Məhkəmə qərarları › İş №2(006)-6583/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6583/2021

04.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6583/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Nazarov (Nəzərov) Vadim Yuryeviçə qarşı «əqdin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nazarov (Nəzərov) Vadim Yuryeviçə qarşı «əqdin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov (keçmiş Kamo) küçəsində yerləşən 184 saylı evin 21 nömrəli mənzilində 1989-cu ildən yaşayır. 10.01.1990-cı ildə Nəsimi rayonu, Kamo (indiki S.Rəhimov) küçəsi, ev 184-də yaşayan, milliyyətcə erməni olan, bu ünvanda pay mülkiyyətçisi olan Cavabdeh ona və ailə üzvlərinin istifadəsində və sərəncamında olan, ümumi sahəsi 38,9 kv.m. olan, küçədən həyətə giriş darvazasının üst hissəsindəki (nad vorot proxod) sahəni 10.000 rubla almışdır. Alqı-satqını ilkin olaraq şahidlərin iştirakı ilə 10.01.1990-cı ildə tərtib edilmiş aktla rəsmiləşdirmişdir. Akt tərtib edilərkən Cavabdeh bildirdi ki, onun atası X26 (aktın yazılmasında və danışıqlarda o, da iştirak edirdi) səhhətində ciddi problemlər olduğuna və Bakıda milli zəmindəki hadisələrdən qorxduğu üçün Bakını təcili tərk edəcəklər. Vəziyyət normallaşan vaxtı cavabdeh Bakıya gəlib bu alqı-satqını dövlət orqanlarında rəsmiləşəcəkdir. Lakin cavabdeh vədinə əməl etməmiş və əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırmışdır. Bu günə qədər cavabdehdən heç bir xəbər yoxdur. Alqı-satqının obyekti olan satılan sahənin xüsusiyyətləri barədə aktda məlumatlar qeyd edilmişdir. Cavabdeh tapmaq üçün etdiyi cəhdlər bir müsbət nəticə verməmişdir. Göstərilənlərə əsasən Cavabdeh ilə iddiaçının 10.01.1990-cı ildə bağladıqları əqdi bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı ilə cavabdeh Nazarov (Nəzərov) Vadim Yuryeviç ilə 10.01.1990-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 184 ünvanında olan cavabdehə məxsus 3/60 hissəyə aid olan alq-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin hissəyə (3/60) iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilmiş bildirişlər cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə mülki işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon X28 Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili milis kapitanı İddiaçı, həmin bölmənin əməliyyat müvəkkili milis mayonu Q.H.Allahverdiyev, əməliyyat müvəkkili baş leytenant N.Q.Kərimov, əməliyyat müvəkkili milis leytenantı T.O.Həsənov, Cinayət axtarışı bölməsinin rəisi milis mayoru V.N. Sauridi (azərbaycan dilini başa düşür), Bakı şəhəri DİŞ-nin alayının milis nəfəri N.M.Əhmədov, Nəsimi rayon DİŞ-nin keçmiş sahə müvəkkili milis kapitanı təqaüddə olan X25, Y.L.Nazarov və Cavabdeh tərəfindən tərtib edilmiş 10.01.1990-cı il tarixli aktdan görünür ki, 10.01.1990-cı il tarixdə təxminən saat 16.00 radələrində Lenin prospekti, 28-də yerləşən Nəsimi rayon DİŞ-nin yanında Bakı şəhəri, Kamo küçəsi, 184 №--li şəxsi mülkiyyətdə olan binanın 2-ci mərtəbəsində yaşayan milliyyətçə erməni olan DİN-nin nəqliyyatda su milis idarəsinin keçmiş müstəntiqi X26 yanında, onunla birlikdə yaşayan mülkiyyətçi olan oğlu Cavabdeh, həmin binanın küçədən həyətə daxil olan hissəsinin üst tərəfində (pod vorot proxod) ona məxsus olan (16.0, 13.9 və 9.0 kv.m.) ümumi 38,9 kv.m. texniki pasportda yaşayış sahəsi kimi qeyd edilən sahəni İddiaçı satdığı üçün Cavabdeh ondan 10.000 (on min rubl) manat pulu almışdır. Bu akt (alqı-satqı barədə) tərtib edilən zaman Y.L.Nazarov və oğlu Cavabdeh bildirmişlər ki, bu sahəni müxtəlif vaxtlarda müxtəlif peşə sahiblərinə icarəyə verirdilər. Satılan həmin sahəyə baxan zaman orada istifadəyə yararsız parça qırıtları, kağız tullantıları və digər predmetlər aşkar edilmişdir. Heç bir mebel predmeti yox idi. Sahə boş idi. Bu sahəyə giriş küçədən həyətə iri darvazadan keçir. Pəncərə yalnız Kamo küçəsinədir. Qapı isə həyətə açılır. Taxtadandır, işıq və su xətti var. Digər kommunal xətlər yoxdur. Satılan sahə birinci mərtəbədə yerləşir. Ayaqyolu həyətdədir. Çox çətin çıxılan və düşən dəmir pilləkənləri var. Cavabdeh satdığı sahənin qapı açarlarını İddiaçı təhvil vermişdir. Satılan sahənin texniki göstəriciləri və sxemi binanın ümumi texniki pasportunun axırıncı səhifələrində çəkilmiş və orada onlar yaşayış sahəsi (jilaya komnata) kimi göstərilmişdir. Daha sonra Cavabdeh bildirmişdir ki, bu binada yaşayan bütün ermənilər qohum-əqrabadırlar. Onlardan heç kim bu sahəyə onunla və atası ilə heç bir şərikli münasibətləri yoxdur. Bu sahə 1950-ci ilin əvvəllərindən onların istifadəsindədir. Akt tərtib edilən zaman Azərb.SSR-nin Mülki Məcəlləsinin 39-cu, 43-cü maddəsinin 1 və 2-ci bəndlərinin tələbləri vət. Cavabdeh bildirildi. Vət.Cavabdeh bildirdi ki, onun atasının səhhətində ciddi problemlər var. Yaşlı adamdır. Eləcə də Bakıda milli zəmnində baş verən hadisələrdən qorxuduqları üçün Bakını müvəqqəti tərk etmək istəyirlər. Vəziyyət normalaşan kimi o, Bakıya qayıdacağına və bu alqı-satqını dövlət orqanlarında rəsmiləşdirəcəyinə söz vermişdir. Cavabdeh İV-JQ 682790 №-li və seriyalı pasportu var idi. İş materiallarında olan ünvan 1 ünvanında yaşayan mülkiyyətçilər və Nəsimi rayon X28 milis kapitanı İddiaçı, əməliyyat müvəkkili baş leytenant N.Q.Kərimov tərəfindən tərtib edilmiş 04.01.1990-cı il tarixli və 06.01.1990-cı il tarixli aktlardan görünür ki, onlar həmin binanın küçədən həyətə daxil olan hissəsinin üst tərəfində (pod vorot proxod) mülkiyyətçi Cavabdeh və onun atası X26 istifadəsində olan yaşayış sahəsinin satılmasına etiraz etmirlər. Həmin sahə 1950-ci ilin əvvəllərindən onların istifadəsindədir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 29.06.2011-ci il tarixli, 2(006)- 1910/2011 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X4 arasında Bakı şəhəri, S.Rəhimov küçəsi, 184 saylı evin cavabdeh X1 məxsus 3G16 hissəsinin alqı-satqısı üzrə əqdin bağlanmış hesab edilməsi, İddiaçı Bakı şəhəri, S.Rəhimov küçəsi, 184 saylı evin cavabdeh X1 məxsus olmuş 3/16 hissəsinə mülkiyyət hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsindəki yerləşən 184 saylı evinin tikiliüstü 3/16 hissəsi İddiaçı adına, tikiliüstü 1/48 hissəsi və zirzəmi 30,0 kv.m. X9 adına, tikiliüstü 1/48 hissəsi X13 adına, tikiliüstü 1/48 hissəsi X5 adına, tikiliüstü 4/16 hissəsi X20 adına, tikiliüstü 8/16 hissəsi X10 adına, 10/60 hissəsi X23 adına, 8/60 hissəsi X6 adına, 2/60 hissəsi X14 adına, 1/60 hissəsi X2 adına, 6/60 hissəsi X21 adına, 3/60 hissəsi X17 adına, 6/60 hissəsi X8 adına, 3/60 hissəsi X24 adına, 12/60 hissəsi X11 adına, 9/60 hissəsi X12 adına, qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 3 ünvanında qeydiyyatda olan X22 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 184, mənzil 21-də yaşayan qonşusu İddiaçı Nəsimi rayon Məhkəməsi tərəfindən onun mülkiyyət hüququnun tanınmasına və həmin binada yaşamış milliyyətçə erməni olan Nazarov Yuriyeviçdən 1990-cı ildə aldığı sahənin (arka, girəcəyin üstündə yerləşən) rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan ünvan 3 ünvanında qeydiyyatda olan X11 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 184, mənzil 21-də yaşayan qonşusu İddiaçı Nəsimi rayon Məhkəməsi tərəfindən onun mülkiyyət hüququnun tanınmasına və həmin binada yaşamış milliyyətçə erməni olan Nazarov Yuriyeviçdən 1990-cı ildə aldığı sahənin (arka, girəcəyin üstündə yerləşən) rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5yyəti olan və faktiki yaşayan X16 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 184, mənzil 21-də yaşayan qonşusu İddiaçı Nəsimi rayon Məhkəməsi tərəfindən onun mülkiyyət hüququnun tanınmasına və həmin binada yaşamış milliyyətçə erməni olan Nazarov Yuriyeviçdən 1990-cı ildə aldığı sahənin (arka, girəcəyin üstündə yerləşən) rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan X7 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ərizədə olan əmza nümunələri ona aiddir. İş materiallarında olan X3 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ərizədə olan əmza nümunələri ona aiddir. İş materiallarında olan texpasportun kserosurətindən görünür ki, Bakı şəhəri, Kamo (indiki S.Rəhimov) küçəsində yerləşən 184 nömrəli evin arka, girəcəyin üstündə yerləşən 16.0, 13.9 və 9.0 kv.m. olan yaşayış sahəsi Cavabdeh Yuriyeviçə məxsus olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 10.01.1990-cı il tarixdə Bakı şəhəri, Kamo (indiki S.Rəhimov) küçəsi, 184 saylı evin arka, girəcəyin üstündə yerləşən 3/60 (16.0, 13.9 və 9.0 kv.m.) hissəsini Cavabdeh 10.000 rubl ödəməklə satın almış, cavabdeh yaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Mübahisəli yaşayış sahəsi həmin vaxtdan hal-hazırdadək iddiaçının istifadəsindədir. Cavabdeh vəd etsə də, sonradan əqdi notariat təsdiq etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri həmin dövrdə yarandığından hazırki işə 01.09.2000-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.09.2000-ci il tarixədək qüvvədə olmaş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 230-cü maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən tərəflərdən biri notariat qaydasında təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. «R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.06.2007-ci il tarixli qərarından görünür ki, əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. «Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.04.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.05.2012-ci il tarixli qərarından görünür ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmaldıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalıdır və onun yazılı formada tərtib edilməsinə dair tələb əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 10.01.1990-cı il tarixdə iddiaçı ilə Cavabdeh ( Nəzərov) arasında Bakı şəhəri, S.Rəhimov (keçmiş Kamo) küçəsi, 184 saylı evin cavabdehə məxsus 3/60 hissəsinin alqı-satqı müqaviləsinin bağlandığı, cavabdehin sonradan həmin əqdi notariatda təsdiq etməkdən boyun qaçırmasını tam təsdiq olunduğundan və iddiaçının əqdi tamamilə icra etmiş tərəf olaraq həmin əqdin bağlanmış hesab edilməsini tələb etmək hüququ olduğundan, həmin müqavilə bağlanmış hesab edilməli, iddiaçının dəyərini ödəməklə satın aldığı Bakı şəhəri, S.Rəhimov küçəsində yerləşən 184 saylı evin cavabdehə məxsus 3/60 hissəsinə mülkiyyət hüququ əldə etdiyindən, həmin hissəyə onun mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, S.Rəhimov küçəsində yerləşən yerləşən 184 saylı evin cavabdeh Nazarov (Nəzərov) Vadim Yuryeviçə məxsus 3/60 hissəsinin alqısatqısı üzrə əqd bağlanmış hesab edilsin. Bakı şəhəri, S.Rəhimov küçəsində yerləşən 184 saylı evin cavabdeh Nazarov (Nəzərov) Vadim Yuryeviçə məxsus olmuş 3/60 hissəsinə İddiaçı mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar