Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-649/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Nihat Sazaka, Cavabdeh2 Ramin qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququna xitam verilməklə çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ona məxsus-ünvan 1 ünvanından istifadə hüququna xitam verilməklə çıxarılması və mənzili boşaldaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı yaşayış sahəsini 2012ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin ünvandakı mənzil xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, Seriya RX № ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 44, mənzil 48 ünvanı onun tam mülkiyyətindədir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, təxminən 8 il öncə ahıl yaşda olan anası və azyaşlı övladlarının olmasını nəzərə alıb sözü gedən mənzili Cavabdeh1 aralarında rəsmi müqavilə olmadan yaşamaqları üçün vermişdir. 2023-cü ilin əvvəlində cavabdehə xəbərdarlıq edərək bildirmişdir ki, mənzil öz istifadəsi üçün ona ehtiyacdır. Razılığa gəlmiş və cavabdeh söz vermişdir ki, avqust ayında mənzili boşaldaraq ona təhvil verəcək. Lakin, verdiyi vaxt tamam olduqda xəstəliyini və digər əsassız bəhanələr gətirərək mənzili ona təhvil verməkdən boyun qaçırır. Onu da qeyd etmişdir ki, dəfələrlə cavabdeh və onunla birgə yaşayan ailə üzvlərinin könüllü olaraq onun mənzilindən çıxmaları barədə telefon əlaqəsi saxlayaraq və şəxsən mənzilə gedərək bildirsə də, heç bir nəticəyə nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Nihat Sazakın, Cavabdeh2 Ramin qızının, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanından istifadə hüququna xitam verilməklə çıxarılmaları və mənzili boşaldaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında qeyd etdi ki, aralarında iddiaçı ilə Cavabdeh1 arasında kirayə müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək izahatında bildirdi ki, o, 11 il müddətdir ki, iddiaçı ilə bağladığı kirayə müqaviləsi əsasında sözügedən mənzildə ailəsi ilə birlikdə yaşayır. Ev ona kirayə verilərkən çox pis vəziyyətdə olmuşdur. Həmin evi öz vəsaiti hesabına təmir etdirmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən Cavabdeh2 Ramin qızı, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 uşaqları olmaqla Kürdəmir Rayonu, Qocali Ərazi Dairəsi, Beyi Kəndi ünvanda qeydiyyatdadırlar, Nihat Sazak isə-ünvan 3 ünvanda qeydiyyatdadır. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2017-ci il tarixdə ünvan 4 ünvanlanmış ərizəsinin surətindən görünür ki, o, ona məxsus ünvan 3 ünvanda yerləşən mənzilə Türkiyə Respublikası vətəndaşı Sazak Nihatın müvəqqəti qeydiyyata düşməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər iddiaçının ailə üzvləri deyil, həmin ünvanda iddiaçının izni ilə yaşayırlar. Cavabdeh2 Ramin qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 həmin mənzilə qeydyyata alınmamışlar, digər cavabdeh Sazak Nihatın isə yaşayış üzrə qeydiyyatı həmin ünvan olsa da mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, cavabdehlər mənzildən çıxarılmaqla həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh Sazak Nihatın hazırda mənzildə formal olaraq qeydiyyatda qalması mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdeh Sazak Nihatın mənzildən istifadə hüququnun olmadığı müəyyən edildiyindən iddiaçının ona qarşı da istifadə hüququnun itirilməsi barədə iddiası təmin edilə bilməz. Məhkəmədə iddiaçı tərəf cavabdeh Sazak Nihata münasibətdə istifadə hüququnun itirilməsi barədə tələb irəli sürməsini onun həmin mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Nihat Sazak, Cavabdeh2 Ramin qızı, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 44 saylı evin 48 saylı mənzilindən çıxarılmalı, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 44 saylı evin 48 saylı mənzil boşaldılmaqla İddiaçı təhvil verilməli, qalan hissədə iddia təmin edilməməli, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdeh Nihat Sazakın Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 44 saylı evin 48 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Nihat Sazak, Cavabdeh2 Ramin qızı, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 44 saylı evin 48 saylı mənzilindən çıxarılsınlar. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 44 saylı evin 48 saylı mənzil boşaldılmaqla İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdeh Nihat Sazakın Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 44 saylı evin 48 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-649/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-649/2024
02.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver