləsinin bağlandığını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Məhkəmə hesab edir ki, iş materiallarına əsasən tərəflər arasında hüquq münasibətlərinin olması sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflərin arasında göstərilən məzmunda şifahi və ya yazılı formalı girov müqaviləsinin bağlandığını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq tərəflərin arasında girov münasibətinin mövcud olduğunu müəyyən edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar