Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-626/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən sağlamlığına vurulmuş zərərə görə kompensasiya kimi 1.500.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2009-cu il tarixdən xx xxxxx 2018-ci il tarixədək BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində müxtəlif vəzifələrdə işləmişdir. 2018-ci ildə şirkətdə aparılan ixtisar nəticəsində işdən azad olunmuşdur. Həmin il onun işə bərpa tələbi ilə bağlı məhkəmə mübahisəsi zamanı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3240/2018 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş və şikayətlər təmin edilməmişdir. Sözügedən qətnamə hazırda qanuni qüvvəyə minmişdir. Daha sonra ona məlum olmuşdur ki, onun psixi xəstəliyinin (nevroz, «F42 Obsessiv – Kompulsiv Pozuntu», Obsessiv kompulsiv və depressiv pozuntu) ağırlaşması, kəskin xarakter alması və böhran durumuna keçməsi müayinə və müalicə işinin vaxtında aparılmaması, habelə daha yüngül işə keçirilməli olduğu halda bu müddətdə ağır və təhlükəli işdə uzun zaman işlədilməsi səbəbindən baş vermişdir. Psixi xəstəliyinin («F42 Obsessiv – Kompulsiv Pozuntu») zaman intervalları üzrə analizi və gedişatının təhlili nəticəsində həkimlər bu qənaətə gəlmişdir. Aşkar olmuşdur ki, onun sağlamlığının pozulması (xəstəliyinin kəskin şəkil alması) məhz cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində baş vermiş, onun qəsdən və ya ehtiyatsızlıqdan irəli gələn təqsirli hərəkətlərinin labüd nəticəsi olmuşdur. Belə ki, cavabdeh onda psixi pozuntu hallarının mövcud olduğu barədə 2015-ci ildə məlumatlı olduğu halda, bundan irəli gələn addımları atmamış, onu bu vəziyyətdə ağır və təhlükəli işdə işlətməyə davam etmişdir. Daha sonra icbari müayinələr, eləcə də psixiatriya müayinələri zamanı ona konkret psixi pozuntu (xəstəlik) diaqnozu (nevroz əlamətləri və daha sonra da «F42 Obsessiv – Kompulsiv Pozuntu» diaqnozu qoyulmuşdur, Obsessiv kompulsiv və depressiv pozuntu da adlandırır) qoyulduqdan sonra da onu eyni işdə işlətməyə davam etmiş, sadəcə dənizə getməsinə qadağa qoyulmuş, bundan başqa tamamilə eyni olan ağır və təhlükəli işdə işlətməyə davam etmişdir. Daha sonra isə onu ixtisar səbəbilə işdən azad etmişdir. Halbuki, əslində qanunla cavabdeh onu illər öncə xəstəliyinə görə işdən kənarlaşdırmalı idi və yaxud da daha yüngül işə keçirməli idi, bununla yanaşı müalicə almalı idi, o cümlədən davamlı psixiatriya yardımı almalı idi. Cavabdeh bu vəzifələrini yerinə yetirməməklə onun sağlamlığının pozulmasına, onun iş və fəaliyyət qabiliyyətinin son dərəcə məhdudlaşmasına (hazırda iş qabiliyyətini itirmişdir, həkimlər işləməyə icazə vermirlər) səbəb olmuşdur. Buna görə də, cavabdeh onun sağlamlığına vurulmuş zərər üçün məsuliyyət daşıyır. O, 2018-ci ilin əvvəllərindən səhhəti ilə əlaqədar işdən kənarlaşdırılmalı olduğu barədə cavabdeh işəgötürənə vaxtaşırı müraciət etmişdir. Cavabdeh isə qanunla nəzərdə tutulmuş müvafiq addımlar atmaq əvəzinə onu ixtisar səbəbi ilə işdən kənarlaşdırmışdır. Sağlamlığı pozulmuş vəziyyətdə, «F42 Obsessiv – Kompulsiv Pozuntu» xəstəliyi ilə işdən azad edilməsi onu daha da stresə, iztirab və depresiyaya salmışdır. Bu da xəstəliyinin əlavə olaraq olduqca ağırlaşması ilə müşayiət olunmuşdur. O, xəstəliyi ilə əlaqədar, həmçinin sağlamlığının getdikcə daha da pozulması və pozulmanın həqiqi səbəblərini, onun zaman getdikcə inkişafı hallarını o vaxtlar bilmədiyindən, cavabdehə qarşı sağlamlığının pozulması ilə bağlı iddia qaldırmamışdır. O, cavabdehə qarşı işə bərpa olunması ilə bağlı iddia qaldırmışdır. Halbuki, cavabdehin ucbatından o, iş qabiliyyətini itirmişdir, o, işləməli deyil, müalicə almalıdır. Cavabdeh onu 2018-ci ildə deyil, bir neçə il əvvəl işdən kənarlaşdırmalı idi, yaxud da yüngül işə keçirməli idi. Buna görə də, o, cavabdehə qarşı işə bərpa tələbi yox, sağlamlığının pozulması ilə bağlı tələb irəli sürməli idi. Lakin ixtisaslı həkimlərin müayinə və müalicəsi nəticəsində bu hallar daha sonra ona məlum olmuşdur. O, 2018-ci ildən bəri davamlı müalicə və müayinə olunur. Uzun müddət ölkə xaricində, Polşa və Almaniyada müalicə olunmuşdur. Son zamanlar özünü bir az yaxşı hiss etməyə başlamışdır. Halbuki, o, müalicəyə 2016-2017-ci illərdə başlamış olsa idi, indi çox daha yaxşı vəziyyətdə olardı, iş qabiliyyətini itirməzdi, xəstəliyi kəskin xarakter almazdı, stabil olaraq qalardı. Lakin cavabdehin təqsirindən bunlar olmamış, psixi xəstəliyi getdikcə kəskinləşmiş və nəticədə sağlamlığı həddindən artıq pozulmuşdur. Psixiatriya və psixoterapiya üzrə ixtisaslı həkim Hans-Jürgen Fellmann-Meilicke tərəfindən verilən xx.xx.2020-ci il tarixli tibbi arayışda onun xəstəliyi və vəziyyəti barədə ətraflı arayış verilmiş, o cümlədən vurğulanmışdır ki, «Komboribd, depressiv və somatoform ağır pozuntusunun təsiri nəticəsində qeyd olunan psixiatrik xəstəlik çərçivəsində xəstə, zəif, köməksiz vəziyyətdədir və müvafiq tibbi müalicə və dəstək olmadan xəstənin özünə qulluğu, əmək fəaliyyəti ilə məşğul olması və sosial inteqrasiyası mümkün deyildir. Obsessiv kompulsiv və depressiv pozuntu kimi qəbul edilən psixiatrik xəstəlik səbəbindən xəstə özü-özünü təmin etmək, özünü dolandırmaq, gündəlik həyatı üçün öhdəliklərini və vəzifələrini yerinə yetirmək, maliyyə vəsaitlərini nizamlamaq, rəhbərliyə, lokal avtoritar idarələrə, yaxud da məhkəmələr qarşı təmsilçiliyini yerinə yetirmək və sosial emosional inteqrasiyasını təmin etmək iqtidarında deyil. Xəstəyə ilk öncə müntəzəm olaraq Anafranil 150 mg və Amitriptylin 75 mg ilə psixofarmokoloji dəstək müalicəsi təyin edilmiş, bu müalicə bu vaxta kimi qane edici qradual simptomatik yaxşılaşmaya səbəb olmadı və dərmanın qəbulu nəticəsində xəstəliyin inkişafının və surətlənməsinin qarşısının alınmamasına və dayandırılmamasına nail olunmamışdır. Yalnız dərmanlarla xəstəliyin müalicəsi mümkün deyildir, dərmanlar xüsusilə də xəstəni sayrışan fikirlərdən və qeyd olunan pozuntulardan azad etmir, bu vaxta kimi aparılan müalicənin dayandırılması böyük ehtimalla xəstəliyin daha da inkişaf etməsinə və bilavasitə olaraq vital təhlükəyə səbəb ola bilər. Kurativ müalicə kimi psixiatriya, psixoterapiya, psixosomatika və sinir xəstəlikləri üzrə Almaniya cəmiyyətinin obsessiv kompulsiv pozuntu üçün müəyyən etdiyi S3 direktivlərinə və təlimatlarına əsasən 1-ci müalicə metodu kimi psixoterapiya kimi «koqnitik davranış terapiyası»nın və 2-3 il müddətinə ikincili psixodinamik və psixoanalitik psixoterapiyanın yerinə yetirilməsi vacib hesab olunur». Həmin ixtisaslı həkim rəyinin tam mətni ərizəyə əlavə olunub. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)- 3240/2018 saylı qətnaməsində yuxarıda qeyd olunan bir çox hallar, o cümlədən cavabdehin onun xəstəliyi barədə uzun zaman məlumatlı olsa da, heç bir addım atmaması, bilə-bilə onu ağır və təhlükəli işdə uzun müddət işlətməsi, vaxtı vaxtında X20 aparmaması, apardığı icbari müayinələrə psixiatr cəlb etməməsi, ona psixi xəstəlik diaqnozu qoyulduqdan sonra belə onu yenə də ağır və təhlükəli işdə işlətməyə davam etməsi, onu yüngül işə keçirməməsi, onu işdən kənarlaşdırmaması, müalicənin lazımi qaydada aparılması üçün, habelə psixiatriya yardımı, psixoloq yardımı almasına şərait yaratmaması kimi hallar öz təsdiqini tapmışdır. Lakin həmin məhkəmədə iddia tələbi işə bərpa ilə bağlı olduğundan sadəcə həmin tələbə hüquqi qiymət verilmişdir. Ona, «F42 Obsessiv – Kompulsiv Pozuntu» adlı psixi xəstəlik diaqnozu qoyulduqdan (hazırda bu xəstəlik əlillik sayılır) sonra onun işə davam etməsi (müalicəyə göndərilməməsi) sağlamlığın daha da pozulmasına səbəb olmuşdur. O, ixtisar edilərək işdən çıxarılmışdır. İşlədiyi müddətdə onun psixi pozuntu (xəstəlik) xəstəliyinin olduğu müəyyən edilmişdir. Lakin qanuna zidd olaraq o, xəstə ola-ola cavabdeh tərəfindən işlədilmişdir. Halbuki, o, müalicə üçün işdən kənarlaşdırılmalı idi. Sonralar ixtisaslı həkimlərin verdikləri rəylərə görə məhz işlədiyi müddətdə onun xəstə ola-ola ağır və təhlükəli işdə işləyərək müalicədən yayındırılması onun xəstəliyinin kəskin ağırlaşmasına və əvvəlki səviyyəyə geri dönüşün mümkün olmamasına səbəb olmuşdur. Nəticədə, onun xəstəliyi ağır formaya keçmiş və faktiki olaraq iş və fəaliyyət qabiliyyəti xeyli məhdudlaşmaqla onun sağlamlığına bərpa oluna bilməyən böyük zərər vurulmuşdur. Bütün bunlar cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun təqsiri ilə meydana çıxmışdır. O, 2017-ci ilin əvvəllərindən psixi pozuntu vəziyyəti barədə elektron poçt, e-mail vasitəsi ilə cavabdeh işəgötürəni və onun səlahiyyətli şəxslərini davamlı məlumatlandırmışdır. Əslində 2015-ci ildən onda olan nevroz əlamətləri barədə işəgötürənin məlumatı olmuşdur. Belə ki, həmin tarixdən o, sığorta xətti ilə MediClub klinikasında, eləcə də, daha sonra sığorta xətti ilə digər klinikalarda müayinə olunmuş, onda nevroz əlamətləri olduğu təsdiq olunmuşdur və bu məlumatlar da İşəgötürənə (BP Əməyin Sağlamlığı üzrə qrup rəhbərinə) ötürülmüşdür. Qanunla həmin vaxtdan onun psixiatriya yardımı alması üçün işəgötürən lazımi şərait yaratmalı idi və bunu təmin etməli idi. O, həmin vaxtdan psixi vəziyyətinin müayinəsini, psixi pozuntularının diaqnostikasını, müalicəsini və profilaktikasını, psixo-sosial reabilitasiyasını özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım almalı idi. Cavabdeh isə nəinki buna şərait yaratmamış, hətda öz hərəkətləri (hərəkətsizliyi) ilə bunun qarşısını almış, buna imkan verməmişdir. Vaxtında həkim-psixiatr müayinəsi aparılmış olsaydı vaxtında hospitallaşdırma – şəxsin psixiatriya müəssisəsinə (psixonevroloji müəssisəyə) müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi həyata keçirilə bilərdi ki, bu da onun sağlamlığının pozulmasının qarşısını xeyli almış olardı, onun səhhəti, vəziyyəti stabil olardı. Onun üçün zəruri olan psixiatriya yardımının gecikdirilməsi onun həyat və sağlamlığına təhlükə yaratmış, habelə o, Sualtı Əməliyyatlar İdarəsində mütəxəssis, neft boru kəmərlərinin/axın xətlərinin bütövlüyü üzrə mühəndis vəzifəsini daşımaqla mürəkkəb mühəndis hesabatları apardığından iş yeri, ətraf mühit və digər şəxslər üçün də təhlükəli olmuşdur. İşəgötürən BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi aparmalı olduğu X20 vaxtında aparmamış, X30də həkim-psixiatrın iştirakını təmin etməmiş, psixiatr müayinəsi uzun müddət keçirilməmiş, gecikdirilmiş, daha sonra aparılan müayinələr nəticəsində verilən tibbi arayışla onun psixi xəstəliyə düçar olduğu təsdiq olunsa da, işəgötürən bundan irəli gələn vəzifələrini yerinə yetirməmiş, onun psixiatriya yardımı almasına şərait yaratmaq, onu daha yüngül işə keçirmək əvəzinə, onu yenə də ağır və səhhəti üçün təhlükəli işdə işləməsinə yol vermiş, bununla da, onun sağlamlığının pozulmasına, psixi pozuntularının kəskinləşməsinə səbəb olmuşdur. Daha sonra isə ixtisarlar aparılması adı altında ona daha da ağır iş təklifi etmiş (halbuki xəstəliyinə görə ona belə bir iş təklifi qanunla qadağan olunmuşdur) tibbi müayinə nəticəsində yararsız hesab edildiyi işi ona təklif etməkdə israr etmiş, bu təklifdən imtina etdiyindən onu işdən çıxarmışdır. Ondada nevroz əlamətlərinin olması barədə cavabdehə hələ 2015-ci ildən məlumat olsa (2017-ci ilin əvvəllərində isə o, özü şəxsən psixi pozuntulardan əziyyət çəkdiyinə dair məlumatı bilavasitə vermişdir), cavabdeh uzun müddət vaxtında X30 aparılmasından yayınaraq onun sağlamlığı üçün ağır və təhlükəli işdə (eyni zamanda iş yeri və ətrafdakılar üçün də təhlükəli olan işdə) işlətməyə davam etmiş, özü və ətrafdakılar üçün daha da təhlükəli olan dənizdə də işləməyə göndərilmiş, yalnız 2018-ci ilin fevral ayında həkim-psixiatr müayinəsindən keçirmiş, bundan sonra ona dənizdə işləməyə yararsız olmasına dair arayış verilmişdir. Halbuki, bu müayinələr işə qəbul vaxtında, heç olmasa 2015-ci ildən keçirilməli idi. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) sayəsində onun psixi pozuntu halı (xəstəliyi) getdikcə daha da ağırlaşmış, böhran vəziyyətinə keçmişdir. Bununla da psixi pozuntu halında uzun müddət ağır və təhlükəli işdə işləyən onun sağlamlığı pozulmuş, xəstəliyi ağırlaşmış, həyat və sağlamlığı təhlükə altına düşmüşdür. İşəgötürən cavabdeh X20, o cümlədən həkimpsixiatr müayinələrini işə qəbul zamanında aparmalı idi, bu müayinələrin vaxtaşırı (ildə bir dəfədən az olmamaqla) aparılmasını təmin etməli idi, bu müayinələrin nəticələrinə görə onu səhhətinə görə daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borclu idi, yaxud onu işdən kənarlaşdırmalı idi. Lakin cavabdeh hətta gecikdirdiyi tibbi müayinə ilə onun psixi xəstəliyi tam təsdiq olunduqdan sonra belə lazımi addımları atmamış, onu yenə də ağır və təhlükəli işdə işlətməyə davam etmişdir. Məhz cavabdeh qeyd olunan vəzifələrini yerinə yetirmədiyinə görə onun xəstəliyi getdikcə kəskinləşmiş, səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır və təhlükəli əmək şəraitli iş yerində uzun müddət işləməyə davam etdiyindən sağlamlığı həddindən artıq pozulmuşdur. Buna görə də, cavabdeh onun sağlamlığının pozulmasına görə bilavasitə cavabdehlik daşıyır. Cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində ağır və təhlükəli işlərdə işə qəbul zamanı həkim-psixiatr iştirak etmirdi, hazırda da iştirak etmir, psixonevroloji dispanserdə qeydiyyat barədə də arayış tələb olunmur. Halbuki, həmin iş işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş sayılır. Buna görə də, müayinələrdə bütün ixtisas həkimləri iştirak etməli idi, bu müayinələr vaxtaşırı (ən az ildə bir dəfə) aparılmalı idi, müvafiq arayışlar tələb olunmalı idi. Cavabdehin iş yerində həkim-psixiatrın iştirak etmədiyi müayinələr ildə bir dəfə yox, iki ildə bir dəfə aparılmaqdadır. Əgər qaydalara uyğun olaraq həkim-psixiatr işə qəbul olunarkən ilkin müayinədə iştirak etsə idi onun psixi pozuntularının (xəstəliyinin) işə qəbul zamanı mövcud olub-olmadığı tam aşkar olunardı. Daha sonralar keçirilən vaxtaşırı icbari müayinələrdə də həkim-psixiatr iştirak etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısında Neft-qaz sənayesində, o cümlədən dəniz qazmasında işlər qeyd olunmuşdur. Qeyd olunan qərara əsasən, o, işə qəbul olunarkən ondan psixi sağlamlığı barədə tibbi arayış tələb olunmalı idi. Daha sonra isə vaxtında və müəyyən edilmiş qaydada həkim-psixiatrın da daxil olduğu ixtisaslı həkim müayinəsindən keçirilməli idi. Onun səhhətinin pisləşməsi, sağlamlığının pozulması, xəstəliyinin kəskinləşməsi, həyat və sağlamlığının təhlükə altına düşməsi bilavasitə işəgötürənin hərəkətləri (hərəkətsizliyi) ilə bağlıdır, onun təqsiri ucbatından olmuşdur. Onun psixi xəstəliyinin yaranması ilə işəgötürənin təqsirli hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqə tam təsdiq olunmasa da, onun xəstəliyinin ağırlaşması, həddindən artıq kəskinləşməsilə sağlamlığının pozulmuş olması, sağlamlığına zərər vurulmuş olması ilə işəgötürənin təqsirli hərəkətləri (hərəkətsizliyi) arasında birbaşa səbəbli əlaqə olduğu tam təsdiq olunur. Bu hal, təkzibolunmaz faktdır, bunu təsdiq edən materiallar, sənədlər, tibbi arayışlar və sair materiallar mövcuddur, bunun təsdiqi olan bir çox sübutlar elə cavabdeh tərəfindən təqdim edilmişdir. X19 vaxtında aparılmaması, vaxtaşırı müayinələrdə həkimpsixiatrın iştirak etməməsi, psixi pozuntu (xəstəlik) haqqında tibbi arayış verildikdən sonra da iddiaçının səhhətinə mənfi təsir edən amillər olan ağır və təhlükəli işdə işlədilməsi və sair kimi faktlar cavabdehin özü tərəfindən də təsdiq olunmuşdur. Onun düçar olduğu «F42 Obsessiv-Kompulsiv Pozuntu» adlı psixi xəstəlik hazırda əlillik sayılmaqdadır. Onun sağlamlığı pozulmasa idi, o, eyni və yaxud bənzər iş və vəzifədə, bu və ya digər iş yerlərində işləyə biləcəkdi və aylıq orta əmək haqqının miqdarı 2.500 manat – 3.000 manat təşkil edəcəkdi. Onun sağlamlığına vurulmuş zərərə görə o, həkimlərin rəyinə görə artıq işləyə bilməz, həyatı boyu davamlı müayinə və müalicə olunmalıdır, ayrıca davamlı psixiatriya yardımı almalıdır. Azərbaycan Respublikasında və qonşu ölkələrdə ortalama bir insan ömrü 75-80 yaş, pensiya yaşı 65-70 yaş sayılmaqla, belə nəticəyə gəlmək olar ki, o, bundan sonra ən az 20 il işləyə bilərdi. 20 ilə aylıq orta əmək haqqı 2.500-3.000 manat (sabit olduğunu varsaymaqla) olaraq hesabladıqda, ortaya minimum 1.000.000 manat çıxar. Bu minimum rəqəmdir, 20 il müddətində onan ayda 2.500 manat aldığını hesab edir. Onun ailəsi var, uşağı vardır, tibbi sığorta, vergi, sosial müdafiə, tibbi xidmət – müalicə, müayinə, dərmanlar, keyfiyyətli psixiatriya yardımı və sair xərcləri də əlavə etdikdə, bunlar da ən azı 1.000.000 manat xərcdir. Bir uşağın yetkinlik yaşına çatanadək aylıq ehtiyac meyarı 170 manat (hazırda uşaq üçün yaşayış minimumu) olaraq hesabladıqda, bir il müddətində bu məbləğ 2.040 manat edər. Psixiatriya yardımı üçün keyfiyyətli tibbi xidmət 1 saat üçün 50-100 manat təşkil edir. Həftədə bir neçə dəfə tibbi yardım almalı olduğundan, bu da təxminən həftəlik 150 manat olmaqla, aylıq 600 manat edir. Beləliklə, ona sağlamlığın pozulmasına görə ən az, minimum 1.500.000 manat maddi zərər, bilavasitə təsbit edilə bilən maddi zərər vurulmuşdır. Buna görə də, o, bu məbləği cavabdehdən tələb etməkdə tamamilə haqlıdır. Bu məbləğ isə minimum məbləğdir və şübhəsiz ki, ağlabatan məbləğdir. Hazırda onun gəliri yoxdur, o, yaxın qohumlarının köməyi ilə yaşamaqdadır. Onun bütün zəruri ehtiyaclarını, tibbi xidmət və sair ehtiyaclarını yalnız başqalarının yardımı ilə ödəyə bilir. Onun sağlamlığına vaxtında lazımi diqqət yetirilsə idi o, tam sağalsa da hər hansı iş yerində işləyə bilərdi, özünün və ailəsinin bütün maddi ehtiyaclarını təmin edə bilərdi. Lakin cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində o, bütün bunlardan məhrum olmuşdur. O, cavabdehin ucbatından vaxtında müayinə və müalicə olunmamışdır, nəticədə də onun xəstəliyi olduqca kəskinləşmiş və böhran həddinə çatmışdır. Bütün bunlar təkzibedilməz faktlardır, onun və cavabdehin özünün təqdim etdiyi, hazırladığı və tərtib etdiyi sənədlərlə tam təsdiq olunur. Odur ki, cavabdeh ona vurulmuş zərərin əvəzini ödəməlidir. O, cavabdehdən fantastik və ya qeyrireal bir ödəniş istəmir, o, real olaraq uğradığı zərərin minimum hissəsini, hətta minimumdan da az hissəsini tələb edir. Hesab edir ki, cavabdeh bu məbləği minimum olduğu üçün mübahisələndirməməlidir. Mübahisələndirsə belə, hər hansı ekspert və ya mütəxəssis hesablama apararaq qeyd olunan tələb məbləğinin minimumdan belə az olduğu qənaətinə gələcəkdir. Cavabdeh onun sağlamlığına vurduğu zərərin əvəzini tam şəkildə ödəməyə borcludur. İddiaçının nümayəndəsi və vəkili X11 məhkəməyə əlavə yazılı izahat təqdim edərək, qeyd etmişdir ki, xx xxx 2017-ci il tarixdə cavabdeh şirkət BP-də rəhbər əcnəbi meneceri Nil Kitneyi (Neil Kitney) psixi xəstəlikləri haqda elektron məktub yazmaqla məlumatlandırmışdır və cavab məktubu almışdır. Həmin məktublar məhkəməyə təqdim edilib. xx xxx 2017-ci il tarixdən növbəti Dövri X23 tarixinədək (Azərbaycan Respublikasının 46 nömrəli Qərarına əsasən) və o cümlədən BP-nin özünü daxili dövri Tibbi Müayinəsinin tarixinədək (Böyük Britaniyanın Neft-Qaz Təlimatına əsasən), yəni, 57009 nömrəli Tibbi Arayışda qeyd olunan xx xxxxxx 2017-ci il tarixinədək BP-nin Əməyin Sağlamlığı üzrə Şöbəsinin işçiləri, yəni, Şöbə X38 və BP-də Əməyin Sağlamlığı üzrə Baş Həkim Kənan İbrahimli (Podratçı/Kontraktor) psixi xəstəlikləri haqda məlumatlı olmalıydılar və psixi xəstəlyi səbəbi ilə onu həkim-psixiatrın iştirakı ilə Növbədənkənar X24 və o cümlədən BP-nin özünün daxili Tibbi Müayinəsindən (Böyük Britaniyanın Neft-Qaz təlimatına əsasən) keçməyi üçün BP-nin X41 keçirmək üçün məsul Müalicə-Profilaktika Müəssisəsi (MPM) olan X4 göndərişlə göndərməli idilər. Bununla yanaşı onu BP-nin özünün daxili Tibbi Müayinəsindən keçırməli idilər. Onun X10 itirməsi 2017-ci ilin May ayında təyin oluna bilərdi, lakin bu işəgötürən BP-nin təqsiri (hərəkətsizliyi) ucbatından baş verməyib və o, xx xxxxxx 2018-ci il tarixədək X10 itirmiş işçi kimi cavabdeh tərəfindən qeyri-qanuni olaraq işlədilmişdir. Həmin dövrdə həkim Kənan İbrahimli həm BP-nin Əməyin Sağlamlığı üzrə Şöbəsində Əməyin Sağlamlığı üzrə Baş Həkim (Podratçı Kontraktor) vəzifəsində işləmiş, həm də BP-nin işçilərini X41 keçirmək üçün MPM-i olan X2 məsul həkimi vəzifəsində işləmiş və BP-nin Əməyin Sağlamlığı üzrə Klinikasında həm X20 (Azərbaycan Respublikasının 46 Nömrəli Qərarına əsasən), həm də BP-nin özünün daxili dövri Tibbi Müayinələrini (Böyük Britaniyanın Neft-Qaz Təlimatına əsasən) keçirən məsul həkim olmuşdur. BP-nin Əməyin Sağlamlığı üzrə Baş Həkim Kənan İbrahimli və BPnin Əməyin Sağlamlığı üzrə Şöbəsinin X26 haqda deyilən faktlar xx xxxxxx 2017-cı tarixli və 57009 nömrəli Dövri X41 Arayışında, xx xxxxxx 2018-ci il tarixli və 59665 nömrəli Növbədənkənar X27, həkim Kənan İbrahimlinin X28a göndərdiyi elektron məktubda və BP-nin Əməyin Sağlamlığı üzrə Şöbəsinin Təşkilatı Struktur cədvəlində öz təsdiqini tapır. O, BP işçisi olaraq xx xxxxxx 2017-ci il tarixdə Neftçilər Prospekti 153 ünvanda olan BP Xəzər Mərkəzi binasının 3-cü mərtəbəsində yerləşən BP-nin Əməyin Sağlamlığı üzrə Klinikasında həkim Kənan İbrahimli tərəfindən həm Dövri X24, həm də BP-nin özünün daxili Dövri Tibbi Müayinəsindən keçirilmişdir. Tibbi müayinə zamanı psixi xəstəliklərdən əziyyət çəkdiyini və X8 tərəfindən xx xxx 2018-ci il tarixdən başlayaraq müalicə olunduğunu həkim Kənan İbrahimlinin nəzərinə çatdırmışdır və bildirmişdir ki, X28 tərəfindən yalnız dərmanla aparılan müalicə effektsizdir və psixi xəstəliyi olan Obsessiv- Kompulsiv Pozuntunun simptomları yəni, rəqəmlərlə və texniki formulalarla bağlı heç bir məntiqə sığmayan davamlı düşüncələri, ağlını itirmək qorxusu, özünə sui-qəsd etmək kimi fikirlərdən davamlı əziyyət çəkir. O cümlədən, həkim Kənan İbrahimliyə bildirmişdir ki, psixi xəstəlik simptomlarının kəskin və davamlı olmasını dəfələrlə X28a deməsinə baxmayaraq, Murad Sultanov özünün yazdığı tibbi arayışlarda psixi xəstəliyinin simptomlarını həmişə tam olmayaraq və yumşaq yazmışdır və bu səbəbdən yeni psixiatra və effektli müalicəyə ehtiyacı var. Belə ki, X8 onunla danışıqları zamanı bildirmişdir ki, əgər onda olan «Obsessiv-Kompulsiv Pozuntu (F42.0)» Nevroz xəstəliyinin yəni, «nevrotik dəyişikliy»in onda olan bütün simptomlarının hamısını Tibbi Arayışlarda qeyd edərsə BP şirkəti onu işdən çıxara bilər. O isə psixi xəstəliyinin simptomlarının heç birini gizlətmədən işəgötürəni BP şirkətinin məsul nümayəndəsi olan həkim Kənan İbrahimliyə məlumat vermişdir. Cavab olaraq isə həkim Kənan İbrahimli Dövri X23 tərkib hissəsi olaraq psixi xəstəliyi səbəbindən işə yararlı olub-olmadığını təyin etmək üçün onu həkim-psixiatrın müayinəsinə göndərməli olduğu halda göndərmir və xx xxxxxx 2017-ci il tarixdə keçirilən Dövri X41 və eyni vaxtda keçirilən BP-nin özünün daxili dövri Tibbi Müayinəsi (Böyük Britaniyanın Neft-Qaz təlimatına əsasən) nəticəsində onu xx xxx 2018-ci il tarixədək 6 aylıq müddətə işə yararlı hesab edir və 57099 nömrəli Tibbi Arayış yazır. Bundan sonra o, BP rəhbərliyinin və BPnin Əməyin Sağlamlığı üzrə Şöbəsinin işçilərinin onun psixi xəstəliklər səbəbindən X10 itirdiyini gizlətmək istədiklərini hiss edir, lakin səbəbini o zamanlar psixi xəstəliyi səbəbindən anlaya bilmir. Hazırda isə BP-nin belə qanunsuzluğu etmək istəməsinin səbəbi bəlli olur. Belə ki, BP-nin özünün də məhkəmədə təsdiq etdiyi kimi 2017-ci ilin Dekabr ayında BP şirkəti onun işlədiyi şöbəni tam ləğv etməyi və bununla da şöbədə işləyən işçilərin vəzifələrini, o cümlədən onun vəzifəsini ixtisar etməyi planlaşdırırdı. Onun X10 itirməsi xx xxxxxx 2017-ci il tarixdə keçirilmiş Dövri X41 nəticəsində Tibbi Arayışda rəsmən öz əksini tapsaydı, BP şirkəti ən azı 6 ay müddətində, yəni, X10 itirdiyi dövrdə onu işdən çıxara bilməyəcəkdi və psixi xəstəlikdən sağalacağı təqdirdə şirkətdə digər işçilərə ixtisarla əlaqədar başqa şöbələrdə təklif etdiyi işlər kimi ona da ayrı-seçkilik etmədən əmək qabiliyyətli olduğu dövrdə başqa şöbədə iş təklifi etməli olacaqdı. BP-nin onun psixi xəstəliklər ucbatından X10 itirməsini gizlətmək cəhdlərinə baxmayaraq, 2018-ci il Fevral ayı ərzində psixi xəstəlikdən kəskin əziyyət çəkdiyini dəfələrlə BP-dəki rəhbərliyinə, İnsan Resursları məsələləri üzrə məsləhətçi Dilarə Hüseynova və Əməyin Sağlamlığı üzrə Şöbə X18 rəsmi elektron məktublarla məlumat verdikdən sonra xx xxxxxx 2018-ci il tarixdə BPnin Əməyin Sağlamlığı üzrə Klinikasının işçisi (Podratçı/Kontraktor) Lamiyə Qarayeva tərəfindən Növbədənkənar X33 çağırılmış və həmin tarixdə BP-nin Əməyin Sağlamlığı üzrə Baş Həkimi və eyni zamanda X2 həkimi Kənan İbrahimli tərəfindən təşkil olunmuş həkim komissiyası tərəfindən o cümlədən, həkim-psixiatrın iştirakı ilə həm Növbədənkənar X24 və həm də eyni vaxtda BP-nin özünün dövri tibbi müayinəsindən keçirilmiş və xx xxx 2018-ci il tarixədək psixi xəstəlik səbəbindən 3 aylıq müddətə işə yararsız, yəni, X10 itirmiş işçi hesab edilmiş və bu Növbədənkənar X23 və o cümlədən BP-nin özünün daxili Tibbi Müayinəsinin nəticəsi xx xxxxxx 2018-ci il tarixli 59665 nömrəli Tibbi Arayışla təsdiq olunur. Beləliklə, BP şirkəti onu X10 itirdiyi halda, yəni xx xxx 2017-ci il tarixdən x xxxxx 2018-ci il tarixədək qeyri-qanuni olaraq aylarla işlətmişdir və x xxxxx 2018-ci il tarixdə yenə də X10 itirmiş olduğu vaxtda onu qeyri-qanuni olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi ilə qadağan olunduğu halda onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə xitam verərək qeyri-qanuni işdən çıxarmışdır. Cavabdeh şirkətin yuxarıda qeyd olunan (eləcə də iddiada öz əksini tapmış müahizələr, məhkəmədə tədqiq olunan dəlil və sübutlar, məhkəməyə verilən yazılı və şifahi izahatlarla müəyyən edilən) qeyri-qanuni hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun sağlamlığına böyük zərər vurulduğu, eləcə də cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə onun sağlamlığına dəymiş zərər arasında səbəbli-əlaqə tam olaraq öz təsdiqini tapmışdır. İddiaçının nümayəndəsi və vəkili X11 məhkəməyə əlavə yazılı izahat (hüquqi mülahizələr və istinadlar) təqdim edərək, qeyd etmişdir ki, hazırki iş üzrə məhkəmə baxışında, eləcə də məhkəmə baxışının sübutların tədqiqi mərhələsində irəli sürdüyü hüquqi mülahizələr və istinadları, habelə sübutların tədqiqi ilə bağlı mülahizələrini yazılı şəkildə də təqdim edir. Qeyd olunanları məhkəmədə şifahi izahatlarında da bildirmişdir, lakin ayrıca yazılı şəkildə də təqdim etməyi məqsədəuyğun sayır. Məhkəmə baxışında (məhkəmə araşdırmasında) da müəyyən olunmuşdur ki, İddiaçı Nevroz (nevrotik dəyişiklik) psixi xəstəlikləri sayılan «Obsessiv - Kompulsiv Pozuntu (F42.0)» və «Qarışıq Həyəcan və Depressiv pozuntu (F41.2)» xəstəliklərinin cavabdeh şirkətdə işlədiyi müddətdə ağırlaşması və böhran həddinə çatmasına aparıb çıxaran hadisələr (olanlar, baş verənlər) aşağıdakı kimi cərəyan etmişdir. İddiaçı xx xxxxxx 2009-cu il tarixdə cavabdeh şirkət tərəfindən işə qəbul edilmiş, xx xxxxx 2018-ci il tarixədək həmin şirkətdə çalışmışdır. İddiaçı cavabdeh şirkətdə işlədiyi zaman psixi xəstəliyə düçar olmuş və xəstəliyi getdikçə ağır və şiddətli hal almışdır. Qanunvericiliyə görə iddiaçının işlədiyi iş, yəni neft-qaz sənayesi işi ağır və zərərli iş sayıldığından iddiaçını işə qəbul edərkən ilkin X41 zamanı hökmən bütün ixtisas həkimlərinin, o cümlədən həkim-psixiatrın iştirak etməsi təmin edilməli idi. Cavabdeh şirkət qanuna zidd olaraq bunu etməmişdir. Halbuki, məhz ilkin X41 və dövri X30 zamanı «X19 keçirilməsi» barədə 24/2 nömrəli Qərarda qeyd olunan «İşçinin işə buraxılmamasına tibbi əks göstərişlər» siyahısına uyğun olaraq işçidə «nevrotik dəyişikliklər» olubsa, işçinin fərdi şəkildə terapevtin iştirakı ilə ixtisaslaşmış həkim komissiyasında həkim-psixiatrın iştirakı ilə işə yararlığı məsələsi həll olunmalı idi. Müayinənin nəticəsində işçinin işə yararsız olduğu müəyyən edilərsə, o, X10 itirmiş işçi kimi işdən kənarlaşdırılmalı idi. Lakin, cavabdeh işəgötürən qeyd olunan qanunvericiliyin tələblərini ilkin tibbi müayinə zamanı pozduğu kimi, xx xxxxxx 2018-ci il tarixədək (Tibbi Arayışda göstərilmiş tarix) də pozmağa davam etmiş, yalnız xx xxxxxx 2018-ci il tarixdə iddiaçını müvafiq X24 keçirmiş və müayinə nəticəsində iddiaçının psixi xəstəliyi səbəbindən xx xxx 2018-ci il tarixədək işə yararsız olduğu rəsmi olaraq təsdiq edilmişdir. Yəni, 3 ay müddətində işçinin əmək qabiliyyətini müvvəqqəti itirməsi X41 nəticəsində verilmiş tibbi arayışla təsdiq olunmuşdur. Bununla da, iddiaçının X10 itirmiş işçi olduğu öz təsdiqini tapmışıdr. Bunlar cavabdehin özünün keçirdiyi icbari tibbi müavinlərlə öz təsdiqini tapdığı halda cavabdeh şirkət yenə də iddiaçını ağır və zərərli işdə çalışdırmağa davam etmiş, nəticədə iddiaçının xəstəliyi getdikçə ağırlaşaraq şiddətli hala keçmişdir. Bu da iddiaçının sağlamlığına zərər vurulması deməkdir. x xxxxxx 2015-ci il tarixdən x xxxxxx 2017-ci il tarixdək iddiaçı öz təşəbbüsü ilə «MediClub» klinikasında əvvəlcə Nevropatoloqların müayinəsindən keçmiş və həkim- nevropatoloqlar tərəfindən İddiaçı «X1 – 10»-a, daha sonra - XTB-10) uyğun olaraq «F40-48 Nevrotik, Stres və Somatoform Pozuntular» sinfinə daxil olan növbəti Nevrotik xəstəlikləri diaqnozları qoyulmuşdur: xx.xx.2015-ci il tarixli tibbi arayış - Vegetativ sinir sisteminin somatofor disfunksiyası (F45.3) xx.xx.2016-cı il tarixli tibbi arayış - Generalizə olunmuş Həyəcan Pozğunluğu (F41.1) və Aktivlik və diqqətin pozulması (F90.0) xx.xx.2017-ci il tarixli tibbi arayış - Vegetativ sinir sisteminin somatofor disfunksiyası (F45.3) İddiaçı daha sonra nevropatoloqların müalicələrinin effektsizliyi, psixi gərginlikdən kəskin əziyyət çəkməsi, habelə qoyulan diaqnozların tamlığından şübhə duyması səbəblərindən öz təşəbbüsü ilə xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək Respublika Müalicəvi Diaqnostika Mərkəzində X8un müayinəsindən keçmiş və ona «X1-10»-a (daha sonra- XTB-10) uyğun olaraq «F40-48 Nevrotik, Stres və Somatoform Pozuntular» sinfinə daxil olan «Obsessiv- Kompulsiv Pozuntu (F42.0)» diaqnozu (Psixiatriyada Nevrozun bu növü həm də X34 adı ilə tanınır) qoyulmuşdur. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin aşağıdakı Tibbi Arayışları Məhkəməyə təqdim olunmuş və sübut kimi tədqiq edilmişdir: xx.xx.2017-ci il tarixli tibbi arayış - Əsasən sarışan fikirlər və ya düşüncələr (F42.0) və yaxud Obsessiv- Kompulsiv Pozuntu (F42.0) və yaxud X34 xx.xx.2017-ci il tarixli tibbi arayış - Əsasən sarışan fikirlər və ya düşüncələr (F42.0) və yaxud Obsessiv-Kompulsiv Pozuntu (F42.0) və yaxud X34 xx.xx.2017-ci il tarixli tibbi arayış - Əsasən sarışan fikirlər və ya düşüncələr (F42.0) və yaxud Obsessiv-Kompulsiv Pozuntu (F42.0) və yaxud X34 xx.xx.2017-ci il tarixli tibbi arayış - Əsasən sarışan fikirlər və ya düşüncələr (F42.0) və yaxud Obsessiv- Kompulsiv Pozuntu (F42.0) və yaxud X34 xx.xx.2017-ci il tarixli tibbi arayış - Əsasən sarışan fikirlər və ya düşüncələr (F42.0) və yaxud Obsessiv-Kompulsiv Pozuntu (F42.0) və yaxud X34 xx.xx.2018-ci il tarixli tibbi arayış - Əsasən sarışan fikirlər və ya düşüncələr (F42.0) və yaxud Obsessiv-Kompulsiv Pozuntu (F42.0) və yaxud X34. İddiaçı daha sonra təxminən 7 ay ərzində X8 tərəfindən yalnız farmokoloji, yəni, yalnız dərman müalicəsi ilə aparılan psixiatrik müalicənin effektsiz olduğuna əmin olmuşdur. Belə ki, iddiaçı «Obsessiv-Kompulsiv Pozuntu (F42.0)» psixi nevroz xəstəliyindən əziyyət çəkdiyi halda, həmçinin, xəstəliyin simptomlarının kəskin olduğunu dəfələrlə X8a deməsinə baxmayaraq həkim tibbi arayışlarda psixi xəstəliyin simptomlarını yumşaq yazmışdır. Buna görə də, iddiaçı ona etimad etmədiyindən X8un psixiatriya müalicəsindən xx xxxxxx 2018-ci il tarixdən imtina etmişdir. İddiaçı qeyd edir ki, X8 İddiaçı ilə danışıqları zamanı bildirmişdir ki, əgər onda olan «Obsessiv-Kompulsiv Pozuntu (F42.0)» Nevroz xəstəliyinin yəni, «nevrotik dəyişikliy»in iddiaçıda olan simptomlarının hamısını Tibbi Arayışlarda qeyd edərsə BP şirkəti İddiaçı işdən çıxara bilər. İddiaçı işlədiyi cavabdeh şirkətdə özünün nevroz xəstəliyinin simptomlarını gizlətmək fikrində olmadığını bəyan edərək, xx xxxxxx 2018-ci il tarixdə X8un müalicəsindən tam imtina etmiş və eyni tarixdə «X6»-da həkimpsixiatr Əmrah Abdullayevə müraciət etmiş, psixiatriya müayinəsindən keçmiş, nəticədə ona «X1-10»- a (innən belə XTB-10) uyğun olaraq «F40-48 Nevrotik, Stres və Somatoform Pozuntular» sinfinə daxil olan Obsessiv-Kompulsiv Pozuntu (F42.0) nevroz xəstəliyi diaqnozu (Psixiatriyada Nevrozun bu növü həm də X34 adı ilə tanınır) və «Qarışıq Həyacan və Depressiv Pozuntu (F41.2)» diaqnozları qoyulmuşdur. «X6»ın aşağıdakı tibbi arayışı Məhkəməyə təqdim olunmuş və sübut kimi tədqiq olunmuşdur: xx.xx.2018-ci il tarxili tibbi arayış: Əsas: Obsessiv-Kompulsiv Pozuntu (F42.0) və yaxud X34 Əlavə: Qarışıq Həyacan və Depressiv Pozuntu (F41.2) Bundan əlavə İddiaçı xx xxxx 2018-ci il tarixdə Mərkəzi Gömrük Hospitalında həkim-psixiatr İradə Ramazanova tərəfindən müayinə olunmuş və ona «X1-10»-a (daha sonra - XTB-10) uyğun olaraq «F40- 48 Nevrotik, Stres və Somatoform Pozuntular» sinfinə daxil olan Obsessiv-Kompulsiv Pozuntu (F42.0) nevroz xəstəliyi diaqnozu (Psixiatriyada Nevrozun bu növü həm də X34 adı ilə tanınır) qoyulmuşdur. «Mərkəzi Gömrük Hospitalı»nın Tibbi Arayışı Məhkəməyə təqdim edilmiş və sübut kimi tədqiq olunmuşdur. İddiaçı Nevrozun 3 əsas növündən biri olan «Obsessiv-Kompulsiv Pozuntu (F42.0)» (X34) xəstəliyindən və əlavə olaraq da «Qarışıq Həyacan və Depressiv Pozuntu (F41.2)» kimi «nevrotik dəyişiklik» hesab edilən psixi xəstəliklərindən əziyyət çəkdiyi barədə cavadbdeh şirkəti xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il il tarixədək davamlı olaraq rəsmi şirkətdaxili e-mail məktub vasitəsilə bütün X12 təqdim etməklə məlumatlandırmışdır. xx xxxxxx 2018-ci il tarixdə baş tutan sonuncu X41 nəticəsində verilən 59665 nömrəli Tibbi Arayışla da iddiaçının həm xəstəliyi, həm də xx xxx 2018-ci il tarixədək (Tibbi Arayışda göstərilmiş tarix) işə yararsız, yəni X10 itirmiş işçi olması cavabdehin özü tərəfindən təsdiq olunmuşdur. Beləliklə, xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək apardığı dövri X30 zamanı belə İddiaçı «nevrotik dəyişiklik» olan psixi xəstəlikdən əziyyət çəkməsi psixiatrik tibbi arayışlarla rəsmi təsdiq olunsa da, cavabdeh şirkət xx xxxxxx 2018-ci il tarixədək (sonuncu tibbi müayinə keçirilən tarixədək) Dövri X21 həkim-Psixiatr cəld etməmişdir, halbuki hökmən cəlb etməli idi. Beləliklə, cavabdeh şirkət psixi xstəlikdən əziyyət çəkən və X10 itirən işçini işdən kənarlaşdırmalı olduğu halda, onu ağır və zərərli iş sayılan neft-qaz sənayesi işində işlətməyə davam etməklə onun sağlamlığına böyük zərər vurulmasına səbəb olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə cavabdeh şirkət İddiaçı X9 tərəfindən Dövri X35 keçirilməsini təmin etmiş və təqdim olunan Psixiarik Arayışlarda qeyd olunan «nevrotik dəyişiklik» hesab edilən psixi xəstəliklərə əsasən Dövri X33 nəhayət ki, həkim-psixiatrı cəlb etmişdir. İddiaçı xx xxxxxx 2018-ci il tarixdə cavabdeh şirkətin hesabına X9 tərəfindən keçirilən Dövri X41 nəticəsində verilən 59665 nömrəli Tibbi Arayışla xx xxx 2018-ci il tarixədək (Tibbi Arayışda göstərilmiş tarix) X10 itirmiş işçi hesab olunduğu halda, cavabdeh şirkət Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsalanmaqla x xxxxx 2018-ci il tarixdə onunla bağlanmış X29 vermişdir. Halbuki, bu Əmək Məcəlləsinin 9-cu maddəsi ilə qadağan olunmuşdur. Beləliklə, iddiaçı xəstəliyi səbəbilə X10 itirən işçi kimi psixi müalicəyə göndərilməli olduğu halda, onun illər boyu ağır, stresli və zərərli Neft-Qaz Sənayesi işində işlətməyə davam etmiş və bunun nəticəsində iddiaçıda olan «nevrotik dəyişikliklər», yəni nevrozun 3 əsas növündən biri olan «Obsessiv-Kompulsiv Pozuntu F42.0» nevroz xəstəliyi (X34) və «Qarışıq Həyəcan və Depressiv Pozuntu (F41.2)» xəstəliyi daha da şiddətlənərək kəskinləşmiş, nəticədə iddiaçının sağlamlığı pozulmuşdur. Qeyd olunamılıdır ki, cavabdeh işəgötürən şirkətlə iddiaçı işçi arasında bağlanmış əmək müqaviləsinin 6.3-cü maddəsinə əsasən (2042 nömrəli standart əmək müqaviləsi) səhhəti ilə əlaqədar olaraq işçinin vəzifəsi üzrə çalışması onun sağlamlığı üçün təhlükəli olduğu halda İşəgötürən birtətəfli qaydada X29 verə bilər. Lakin, işəgötürən birtipli standart əmək müqavilələrinə bu müddəanı qoyduğu halda ona əməl etməmiş, işçi iddiaçının vəzifəsi üzrə çalışması onun sağlamlığı üçün təhlükəli olduğu halda onu ixtisarlar aparılana kimi çalışdırmağa davam etmişdir. İşəgötürənin tərtib etdiyi əmək müqaviləsi Əmək Məcəlləsinə görə tərtib olunmalı əmək müqavilələrinə (əmək müqaviləsində hökmən göstərilməli müddəalar) bir çox baxımdan zidd olsa da, işəgötürənin öz tərtib etdiyi əmək müqaviləsindəki müddəalara əməl etməyərək işçinin sağlamlığına zərər vurması onun təqsirli olduğunu sübuta yetirən hallardan biridir. Belə ki, işəgötürən cavabdeh, ixtisarların aparılmasına hələ aylar qalmış iddiaçının xəstəliyi səbəbilə onu əmək müqaviləsinin 6.3cü maddəsinə əsasən səhhəti ilə əlaqədar olaraq işçinin vəzifəsi üzrə çalışması onun sağlamlığı üçün təhlükəli olması səbəbilə işdən azad edə bilərdi. Yaxud X10 itirmiş işçi kimi işdən kənarlaşdıra bilərdi. Bunların heç birini etməyərək (hərəkətsizlik edərək) x xxxxx 2018-ci il tarixədək, yəni işçinin ixtisar səbəbi ilə əmək müqaviləsinə qeyri-qanuni xitam verilməsinə aylar qalmış, yəni konkret olaraq 2018-cilin Yanvar-Fevral aylarında cavabdeh BP şirkəti hətta işçiyə başqa ağır və zərərli Dəniz işində işləməyi təklif etmişdir. Bunu cavabdeh özü də etiraf etmiş, təsdiq etmişdir. Bu daha ağır və zərərli Dəniz işi təklifindən imtina edən (rəsmi məktubla iş təklifi etmiş, iddiaçı isə səhhəti ilə əlaqədar həmin işdən imtina etmişdir) və psixi sağlamlığının pozulmasına görə dərhal X41 keçirilməsini cavabdeh BP şirkətindən tələb edən işçini cavabdeh BP şirkəti qərəzli və qeyri-qanuni şəkildə x xxxxx 2018-ci il tarixdə işdən çıxarmışdır. Buna görə də, cavabdeh şirkət iddiaçının sağlamlığına zərər vurulmasında təqsirkardır. Bununla da, cavabdehin iddiaçının sağlamlığını heçə sayaraq onun əməyindən sui-istifadə etmək niyyəti tam təsdiq olunur. Bu niyyətlə hərəkət edilməsi iddaçının sağlamlığının pozulmasına aparıb çıxarmışdır. Bütün bunlar cavabdeh işəgötürənin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində bas vermişdir. Beləliklə, cavabdeh şirkət təqsirli və hüquqa zidd hərəkətləri (hərəkətsizliyi) ilə iddiaçının sağlamlığına zərər vurulmasına səbəb olmuşdur. İddiaçı sağlamlığına dəyən zərər ucbatından özünü və ailəsinin dolanışığını təmin etmək imkanından məhrum olmuşdur. Odur ki, cavabdeh şirkət iddiaçıya dəyən maddi və mənəvi zərərləri ödəməlidir. İddiaçı cavabdeh şirkətdə işlədiyi zaman X30 keçirilməsi haqqında qanunda qeyd olunan «işçinin işə buraxılmaması əks-göstərişləri» tələblərinin cavabdeh tərəfindən uzun müddət kobud şəkildə pozulduğunu bilməmiş və cavabdeh şirkət iddiaçının psixi xəstə vəziyyətindən və qeyd olunan «işçinin işə buraxılmaması əksgöstərişləri» tələblərini bilməməsindən sui-istifadə edərək psixi xəstəlik səbəbindən X10 itirmiş işçi hesab olunduğu halda, İddiaçı illər boyu ağır, stresli və zərərli Neft-Qaz Sənayesi işində işlətməyə davam etmişdir. İddiaçı 2018-ci ilin sentyabr ayında müalicə almaq məqsədi ilə Azərbaycan Respublikasını tərk etdikdən sonra, Polşa Respublikasında və Almaniyada inamlı psixiatrik müalicə olunduqdan sonra psixi sağlamlığı 2020-ci ildə nisbətən stabilləşmişdir. Məhz bundan sonra cavabdeh şirkətin qeyd olunan qanunsuz hərəkətləri (hərəkətsizliyi) ilə onun sağlamlığına zərər vurulmasını dərk etmişdir. Bundan sonra vəkillərlə məsləhətləşmiş və onun sağlamlığına vurulan zərər üçün cavabdehin birbaşa məsuliyyət daşıdığını bir daha yəqin etmişdir. Buna görə də, İddiaçı cavabdeh şirkəti onun sağlamlığına vurduğu zərərə görə 2020-ci ildə məhkəməyə vermişdir. Cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirktəinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (İşəgötürən) 6615/LN/VO nömrəli «X29 Verilməsi barədə Əmr»i ilə Dəniz Əməliyyatları Departamenti, Boru kəmərlərinin / axın xətlərinin bütövlüyü üzrə mühəndis vəzifəsində işləyən İddiaçı (işçi) ilə olan əmək müqaviləsinə x xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə istinadən ştatların ixtisari əsası ilə xitam verilmişdir. İddiaçı həmin əmri məhkəmədə mübahisələndirmiş, işə bərpa tələbi irəli sürmüş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3240/2018 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya və kassasiya şikayətləri verilmiş və şikayətlər təmin edilməmişdir. Sözügedən qətnamə hazırda qanuni qüvvəyə minmişdir. Lakin hazırki iş üzrə yeni müəyyən edilən hallara əsasən İddiaçı cavabdeh şirkətdə işləyərkən «nevrotik dəyişiklik» hesab olunan və Nevrozun əsas 3 növündən biri sayılan «Obsessiv-Kompulsiv Pozuntu (F42.0)» və «Qarışıq Həyəcan və Depressiv Pozuntu (F41.2)» xəstəliklərindən əziyyət çəkmiş, cavabdeh şirkət uzun müdddət bu fakta biganə qalmış, lakin nəhayət xx xxxxxx 2018-ci tarixdə X3 iddiaçını həkim-psixiatrın iştirakı ilə növbədənkənar X24 keçirmiş, verilən tibbi arayışa əsasən iddiaçı psixi xəstəliyi səbəbilə xx xxx 2018-ci il tarixədək (Tibbi Arayışda göstərilmiş tarix) işə yararsız sayılmış, yəni, 3 ay müddətinə X10 itirmiş işçi hesab olunmuşdur. Xəstəlik Vərəqələri haqqında qanunvericiliyin tələblərinə görə, 59665 Nömrəli X41 Arayışı İddiaçı 22 Fevral - xx xxx 2018-ci il tarixləri arasında X10 İtirmiş işçi olduğunu təsdiq edir. Həmin arayış X41 nəticəsində verildiyi üçün Xəstəlik Vərəqəsini əvəzləyir. Cavabdeh şirkət isə işçinin X10 İtirmiş işçi olduğunu bilə-bilə qanunvericiliyə zidd olaraq onunla bağlanmış əmək müqaviləsinə x xxxxx 2018- ci il tarixli əmrlə ixtisarlar səbəbilə xitam vermişdir. Halbuki həmin əmrdən aylarla əvvəl X41 ilə iddiaçının X10 itirmiş işçi olduğu təsdiq olunduğundan o, bu səbəblə işdən kənarlaşdırılmalı idi. Əgər iddiaçı vaxtında qeyd olunan şəkildə işdən kənarlaşdırılsa idi, onun sağlamlığının pozulmasının qarşısı alınmış olacaqdı. Əmək Məcəlləsinin 226-cı maddəsinin (X30) 1-ci bəndinə əsasən ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı X17 keçməsi işəgötürənin hesabına təmin edilməlidir. X30 haqqında qanuna görə Neft-Qaz Sənayesi kimi ağır, stresli və zərərli işdə işləyən işçinin işə yararlı və yaxud yararsız olması İşəgötürənin hesabına X41 nəticəsində təyin edilir. İddiaçının xx xxxxxx 2008-ci il tarixdə cavabdeh şirkətin İlkin X41sini keçirmək üzrə məsul «İnternational SOS» klinikası tərəfindən keçirilən İlkin X41 nəticəsində verilən Tibbi Arayışda və xx xxxxxx 2017-ci il və xx xxxxxx 2018-ci il tarixlərində Cavabdeh BP şirkətinin Dövri X16 keçirmək üzrə məsul «X9» tərəfindən keçirilən Dövri X30 nəticəsində verilən 57099 və 59665 nömrəli Tibbi Arayışlarda iddaçı –işçinin «işə yararlı», «işə məhdudiyyətlərlə yararlı», yaxud «işə yararsız» olması işçinin «Dəniz və yaxud Məsafədə İşə yararlı», «Dəniz və yaxud Məsafədə İşə məhdudiyyətlərlə yararlı» və yaxud «Dəniz və yaxud Məsafədə işə yararsız» olması ilə müəyyən edilmişdir. Belə ki, iddiaçı işçinin ən azı xx xxxxxx 2017-ci il tarixdən x xxxxx 2018-ci il tarixədək qüvvədə olan Əmək Müqaviləsinə və Əmək Müqaviləsində qeyd olunan Əmək Funksiyalarına, o cümlədən, işçinin X29 verilmə Əmrinə əsasən İddiaçı cavabdeh BP şirkətinin Dəniz Neft-Qaz Əməliyyatları İdarəsində X39 üzrə Mühəndis vəzifəsində işləmişdir və işçinin əmək funksiyaları X31 işlənməsinə, həm ofisdə işləməklə mühəndisi dəstək verməkdən (mühəndisi hesabatlar), həm də mühəndis kimi lazım olduğu vaxtlarda Dənizə (Dəniz Platformaları, Dəniz) ezamiyyətlərdən ibarət olmuşdur. Məhz bu səbəblərdən X41 zamanı iddaçı işçinin işə (həm Dənizdə, həm də ofisdən X36 Mühəndisi dəstək işi) yararlılığı onun həm fiziki sağlamlığı, həm də psixoloji (psixi) sağlamlıq vəziyyəti ilə müəyyən olunur: 1) Əgər X41 zamanı Neft-Qaz X39 üzrə Mühəndis vəzifəsində işləyən işçi Dənizə və yaxud X37 Kəmərlərinə aid işlərə mühəndis olaraq dəstək vermək üçün ezamiyyətlərə getməkdən ötrü fiziki cəhətdən sağlam olmuşdursa və eyni zamanda əsas əmək funksiyası olaraq mühəndis hesabatlarını məkanından asılı olmayaraq (Dəniz və yaxud Ofisdə və yaxud Məsafədə) aparmaqdan ötrü psixi cəhətdən sağlam olmuşdursa, o zaman işçi Dəniz və yaxud Məsafədə işə yararlı olmuşdur. Yəni, işçi işə yararlı olmuşdur. 2) Əgər X41 zamanı Neft-Qaz X39 üzrə Mühəndis vəzifəsində işləyən işçi Dənizə və yaxud Məsafədə X39nə aid işlərə mühəndis olaraq dəstək vermək üçün ezamiyyətlərə getməkdən ötrü fiziki cəhətdən sağlam olmamışdırsa, amma əsas əmək funksiyası olaraq mühəndis hesabatlarını məkanından asılı olmayaraq (Dəniz və yaxud Ofisdə və yaxud Məsafədə) aparmaqdan ötrü psixi cəhətdən sağlam olmuşdursa, o zaman işçi Dəniz və yaxud Məsafədə işə məhdudiyyətlərlə yararlı olmuşdur. Yəni, işə məhdudiyyətlərlə yararlı olmuşdur. 3) Əgər X41 zamanı Neft-Qaz X39 üzrə Mühəndis vəzifəsində işləyən işçi əsas əmək funksiyası olan mühəndis hesabatlarını məkanından asılı olmayaraq (Dəniz və yaxud Ofisdə və yaxud Məsafədə) aparmaqdan ötrü psixi cəhətdən sağlam olmamışdırsa, o zaman işçinin fiziki sağlamlığının nə olmasından asılı olmayaraq, işçi Dəniz və yaxud Məsafədə işə yararsız olmuşdur. Yəni, işçi işə yararsız olmuşdur. Qanunvericiliyə zidd olaraq işdən çıxarma nəticəsində İddiaçı psixi sağlamlığına vurulmuş zərər də ayrıca bir zərərdir və bu zərərin əvəzi də ayrıca hesablanıb ödənilməlidir. Psixi xəstəliyi ağırlaşmış iddiaçı işdən çıxarılmanın da əlavə narahatçılığı, həyəcan və stresi nəticəsində işə bərpa olunmaq üçün iddia qaldırmış, müxtəlif ərizə və şikayətlərlə müxtəlif orqanlara müraciət etmiş, işdən çıxarılmanın qanuniliyini mübahisələndirmiş, işə bərpa olunmasını tələb etmiş, lakin cavabdeh şirkətin təqsirindən xəstə ola-ola ağır və zərərli işdə uzun müddətdə işlədilməsinin onun sağlamlığına artıq böyük ziyan vurmuş olduğunu həmin vaxt anlaya bilməmişdir. İddiaçı cavabdeh şirkət tərəfindən xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək aşağıdakı X17 keçirilmişdir. X19 nəticələri haqda aşağıdakı Tibbi Arayışlar Məhkəməyə təqdim olunmuş və sübut kimi tədqiq olunmuşdur: xx.xx.2008 xx.xx.2010 (2 illik müddətə etibarlıdır) İlkin X23 nəticəsi: Dəniz işinə YARARLİ. Yəni, İşə YARARLİ. xx.xx.2010 - xx.xx.2012 (2 illik müddətə etibarlıdır) Dövri X23 nəticəsi: İşə YARARLİ xx.xx.2013 - xx.xx.2015 (2 illik müddətə etibarlıdır) Dövri X23 nəticəsi: İşə YARARLİ xx.xx.2015 -xx.xx.2017 (2 illik müddətə etibarlıdır) Dövri X23 nəticəsi: İşə YARARLİ xx.xx.2017 - xx.xx.2018 (6 aylıq müddətə etibarlıdır) Dövri X41 nəticəsi: Dəniz və yaxud Məsfadə işə YARARLİ. Yəni, işə YARARLİ. xx.xx.2018 - xx.xx.2018 (3 aylıq müddətə etibarlıdır) Dövri X41 nəticəsi: Dəniz və yaxud Məsafədə işə YARARSİZ. Yəni, işə YARARSİZ. Məhkəməyə təqdim olunmuş X13 istinadən və x xxxxx 2018-ci tarixədək cavabdeh BP şirkəti tərəfindən keçirilən İlkin və Dövri X41 Arayışlarına əsasən, cavabdeh şirkət (işəgötürən) tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin aşağıdakı tələbləri pozulmuşdur: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının «X19 təkmilləşdirilməsi barədə» 46 N-li QƏRARİNİN aşağıdakı tələbi: İşçilərin X19 keçirilməsi tələb olunan işlərin SİYAHİSİ 4. Neft-qaz sənayesində, o cümlədən dəniz neftçıxarmasında işlər / 1 ildə 1 dəfə / Psixiatr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının «X19 keçirilməsi Qaydası»na dair Təlimatın təsdiq edilməsi barədə 24/2 N-li QƏRARİNİN aşağıdakı tələbi: 2.9. işə qəbul olunarkən ilkin müayinədə siyahılarda nəzərdə tutulan bütün ixtisas həkimləri iştirak edir, dövri müayinələrin keçirilməsi zamanı isə ixtisas həkimlərinin iştirakı tibbi göstərişə əsasən müəyyən edilir. 2.12. İşçinin işə yararlığı müəyyən edilərkən siyahılarda qeyd olunan tibbi əks-göstərişlər rəhbər tutulmalıdır. Dövri müayinələr aparılarkən işçilərin peşə yararlılığı işçinin sağlamlıq vəziyyəti, yaşı, peşəsinin xüsusiyyətləri əmək şəraiti və s. nəzərə alınmaqla, hər bir işçi üçün fərdi qaydada müəyyən olunur. Xəstəliyə şübhə olduğu təqdirdə, xəstəliyin profili üzrə müalicə-profilaktika müəssisələrindən işçinin tibbi sənədləri tələb edilir. Tibbi əksgöstərişlər siyahısında ruhi xəstəliklər, narkomaniya və toksikomaniya olduğu hallarda, MPM tərəfindən yazılı sorğu verməklə, şəxsin daimi qeydiyyatda olduğu əraziyə xidmət edən psixonevroloji, narkoloji dispanserdən (dispanser şöbədən, kabinetdən) onun qeydiyyatda olub-olmadığı barədə arayış alınmalıdır. 3. İşçinin işə buraxılmamasına tibbi əks göstərişlər. 3.1. İlkin və dövri müayinələr aparılan zaman aşağıda göstərilən tibbi əks göstərişlər aşkar olduqda şəxslər işə buraxılmırlar: 3.1.7. əhval - ruhiyyənin qabarıq formalı dəyişiklikləri, nevrotik dəyişikliklər, stress və somatik formalı şəxsiyyət pozuntuları və digər növ dəyişikliklər müşahidə edilərsə, şəxsin fərdi şəkildə terapevtin iştirakı ilə ixtisaslaşmış həkim komissiyasında işə yararlığı məsələsi həll olunur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xəstəlik vərəqələrinin verilməsi qaydalarının təsdiqi haqqında» QƏRARİNİN aşağıdakı tələbləri: Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında TƏLİMAT İ. Əsas Qaydalar 1. Sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. Xəstəlik vərəqələrinin qeydiyyatı, saxlanılması və verilməsinə dair ümumi qaydalar: 30. Xəstəlik vərəqələri müəssisələrin nəzdində olan, yaxud müəssisələrin təhkim olduğu müalicə idarələri, həmçinin işçinin yaşayış yerindəki müalicə idarələri tərəfindən verilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi qaydaları: 36. Əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışlar aşağıdakı hallarda verilir: zərərli və əlverişsiz iş şəraitində çalışan zəhmətkeşlər mövcud qaydada dövri tibbi müayinələri keçdikdə; İddiaçı dövri tibbi müayinədən keçmiş və onun barəsində verilən tibbi arayış əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyrimüəyyən formalı arayış sayılır. Bununla da, o, əmək qabiliyyətinin müvəqqəti itirilmiş işçi sayılır. Yuxarıda qeyd olunanlarla tam müəyyən olunur ki, cavabdeh işəgötürən BP Eksploreyşn (Kaspian Si) Limited Şirktəinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqa zidd və təqsirli hərəkəti (hərəkətsizliyi) ilə İddiaçı psixi xəstəliyinin ağırlaşması (siddətlənməsi, kəskinləşməsi, böhran vəziyyətinə keçməsi) arasında səbəbli əlaqə vardır və buna görə də onun sağlamlığına vurulan zərərə görə cavabdeh birbaşa məsuliyyət daşıyır. Beləliklə, hazırki məhkəmə araşdırması ilə aşkar olunmuş hallarla müəyyən olunur ki, əslində cavabdehin iddiaçının sağlamlığına vurmuş olduğu ziyanın həcmi, onun ağırlıq dərəcəsi daha böyükdür, təsəvvür ediləndən qat-qat artıqdır. Odur ki, iddiaçının iddia tələbinin həcmini artırması istisna olunmur. Məhkəmə baxışında sübutların tədqiqi mərhələsində aşağıdakı sübutlar tədqiq olunmuşdur: Psixiatrik Tibbi arayışlar; Almaniyada, Berlin şəhərində psixiatriya və psixoterapiya üzrə ixtisaslı həkim Hans-Jürgen Fellmann-Meilicke tərəfindən verilən xx.xx.2020-ci il tarixli tibbi arayış; Azərbaycanın tanınmış psixiatr həkimləri Dr. Murad Sultanov və Dr. Rauf Qəmərlinski tərəfindən qələmə alınan OBSESSİV-KOMPULSİV POZUNTU (X34) adlı elmi məqalə (rəsmi www.mentalhealth.az saytında yayınlanmaqdadır); cavabdeh tərəfindən keçirilmiş İlkin və Dövri X19 nəticələri haqda Tibbi Arayışlar; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3240/2018 nömrəli qətnaməsi; Tərəflərin email yazışmaları; Tərəflərin yazılı və şifahi izahatları, etiraz və mülahizələri; Cavabdeh Şirkətdə İddiaçı barəsində olan əmrlər, əmək müqavilələri, digər şirkətdaxili sənədlər; Bu sübut və dəlillərlə məhkəmədə sübut olunaraq öz təsdiqini tapmış olan FAKTLAR: - İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyində ağır, stresli və təhlükəli Neft-Qaz Sənayesi işinə qəbul zamanı keçirilən ilkin X41də və dövri X30də (xx xxxxxx 2018-ci il tarixinədək) həkim-psixiatr iştirak etməmişdir; Dövri tibbi müayinələr ən az ildə bir dəfə keçirilməli olduğu halda iki ildə bir dəfə keçirilmişdir; xx xxxxxx 2018-ci il tarixdə həkim-psixiatrın iştirakı ilə növbədənkənar X41 keçirilmişdir; İddiaçı cavabdeh şirkətdə işlədiyi vaxtlarda «nevrotik dəyişiklik» hesab olunan «Obsessiv - Kompulsiv Pozuntu (F42.0)» Nevroz xəstəliyi (X34) və «Qarışıq Həyəcan və Depressiv pozuntu (F41.2)» adlandırılan psixi xəstəlikərə düçar olduğu aşkar olmuşdur; İddiaçı psixi xəstəliyi ilə əlaqədar işçi xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2018ci il tarixədək X10 itimiş işçi hesab olnmuşdur və bu hal xx xxxxxx 2018-ci il tarixdə həkimpsixiatrın iştirakı ilə növbədənkənar X41 keçirildikdən sonra verilən tibbi arayışla təsdiq olunmuşdur (həmin arayış əmək qabiliyyətinin müvəqqəti itirilməsinə barədə xəstəlik vərəqəsini əvəz edir); İddiaçı xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək (sonuncu X41 keçirilən vaxtadək) və ondan sonra da Nevroz psixi xəstəliyi ilə əlaqədar işçi olaraq əmək qabiliyyətinin müvəqqəti itirdiyi halda cavabdeh şirkətdə ağır və zərərli iş şəraitində işlədilməsi onun psixi xəstəliyinin kəskinləşməsinə və sağlamlığının ağır pozulmasına səbəb olmuşdur; Cavabdeh işəgötürən xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2018-ci il tarixədək iddiaçının X10 itirmiş işçi olduğunu bilmiş və X10 itirmiş işçilərə tətbiq olunmalı qaydaları (normativ hüquqi aktları) İddiaçı şamil etməməklə onun hüquqlarını pozmuş, eləcə də onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinə zidd olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə (ştatların ixtisarı) əsasən xitam vermişdir. «Obsessiv - Kompulsiv Pozuntu (F42)» xəstəliyində lazımi müalicənin vaxtında aparılmaması, eləcə də müalicənin davamlı və vaxtı-vaxtında aparılmaması xəstəliyin daha da inkişaf etməsinə, böhran vəziyyətinə keçməsinə və bilavasitə olaraq vital təhlükəyə səbəb olur. «Obsessiv-kompulsiv Pozuntu (F42)» və Depressiv pozuntu kimi qəbul edilən psixiatrik xəstəliyi səbəbindən iddiaçı özüözünü təmin etmək, gündəlik həyatı üçün öhdəliklərini və vəzifələrini yerinə yetirmək imkanından məhrum olmuşdur. Yalnız dərmanlarla xəstəliyin müalicəsi mümkün deyildir, dərmanlar xüsusilə də xəstəni sayrışan fikirlərdən və qeyd olunan pozuntulardan azad etmir, kurativ müalicə kimi psixiatriya, psixoterapiya, psixosomatika və sinir xəstəlikləri üzrə obsessiv kompulsiv pozuntu üçün müəyyən edilən psixoterapiya kimi «koqnitik davranış terapiyası»nın və ikincili psixodinamik və psixoanalitik psixoterapiyanın yerinə yetirilməsi vacib hesab olunur. Qeyd olunan müalicə iddiaçının işlədiyi müddətdə İşəgötürənin təqsiri ucbatından aparılmamış, bunun da təbii nəticəsi kimi iddiaçının sağlamlığı həddindən artıq pozulmuşdur. Cavabdehin sağlamlığının pozulması səbəbilə özünün və ailəsinin dolanışığını təmin etmək imkanından məhrum olması. Cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqa zidd və təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində İddiaçı psixi xəstəliyinin ağırlaşması (xəstəliyin şiddətlənməsi, kəskinləşməsi, böhran vəziyyətinə keçməsi) baş vermişdir. Məhkəmənin diqqətinə çatdırır ki, yuxarıda qeyd olunan faktların bəziləri Bakı səhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3240/2018 nömrəli qətnaməsi ilə də müəyyən edilmiş faktlardır. Həmin qətnamə ilə artıq tam sübut olunmuş hal və faktların bəziləri aşağıdakılardır: İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyində ağır, stresli və təhlükəli Neft-Qaz Sənayesi işinə qəbul zamanı ilkin X24 keçərkən və sonralar dövri X17 keçərkən həmin müayinələrdə həkim-psixiatrın iştirak etməməsi; Dövri tibbi müayinələr ən azı ildə bir dəfə keçirilməli olduğu halda iki ildə bir dəfə keçirilməsi; İddiaçı cavabdeh şirkətdə işlədiyi vaxtda «nevrotik dəyişiklik» hesab olunan «Obsessiv - Kompulsiv Pozuntu (F42.0)» Nevroz xəstəliyi (X34) və «Qarışıq Həyəcan və Depressiv pozuntu (F41.2)» adlandırılan psixi xəstəlikərə düçar olmuşdur. İddiaçı x xxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək yəni, sonuncu X41 keçirilən tarixədək Nevroz psixi xəstəliyi ola-ola ağır, stresli və zərərli Neft-Qaz Sənayesi işi şəraitində işlədilməsi; Hazırki işdə təqdim olunan bütün tibbi arayışların, icbari və dövri tibbi müayinə və tibbi arayışların mövcudluğu, tərəflərin imzaladığı əqdlər, sənədləşmə, əmrlər, təlimatlar, eləcə də həmin qətnamədə sadalanan materialların mövcudluğu; Cavabdeh şirkətin işçiyə (iddiaçı) onun psixi xəstəliyini bilə-bilə, 2018-ci ilin Yanvar-Fevral aylarında ona Dənizdə ağır və zərərli iş təklif etməklə daha da ağır işdə işlətməyə cəhd etməsi Tətbiq olunacaq qanunlar, normativ hüquqi aktlar: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıdakı maddələri: Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar: X10 itirən işçilərin; Maddə
86. Əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi: İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. Maddə 98. Gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilər: Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. Maddə
215. Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri: Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; Maddə 222. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi: İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir. Maddə 226. X30: Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı X17 keçməsi işəgötürənin hesabına təmin edilməlidir. Maddə 231. Daha yüngül işə keçirmə: Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Maddə 238. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsinə görə işə götürənlərin məsuliyyəti: İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri: 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. «X19 keçirilməsi» Qaydaları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx xxx 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmişdir (1 nömrəli əlavə) X19 keçirilməsi QAYDASİ
1. Ümumi müddəalar Bu Qayda «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin ikinci abzasına əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra - nazirlik) Kollegiyasının 2012-ci il 13 dekabr tarixli 46 nömrəli «X19 təkmilləşdirilməsi barədə» qərarının (bundan sonra - qərar) 1 nömrəli əlavəsində göstərilən zərərli və təhlükəli istehsalat amilləri (faktorları) olan iş yerlərində və həmin qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan işlərdə çalışan işçilərin icbari ilkin və dövri tibbi müayinələrinin keçirilməsi qaydasını müəyyən edir. İlkin X30 (bundan sonra - ilkin müayinə) işçinin sağlamlıq vəziyyətinin görəcəyi işə uyğunluğunun və işçinin əmək fəaliyyətinin nəticəsi olaraq sonradan yaranan xəstəliklərin təyin edilməsi məqsədilə aparılır. Dövri X30 (bundan sonra - dövri müayinə) ağır, zərərli və təhlükəli istehsalat amillərinin, işçinin sağlamlığına təsiri, bu təsir nəticəsində yaranan xəstəliklərin ilkin əlamətlərinin aşkar edilməsi, işçilərin səhhətinin dinamik müşahidəsi, bədbəxt hadisələr, peşə xəstəlikləri, infeksion və parazitar xəstəliklərin qarşısını almaq məqsədilə aparılır. 2. İlkin və dövri müayinələrin keçirilməsi qaydası. 2.9. İşə qəbul olunarkən ilkin müayinədə siyahılarda nəzərdə tutulan bütün ixtisas həkimləri iştirak edir, dövri müayinələrin keçirilməsi zamanı isə ixtisas həkimlərinin iştirakı tibbi göstərişə əsasən müəyyən edilir. 2.12. İşçinin işə yararlığı müəyyən edilərkən siyahılarda qeyd olunan tibbi əks-göstərişlər rəhbər tutulmalıdır. Dövri müayinələr aparılarkən işçilərin peşə yararlılığı işçinin sağlamlıq vəziyyəti, yaşı, peşəsinin xüsusiyyətləri əmək şəraiti və s. nəzərə alınmaqla, hər bir işçi üçün fərdi qaydada müəyyən olunur. Xəstəliyə şübhə olduğu təqdirdə, xəstəliyin profili üzrə müalicəprofilaktika müəssisələrindən işçinin tibbi sənədləri tələb edilir. Tibbi əks-göstərişlər siyahısında ruhi xəstəliklər, narkomaniya və toksikomaniya olduğu hallarda, MPM tərəfindən yazılı sorğu verməklə, şəxsin daimi qeydiyyatda olduğu əraziyə xidmət edən psixonevroloji, narkoloji dispanserdən (dispanser şöbədən, kabinetdən) onun qeydiyyatda olub-olmadığı barədə arayış alınmalıdır. işçinin işə buraxılmamasına tibbi əks göstərişlər İlkin və dövri müayinələr aparılan zaman aşağıda göstərilən tibbi əks göstərişlər aşkar olduqda şəxslər işə buraxılmırlar: 3.1.7. əhval - ruhiyyənin qabarıq formalı dəyişiklikləri, nevrotik dəyişikliklər, stress və somatik formalı şəxsiyyət pozuntuları və digər növ dəyişikliklər müşahidə edilərsə, şəxsin fərdi şəkildə terapevtin iştirakı ilə ixtisaslaşmış həkim komissiyasında işə yararlığı məsələsi həll olunur; AZƏRBAYCAN RESPUBLİKASİ SƏHİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASİ QƏRAR № 46 X19 təkmilləşdirilməsi barədə QƏRARA ALİR: 2. «İşçilərin X16n keçirilməsi tələb olunan işlərin siyahısı» təsdiq edilsin (əlavə olunur). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx xxxxxx 2012ci il tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmişdir İşçilərin X19 keçirilməsi tələb olunan işlərin SİYAHİSİ: Neft-qaz sənayesində, o cümlədən dəniz neftçıxarmasında işlər/ 1 ildə 1 dəfə / Psixiatr/ 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin SİYAHİSİ Yüksəklikdə və hündürə qalxmaqla yerinə yetirilən işlər, habelə qaldırıcı qurğulara xidmət göstərən işçilər. Dövlət meşə mühafizəsi, meşənin qırılması, daşınması və ilkin emalı ilə əlaqədar işlər. Neft-qaz sənayesində, o cümlədən dəniz qazmasında islər. Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında AZƏRBAYCAN RESPUBLİKASİ NAZİRLƏR KABİNETİNİN QƏRARİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına 2 nömrəli əlavə Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin və xüsusi hallarda xəstəlik vərəqələrini əvəz edən Tibbi Arayışların verilməsi qaydası Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında TƏLİMAT 1. Əsas Qaydalar 1. Sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan basqa qadağan olunur. Vİ. Xəstəlik vərəqələrinin qeydiyyatı, saxlanılması və verilməsinə dair ümumi qaydalar 30. Xəstəlik vərəqələri müəssisələrin nəzdində olan, yaxud müəssisələrin təhkim olduğu müalicə idarələri, həmçinin işçinin yaşayış yerindəki müalicə idarələri tərəfindən verilir. Vİİ. Əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi qaydaları 36. Əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışlar aşağıdakı hallarda verilir: zərərli və əlverişsiz is şəraitində çalısan zəhmətkeşlər mövcud qaydada dövri tibbi müayinələri keçdikdə; Azərbaycan Respublikasının Konstitusiyasının 35, 41, 60, 71-ci maddələri: «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx xxxxxx 2008-ci il tarixli qərarı; «Əməyin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı madddəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1117, 1118, 1119, 1096, 1097 maddələri; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82, 88, 106, 217, 218-ci maddələri. İddiaçının nümayəndəsi və vəkili X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin, həmçinin təqdim olunmuş yazılı izahat və mülahizələrin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı onların şirkətində çalışmış, şirkətdə çalışdığı müddətdə mütəmadi tibbi yoxlamalardan keçmişdir. Psixi durumunda narahatçılıq hiss etdiyini bildirəndən sonra, yenidən müvafiq tibbi yoxlamadan keçirilmiş, səhhətindəki narahatçılığın dənizdə işləməyə imkan verməməsi, lakin quruda işləməyə imkan verməsi müəyyən olunmuş, iddiaçı müvafiq iş şəraiti ilə təmin edilmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(102)-2970/2019 saylı qərarından görünür ki, İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «X29 verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və digər ödənişlərin, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3240/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)- 12205/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3240/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-12205/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3240/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir və həmin qətnamə ilə müəyyən edilmiş faktların yenidən mübahisələndirilməsi və sübut edilməsi yol verilməzdir. İşin faktiki hallarından görünür ki, İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləmişdir. O, işə qəbul edilərkən müvafiq tibbi yoxlamalardan keçmişdir. Psixi durumunda narahatçılıq hiss etdiyini cavabdehə bildirəndən sonra, yenidən müvafiq tibbi yoxlamadan keçirilmiş, səhhətindəki narahatçılığın dənizdə işləməyə imkan verməməsi, lakin quruda işləməyə imkan verməsi müəyyən olunmuş, iddiaçı müvafiq iş şəraiti ilə təmin edilmişdir. Sonradan, o, işdən azad edilmişdir. İşdən azad edilmənin səbəbləri yuxarıda qeyd olunan qətnamədə göstərilmişdir. İddiaçı hazırkı iddia ərizəsini onunla əsaslandırır ki, onun səhhəti nə dənizdə, nə quruda işləməyə imkan verməmiş, buna görə də, cavabdeh onu ya səhhəti ilə bağlı işdən azad etməli, yaxud daha yüngül işə keçirməli idi. Lakin, iddiaçı səhhətinin («Obsessiv - Kompulsiv Pozuntu (F42.0)» və «Qarışıq Həyəcan və Depressiv pozuntu (F41.2)» diaqnozunun) quruda öz vəzifəsində işləməyə maneə yaratmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev