Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-64/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh, üçüncü şəxslər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndəsi (vəkili) Nümayəndə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “qeyri-yaşayış sahələrinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh qarşı “qeyri-yaşayış sahələrinin boşaldılması” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh yazılı vəsatət təqdim edərək izahatında bildirmişdir ki, o, uzun illərdən bəri Azərbaycan Neft və Sənaye Universitetinin zirzəmilərini universitetin rəhbərliyinin razılığına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilələr bağlayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi bu illər ərzində həmişə dövlətin bütün qanunlarına riayət edərək bütün vergi və digər xərcləri ödəyərək dövlət büdcəsinə külli miqdarda vəsait ödəyərək xeyir vermişdir. Cənab Prezident sərəncam verərək bildirmişdir ki, binaların zirzəmilərində və digər yerlərdə yerləşən istifadəsiz qalmış, təmirə ehtiyacı olan qeyri-yaşayış sahələri iş adamlarına təklif edilsin ki, onlarda həmin yerləri təmir edərək yararlı hala gətirərək fəaliyyət göstərsinlər və dövlət büdcəsinə gəlir gətirsinlər. O, sahibkarlıq fəaliyyətini uzun müddətli icarə müqaviləsi bağlayaraq davam etdirmək üçün Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsilə müraciət etmişdir. 2004-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırki mübahisə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Ona görə də hesab edir ki, hazırki mübahisə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd olunanları nəzərə alaraq, mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 vəsatətin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndəsi (vəkili) Nümayəndə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi X3 vəsatətin təmin edilməsinə etiraz edərək izahatlarında bildirdilər ki, hazırkı iddia tələbi qeyri-yaşayış sahələrinin boşaldılması ilə bağlıdır, yəni iddia tələbinin sahibkarlıq fəaliyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də vəsatət təmin edilməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflərin arasında yaranmış mübahisəyə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə Cavabdeh “24 il sahibkarlıqla məşğul olduqları qeyri-yaşayış sahəsinə icarə müqaviləsi bağlanması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sahibkarlıq fəaliyyətini davam etdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin onunla uzun illər istifadə etdiyi qeyri-yaşayış sahələrindən səmərəli fəaliyyət göstərərək həm dövlət büdcəsinə gəlir gətirmək, həm də onun və digər bir neçə ailənin fəaliyyət göstərərək dolanması üçün qanunauyğun uzunmüddətli icarə müqaviləsi bağlanması üçün müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Cavabdeh ********** VÖEN üzrə fərdi sahibkardır, bununla bağlı olaraq ona Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən fiziki şəxsin sahibkarlıq uçotu haqqında xx.xx.2004-cü il tarixdə şəhadətnamə verilmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “qeyri-yaşayış sahələrinin boşaldılması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26, 263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Vəsatət təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “qeyri-yaşayış sahələrinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-64/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-64/2022
02.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver