Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6587/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Günay Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlərin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə vermiş olduqları “mülki işlərin bir icraatda birləşdirilməsi”nə dair vəsatəti müdafiə etdi və vəsatətin təmin edilərək, məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair 2(006)-6587/2021 saylı mülki işin Nəsimi Rayon Məhkəməsinin digər hakimi cənab Səməd Cəfərovun icraatında olan iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər İddiaçı və digərlərinə qarşı “çıxarışların ləğv edilməsi və s.” tələbinə dair 2(006)-6037/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi barədə” 2(006)-6587/2021 nömrəli mülki iş vardır. Həmin mülki iş üzrə məhkəmə iclası 14 dekabr 2021-ci il tarixə, saat 15:15-ə təyin edilmişdir. Həmçinin, Nəsimi Rayon Məhkəməsinin digər hakimi cənab Səməd Cəfərovun icraatında iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər İddiaçı və digərlərinə qarşı “çıxarışların ləğv edilməsi və.s tələbinə dair” 2(006)-6037/2021 nömrəli mülki iş vardır. Həmin mülki iş üzrə məhkəmə iclası 15 dekabr 2021-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Həmin iddia ərizəsində iddiaçılar məhkəməyə müraciət edərək, X7 tərəfindən ikinci nikahdan olan övladları X8 və X2 daşınmaz əmlaklar üzrə verilmiş bağışlama müqavilələrinin ləğv olunması və bu öhdəliyin 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisinin üzərinə qoyulması, DƏDRX tərəfindən X3 adına verilmiş 06.07.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli olan çıxarışın ləğv olunması, DƏDRX tərəfindən X1 adına verilmiş 13.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və bu öhdəliyin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması, 1-ci cavabdeh ilə mərhum anaları X9 ilə birgə nikah dövründə əldə olunmuş, Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küçəsi 19-da yerləşən 250,59 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi üzrə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4913 ünvanında 0.12 ha torpaq sahəsindən və 82.18 kv.metrdən ibarət bağ evinin və "xxxx" MMC-nin vərəsə paylarının müəyyən olunması və ondan sonra həmin daşınmaz əmlaklar üzrə çıxarışın verilməsi, bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4913a saylı 0.12 ha torpaqdan ibarət bağ sahəsinin üzərində iddiaçıların razılığı olduqdan sonra hər hansı bir hüquqi işlərinin görülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Hər iki mülki iş Nəsimi Rayon Məhkəməsinin müxtəlif hakimlərinin icraatında olmasını nəzərə alaraq hesab edir ki, qaldırılmış hər iki iddia tələbəri bir-biri ilə əlaqəli işlərdir. Nəsimi Rayon Məhkəməsinin hakimi cənab Səməd Cəfərovun icraatında iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər İddiaçı və digərlərinə qarşı “çıxarışların ləğv edilməsi və.s tələbinə dair” 2(006)-6037/2021 nömrəli mülki iş məhkəmənin icraatına daha əvvəl daxil olduğundan hazırki mülki iş məhz həmin mülki işə birləşdirilərək bir icraatda baxılmalıdır. Həmin işlərin bir icraatda birləşdirilib baxılması mübahisələrin tez və düzgün həlli imkanını daha da artıraraq mülki işin hərtərəfli, tam və obyektiv həll edilməsini təmin edəcək. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X10 məhkəmədən vəsatətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iddiaçının nümayəndəsi və vəkilinin vəsatətini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, vəsatət təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair 2(006)-6587/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X4 icraatında olan iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər X5, İddiaçı, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə və Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və vərəsə payının müəyyən olunması” tələbinə dair 2(006)-6037/2021 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(006)-6037/2021 saylı qərardadından (hakim Səməd Cəfərov) görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər X5, İddiaçı, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə və Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və vərəsə payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi 03.09.2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası 09.09.2021-ci il tarixə, saat 12:20-yə təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli, 2(006)-6587/2021 saylı qərardadından (hakim Ceyhun Tağıyev) görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi 30.09.2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası 12.10.2021-ci il tarixə, saat 17:20-yə təyin edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Səməd Cəfərov) icraatında olan 2(006)-6037/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) icraatında olan 2(006)-65872021 saylı mülki işdən daha əvvəl icraata götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair 2(006)-6587/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X4 icraatında olan iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər X5, İddiaçı, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə və Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və vərəsə payının müəyyən olunması” tələbinə dair 2(006)- 6037/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-6587/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6587/2021
15.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver