Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-646/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X27 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: N. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş maddi zərərə görə 323.400 (üç yüz iyirmi üç min dörd yüz) manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə isə N.000.000 (bir milyon) manatın cavabdeh vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı XN0 20N7-ci ilin may ayına kimi N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərib. xx.xx.20N7-ci il tarixində yaşadığı Tərtər rayonunun Cəmilli kəndinə gəlmişdir. xx.xx.20N7-ci il tarixində təxminən saat 0N radələrində qara maskalı şəxslər yaşadıqları ünvana gələrək Mehman Hüseynova onlarla getməli olduğunu bildirmiş, Mehman Hüseynov buna etiraz etdiyi üçün zorla onun başına torba keçirib evdən aparmışlar. İddiaçının həyat yoldaşı kimi “Tərtər işi” kimi tanınan və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən istintaqı təzələnərək aparılan iş çərçivəsində Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq altında olmuş və verilmiş işgəncə nəticəsində dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxslər X25, XN5 və X3 rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, müntəzəm olaraq digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşması və öz qulluq mövqeyindən sui-istifadə etməsi ağır nəticələrə səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirab, habelə işgəncə verməklə əzab vermiş, icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə insan həyatı üçün təhlükəli olan, sağlamlığın başqa cür pozulmasına və əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuş, eləcə də təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla və ağır iztirablar verməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olmuşlar. Bakı Hərbi Məhkəməsinin N-N(093)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, XN7 xx.xx.20N7-cı il tarixdən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan N nömrəli hərbi hissənin komandiri vəzifəsində, polkovnik hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq işləməklə İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq dəstə üzvləri N nömrəli hərbi hissənin qərargah rəisi, mayor X4, həmin hərbi hissənin kəşfiyyat bölüyünün kəşfiyyat tağımının, kəşfiyyat manqasının kəşfiyyatçısı (aviatuşlayıcısı), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər XN9, N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci tağım, N-ci manqasının baş kəşfiyyatçısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş X9 və digərləri ilə birləşib xx.xx.20N7-ci il tarixdən xx.xx.20N7-ci il tarixədək olan müddət ərzində mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə və əvvəlcədən əldə olunan razılaşmaya əsasən, dəstə tərkibindəki ona həvalə olunmuş funksional vəzifə bölgüsünə uyğun olaraq həmin hərbi hissənin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının özü və daxil olduğu dəstənin digər üzvləri tərəfindən qanunsuz sorğu sual prosesinə cəlb olunmaları məqsədilə əvvəlcədən dəstə üzvləri ilə razılaşdırılmış qaydada N nömrəli hərbi hissənin Tərtər rayonunun Sarov və Cəmilli kəndlərində yerləşən inzibati binalarında qanunsuz olaraq sorğu sual prosesinə cəlb edilməklə onlara işgəncə verib gələcəkdə onların və digər hərbi qulluqçuların cinayət məsuliyyətinə cəlb edilmələrini təşkil etmək, özlərinin və digər hərbi qulluqçuların əleyhinə həqiqətə uyğun olmayan ifadələr almaq məqsədilə qeyd edilən yerlərdə həmin proseslərin aparılması üçün müvafiq şəraitin yaradılmasını, yəni qeyd edilən yerlərdə sorğulanma prosesinin aparılması məqsədilə dəstə üzvlərinin cəlb edilməsini və sorğuya cəlb edilmiş şəxslərə fiziki və psixi ağrılar yetirmək məqsədilə müvafiq alət və avadanlıqların gətirilməsini təşkil edərək hərbi qulluqçuların silahlı hərbi qulluqçuların müşayiəti altında fiziki və psixi zor tətbiq etməklə gətirilib qeyri-insani, ləyaqəti alçaldan rəftarlara məruz qalmalarını, eləcə də həmin proseslərin davam etdirilməsi və mütəşəkkil dəstənin niyyətinə nail olmaq məqsədilə hərbi qulluqçuların qeyd edilən yerlərdən N nömrəli hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsi və N nömrəli hərbi hissənin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən köhnə inzibati binalarına, habelə N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarına, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsinə (hospital) və ünvan N ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalına aparılmalarını təşkil edərək Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.20N4cü il tarixli26 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.20N4-cü il tarixli72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla ona həvalə olunmuş prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və pisixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşmış, düşmən hərbi qulluqçuları ilə əlaqələrinin olmasını etiraf etdirmək, eləcə də şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə N nömrəli hərbi hissənin bir qrup hərbi qulluqçularının xx.xx.20N7-ci il tarixdən xx.xx.20N7-ci il tarixədək mütəşəkkil dəstə tərəfindən əvvəlcədən planlaşdırılmış qaydada Müdafiə Nazirliyinin N57, N və N nömrəli hərbi hissələrinin qeyd edilən ərazilərdə yerləşən inzibati binalarındakı otaqlarda, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan N ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında mütəşəkkil dəstə tərəfindən törədilməklə onların həyatı və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək silah və silah qismində istifadə edilən əşyalardan istifadə edib həmin müddət ərzində normal yaşamaları üçün tələb olunan qidadan və digər zəruri şəraitdən məhrum etməklə qanunsuz saxlayaraq, eyni zamanda iradələrini qıraraq onlara müxtəlif bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının cəmiyyətdə mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla, “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə”, bu ada görə onların uzun müddət cəmiyyətdən təcrid, həmçinin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına, eyni zamanda sağlamlıqlarında uzun müddət davam edən fərdi psixi pozuntuların yaranmasına və bu kimi digər ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, mütəşəkkil dəstə tərkibində törədilməklə yuxarı komandanlıq tərəfindən təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin təhriki və göstərişi ilə qanunsuz sorğu sual prosesinə cəlb edilmiş hərbi qulluqçulara bədənlərinin müxtəlif nahiyyələrinə xüsusi əşya və ya vasitələrdən istifadə edib qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqla təkrarən işgəncə vermişdir. tələb olunan qidadan və digər zəruri şəraitdən məhrum etməklə qanunsuz saxlayaraq, eyni zamanda iradələrini qıraraq onlara müxtəlif bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının cəmiyyətdə mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla, “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə”, bu ada görə onların uzun müddət cəmiyyətdən təcrid, həmçinin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına, eyni zamanda sağlamlıqlarında uzun müddət davam edən fərdi psixi pozuntuların yaranmasına və bu kimi digər ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, mütəşəkkil dəstə tərkibində törədilməklə yuxarı komandanlıq tərəfindən təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin təhriki və göstərişi ilə qanunsuz sorğu sual prosesinə cəlb edilmiş hərbi qulluqçulara bədənlərinin müxtəlif nahiyyələrinə xüsusi əşya və ya vasitələrdən istifadə edib qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqla təkrarən işgəncə vermişdir. Mehman Hüseynovun vəzifəli şəxslərdən gördüyü işgəncə nəticəsində vəfat etməsi bu hökmlə təsdiq edilib. Hökmdə qeyd edilir ki, Mehman Hüseynovu xx.xx.20N7-ci il tarixdən xx.xx.20N7-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında fiziki zor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi və fiziki iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə qəsdən sağlamlığına ağır zərər vurmaqla mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verərək 6 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyadan istifadə etməklə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni Mehman Hüseynovun və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi kimi ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, sonuncuya zəruri tibbi yardım göstərilməsini, habelə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etməmiş, təkrarən mütəşəkkil dəstə tərkibində qəsdən həyat və sağlamlığı üçün təhlükəli olan və ağır zərər vurma hesab olunan “alın, burun, sifətdə solda sıyrıqlar, alt və üst dodaqda əzilmiş yaralar, hər iki yuxarı ətraf, çiyin qurşağı, boyun və döş qəfəsinin arxa səthində çoxsaylı sıyrılmış səthi yaralar, qarının ön səthində və döş qəfəsinin sol yan səthində qançırlar, hər iki diz, sol bud və sağrıda sıyrıqlar, sağ sağrı, bud və baldırın arxa səthində sıyrıqlar, hər iki budda geniş, döş qəfəsinin sağ yan, sağ qalça darağı sağ körpücükaltı nahiyədə qançırlar, hər iki əl barmaqlarının arxa səthində, sol əlin ovuc səthində sıyrıqlar, qapalı kəllə-beyin travması, başın yumşaq toxumalarının iç səthinə geniş qansızmalar, baş beyinin yumşaq qişası və toxumasına diffuz qansızmalar, döş qəfəsinin yumşaq toxumalarına qansızma, subplevral qansızmalar, döş qəfəsində sağ 2-ci, 3-cü və sol 4-cü, 5-ci qabırğaların sınığı, sol qabırğa qövsünün cüzi yerdəyişən sınığı, ürək və iri damarlarda qarışıq tromb kütləsi” xəsarətləri yetirməsi nəticəsində Mehman Hüseynov qapalı kəllə-beyin travması, baş beyin toxuması və qişalarına qansızma və bədənin çoxsaylı küt travması nəticəsində qanın bir hissəsinin yumşaq toxumalara sızması, sonra isə təzədən sorularaq ümumi intoksikasiya, poliorqan çatmamazlığından inkişaf etmiş tənəffüs və ürək-damar çatmamazlığı səbəbindən 20N7-ci ilin may ayının 5-dən 6-na keçən gecə işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə qərargah binasında ehtiyatsızlıqdan ölmüşdür. XN0 xx.xx.20N0-cu il tarixində İddiaçı ilə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.20N0-cu il təvəllüdlü XNN və xx.xx.20NN-ci il təvəllüdlü XN2 anadan olmuşdur. Ölüm haqqında şəhadətnaməyə əsasən Mehman Hüseynov xx.xx.20N7-ci il tarixdə ölmüşdür. Mehman Hüseynovun Cinayət Məcəlləsinin 274-cü və digər maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, 2022-ci ilin dekabr ayında barəsində cinayət təqibinə bəraətverici əsasla, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Mehman Hüseynov vəfat edərkən 35 yaşı olmuş və xidmətdə olmuşdur. Onun aldığı əmək haqqı 700 manat təşkil etmişdir. Yaşasaydı, ən azı 63 yaşına kimi orduda xidmət edə bilərdi. Belə olan halda isə ən azı 28 il hərbi xidmət keçəcəkdi və maddi gəliri 235.200 manat (28 il x N2 ay x 700 manat) olacaqdı. Azərbaycan Respubkikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda kişilər üçün gözlənilən ömür uzunluğu 20N7-ci il üçün 73,6 yaş müəyyən edilmişdir. Mehman Hüseynov 63 yaşında hərbi xidmətdən pensiyaya çıxsaydı, N3,6 yaş yaşayacaqdı. Onun təminat xərcliyinin 65 faizi həddində pensiya almaq hüququ olacaqdı. Yəni yaşasaydı, Mehman Hüseynov N0,6 il pensiya almaq imkanı olacaqdı və 88.200 manat (N0,6 x N2 x 700 manat) gəlir əldə edəcəkdi. İddiaçıya dəymiş maddi ziyanın ümumi məbləği 323.400 manat təşkil edir. İddiaçının ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilən qanunsuz hərəkətlər nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı, həmçinin, həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının (həyat yoldaşının) məruz qaldığı hüquqa zidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqa zidd əməlin iddiaçının həyat yoldaşının ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb iddiaçıya N.000.000 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarmalıdır.
3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı hüquq-mühafizə orqanlarının işgəncəsi və qeyriinsani hərəkətləri nəticəsində həyatdan məhrum olmuş həyat yoldaşının ölümünü əsas gətirərək, mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Mülki qanunvericiliyə əsasən dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, işgüzar nüfuzuna xələl gətirməkdədir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi, ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı hüquq pozuntusunun Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. İddia ərizəsində qeyd edilən tələb şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edir.
5. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı vurulmuş maddi zərərə görə N95.882 (bir yüz doxsan beş min səkkiz yüz səksən iki) manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə isə N.000.000 (bir milyon) manatın cavabdeh vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. Nikah haqqında AZ-İ seriyalı 563N45 nömrəli şəhadətnamədən görünür ki, XN0 ilə İddiaçı nikahı xx.xx.20N0-cu il tarixdə qeydə alınmışdır. N0. Doğum haqqında AZ-İİ seriyalı 444076 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.20N0-cu il təvəllüdlü X5 atası XN0, anası İddiaçıdır. NN. Doğum haqqında AZ-İİ seriyalı 732274 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.20NN-ci il təvəllüdlü X2 atası XN0, anası İddiaçıdır. N2. Ölüm haqqında AZ-İ seriyalı 853979 nömrəli şəhadətnamədən görünür ki, XN0 xx.xx.20N7-ci il tarixdə baş beyinin diffuz travması səbəbindən ölmüşdür. N3. N ədəd diskdə təqdim edilmiş Tərtər Hərbi Məhkəməsinin N(098)-7/20N9 nömrəli hökmündən görünür ki, İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi kimi göstərilmişdir. N4. Bakı Hərbi Məhkəməsinin N-N(093)-58/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən və Bakı görünür ki, XN7 xx.xx.20N7-cı il tarixdən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan N nömrəli hərbi hissənin komandiri vəzifəsində, polkovnik hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq işləməklə İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq digərləri ilə mütəşəkkil dəstədə birləşib Azərbaycan Respublikasının 23 sentyabr N994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət” Nizamnaməsinə əsasən öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, Azərbaycan dövlətinin işinə mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvələrini əsirgəməmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək, hərbi nizamnamələrin tələblərini möhkəm bilmək və vicdanla yerinə yetirmək, nalayiq hərəkətlər etməmək və yoldaşlarını belə hərəkətlərdən çəkindirmək kimi funksiyaları və digər bu kimi vəzifələri həmçinin dəstə üzvləri tərəfindən müəyyən edilmiş vəzifə bölgüsünə əsasən ona həvalə edilmiş dövlətə xəyanət faktları üzrə ilkin təhqiqat apararaq sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla mütəşəkkil dəstənin cinayətkar niyyətinə əsasən İ Ordu Birləşməsinin tabeliyində olan hərbi hissələrdə düşmənlə əməkdaşlıq etməkdə şübhəli hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etmək məqsədilə əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər və Ağdam rayonları ərazisində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.20N4-cü il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.20N4-cü il tarixli 72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi formada ona həvalə olunmuş, prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün qeyd edilən halların qanunvericilikdə nəzərdə tutulmayan qaydada və üsullarla araşdırılması məqsədilə mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında ona verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq N may 20N7-ci il tarixindən 2 may 20N7-ci il tarixə keçən gecə dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, həmin hərbi hissənin 2-ci tabor, 4-cü bölük, N-ci tağım, N-ci manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş XN0 barəsində dövlətə xəyanət şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri ilə birlikdə Mehman Hüseynovun əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün Mehman Hüseynovdan düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbəsində olan otaqlarında, dəhlizdə əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını otaqda olan çəlləkdəki suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan verməmiş yenidən həmin proses eyni qaydada bir neçə dəfə davam etdirilmiş, habelə onun arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoyaraq əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesin eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, elektrik cərəyanı verilməsindən ötrü mühəndis istehkam fəaliyyətlərində istifadə olunan KPM-N adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermiş, bir neçə dəfə arxa keçəcək nahiyyəsinə yad cism yeridib çıxartmış, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxladıqdan sonra Mehman Hüseynov fiziki və psixi ağrılara dözməyərək düşmənlə əməkdaşlıq etməsini təsdiq etsə də, qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü xx.xx.20N7-ci il tarixə kimi mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada ona qarşı qanunsuz əməlləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla onların hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə Mehman Hüseynovu xx.xx.20N7-ci il tarixdən xx.xx.20N7-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında fiziki zor tətbiq edərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi və fiziki iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə qəsdən sağlamlığına ağır zərər vurmaqla mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verərək 6 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyadan istifadə etməklə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni Mehman Hüseynovun və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi kimi ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, sonuncuya zəruri tibbi yardım göstərilməsini, habelə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etməmiş, təkrarən mütəşəkkil dəstə tərkibində qəsdən həyat və sağlamlığı üçün təhlükəli olan və ağır zərər vurma hesab olunan “alın, burun, sifətdə solda sıyrıqlar, alt və üst dodaqda əzilmiş yaralar, hər iki yuxarı ətraf, çiyin qurşağı, boyun və döş qəfəsinin arxa səthində çoxsaylı sıyrılmış səthi yaralar, qarının ön səthində və döş qəfəsinin sol yan səthində qançırlar, hər iki diz, sol bud və sağrıda sıyrıqlar, sağ sağrı, bud və baldırın arxa səthində sıyrıqlar, hər iki budda geniş, döş qəfəsinin sağ yan, sağ qalça darağı sağ körpücükaltı nahiyədə qançırlar, hər iki əl barmaqlarının arxa səthində, sol əlin ovuc səthində sıyrıqlar, qapalı kəllə-beyin travması, başın yumşaq toxumalarının iç səthinə geniş qansızmalar, baş beyinin yumşaq qişası və toxumasına diffuz qansızmalar, döş qəfəsinin yumşaq toxumalarına qansızma, subplevral qansızmalar, döş qəfəsində sağ 2-ci, 3-cü və sol 4-cü, 5-ci qabırğaların sınığı, sol qabırğa qövsünün cüzi yerdəyişən sınığı, ürək və iri damarlarda qarışıq tromb kütləsi” xəsarətləri yetirməsi nəticəsində Mehman Hüseynov qapalı kəllə-beyin travması, baş beyin toxuması və qişalarına qansızma və bədənin çoxsaylı küt travması nəticəsində qanın bir hissəsinin yumşaq toxumalara sızması, sonra isə təzədən sorularaq ümumi intoksikasiya, poliorqan çatmamazlığından inkişaf etmiş tənəffüs və ürək-damar çatmamazlığı səbəbindən 20N7-ci ilin may ayının 5-dən 6-na keçən gecə işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə qərargah binasında ehtiyatsızlıqdan ölmüşdür. N5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin məhkəmənin N-N(N03)-N7/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından məhkum XN7 tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. N6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nazirliyin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən N nömrəli hərbi hissənin sabit müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş XN0 xx.xx.20N7-ci il tarixdə hərbi hissənin ərazisində baş beynin diffuz travması almış və nəticədə vəfat etmişdir. N7. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 adına BƏS-də sorğu olunan təyinatla (əmək haqqı) hesab aşkar olunmamışdır. N8. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş mərhum X7 dair xx.xx.20N8-ci il tarixli NNN72 nömrəli məlumat vərəqində vəzifəsi, rütbəsi, təqvimi xidmət illəri (3 il 2 ay 20 gün), vəzifə maaşı (350 manat), rütbə maaşı (95 manat), xidmət illərinə görə vəzifə və rütbə maaşının 5 faizi miqdarında əlavəsi (22,25 manat), ərzaq payı əvəzinə verilən pul kompensasiyası (64 manat) olmaqla, cəmi təminat xərcliyi 53N,25 manat göstərilmişdir. Bununla əlaqədar mərhum X7 dair həmin məlumat vərəqinə uyğun qaydada İddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.20N8-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2024-cü il tarixinədək qüvvədə olmuş 20.N7.N-ci maddəsinə uyğun olaraq, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. N9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 05N №-li hərbi hissənin xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş XN0 hərbi hissə komandirinin müvafiq əmrinə əsasən xx.xx.20N5-ci il tarixdən xx.xx.20N8-ci il tarixədək bağlaşma əsasında 3 il müddətinə N nömrəli hərbi hissədə motoatıcı manqa komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmuşdur. xx.xx.20N7-ci il tarixdə N nömrəli hərbi hissənin ərazisində baş beynin diffuz travması almış və nəticədə Şıxarx qəsəbəsində vəfat etmişdir (ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olmuşdur). xx.xx.20N7-ci il tarixə pul təminatı rütbə maaşı 80 manat, vəzifə maaşı 300 manat, xidmət illərinə görə faiz əlavəsi N0 % - 38 manat, döyüş tapşırığına görə əlavə N00 % - 4N8 manat olmuşdur. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş XN0 vəfat etdiyinə görə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.20N8-ci il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin siyahısından çıxarılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
20. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı əri XN Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi qulluqçu (motoatıcı manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş) olaraq xidmət edərkən Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi tərəfindən işgəncə verilərək öldürülmüşdür. Bu fakt nazirliyin vəzifəli şəxsləri barəsində aparılmış cinayət işi üzrə qəbul edilmiş Tərtər Hərbi Məhkəməsinin, Bakı Hərbi Məhkəməsinin hökmləri və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə öz təsdiqini tapmışdır. 2N. X6 ölümündən sonra arvadı (iddiaçı) yuxarıda qeyd olunan cinayət işi üzrə məhkəmə prosesləri zamanı zərərçəkmişin (X6) hüquqi varisi qismində tanınmışdır.
22. Beləliklə, X6 məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələr verilməklə öldürülməsinin məhkəmə qərarı ilə müəyyən edilməsi hazırki iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz haldır.
23. Hazırda iddiaçı ərinin Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələr verilməklə öldürülməsi nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu bildirərək, öldürüldüyü gündən əmək müqaviləsinin müddəti bitdiyi xx.xx.20N8-ci il tarixədək keçən N4 ay dövründə aylıq 53N,25 manat əmək haqqından (cəmi 7.437,50 manat), N3 və N4-cü ödənişlərə görə 3.000 manat gəlirdən məhrum olduğuna, yaşayacağı təqdirdə, hərbi xidmətdə son yaş həddi olan 48 yaşınadək keçəcək olan N3 il ərzində aylıq 53N,25 manat əmək haqqından (cəmi 82.875 manat), pensiyaya çıxıb orta yaş olan 73,6 yaşına kimi 25,6 il yaşayacağı müddətdə aylıq 345 manat (təminat xərcliyinin 65 faizi) pensiyasından (cəmi N05,570 manat) olmaqla, cəmi N95.882 manat maddi ziyanın və N.000.000 manat mənəvi ziyanın cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini; cavabdeh isə iddiaçıya onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddiaçının ərinin Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi nəticəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
25. Məhkəmə iddiaçı tərəfin izahatlarını və cavabdehin etirazını mülki işin materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddia tələbi “maddi ziyanın ödənilməsi” hissəsində təmin edilməməli, “mənəvi ziyanın ödənilməsi” hissəsində isə qismən təmin edilməlidir.
26. Belə ki, iddia tələbinin “N95.882 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. İddiaçı ərinin 48 yaşınadək orada işləməyə davam edəcəyini, habelə hərbi xidmətdən əmək pensiyasına çıxacağını və 73,6 yaşına qədər yaşayacağını bildirsə də, bunlar sadəcə ehtimallardan ibarət olmuşdur. Maddi zərər tələblərində mötəbər sübutların iddiaçı tərəfindən təqdim edilməməsi məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir.
27. İddia tələbinin “N.000.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının ərinin Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmaqla öldürülməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ailələrinin cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq N.000.000 manat məbləğində kompensasiyanın ödənilməsi tələbinin tam formada təmin edilməsi mümkün deyildir. Belə ki, məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Beləliklə, göstərilən bütün diqqətəlayiq halları (zərərçəkənlərin çoxluğu, təqsirin növünün ehtiyatsızlıqdan olmasının müəyyən edilməsi, zərərçəkənin şəxsiyyəti, peşəsi, ailə başçısı olması, 2 azyaşlı uağının olması və digər) nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 50.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.
28. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
29. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərər görə kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir.
30. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin N-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyektin isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə: 3N. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
32. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 2N.N-2N.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə N096, N097.N. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə NN00. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
34. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
35. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
36. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 4N. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
37. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2N və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
38. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X8rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
40. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: N3-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 4N. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. 42 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə N4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.N-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.N. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə N06.N. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 2N7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 2N7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Nəticə:
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2N6- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən N (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova