Məhkəmə qərarları › İş №2(006)-6455/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6455/2021

04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6455/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdeh1n nümayəndəsi Nümayəndə1, cavabdeh 3 nömrəli Şəhər Klinik Xəstəxanasının (X8) nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X10, 3 nömrəli Şəhər Klinik Xəstəxanasına (X8) qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X10, 3 nömrəli Şəhər Klinik Xəstəxanasına qarşı (X8) «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-1995-ci illərdə Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə Ağdərə- Laçın istiqamətlərində döyüşmüşdür. «Qarabağ müharibəsi» vətəranıdır. 2003-cü ildən insulin tələbli İİ tip şəkərli diabet xəstəsidir. Təzyiqi 100/200 olur. İİ dərəcəli hipertonik xəstəsidir. 28.12.2013-cü ildə AR ƏƏSMN-nin 1 saylı TSEK-nin 708 saylı qərarı ilə iddiaçıya İİİ qrup əlillik təyin edilmişdir. 27.05.2016-cı ildə AR ƏƏSMN 1 saylı TSEK-da sonuncu müayinədə «Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik polineyropatiya, retinopotiya» diaqnozu ilə əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti 27.05.2021-ci ilədək uzadılmışdı. Qeydiyyatda olduğu ərazi üzrə Bakı şəhəri 19 saylı şəhər poliklinikasında həkim endokrinoloqun nəzarəti altında olmuşdur. Dəfələrlə poliklinikadan müayinə və müalicələr üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəsiəxanasında, F.Əfəndiyev adına 4 saylı şəhər Klinik xəstəxanalarında olmuşdur və müalicələr almışdır. 2016-cı ildə poliklinikanın göndərişi ilə Akademik M.A.Topçubaşov adına X2 «sağ əlin İ barmağında nekrotik xorası şəkərli diabet xəstəliyi İİ tip forma» diaqnozu ilə cərrahiyyə olunmuşdur. 12.04.2021-14.04.2021-ci il tarixlərdə 19 saylı şəhər poliklinikasında növbəti dəfə həkimlərin müayinələrindən keçərkən endokrinoloq tərəfindən «aşağı ətrafların dopler müayinəsi»ndən keçmək üçün göndərişi ilə 13.04.2021-ci il tarixdə «Qələbə» Tibb Mərkəzində «Aşağı ətraf veneların dorrloqrafiyası» müayinəsindən keçmişdir. Müayinələrin ümumi nəticəsinə və xəstəliyinin ağırlaşdığını nəzərə alaraq 15.04.2021-ci il tarixdə müayinə və müalicə üçün 3 saylı Bakı şəhəri Klinik Xəstəxanasına göndəriş verilmişdir. 15.04.2021-ci il tarixdən 3 saylı Bakı şəhər Klinik Xəstəxanasına gedib-gəlsə də iddiaçıya «yerimiz yoxdur» sözündən başqa heç nə deyilmədiyindən 26.04.2021-ci il tarixdə (saat 15.30) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mailto:снапеллйасийа@щеалтщ.эов.азElektron ünvan 1 rəsmi saytına Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə riayət etməklə müraciət ünvanlanmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi iddiaçının müraciətinin araşdırılması və iddiaçıya məlumat verilməsi barədə 08.05.2021-ci il tarixli, 6-59/M-5454 saylı məktubunu Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərmişdir. İddiaçı 06.05.2021-ci il tarixdə (saat 08.37) mailto:аппарат@омбудсман.азElektron ünvan 2 rəsmi saytı vasitəsilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya müraciət ünvanlamışdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) iddiaçının müraciətinin araşdırılması, Ombudsmana və ona məlumat verilməsi barədə 31.05.2021-ci il tarixli, 2/12240-21 saylı məktubunu Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərmişdir. Hal-hazırki dövrə qədər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan vətəndaşı kimi iddiaçının 20.04.2021-ci il tarixli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 08.05.2021-ci il tarixli və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) 31.05.2021-ci il tarixli müraciətinə cavab vermir ya da cavab vermək istəmir. Vəziyyətinin getdikcə ağırlaşdığını hiss etdiyindən yenidən 19 saylı poliklinikaya müraciət etmişdir. 03.08.2021-ci il tarixdə həkim endokrinoloq bu dəfə iddiaçını Bakı Respublika Endokrinoloji Mərkəzinə müayinədən keçmək üçün göndəriş vermişdir. Oradan verilən diaqnozdan məlum olmuşdur ki, iddiaçının şəkəri qalxaraq 404 mq/di, Arterial hipertenziya 3-cü dərəcə çox yüksək risk olmuşdur. 30.07.2021-ci il tarixdə 19 saylı poliklinikanın xirurqu Xüsusiləşdirilmiş Angioloji Mərkəzinə göndəriş vermişdir. Dopler aparatından keçərkən aşağı ətraflarda ağırlaşma göstərilmiş və nəticə hissəsində aşağı ətraflarda nəzərə çarpan stenoz təyin olunur, Kollateral tipli qan axını təyin olunmuşdur. Alınan diaqnozlar bir daha təsdiq etmişdir ki, 4 ay ərzində iddiaçının səhhətində çoxsaylı ağırlaşmalar baş vermişdir. Əlilliklə bağlı növbəti müayinəsi 27.05.2021-ci il tarixə təyin edilsə də, cavabdehlərin laqeydliyi nəticəsində iddiaçının əlillik müddəti bitdiyindən, may ayından hər ay aldığı 259,60 manat müavinət pulu kəsilmişdir. Müalicəsi üçün həkimlərin yazdıqları dərmanları çətinliklə ala bilir. Bu müddət ərzində dərmanlara 1780 manat pul vermişdir. Halbuki həmin məbləğ iddiaçının sağlamlığının az da olsa müalicəsinə sərf edilirdi. 15.04.2021-ci il tarixdən 26.04.2021-ci il tarixədək hər gün («get sabah gəl» dediklərinə görə) 3 saylı Şəhər Klinikasına taksi ilə gedib gəlmişdir. 12 gün ərzində, hər gün 20 manat, ümumilikdə 300 manat taksiyə niyə pul verməli idi. Bundan başqa, xəstəxanada müayinə və müalicə üçün qəbul edilərkən tələb olunan Covid 19 analizinin verilməsi üçün «Şəfa» klinikasında analiz vermişdir və 70 manat ödəmişdir. Hal-hazırda cavabdehlərin laqeydliyi səbəbindən iddiaçının hər iki ayağına stend qoyulması dərəcəsinə çatdırılmışdır. Stendin bir ayağa qoyulmasına isə 4000, ümumilikdə 8000 manat tələb edilir. Bunu vaxtında etməsələr hər iki ayağının bud hissəsindən amputasiya olunmalı idi. Göstərilənlərə əsasən 3 saylı Şəhər Xəstəxanası əlilliyi olan şəxs kimi iddiaçını vaxtında qəbul edib, müayinə və müalicə etməməyi səbəbindən vəziyyətini ağırlaşdırdığına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta proqramı çərçivəsində iddiaçıya göstərilən tibbi xidmətinə keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmədiyinə,sığorta olunan şəxs kimi iddiaçının hüquqlarını və qanuni mənafeyini qorunmadığına, daxil olan ərizə və şikayətlərə baxıb, müvafiq tədbirlər görmədiyinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan 3 saylı şəhər xəstəxanasında iddiaçının sağlamlığının qorunması üçün tibbi xidmətin təşkilini təmin etmədiyinə görə müştərək qaydada 15000 manat təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə teleqram ünvanlanaraq 04.11.2021-ci il tarixə, saat 11:15-ə təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsi, işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1n nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək və öz izahatında göstərmişdir ki, ilk növbədə göndəriş vərəqəsi əsasında xəstəxana tərəfindən iddiaçının qəbulu ilə bağlı hər hansı hüquq pozuntusunu törədilməmişdir. 2021-ci ilin aprel-iyun aylarında Bakı şəhərinin əksər xəstəxanalarının Covid-19 infeksiyası səbəbilə bağlı olması ilə əlaqədar terapiya profilli şöbələrdə kəskin yer çatışmazlığı problemi müşahidə olunmuşdur. Digər tərəfdən iddiaçı xəstəxananın poliklinika şöbəsindən qeydiyyatdan keçməmişdir. Həmçinin iddiaçı tərəfindən ona 15.000 manat məbləğində maddi və mənəvi ziyanın vurulduğunu bildirilmiş, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «X8» X7 nümayəndəsi nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının xəstəxanaya yaxınlaşdığı halda onlar tərəfdən onun yerləşdirilməsi və müalicəsi ilə bağlı imtina verilməsi qətiyyən doğru deyildir. Qeydiyyat şöbəsində bütün xəstələr üçün qeydiyyat kitabçası mövcuddur və müraciət edən xəmtələrin xəstəxanaya yerləşdirilibyerləşdirilməmələrindən asılı olmayaraq hamısının adları və əlaqə nömrələri bura qeyd olunur. Əgər şəxsin durumu təcildi müdaxilə tələb edirsə, onlar dərhal şəxsin yerləşdirilməsi üçün tədbirlər görür, yerləşdirmə mümkün olmadıqda əlqə nömrələrini alaraq bu mümkün olduğu zaman onlarla əlaqə saxlayırlar və bu proses də planı yerləşdirmənin əsasını təşkil edir. İddiaçının müraciət etdiyini iddia etdiyi vaxta aid jurnaldan çıxarışları təqdim edir və bildirir ki, həmin vaxt belə bir şəxsin müraciəti qeydə alınmamışdır. Əgər şəxs həqiqətən onlara müraciət etsə idi, yerləşdirmə mümkün olmasa belə onlar iddiaçının adını qeydə alar və əlaqə nömrəsini götürərlər. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, iddiaçı diabetik şəkər xəstəsidir, müxtəlif tibb müəssisələrində müayinə və müalicə etmiş, üçüncü qrup əlildir, «Şəkərli diabet İİ tip, insulin tələbli. Diabetik polineyropatiya, retinopatiya» diaqnoz qoyulmuşdur. İş materiallarında olan iddiaçının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi saytına, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası İcbari Tibbbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlanmış müraciətlərdən görünür ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, 3 saylı Şəhər Xəstəxanasına göndərişin olmasına baxmayaraq, əsassız onu qəbul etmədiklərini, ambulator müalicəyə ehtiyacı olduğunu bildirərək, müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan «X8» X11 tərəfindən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 müraciətləri və Sənədlərlə iş departamentin ünvanlanmış 03.07.2021-ci il tarixli məktubun surətindən görünür ki, X4 rəhbərliyi vətəndaş X3 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanılan şikayət məktubunda qaldıran məsələni araşdıraraq vətəndaşla 01.07.2021-ci il tarixli telefon əlaqəsi saxlayıb və ona şöbədə müalicəyə yerləşdirilməsi üçün Mərkəzə dəvət edib. 25.06.2021-ci il tarixli PHŞ/1-2-2021- 13254 nömrəli məktubuna cavab cavab olaraq Mərkəzinin rəhbərliyi eyni zaman bildirir ki, terapevtik profilli şöbələrdə çarpayların sayı məhdud olduğu üçün xroniki terapevtik, nevroloji və kardioloji xəstəliklərlə poliklinikalar tərəfindən kütləvi şəkildə planlı stasionar müalicəyə göndərilən xəstələr qeydiyyata alınır. Şöbədə çarpayı yeri boşalan kimi, növbətçilik prinsipinə riayət edərək, xəstələrlə telefon əlaqəsi saxlanılır və onlar müalicəyə dəvət edilir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 31.08.2021-ci il tarixli PHŞ/1-2-2021-19737 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müşayiət məktubu ilə «X8» X10 barədə daxil olmuş müraciətinə İcbari Sığorta üzrə Dövlət Agentliyində aildiyyəti üzrə baxılmışdır. Müraciəti ilə əlaqədar «X8» X7 təqdim etdiyi məlumatda 01.07.2021-ci il tarixdə İddiaçı ilə telefon əlaqəsi saxlanıldığı, müalicə üçün şöbəyə yerləşdirmək məqsədilə Mərkəzə dəvət edildiyi bildirilmişdir. Müraciəti ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı İddiaçılə telefon əlaqəsi saxlayan zaman «X8» X7ə getməkdən imtina etdiyini qeyd etmişdir. İş materiallarında olan 19 nömrəli şəhər poliklinikası tərəfindən Tibbi Ərazi Bölmələrini X5 Departamentinin Məhkəmə və icraat işləri şöbəsinin mütəxəssisi Nümayəndə1 ünvanlanmış 07.10.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı 19 saylı şəhər poliklinikasında Şəkərli diabet İİ tip diaqnozu ilə həkim-endokrinoloqun dispanser qeydiyyatındadır. 15.04.2021-ci il tarixdə şəkərli diabet xəstəsi kimi planlı şəkildə növbəti olaraq həkim-endokrinoloq F.Səmədova tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına «Şəkərli diabet İİ tip orta ağır forma, çoxsaylı ağırlaşmalar ilə. Aşağı ətrafların diabetik angiopatiyası, diabetik polineropatiya, diabetik retinopatiya» diaqnozu ilə stasionar müayinə və müalicə üçün göndərilmişdir. İş materiallarında olan «X8» X11 tərəfindən Tibbi Ərazi Bölmələrini X5 Departamentinin Məhkəmə və icraat işləri şöbəsinin mütəxəssisi Nümayəndə1 ünvanlanmış 07.10.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı xəstəxananın poliklinika şöbəsindən 15.04.2021-ci il tarixdə qeydiyyatdan keçməmişdir. Onu da nəzərinə çatdırırlar ki,2021-ci ilin aprel, may, iyun aylarında Bakı şəhərinin əksər xəstəxanalarının Covid-19 ilə əlaqədar bağlı olmasına görə terapiya profilli xəstələr X6 müraciət edirdi. Bu isə terapiya profilli şöbələrdə yer çatışmazlığı problemi yaradırdı. İş materiallarına əlavə edilmiş «X8» X7 xəstələrin qeydiyyat jurnalının çıxarışından görünür ki, 14.04.2021-ci il tarixdən 27.04.2021-ci il tarixədək iddiaçının müraciəti rəsmi qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş X4 sutka ərzində 15.04.2021-ci il tarixdə stasionar müalicədə olan xəstələrin hərəkətindən görünür ki, xəstələrin ümumi sayı 790 nəfər olub, sutka ərzində xəstəxanaya daxil olan xəstələrin sayı 102 nəfər, sutka ərzində şöbədən şöbəyə köçürülən xəstələrin sayı 15 nəfər, sutka ərzində evə yazılan xəstələrinə sayı – 105 nəfər, sutka ərzində ölən xəstələrin sayı – 2 nəfər, hal-hazırda xəstələrin sayı -785 nəfər təşkil etmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı «Şəkərli diabet İİ tip» diaqnozu ilə 19 saylı şəhər poliklinikasının həkim-endokrinoloqun dispanser qeydiyyatında olmuşdur. 15.04.2021-ci il tarixdə iddiaçını şəkərli diabet xəstəsi kimi 3 saylı Şəhər Poliklinikasına stasionar müayinə və müalicə üçün göndərilməsinə baxmayaraq, o, xəstəxananın poliklinika şöbəsində rəsmi qeydiyyatdan keçməmiş və xəstəxananın qeydiyyat jurnalında və digər sənədlərdə iddiaçının qeydiyyatı olmamışdır. İddiaçı isə iddia edir ki, 3 saylı Şəhər Xəstəxanasına göndərişin olmasına baxmayaraq onu əsassız olaraq qəbul etməməmişlər. Bu səbəbdən iddiaçı hazırki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu da sübuta yetirə bilməmiş və həmçinin iddianın maddi tələb hissəsi rədd olunduğundan mənəvi tələb hissəsidə rədd olunmalıdır. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X10, 3 nömrəli Şəhər Klinik Xəstəxanasına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X10, 3 nömrəli Şəhər Klinik Xəstəxanasına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar