Məhkəmə qərarları › İş №2(006)-6434/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6434/2021

25.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6434/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 500 manat maddi ziyan, 1000 manat maddi zərər və 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, 18 may 2021-ci il tarixdə S.Əsgərova küçəsində köhnə qonşu olan Cavabdeh həyat yoldaşı Mina Abdullayevaya "Whatsapp" vasitəsi ilə zəng edərək bildirdi ki, dünyasını dəyişmiş həyat yoldaşının Ramazan Musayevin ilidir qəbir daşını düzəltdirməliyik və bildirdi ki, qızıllarını lombardaddır batmasını istəmir ona görə də ona təcili 500 AZN pul verəsiniz. Həmin pulu may ayının 26-də o, özü qaytaracaqdır. Şəxsən o da həmin danışığa qulaq asdıqdan sonra bildirmişdir ki həyat yoldaşı rəhmətə gedib yəqin ehtiyyacı var köməklik etmək məsləhətdir. Ondan sonra yoldaşı Kamalə ilə "Whatsapp" vasitəsilə səsli əlaqə saxlamış və bildirmiş ki, gəlib götürə bilərsən. Cavabdeh isə bildirdi ki, gəlməyə eytiyyac yoxdur, kartı göndər həmin karta göndərin bankomat vasitəsi ilə: götürərmişdir. Bir neçə dəqiqədən sonra kartı göndərmişdir. Təxminən 5-10 həqiqətən sonra səs göndərərək yoldaşına bildirdi ki, çox sağolun pulu almışdır. Pulu götürdükdən sonra bir daha zəng edərək daha 450 manat pul göndərməyinizi xahiş etdi və yoldaşı bildirdi ki, imkanını yoxdur göndərə bilmərlər. Cavabdeh bildirdi ki, onu tanıyır imkanınız olsa verərsiz yəqin ki imkanınız yoxdur sağolun minnətdardır. Ondan sonra onlar may ayının 26-sına qədər onunla əlaqə saxlamamış, həmin ayın 27-də yoldaşı onunla əlaqə saxlayan zaman bildirmişdir ki, o, nə danışmış, nə də pul istəmiş onun da kartını oğurlayıblar bununla neçə nəfərdir ona zəng edir. Lakin sonradan cürbəcür bahanələr edərək pulu verməkdən boyun qaçırır. Ancaq onu tərəfindən şəxsi araşdırmalarında öyrənmişdir ki, 18.05.2021-ci ildə o, pulu göndərdikdən təxminən 5 dəqiqə sonra şəxsən Cavabdeh Gülüstan residence-dən pulu götürmüşdür. 21.05.2021-ci ildə həmin kartı öz xahişi ilə bağlatdırmışdır. Bundan sonra yoldaşı ona nə qədər müraciət etsə də gah bildirik ki, Fərid ölsün onun əməlləridir gah da deyirdi ki onun xəbəri yoxdur. Həmin məsələ ilə əlaqədar Binəqədi rayon 7-ci Polis bölməsinə ərizə ilə müraciət etsə də polisin çağırışına tabe olmamış və izahat belə verməkdən imtina etmiş telefon da olan səs yazılarını isə pozdurmuşdur. İndi hazırda onların əlində olan telefon da yazdığı mesajlar durur. Cavabdeh vurduğu maddi ziyanla bərabər həm də onlara, mənəvi ziyan vurmuşr, vurulmuş mənəvi ziyan onun və ailə üzvlərinin keçirdiyi gərginlik və sarsıntılarla sübut olunur. Onun onlara vurduğu mənəvi ziyana görə 1000 manat ödənilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb, iddiaçının изащатыны dinləyib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 022400 saylı 03.02.1999-cu il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Binəqədi RPİ-nin təhqiqatçısı Rəşad Bayramovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 09.07.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, vətəndaş İddiaçı oğlunun müraciəti barədə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığıəqdləri, işləri və ya digər xidmətləri konkret nəticəəldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır. Göründüyü kimi, İddiaçı Cavabdeh 500 manat məbləğində pulu borc vermişdir. Cavabdeh pulun qaytarılmasını öz öhdəsinə götürmüş, lakin şərtləşdirilmiş müddətdə pulu qaytarmamışdır. Ona görə də iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab İddia tələbi mənəvi ziyana görə 1000 manat məbləğində pulun ödənilməsi barədə hissədə qismən 300 manat məbləğində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 500 manat məbləğində aldığı borc, 300 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 manat məbləğində aldığı borc, 300 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar