Məhkəmə qərarları › İş №2(006)-635/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-635/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-635/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə , İddiaçı cavabdehlər «X12» (KTM) PHŞ-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı «sağlamlığa vurulmuş maddi ziyanın və mənəvi zərərə görə kompensasiyanın verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X12» (KTM) PHŞ-ya qarşı «sağlamlığa vurulmuş maddi ziyanın və mənəvi zərərə görə kompensasiyanın verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X12» (KTM) PHŞ tərəfindən səhhətinə vurulmuş zərər ilə bağlı ona dəymiş ümumi 1*.*** manat maddi və mənəvi zərərin kompensasiya formasında ödənilməsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 1** manat dövlət rüsumunun cavabdeh «X12» (KTM) PHŞ-dan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 əlavə cavabdeh qismində mülki işə cəlb edilməsini, cavabdehlər «X12» (KTM) PHŞ, Cavabdeh2 və Cavabdeh3 tərəfindən səhhətinə vurulmuş zərər ilə bağlı ona dəymiş ümumi 1*.*** manat maddi və mənəvi zərərin kompensasiya formasında ödənilməsinin cavabdehlərin üzərinə qoyulması və ödənilmiş 1** manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər 1 saylı X12 (Semaşko) və həkimləri Cavabdeh2 və Cavabdeh3 tərəfindən səhhətinə vurulan zərər ilə bağlı ona dəymiş 1**** (on min) manat maddi zərərin kompensasiya formasında ödənilməsinin cavabdehlərin üzərinə qoyulması və əlavə olaraq cavabdehlər 1 saylı X12 (Semaşko) və həkimləri Cavabdeh2 və Cavabdeh3 1**** (on min) manat mənəvi zərərin ödənilməsi və ödədiyi 1** (bir yüz) manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 16.*8.2*24-cü il tarixdə şəhərdə təmir işləri ilə əlaqədar qazılmış çalaya düşmüş və xəsarət almışdır. Gecə saatları olduğu üçün həmin günü deyil, onun səhəri günü 17.*8.2*24-cü il tarixdə 1 saylı kliniki xəstəxananın təcili yardım şöbəsinə müraciət etmişdir. Həmin vaxt qansızma gedirdi və yaradan qan axırdı. Lakin, buna rəğmən qeydiyyata alıb içəri aparmışlar. Müayinə etdikdən 15-5* dəqiqədən sonra ona bildirmişlər ki, heç bir qorxusu yoxdur. Qırıq-çıxıq müəyyən etməyiblər və 1 ədəd kağız parçasına Geparin mazı və buz qoymasını yazmışlar. O da həkimin dediklərini yerinə yetirmiş və 19.*8.2*24-cü il tarixdə isə vəziyyəti pisləşdiyi üçün gecə saatlarına yenidən 1 saylı kliniki xəstəxananın təcili yardım şöbəsinə müraciət etmişdir. Orada olan Əziz doktor onu görən kimi gecə ilə əməliyyat etmiş və ölümdən xilas olmuşdur. Digər ona resept yazan həkim isə orada yox idi. Orada əməliyyat zamanı çoxlu qan itirmişdir. Həmin gün ona 3 dəfə qan köçürülməsi edilmişdir. Ağır vəziyyətdə də xəstəxanadan çıxardıb onu evə gətirmişlər. O gündən bu günə kimi də vəziyyəti ağır olaraq qalır. Bu barədə fotoları da iddia ərizəsinə əlavə edilmişdir. 17 avqust 2*24-cü il tarixdə 1 saylı kliniki xəstəxananın təcili yardım şöbəsində olan zaman onu müayinə edən həkimin adını deməmişlər. Ona təqdim edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X1* Şəxs «X12» X13 tərəfindən verilmiş 25 sentyabr 2*24-cü il tarixli 18-1-2/2-M-633-42-386/2*24 saylı «Vətəndaş müraciəti haqqında» məktubundan görünür ki, 3*.*8.2*24-cü il tarixli, ona göstərilən tibb xidmətinə aid şikayət ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, ona aid X8 Tibbi şurası keçirilmiş və yekun olaraq 17.*8.2*24-cü il tarixdə əmək funksiyalarını-vəzifə öhdəliklərini tam yerinə yetirmədiklərinə görə 24.*9.2*24-cü il tarixdə 18-1-2/3-135*2/2*24 nömrəli əmri ilə adı çəkilən həkimlərə «intizam tənbehi» elan edilmişdir. Həmin gün həkim onu geri qaytarmayıb əməliyyat etsəydi o, bu günlərə gəlib çıxmazdı. Ailədə yeganə qazanc gətirən şəxsdir. Hal-hazırda səhhətində ciddi geriləmə nəticəsində ailəsi də öz valideynlərinin yanına getmiş və onların himayəsində yaşayırlar. İş qüvvəsini itirmişdir və heç bir yerdən əlavə gəlir yeri yoxdur. 1 saylı kliniki xəstəxananın təcili yardım şöbəsinin həkim səhlənkarlığı ucbatından səhhətində geriləmə baş vermiş və sağlamlıq məhdudiyyəti yaranmışdır. Halbuki halhazırda səhhəti ilə əlaqədar iş qüvvəsini itirmişdir. Ona görə də, məcbur qalıb hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olaraq aylıq qazancı 6**-8** manat olmuşdur. Rəsmi iş yeri olmamışdır, fərdi qaydada uşaqları bağçaya aparıb gətirmişdir, mağazalara çatdırılma xidməti ilə məşğul olmuşdur. 17 avqust 2*24-cü il tarixdən 1*-12 dekabr tarixinədək işləməmişdir. Ona həmçinin mənəvi zərər də vurulmuşdur. Çünki, əməliyyatdan əvvəl onun anasına sənəd imzalatdırılmış və sənəd imzalanan zaman onun ayağının amputasiya olub-olmamasının sual altında olacağı deyilmişdir. Əməliyyat keçirmiş və sağlamlığını itirmişdir. Əməliyyat 1 saat 1* dəqiqə keçirilmişdir. Əməliyyat gedən zaman isə onun ayağının amputasiya edilibedilməyəcəyi ona şifahi və ya rəsmi olaraq bildirilməmiş və bu stress və həyacan onda psixoloji pozuntuya gətirib çıxarmışdır. Bundan sonra onun vəziyyəti daha da ağırlaşmış və ailəsinin dolanışığını qarşılaya bilməmişdir. Bu səbəbdən, himayəsində olan 3 yaşlı uşağının maddi və mənəvi tələbatını ödəyə bilməmişdir. Bu səbəbdən də, həyat yoldaşı məcbur olub azyaşlı uşağını da götürüb valideyn himayəsinə getmiş və orada 4 ay yaşamışdır. Övladı və həyat yoldaşı ilə yalnız telefon əlaqəsi yarada bilmişdir. Evdə isə ona anası qulluq etmişdir. Yara isə iltihablı olmuşdur. Ev şəraitində qaldıqda evi yarasına görə pis qoxu bürüyürdü. Bu səbəbdən, 3 yaşlı övladını ona yaxınlaşdıra bilməmişlər. Buna görə çox stress yaşamışdır və anası da yaşlı qadın olaraq ona baxaraq qulluq etməsi ona çox pis təsir etmişdir. Hər gün anasının onun evinə gəlib-getməsi, yeməyini bişirib verməsi, paltarlarını yuması və evin bütün təmizlik işlərini görməsi onu çox dərindən utandırmışdır. Hətta anasının hər gün onun qulluğunda durması və yaralarının sarğısını dəyişdirməsi onu dərindən sarsıdırdı. Bu isə onun psixoloji tərəfdən mənəvi zərər çəkməsinə gətirib çıxartmışdır. Bunun üçün də o, mənəvi təzminat tələb edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatı ilə razı olduğunu qeyd etdi və əlavə olaraq bildirdi ki, onlar xəstəxanaya gəldikdə doktor Cavabdeh2 problemin olmadığını, xəstəni evə aparıb buz qoymaq və geparin tərkibli maz çəkilməli olduğunu bildirmişdir. Xəstəxana rəhbərliyi tərəfindən iclas çağırılmış və iclasda xəstəxananın baş həkimi Könül doktor həmin gün cərrahiyyə əməliyyatı olunmalı olduğunu və bu məsələ ilə bağlı prokurorluğa müraciət etmək ixtiyarında olduqlarını bildirmişdir. Oğlu avtomobil üçün 1.5** manat depozit ödəmişdi. 11 ay və hər ay üçün 75* manat ödəyirdi. Daha sonra bu hadisə baş vermiş və imkan olmadığından ödəniş oluna bilmədiyindən maşını aparmışlar. Oğlunun gündəlik qazancı ilə ailəsini dolandırırdı, aylıq 6**-8** manat edirdi. Oğlu 5 aya yaxın işləyə bilməmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh «X12» (KTM) PHŞ-nın nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, İddiaçı «X12» (KTM) PHŞ-ya qarşı «sağlamlığa ziyan vurmağa görə maddi zərərin əvəzinin ödənilməsi və mənəvi ziyana görə kompensasiya verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində 16.*8.2*24-cü il tarixdə təmir işləri ilə əlaqədar qazılan çalaya düşərək aldığı xəsarət ilə əlaqədar 17.*8.2*24-cü il tarixdə X8 Təcili Təxirəsalınmaz və Tibbi yardım şöbəsinə müraciət etdiyi və lazımi tibbi müayinə almadığından 2*.*8.2*24-cü il tarxdə vəziyyətinin pisləşməsi ilə yenidən X11 müraciət etdiyi, lakin əvvəlki tarixdə vaxtında tibbi müdaxilə edilmədiyi səbəbilə sağlamlığına dəymiş ümumi 1*.*** manat maddi və mənəvi zərərin, 1** manat pulun cavabdehdən onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, vətəndaş İddiaçı travma aldığı üçün (quyuya yıxılma) 17.*8.2*24-cü il tarixdə X8 Təcili Təxirəsalınmaz və Tibbi yardım şöbəsinə müraciət etmişdir. Xəstə xəsarətdən sonra X4 İnstitutundan sağ bud nahiyəsindən travma ilə X11 müraciət etmişdir. Xəstəyə bud sümüyü rentgenoqrafiyası (sağ, iki proyeksiyalı) müayinəsi edilmiş və sağ bud sümüyündə destruktiv dəyişikliklər izlənməmişdir. Həkim travmatoloqun baxışından sonra hər hansı patoloji vəziyyət aşkarlanmamış, xəstəyə sağ budun arxa-bayır səthinin yumşaq toxuma əzilməsi və dərialtı hematoma diaqnozu qoyulmuşdur. Həmin gün hematomanın klinik əlaməti - fluktuasiya cərrahi əməliyyata götürülməsi qədər aşkar olunmadığından xəstəyə konservativ antibiotikterapiya və travma aldığı nahiyəyə buz qoyulması məsləhəti verilmiş, sonrakı gün isə təkrar kontrol müayinəyə gəlməsi şərti ilə evə göndərilmişdir. Lakin, xəstə sonrakı gün müayinəyə gəlməmiş, ağırlaşmış vəziyyətdə 2*.*8.2*24-cü il tarixdə xəstəxanaya müraciət etmişdir. 2*.*8.2*24cü il tarixdə xəstəyə sağ budun cırılmış əzələ və vətərlərin tikilməsi, hematomanın açılması əməliyyatı icra olunmuş və *2.*9.2*24-cü il tarixdə fluktuasiya etməmiş və bu səbəbdən hematomaya müdaxilə olunmamışdır. Xəstənin stasionar müalicəyə göstərişi olmadığından stasionar müşahidədə saxlanılmasına ehtiyac olmamışdır. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Natiq ondan orda yatmağını xahiş edib, amma cavabdeh buna səlahiyyətinin olmadığını bildirib. Cavabdeh şəxsə qərarından narazı olduğu halda arxada 3-cu korpus olduğunu və orda 1*-12 travmatoloq işlədiyini, istəyərsə onlara müraciət edə biləcəyini bildirib və sonda cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, hadisə 2*24-cü ilin avqust ayında baş vermişdir. Xəstəyə yumuşaq toxumanın əzilməsi, dərialtı hematoma diaqnozu qoyulmuş və kontrol müayinə tövsiyə olunmuşdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında olan 2(**6)-635/2*25 saylı iş üzrə İddiaçı ona X12 PHŞ və həkimləri travmatoloq Cavabdeh3 və digər həkim Cavabdeh2, tərəfindən göstərilmiş tibbi yardımın düzgün aparılmadığını və nəticədə zərərə məruz qaldığını iddia edir. İddiaçı iddia tələbini onunla əsaslandırmağa çalışıb ki, o, 16.*8.2*24-cü ildə şəhərdə təmir işləri ilə əlaqədar qazılmış çalaya düşüb və xəsarət alıb. 17.*8.2*24-cü il tarixdə X12 PHŞ-ya müracit edib. Orda onu həkimlər müayinə edib və müalicə (Geparin mazı və buz qoymaq) yazaraq evə göndəriblər. 19.*8.2*24-cü il tarixdə vəziyyəti ağırlaşdığı üçün yenidən həmin xəstəxanaya müraciət edib və onu Əziz adlı doktor əməliyyat edib və ölümdən xilas edib. İddiaçı hesab edir ki, onun 17.*8.2*24-cü il tarixdə deyil, iki gün sonra əməliyyat edilməsi səhhətində geriləmə yaradıb. İddiaçı 24 aprel 2*25-ci il tarixdə iddia tələbinin artırılması nəticəsində yekun olaraq cavabdehlər X12 PHŞ və həkimləri travmatoloq Cavabdeh3 və Cavabdeh2 səhhətə vurulan zərərə görə 1*,*** (on min) manat məbləğində maddi zərərin, 1*,*** (on min) manat məbləğində mənəvi zərərin və 1** (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını tələb edib. Hesab edilir ki, iddia tələbi tamamilə əsasssızdır və rədd edilməlidir. İddiaçı hesab edir ki, o, 17.*8.2*24-cü il tarixdə əməliyyat edilməliydi. İddiaçı qeyd edilən arqumentə istinad etsə də, bunu təsdiq edən hər hansı sübuta istinad etməyib və iş materiallarında iddiaçının 17.*8.2*24-cü il tarixdə əməliyyat edilməli olduğuna dair mütləq göstərişin olduğuna və həmin gün əməliyyat edilməməsinin onu ölüm riski qarşısında qoyması ilə bağlı hər hansı dəlil sübut yoxdur. Belə ki, iddiaçı ixtisasca həkim travmatoloq deyil və ümumiyyətlə həkim deyil. Cavabdeh3 tərəfindən də iş üzrə məhkəmətibbi ekspertizanın təyin edilməsinə dair vəsatət məhkəmə tərəfindən təmin edilməyib. Göründüyü kimi, iddiaçının 17.*8.2*24-cü ildə mütləq əməliyyat edilməli olduğunu təsdiq edən və qeyd edilən tarixdə əməliyyat edilməməsinin onun səhhətinə zərər vurması ilə bağlı hər hansı bir sübut mövcud deyildir və bu hal müvafqi sahədə yalnız xüsusi biliyə malik şəxs/lər tərəfindən qiymətləndirilə bilərdi ki, belə bir qiymətləndirmə də iş materiallarında mövcud deyildir. Məhkəməyə təqdim edilmiş həkim anamnezi və fiziki müayinə formasında həkimin xəstənin vəziyyəti ilə bağlı qeyd etdiyi sənədlərdə hematomanın yumşaq toxumalarda olduğu və fluktasiya olunmadığı və cərrahi əməliyyata qədər xəstəyə konservativ müalicə (buz və antibiotik) tövsiyə edildiyi və tətkrar müayinəyə gəlməsi qeyd edilmişdir. Hematoma olan nahiyyədə fluktasiya müşahidə edilmirsə tibbi qaydalara və göstərişlərə əsasən bu hematomaya tibb işçiləri tərəfindən dərhal və təcili şəkildə müdaxil edilmir. Üstəlik, iddiaçını daha sonra əməliyyat edilməsi zamanı tərtib edilmiş sənədlərə əsasən də müyyən edilir ki, iddiaçıda qanamaya səbəb olan böyük damar zədələnməsi mövcud olmayıb. İddiaçının iddia etdiyi kimi, hansısa qanama müşahidə olunubsa, bu kiçik qanamq, kiçik səthi damar sədələnməsi ola bilərdi ki, buna da dərhal cərrahi əməliyyat edilmə tələb edilmir. Göründüyü kimi, iddiaçıya (xəstəyə) onun vəziyyətinə uyğun müalicə təyin edilib və təkrar müayinəyə gəlməsi tələb edilib. Xəstənin evdə olarkən zədə aldğı sahəyə hazırki iş üzrə cavabdeh olan həkimlərin razılığı alınmadan da hansısa müalicə tədbirləri gördüyü də iş üzrə aydınlaşdırılmamış hallardandır. Xəstələr bəzən özləri də həkimlə məsləhətləşmədən əlavə müalicə tədbirləri tətbiq edirlər ki, bu dao onların sonradan vəziyyətlərini ağırlaşdıra bilir. İddiaçının vəziyyəti bu baxımdan da qiymətləndirilməyib. Üstəlik, xəstənin xəstəxanaya ilkin müraciəti zamanı aparılmış və məhkəmə təqdim edilmiş qeydiyyat jurnalı məlumatlarına xəstə klinakaya təcili tibbi yardım maşını ilə deyil, özünün gəldiyi müyyən edilir. İddiaçı özü də iddia ərizəsində xəsarəti 16.*8.2*24-cü il tarixdə aldığını və kilinikaya növbəti gün müraciət etdiyini bildirib. Bu da xəstənin vəziyyətinin kifayət qənaətbəxş olduğunu göstərir. Beləliklə, tibbi sənədlərə əsasən görünür ki, travma nəticəsində iddiaçının bud nahiyyəsində yumşaq toxumanın əzilməsi baş vermiş və həmin nahiyyədə kiçik və ya orta ölçüdə hematoma yaranmışdır. Belə bir xəstənin dərhal və təxirə salınmadan cərrahi əməliyyat olunaraq hematomanın götürülməli olduğuna dair mütləq tibbi göstəriş mövcud deyildir. Bütün tibii ədəbiyyatlarda hematoya ilkin tibbi yardım kimi, həmin sahəyə buz qoyulması tövsiyə edilir. Bunun təsdiq edən hətta müasir tibb səhifələrindən çıxarış da məhkəməyə təqdim edilib. Əvvəla, həkimlər barəsində intizam tənbeh tədbirinin görülməsi həkimin müalicə zamanı həkim səhvinə yol verdiyini sübut etmir və TƏBİB-in məktubunda həkimlərin vəzifə öhdəliklərini tam yerinə yetirmədiyinə görə intizam tənbehi verildiyi yazılıb. Vəzifə öhdəliklərini tam yerinə yetirməməyin nə demək olduğuna dair iş materiallarında hər hansı sübut yoxdur. İkincisi, Tibbi Şuranın tərkibinə daxil olan həkimlər travmatoloqlar olmayıblar, xəstəni əyani olaraq müayinə etməyiblər. Travmatoloq tərəfindən aparılmış müalicədə əyani olaraq xəstəni müayinə etməyən və travmatoloq olmayan həkimlərin travmatoloq həkimin müalicə zamanı səhvə yol verildiyini necə müəyyən etdikləri də işdə cavabsız suallardandır. Məhz elə bu sualların cavablandırılması üçün də tibbi ekspertizanın keçirilməsi zərurət olsa da, məhkəmə tərəfindən həkim Cavabdeh3 tibbi ekspertizanın keçirilməsinə dair vəsatəti və üstəlik bu vəsatətəin təmin edilməməsi səbəbindən, hakimə verilmiş etirazı da məhkəmə sədri tərəfindən təmin edilməyib. Görünən odur ki, məhkəmə TƏBİB-in 3*.*9.2*24-cü il tarixli məktubunu əsas götürərək, iş materiallarında heç bir sübut olmadığı halda, həkimin müalicə zamanı səhvə yol verdiyi qənaətinə gəlib və bu səbəbdən məhkəmə-tibbi ekspertizası təyin etməyib. İş materillarındakı mövcud tibbi sənədlərin məzmununun başa düşülməsi və eləcə də yuxarıda qeyd etdiyimiz və etmədiyimiz bir çox tibbi sualların yalnız müvafiq sahədə xüsusi biliyi olan şəxs/lər tərəfindən verilmiş rəy nəticəsində travmatoloq həkimin müalicə zamanı həkim səhvinə yol verilib-verilmədiyi qənaətinə gəlmək mümkün ola bilərdi ki, belə bir rəy də iş materiallarında mövcud deyil. İddiaçı iddia tələbində ona 1*,*** manat maddi zərərin vurulmasını iddia etsə də, bu zərəri də təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyib. İddiaçı sübut edə bilməyib ki, ona 1*,*** manat məbləğində maddi zərər məhz iki gün sonra əməliyyat edilməsi nəticəsində dəyib və bu zərər nədən ibarət olub. İddiaçı hər hansı sübuta istinad edərək göstərməyib ki, o, 17.*8.2*24-cü il tarixdə əməliyyat edilsəydi neçə günə, neçə aya göstərib sağala bilərdi. İddiaçı sadəcə ümumi sözlərlə 17.*8.2*24-cü il tarixdə əməliyyat edilmədiyinin ona maddi zərər vurduğunu, gec sağaldığını iddia edib. Ümumiyyətlə, iş materiallarında iddiaçının nə zaman sağaldığı və ya sağalmadığı və bu halların onun 17.*8.2*24-cü il tarixdə deyil, ondan iki gün sonra əməliyyat edilməsi ilə səbəbli əlaqəsini təsdiq edən hər hansı sübut mövcud deyildir. İddiaçı məhz elə ona zərər vurulduğunu iddia etdiyi X12 PHŞ-də heç bir həkimə və ya klinikaya hər hansı ödəniş etmədən müayinə və mülicə edilib və əməliyyat edilib. İddiaçı maddi zərərə məruz qaldığını onunla əsaslandırmağa çalışıb ki, o, dörd ay işləyə bilməyib və bu da ona 1*,*** manat maddi zərər vurub. Əvvala, iddiaçı dörd ay müddətinə əmək qabiliyyətini itirdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyib. İkincisi, iddiaçı 4 aylıq qazancının 1*,*** manat təşkil etdiyini təsdiq edən sübutu da məhkəməyə təqdim etməyib. Həmçinin aydın məsələdir ki, cərrahi əməliyyat edilən şəxsin sağlamlığının bərpa dövrü bir müddət çəkir. İddiaçı 17.*8.2*24-cü il tarixdə əməliyyat edilsəydi də onun bərpa dövrü bir müddət çəkəcəkdi. İddiaçı bu müddətlər arasında fərqin olacağına dair sübutu da məhkəməyə təqdim etməyib. Bundan başqa, iddiaçıya zərər vuran həkimlər deyil, onun çalaya yıxılaraq xəsarət almasına şərait yaradan tikinti aparan şəxslər olub. İddiaçının əmək qabiliyyətinin itirilməsi məhz qeyd etdiyi çalaya yıxılması nəticəsində baş verib. Həkimlər isə ona tibbi yardım göstərərək, xəsarətin aradan qaldırılmasını təmin ediblər. İddiaçı isə xəsarət alması nəticəsində məruz qaldığı itkilərə dair tələbini qeyd etidyimiz kimi, çalanı qazan və vətəndaşların oraya yıxılmasının qarşını almaq üçün tədbirlər görməyə məsul olan şəxslərə, qurumlara, şirkətlərə qarşı qaldırmaq əvəzinə, yıxılma nəticəsində məruz qaldığı hansısa itkini ona tibbi yardım göstərən həkimlərə qarşı yönəldib. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçıya həkim tərəfindən zərər vurulduğu iş üzrə hər hansı sübutla təsdiq edilmir. İddiaçıya belə bir zərərin vurulduğu təsdiq edilmədiyi üçün ona hər hansı mənəvi zərərin də vurulmasından söhbət gedə bilməz. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi, cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin və nümayəndələrin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş tibbi sənədlərdən (müşahidə gündəliyindən, əməliyyat protokolu formasından, anesteziya kartından, həkim anamnezi və fiziki müayinə formasından, «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» PHŞ-nın 3* sentyabr 2*24-cü il tarixli məktubundan, arayışdan) görünür ki, İddiaçı 17.*8.2*24-cü il tarixdə 13:37-də KTMnın TTTY şöbəsinə daxil olmuş (həkim Cavabdeh2), bud sümüyü rentgenoqrafiyası (sağ, iki proyeksiyalı) aparılmış, sağ bud sümüyündə destruktiv dəyişikliklər izlənməmişdir. Həkim-travmatoloqun (travmatoloq-ortoped Cavabdeh3) baxışından sonra hər hansı patoloji vəziyyət aşkarlanmamış, xəstəyə sağ budun arxa-bayır səthinin yumşaq toxuma əzilməsi və dərialtı hematoma diaqnozu qoyulmuşdur. Həmin gün hematomanın klinik əlaməti - fluktuasiya cərrahi əməliyyata götürülməsi aşkar olunmadığından xəstəyə konservativ antibiotikterapiya və travma aldığı nahiyəyə buz qoyulması məsləhəti verilmiş, sonrakı gün isə təkrar kontrol müayinəyə gəlməsi şərti ilə evə göndərilmişdir. «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» PHŞ tərəfindən İddiaçı X9 göstərilmiş tibbi xidmətin qeyri-qənaətbəxş olması barədə müraciətə baxılmış, müraciətdə qeyd edilən məsələ ilə bağlı araşdırılma aparılmış, X9 keçirilmiş Tibbi Şuranın iclasında müzakirə edilmiş və əlaqəli tibb personalının fəaliyyətində nöqsan aşkar edilmişdir. 24.*9.2*24-cü il tarixli əmrlə KTM-nin Travmatologiya şöbəsinin travmatoloq-ortopedi Cavabdeh3 və Təcili və X5 şöbəsinin həkimi Cavabdeh2 barədə vəzifə öhdəliklərini tam yerinə yetirmədiklərinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən intizam tənbehi tədbiri görülmüşdür. “X12”-in *4 iyun 2*21-ci il tarixli “Həkim-travmatoloq-ortopedin” vəzifə təlimatına əsasən, bu vəzifə təlimatı həkim-travmotoloq-ortopedin vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. Həmin təlimatın 25-ci bəndinə əsasən həkim-travmatoloqortoped əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. “X12”-in 17 yanvar 2*24-cü il tarixli “Təcili tibbi yardım həkimi” vəzifə təlimatına əsasən, bu vəzifə təlimatı təcili və X5 üzrə həkim vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. Həmin təlimatın 22-ci bəndinə əsasən təcili tibbi yardım həkimi əmək intizamının, qanunvericilik və normative-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi ,inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəzifə öhdəliklərini tam yerinə yetirmədiklərindən, iddiaçının sağlamlıq durumu pisləşmiş, 2* avqust 2*24-cü il tarixdə cərrahi müdaxiləyə zərurət yaranmış və dərhal cərrahiyyə əməliyyatı icra edilmişdir. Əgər vaxtında həkimlər vəzifə öhləliklərini qüsursuz icra etsəydilər, iddiaçının səhhəti bu dərəcədə pisləşməz, vaxtında tibbi müdaxilə olunardı. «Elektron notariat» X1 çıxarışdan görünür ki, X2 tərəfindən 77 LP 4*9 dövlət qeydiyyat nişanlı «Khazar Peugeot» markalı minik avtomobilinə dair İddiaçı adına Bakı şəhəri 48 saylı Notariat Ofisində 22.*8.2*23-cü il tarixli etibarnamə verilmişdir. Etibarnamə 22.*8.2*26-cı il tarixədək verilmişdir. İddiaçının bildirdiyinə əsasən sağlamlıq durumuna görə yuxarıda qeyd edilən avtomobildən 17 avqust 2*24-cü il tarixdən 1* dekabr 2*24-cü il tarixədək təyinatı üzrə istifadə edə, taksi fəaliyyəti göstərə və qazanc əldə edə bilməmişdir. İddiaçıya bu vəziyyətlə əlaqədar keçirdiyi hiss, həyacan, stress səbəbilə həmçinin mənəvi zərər vurulmuşdur. İddiaçının bildirdiyinə görə, onun müayinə və müalicəyə hər hansı xərci çıxmamışdır, bununla bağlı pul vəsaiti sərf etməmişdir. Ona vurulmuş maddi zərər işləyə bilməməsi ilə əlaqədar, mənəvi ziyan isə həkimlərin ilk müraciət etdiyi vaxt qeyriprofessional davranışları nəticəsində yaranmış durumdan keçirdiyi hiss, həyacan və stresslə əlaqədar yaranmışdır. Eləcə də, işləmədiyindən və götürdüyü avtomobilə dair ödənişləri vaxtı-vaxtında icra edə bilmədiyindən, avtomobil ondan geri alınmışdır. Övladını və həyat yoldaşını düşdüyü vəziyyətlə bağlı görə bilməmiş, yaşlı anası ona qulluq etmək məcburiyyətində qalmış, bu da onu mənəvi cəhətdən çox üzmüşdür. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1*97.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, iddiaçıya işləmədiyi 4 ay civarında həmin müddət ərzində boşdayanma ilə bağlı maddi ziyan vurulmuşdur. İddiaçının əmək fəaliyyəti ilə əldə etdiyi gəlirlər barədə rəsmi məlumat təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, hadisə baş verən dövrdə ölkə üzrə müəyyən edilmiş aylıq minimum əmək haqqı məbləği həddində pul vəsaitinin tutulması ədalətlidir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına («Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında») əsasən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği – 2**6-cı ilin oktyabrından - 3* AZN; 2**7-ci ilin fevralından - 5* AZN; 2**8-ci ilin yanvarından - 6* AZN; 2**8-ci ilin avqustundan - 75 AZN; 2*1*-cu ilin sentyabrından - 85 AZN; 2*11-ci ilin dekabrından - 93,5* AZN; 2*13cü ilin sentyabrından - 1*5 AZN; 2*17-ci ilin yanvarından - 116 AZN; 2*18-ci ilin yanvarından - 13* AZN; 2*19-cu ilin martından - 18* AZN; 2*19-cu ilin sentyabrından - 25* AZN; 2*22-ci il yanvarın 1-dən - 3** AZN; 2*23-cü il yanvarın 1-dən - 345 AZN; 2*25-ci il yanvarın 1-dən - 4** AZN təşkil edir. Göründüyü kimi, 2*23-cü il yanvarın 1-dən 2*25-ci il yanvarın 1-dək bu məbləğ 345 manat təşkil etmişdir. 17 avqust 2*24-cü il tarixdən 1* dekabr 2*24-cü il tarixədək olan dövr üçün ümumi tutulmalı məbləğ 1.38* manat (345 manat x 4 ay) təşkil edir. İddiaçıya mənəvi zərərin vurulması ilə bağlı iddia tələbinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının düşdüyü vəziyyətlə əlaqədar olaraq əzab, əziyyət, iztirab, hiss və həyacan keçirməsi mübahisəsizdir. İstənilən vətəndaş həmin vəziyyətdə olsaydı, eyni diskomfort hisslərlə baş-başa qalacaqdı. Bu hər bir insanın ətrafdakı və yaxud can sağlığı ilə bağlı neqativ dəyişikliklərə göstərdiyi təbii reaksiyadır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.*3.2**9-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2**9) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının sağlamlıq durumu kəskin pisləşmiş, rahat həyat axarı uzun müddət ərzində pozulmuş, ailəsindən və taksi sürücüsü kimi faktiki əmək fəaliyətindən uzaq düşmüş, yaşlı anası ona qulluq etmək məcburiyyətində qalmış, bu da istnilən insanda olduğu kimi onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, diskomfort hisslər keçirmiş, mahiyyət etibarı ilə mənəvi əzab (iztirab) çəkmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulmasına dair hissədə qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə işin hallarına uyğun olaraq vurulmuş mənəvi zərərə görə 1.*** manat tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 1** manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 1.38* manat, mənəvi ziyana görə 1.*** manat və ödənilmiş 1** manat dövlət rüsumu cavabdehlər «X12» (KTM) PHŞ-dan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 1.38* manat, mənəvi ziyana görə 1.*** manat və ödənilmiş 1** manat dövlət rüsumu cavabdehlər «X12» (KTM) PHŞ-dan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar