Məhkəmə qərarları › İş №2(006)-645/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-645/2022

19.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-645/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3rşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3rşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 5000 manat, cəmi 8000 manat və dövlət rüsumu üçün ödədiyi 100 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ayağında əyriliyi aradan qaldırmaq üçün internet vasitəsilə tanış olduğu X4 həkimi Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 iddiaçıya bildirmişdir ki, ayağında olan əyriliyi düzəldə bilər. Bunun üçün ayağında xüsusi Kometoloji Prosedurlardan keçirmək lazımdır və həmin prosedurların həyata keçirilməsinin bədənə heç bir əlavə təsiri ola bilməz. İddiaçı onun dediklərinə inanaraq Kosmetoloji prosedurlardan keçməyə razılıq vermişdir. Cavabdeh1, həmin əməliyyatı yerli keyitmə üsulu ilə edəcəyini bildirərək 2000 manat pul istəmişdir. İddiaçı həmin məbləğlə razılaşaraq Cavabdeh1 2000 manat pul vermişdir. Cavabdeh1 öz otağında hər iki ayağının topuq və baldır nahiyəsindən 200 qram dolğu vurmuşdur. Əməliyyatdan sonra iddiaçı 1 həftə ayağı sarıqlı gəzmişdir. Bir həftədən sonra sarğını açmışdır. İlk əvvəl hər şey normal olmuşdur. Əməliyyatdan 8 ay sonra ayaqlarının dolğu vurulan yerlərində qaralmalar baş vermişdir. Bununla bağlı iddiaçı Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 iddiaçıya bildirmişdir ki, bu təbii haldır, öz-özünə keçib gedəcəkdir. Uzun müddət keçməsinə baxmayaraq ayağında olan qaralmalar keçməmiş, əksinə daha da çoxalmışdır. İddiaçı yenidən Cavabdeh1 müraciət edərək bu qaralmaları aradan qaldırmağı xahiş etmişdir. Cavabdeh1 ayağında olan dolğunun təqribən 10 faizini geri çəksə də ayağında olan qaralmalar hələ də qalmaqdadır. Sonradan karanavirusla bağlı MGH bağlandığı üçün bir neçə ay sonra yenidən yanına getmişdir. O, iddiaçı ilə və anası ilə kobud rəftar etmişdir. Əvvəl verdiyi pulu geri qaytaracağını bildirsə də, sonunda pulu qaytarmamışdır. Hal-hazırda ayağında olan ləkələr qalmaqdadır. Cavabdeh1 səhlənkarlığı və təcrübəsizliyi nəticəsində ayağında yaranan ləkələri heç cür aradan qaldırılması mümkün olmamışdır. Bununla bağlı iddiaçı, Bakı şəhəri Yasamal rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 23 iyul 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd edilən qərardan da görünür ki, Cavabdeh1 izahatında bildirmişdir ki, “vətəndaş İddiaçı 2019-cu ilin mart ayında işlədiyi X5 qəbuluna yazılaraq ayaqlarında olan əyriliklərin düzəldilməsi üçün aktiv gel (dolğu) yeridilməsini xahiş etmiş, İddiaçı ayaqlarına baxdığında əyriliyin, toxuma yetərsizliyinin olduğunu müəyyən edərək həmin əyriliyin dolğu ilə fızual olaraq aradan qaldırılacağını bildirmişdir. Xəstə ilə razılaşdıqdan sonra kosmetoloji prosedur olduğu üçün müayinə etmədən X5 dolğu inyeksiyası icra edilmiş, prosedur zamanı 200 qram dolğu istifadə edilmiş, bundan sonra xəstənin ayaqları elastik bandajla bağlanmış və evə yazılmışdır. Bundan bir il sonra İddiaçı zəng edərək dolğu edilmiş hissələrin qaraldığını bildirmiş, 2020-ci ilin noyabr ayında İddiaçı MGH-na müayinəyə gəlmiş və sonuncunun ayaqlarında qara ləkələri görmüşdür. Dopler müayinəsi zamanı sonuncunun ana damarlarında hər hansı problem olmamış, lakin qaralmalardan Sevincin kapilyar damarlarında sıxılmanm olduğunu hiss etmişdir. Bu səbəbdən skalper aləti vasitəsilə kiçik ölçüdə kəsiklər edərək təxminən 50 qram dolğu ayaqlarından çıxarmışdır. Həmin vaxt qaralmış hissələrdə ağarmalar əmələ gəlmişdir, lakin həmin dolğunun hamısını çıxarmaq mümkün olmadığı üçün, həmçinin digər həkimlərin də, məsləhəti ilə qaralmış hissələrə müdaxilə edilməmişdir. Daha sonra İddiaçı və anası bir neçə dəfə xəstəxanaya gələrək ilk öncə onun yerinə popo əməliyyat etdirmək istədiklərini, sonradan ödədikləri pulun geri qaytarılmasını tələb etmişdir. Lakin, bir estetik cərrah kimi dolğu prosedurunda hər hansı yanlışlığa yol vermədiyi üçün, həmçinin sonuncular dəfələrlə onu təhqir etdikləri üçün əməliyyat üçün etdikləri ödənişi onlara geri qaytarmamışdir. Prosedur üçün ödənilmiş 1100 manat pulu adını xatırlamadığı şirkətə, əməliyyatın icrası üçün 800 manatı isə MGH-nın kassasına ödənilmişdir. Habelə, həmin qərarda daha sonra göstərillir ki, “xx.xx-2021-ci il tarixdə Sumqayıt şəhəri TTYX-da aparılmış ultrasəs müayinə zamanı İddiaçı hər iki baldırın yuxarı 1/3 hissəsindən başlayaraq orta və aşağı 1/3-ə qədər uzanan, dərialtı yumşaq toxumalarla məhdudlaşmış və əzələ toxuması ilə əlaqəsi olmayan, daxilində maye, yarımmaye komponentləri olan qeyd olunan boşluqların bəzi nahiyələrdə səthi venalara kompressiyasının olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji dəyişiklərin aşağı ətraf nahiyələrdə aparılmış dolğu prosedurundan sonra yaranması istisna edilmir”. Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 23 iyul 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar yazılı sübut hesab edilir. Qeyd edilən qərarda Cavabdeh1 iddiaçını kosmetik prosedurdan keçirdiyini və cəmi 1900 manat pul aldığını etiraf etmişdir. Cavabdeh1 qərarda iddiaçının ona 1900 manat pul verdiyini etiraf etsə də əslində Cavabdeh1 1900 manat yox, 2000 manat pul vermişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə ona verdiyi 2000 manatı geri qaytarmalıdır. İddiaçı ona müraciət etdikdə ona verdiyi pulu tam şəkildə geri qaytaracağına söz vermiş, lakin sonradan pulu verməkdən imtina etmişdir. İddiaçı hələ də sağalmamışdır. Hal-hazırda hər iki ayağının topuq hissəsində şişkinliklər qalmaqdadır. Ayaqlarında dözülməz ağrılar var. İddiaçı başqa həkimlərə müraciət etmişdir. Həkimlərin iddiaçıya verdiyi məsləhətə görə ayağında olan gel çıxarılmalıdır. Əks təqdirdə ayağının həmin hissəsində qan dövranı pozulduğu üçün qaralmalar qalacaqdır. Ayağının əvvəlki vəziyyətə salınması üçün əlavə olaraq 1000 manat pul lazımdır. Bundan başqa Cavabdeh1 yarıtmaz fəaliyyəti nəticəsində mənəvi sarsıntı keçirməkdədir. Belə ki, Cavabdeh1 təqsiri üzündən iddiaçının ayaqlarında qara ləkələr yaranmışdır. Bu ləkələrin aradan qaldırılması üçün guya ayağından 50 qram gel çəkməsi ilə bağlı qərarda göstərdikləri həqiqi deyil. Belə ki, əslində o, iddiaçının ayağından təqribən 10 qram gel çıxarmışdır. Bütün hallarda ayağında olan ləkələr qalmaqdadır. Bu da iddiaçıya mənəvi sarsmtilar verməkdədir. Cavabdeh1 səriştəsiz hərəkətləri nəticəsində uzun müddətdir ki mənəvi sarsıntılar keçirmişdir. Belə ki, uzun müddətdir ki, ayaqlarını gizlətməkdədir. Bunun üçün ya uzun ətək paltar, ya da şalvar geyinməyə məhkumdur. Mövcud qanunvericiliyin tələblərinə əsasən mənəvi ziyan maddiləşdirilir. Vurulan mənəvi əzabları 5000 manat məbləğində qiymətləndirir. Vurduğu mənəvi əzablara görə cavabdehdən 5000 manat alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehlərdən X11 öz işçisinin səriştəsiz hərəkətlərinə görə məsuliyyət daşıyır. Ona görə də Mərkəzi Gömrük X1 ilə müştərək qaydada məsuliyyət daşıyır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi X10 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 2019-cu ilin mart ayında X4 həkimi Cavabdeh1 tərəfindən edilmiş kosmetoloji prosedur səbəbindən İddiaçı ayaqlarında qaralmaların əmələ gəlməsi faktı ilə əlaqədar aparılmış araşdırma nəticəsində hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sumqayıt şəhər X15 Xəstəxanasının xx.xx.2021-ci il tarixli ultrasəs müayinəsinin təsvirindən görünür ki, müayinə zamanı hər iki baldırın yuxarı 1/3 hissəsindən başlayaraq orta və aşağı 1/3 -ə qədər uzanan, dərialtı yumşaq toxumalarla məhdudlaşmış və əzələ toxuması ilə əlaqəsi olmayan, daxilində maye, yarımmaye komponentləri olan boşluqlar, qeyd olunan boşluqların bəzi nahiyyələrdə səthi venalara kompressiyası qeyd olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X8" X12 xx.xx.2022-ci il tarixli 201/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə aparılmış məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilməmişdir. xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər TTYX-da aparılmış ultrasəs müayinəsi zamanı İddiaçı hər iki baldırın yuxarı 1/3 hissəsindən başlayaraq orta və aşağı 1/3-ə qədər uzanan, dərialtı yumşaq toxumalarla məhdudlaşmış və əzələ toxuması ilə əlaqəsi olmayan, daxilində maye, yarımmaye komponentləri olan boşluqlar, qeyd olunan boşluqların bəzi nahiyələrdə səthi venalara kompressiyasının olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji dəyişikliklər dolğunun aşağı ətraf nahiyələrinə yerdilməsindən sonra orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq allergik reaksiya, aseptik iltihab yarana bilər və bunun da dolğu prosedurunun icrası ilə səbəbli əlaqəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 2019-cu ilin mart ayında X4 həkimi Cavabdeh1 tərəfindən iddiaçının ayaq nahiyyəsində kosmetoloji prosedur edilərək dolğu inyeksiyası icra edilmişdir. Sonradan iddiaçının ayaqlarında qaralmalar meydana gəlmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdehlər tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin, yəni ayaqlarında yaranmış qaralmaların məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə qərardadına əsasən verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X8" X12 xx.xx.2022-ci il tarixli 201/KEŞ saylı ekspert rəyindən müəyyən olunur ki, iddiaçının ayaqlarında yaranmış qaralmaların dolğu prosedurunun icrası ilə səbəbli əlaqəsi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə də təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar