Məhkəmə qərarları › İş №2(006)-6487/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6487/2021

26.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6487/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı Məmmədhadi oğlunun və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Məmmədhadi oğlunun Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məmmədhadi oğlu iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 03.09.2019-cu il tarixdən 28.01.2020-ci il tarixə kimi Cavabdeh MMC-nin Kürdəmir filialında mexanik-dispeçer vəzifəsində işlədiyi dövrdə filialın istifadəsində olan texnikanın təmirinə aktlar əsasında xərc etdiyi 4395 manat pulun, bu məbləğin ödənilməsini gecikdirdiyi 424 günə görə 37.269,6 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 41.664,6 manat məbləğin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Məmmədhadi oğlu iddia ərizəsini müdafiyə edərək, öz izahatında bildirmişdir ki, Cavabdeh 03.09.2019-cu il tarixli 558/12 nömrəli əmrinə əsasən Cəmiyyətin Kürdəmir filialına əmtəəşünas vəzifəsinə təyin olunmuş, 12.09.2019-cu il tarixli 603/12 nömrəli əmri ilə həmin filialda mexanik-dispeçer vəzifəsinə keçirilmiş və 28.01,2020-ci il tarixdə öz ərizəsi əsasında cəmiyyətin 28.01,2020-ci il tarixli əmri :lə işdən azad olunmuşdur. İşlədiyi müddətdə onunla bağlanmış əmək müqaviləsinə əsasən Cəmiyyətin Kürdəmir filialında olan maşın və mexanizimlər, traktorların və digər avadanlıqların istismarı, onların saz vəziyyətdə saxlanılması və işə buraxılması, cari və əsaslı təmiri, ehtiyat hissələrinin tapılması, alınması və nasaz texnikaya quraşdırılması sahəsindəki bütün vəzifələrin icrası ona həvalə edilmişdir. İşlədiyi müddətdə bu sahədəki gördüyü işlərin hər birinə Cəmiyyətin texniki şöbəsinin razılığı və göstərişi əsasında ehtiyat hissələri satılan mağazalardan öz vəsaiti hesabına əldə olunan ehtiyat hissələri nasaz texnika üzərinə qoyulmuş və hər bir hala komissiya üzvlərinin iştirakı ilə aktlar tərtib olunmuşdur. Razılaşmaya əsasən bu sahədə sərf etdiyi vəsait aktlar əsasında ona ödənilməli idi. Birinci hal üzrə 1942 manat, 2-ci hal üzrə isə 2453 manat xərc etdiyi, özünə məxsus vəsait mühasibatlığa təqdim olunmuş, bundan sonra aktlar əsasında işin gedişində həmin vəsait ona ödənilməli idi. Hər dəfə bu sahədə tərtib olunmuş aktlar mühasibatlığa təqdim olunduqda, cavabdeh sərf olunan pulun ona ödənilməsinə söz vermiş, lakin ona məlum olmayan sahələrdən ödəmə həyata keçirilməmişdir. Nəhayət dekabr ayının 1-nə kimi hər iki hal üzrə 4395 manat məbləğində ehtiyat hissələri satan mağazalara olan borcu 03.12.2020-ei il tarixdə “Kapital Bank”dan götürdüyü 4.000 manat kredit hesabına ödəmişdir. Bu vəziyyətdə məcbur olub 28.01,2020-ci il tarixdə ərizə verib işdən azad olunmuşdur. Bundan sonra cavabdeh onun əmək kitabçasını və əmək haqqı sahəsində son hesablaşma üzrə alacağını ödəmişdir. Lakin işlədiyi müddətdə aktlar üzrə texnikanın 'təmirinə xərclədiyi 4395 manat vəsaiti tələb etməyinə baxmayaraq ona verilməlidir. Keçən müddət ərzində həmin vəsaitin ödənilməsi sahəsindəki ardıcıl müraciətlərinə biganəlik göstərməklə yanaşı, yerinə yetirilməyən vədlər verilmiş, ödəmə sahəsində isə heç bir əməli iş görülməmişdir. Artıq həmin vaxtdan 424 gün keçir və cavabdehin ona verəcəyi 4395 manat borc olaraq qalır. Bu hal onu məhkəməyə müraciət etməyə məcbur oldu və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X9 iddia ərizəsini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə vəsatət məhkəməyə təqdim edərək, öz izahatında bildirmişdir ki, İddiaçı Məmmədhadi oğlu ilə bağlanmış əmək müqaviləsinə əsasən 03.09.2019-cu il tarixli 558/12 saylı əmrlə Cavabdeh ASC-nin Kürdəmir filialına əmtəəşünas vəzifəsinə təyin olinduğunu, 12.09.2019-cu il tarixli 603/12 saylı əmrlə filiala mexanik-dispeçer vəzifəsinə keçirilmişdir. Cavabdeh mexanik-dispeçer vəzifəsində işlədiyi müddətdə, onunla bağlanmış əmək müqaviləsində maşın və mexanizmlərə ehtiyyat hissələrinin tapılması və alınması ilə bağlı öhdəlik nəzərdə tutulmamış, belə bir vəzifənin müəyyənləşdirilməsi Vergi Məcəlləsinin tələblərinə və digər qanunvericilik aktlarına əsasən qadagan edilmişdir. Filiallara maşın və mexanizmlər üçün ehtiyat hissələrinin alınması yalnız filial tərəfindən göndərilən tələbnamə əsasında Cəmiyyətin baş direktorunun dərkənarı əsasında satıcı təşkilat tərəfindən Cəmiyyətə göndərilən elektron qaimə əsasında mühasibatlıq tərəfindən ödəniş həyata keçirilməklə alınmışdır. Bütün bü əməliyyatlar, istər malın satılması və alınması Vergi Məcəlləsinin Nazirlər Kabinetinin 14 mart 2017-çi il tarixli qərarı əsasında həyata keçirilmişdir. 2018-çi ilin 1 yanvar tarixindən bütün mal-materialların alınması yalnız elektron qaimə tərtib edilməklə həyata keçirilmiş və mühasibatlıca daxil edilmiş, ehtiyat hissələrin nəğd qaydada alınması isə qanunla qadağan edildiyindən mühasibat hesabatlarında mövcüd olmamışdır. Həmçinin qeyd olunur ki, iddiaçı tərəfindən guya alınan ehtiyat hissələrinin filialın texnikalarının üzərinə qoyulmasına dair tərtib edilmiş aktların heç birində tarixlər mövcüd olmamış və qanununvericilik baxımından həmin aktlar etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə iddiaçının hüquqlarının pozulduğunu iddia etdiyi müddət aşkar edildiyi müddətdən etibarən hesablanmaqla üzürsüz olaraq buraxılmışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı Məmmədhadi oğlu ilə Cavabdeh ASC arasında bağlanılmış 12.09.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, İddiaçı Məmmədhadi oğlu Cavabdeh ASC-yə mexanik-dispetçer vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilənin 3 bəndinə görə, işçi aşacıdaki əmək funksiyasının icrasını öhdəsinə götürür: əmək müqaviləsi ilə müəyyən edilmiş əmlak funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işə götürənə vurducu maddi ziyana görə məsuliyyət daşımaq;dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə qizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmçə qərardadlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək. İş materiallarından olan X3 görünür ki, İddiaçı Məmmədhadi oğlu 29 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən işdən azad olunmuşdur. İş materiallarından olan Cavabdeh ASC-nin Kürdəmir filialının direktoru X1, baş mühasibi X2, mexanik dispetçeri İddiaçı Məmmədhadi oğlu, çilingəri X4, X7bu aktları tərtib ediblər ondan ötrö ki, aşağıdakı adları göstərilən ehtiyyat hissələri filialın texnikasının şassi, MTZ markalı traktorun üzərinə quraşdırılmışdır. Yanacaq nasosunun stendə qoymaq, kombayna krifavik, bolt, zəncirə sırğa dinamaya bolt, şayba, pərpərə, su çəninin qolunun qaynaqlanması və düzəlməsi, niqrol, yaba, əlcək, taya havalandırmaq üçün avanlıqlar, Pİ-nin nasosunun göyçayda sarınması, niqra, salidor, elektrod, kraska, əhəng, dəftərxana ləvazimatları, katric doldurulması, A4 vərəq və qələm, lapet üçün palatka, bolt, bolt, mator tağı, antifilist, şlank, çöp qıranın poçemmik, şlank, remen 5 qardaş, ştusser, fanar, durasel, lampa prejektor, indiqator uzo, razetka 63 amer, avtomat 32 amper, elektrik avadanlıqları, bolt, şlank, dinamo, dinamo ehtiyat hissələri, dəzgahda kobud filtirə ştusser, matordan kompressora şlank, kotan bolt, mator yağı, poçemnik, preçepkanın yuxarı qolu, mator yağı, kotan bolt, şlank, orta qolun palesi, spinter və sancaq, ferede, prokladka, poçemnik, salidor, germetika, kotanın təkərinə poçemnik, uzun bolt, salnik, kotanın təkərinə poçemnik, kotana uzun bolt, mator yağı, antifilist, şlank, çöp qıranın poçemniki, şlank, Remen S qardaş, ştusser, fanar, durasel, Lampa prejektor, indiqator uzo, razetka 63 amer, avtomat 32 amper, elektrik avadanlıqları, bolt, şlank, dinamo, dinamo ehtiyat hissələri, dəzgahda kobud filtirə ştusser, matordan kompressora şlank, kotan bolt, mator yağı, poçemnik, preçepkanın yuxarı qolu, mator yağı, kotan bolt, şlank, orta qolun palesi, spinter və sancaq, feredo, prokladka, poçemnik, salidor, germetika, kotanın təkərinə poçemnik, uzun bolt, salnik, kotanın təkərinə poçemnik, kotana uzun bolt, mator yağı, dinamo ehtiyat hissələri, kotana uzun bolt, mator yağı, asitomnik, çöp qıranın ramasının dəzgahda yonma, bolt yerlərinin açılması, poçemnik, preçepkanın yuxarı qolu, bolt, kombayn bolt, kombayn mator yağı, antifilist, kombayn üçün dəzgahda sırğa düzəldiləməsi kombayn şlank, zəncirə sırğa, uzun bolt, yağ, poçemnik, dəzgahda vurmaq, kotanın poçemniki, karovka yağı, kotanın təkərinin salniki, kotana sırğa, yan şüşə, kombayn bolt, bolt, kombayn mator yağı, antifiliz, dəzgahda sırğa düzəltmək, kombayn şlank, zəncirə sırğa, mator yağı, asitomnik, yanacaq nasosu stentə qoymaq, ferdeo, lapet üçün örtük, şirvandan paletka gətirilməsi, qoşqunun valı, matoryağı, kardana vtulka vurmaq, ikiqulaq, kardana salnik yanacaq filtri, qayka, şayba, dinama poçemniki, usta pulu, kardandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf iddia tələbləri ilə bağlı hər hansı sübutu, yəni İddiaçı Məmmədhadi oğlunun 4395 manat pulun, bu məbləğin ödənilməsini gecikdirdiyi 424 günə görə 37.269,6 manat dəbbə pulunun cəmi 41664,6 manat məbləğində pulu maşın və mexanizimlər, traktorların və digər avadanlıqların istismarı, onların saz vəziyyətdə saxlanılması və işə buraxılması, cari və əsaslı təmiri, ehtiyat hissələrinin tapılması, alınması və nasaz texnikaya quraçdırılması sahəsindəki bütün vəzifələrin icrası Cavabdeh ASC tərəfindən ona həvalə edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatətləilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Məmmədhadi oğlu qanunvericiliklə məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulan 1 il müddətini ötürməklə pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi ilə 23 sentyabr 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Məmmədhadi oğlunun Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 1 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair vəsatət təqdim etdiyindən, həmçinin iddiaçı pul tələbi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdimetmədiyinə görə, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Məmmədhadi oğlunun Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Məmmədhadi oğlunun Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar