Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6671/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı Cavabdeh1 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti normalarına riayət etməmişdir.
4. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinin 4.2-ci bəndindən görünür ki, tərəflər işin ərazi aidiyyətini müqavilə ilə müəyyənləşdirmişlər. Həmin bənddə qeyd olunur: “Məhkəməyə müraciət edən tərəf “Alıcı”nın qeydiyyatda olduğu rayon məhkəməsinə və ya Bakı şəhəri üzrə aşağıda qeyd olunan rayon məhkəmələrindən istənilən birinə müraciət edə bilər: Xətai Rayon Məhkəməsi, Nərimanov Rayon Məhkəməsi, Nizami Rayon Məhkəməsi, Yasamal Rayon Məhkəməsi, Xəzər Rayon Məhkəməsi, Səbail Rayon Məhkəməsi. Bu hüquq məhkəməyə müraciət edən tərəfin müstəsna səlahiyyətindədir”. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən isə görünür ki, “alıcı”, yəni iddiaçı özü ünvan 1 ünvanında qeydiyyatdadır. Deməli, iddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə deyil, Binəqədi Rayon Məhkəməsinə və ya müqavilədə qeyd edilən rayon məhkəmələrindən birinə müraciət etməlidir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
6. Beləliklə, hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
Nəticə:
7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1- 40.3, 151-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova