Məhkəmə qərarları › İş №2(006)-6684/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6684/2021

24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6684/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat maddi ziyan və 5000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs cavabdeh X12 Nəsimi rayon məhkəməsinin hökmü ilə cinayət cəzasına məhkum olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvəsində saxlamışdır. Ona görə də onun tərəfindən edilmiş avtoqəza nəticəsində ona maddi və mənəvi zərər vurduğuna görə bu mülki iddia ərizəsini təqdim edir. Məhkəmənin hökmünə əsasən 19 aprel 2020-ci il tarixdə, gecə saat 22:00 radələrində Cavabdeh, idarə etdiyi “London taxi tx4 minik” markalı, **-TH-*** dövlət qeydiyat nişanlı avtomaşınla “X14” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni o, Nəsimi rayonu Bakıxanov küçəsi ilə Məmmədquluzadə küçəsinin kəsişməsində hərəkətdə olarkən orada xidmət aparan 16 avqust 5-ci il təvəllüdlü Nəsimi RPl-nin 20-ci PB-nın cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X1 və xx xxxxxx 1999-cu il təvəllüdlü Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu X4 vurması ilə bağlı toplanmış material, əsas isə Xəyal Allahverdiyevin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsinin kəsilmiş yarası, sol döş qəfəsinin yumşaq toxumasının əzilmiş yarası xəsarətləri ilə 20 aprel 2020-cil il tarixdə saat 00:25-də DİN-nin hospitalına daxil olmaları olmuşdur. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsinin xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunda metromüşahidəçi vəzifəsində xidmətdə idi. Məhkum şəxs Cavabdeh ifadəsi: “o, son 5 ildə “Bakı Taksi Xidməti" MMC-yə məxsus **-TH-*** dövlət qeydiyyat nişanlı “London taxi tx4 minik2" markalı avtomobili idarə edir. Mobil həmişə onda qalır. 19 aprel 2020-ci il tarixdə saat 22:00 radələrində şəhərin A.Bakıxanov körpüsündən sonra “Türkiyə Cumhuriyyəti” səfirliyi istiqamətində ilk işıqforu keçdikdən sonra yolun sağında polis avtomobillərini görmüşdür. Həmin vaxt karantin rejimi ilə bağlı yoxlanış postunun olduğunu fikirləşib yolun sağında dayanmış polis əməkdaşlarına baxmışdır. Bu zaman yolun sol tərəfində olan, bir nəfər polis əməkdaşını və Daxili Qoşunların hərbçisini görməmiş, anidən daxili qoşunların hərbiçisini görmüş, həmin vaxt dərhal əyləci basmış, lakin onu Daxili Qoşunların avtomobilin ön hissəsi ilə vurmuş və idarəetməni itirərək təxminən 8-10 metr qabağa getdikdən sonra yolda dayanmış polis əməkdaşını avtomobilin ön hissəsinin sol tərəfi ilə vurmuşdur. Onları qəfildən görmüş və artıq çox gec olduğu üçün hadisənin qarşısını ala bilmişdir. Avtomobildə və avtomobilin işıqlandırma sistemində heç bir nasazlıq olmamışdır, ikinci piyadanı vurduqdan avtomobilin sürətini minimum hədə endirməmiş, etiraf edir ki, bu onun səhvi olmuşdur, ikinci piyadanı vurduqdan sonra avtomobili dayandırmışdır. Göründüyü kimi, o, əvvəlcə onu avtomobilin sağ tərəfi ilə vurmuş, sonra isə avtomobilin sol ön hissəsi ilə polis zabitini vurub ağır xəsarətlər yetirmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. O hələ də yataq xəstəsidir. Müalicələrinə külli miqdarda pul xərcləyir. Belə ki, qəza nəticəsində ona ümumilikdə 5000 manat məbləğində ziyan dəyməsi müəyyən olunmuşdur. Bundan başqa hüquqlarının müdafiətəmsil olunması üçün vəkillə müqavilə bağlamışdır. ibtidai istintaqda 330 manat vəkil bürosuna pul ödəmiş, 30 manat da dövlət rüsumu ödəmişdir, Həmin pul da cavabdeh məhkumdan tutulub ona verilməlidir. Cavabdeh hüquqazidd hərəkətləri ilə ona həm də mənəvi zərər vurmuşdur. Belə ki, avtoqəza nəticəsində onsuz da bərk sarsılmışdır, əsəb gərginliyi, ruhi sarsıntı keçirib, qəzanın və ona qarşı irəli sürülən yalan ittihamların yaratdığı depressiyadan çıxmaq üçün uzun müddət müalicə və reabilitasiya kursları keçmişdir və keçir. Cavabdehin qanunsuz hərəkətləri içərisində ona dəymiş mənəvi zərəri 5000 manat məbləğində dəyərləndirdi. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək iddia ərizəsini təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05.02.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X2 barəsində olan 15 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-247/2020 saylı, 15.09.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarından olan Azərbaycan Republikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5 462 saylı ekspert rəyindən görünür ki, İddiaçı bədənində aşkar olunmuş xəsarətlər – sol bauzu sümüyü başının və sol bud sümüyünün burmalardan keçən yerdəyişmiş, qəlpəli, qapalı sınıqları, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, üst dodağın cırılmış yarası, travmatik və hipovolemik şok bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən 19.04.2020-ci il tarixdə əmələ gəlmişdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”a görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində qeyd olunur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə təqsirləndirilən şəxs cavabdeh Abasov X6 rayon məhkəməsinin hökmü ilə cinayət cəzasına məhkum olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvəsində saxlamışdır. Cavabdeh tərəfindən törədilmiş avtoqəza nətiçəsində İddiaçı sağlamlığına ciddi zərər dəymişdir. Belə ki, İddiaçı bədənində aşkar olunmuş xəsarətlərsol bazu sümüyü başının və sol bud sümüyünün burmalardan keçən yerdəyişmiş, qəlpəli, qapalı sınıqları, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, üst dodağın cırılmış yarası, travmatik və hipovolemik şok bərk küt əşyanın (əşyaların) təsirindən, əmələ gəlmiş, dərəcəsinə görə ümumilikdə təhlükəli olan sağlamlığa ağır zərər almışdır. Həmin diaqnoz iş materiallarında olan sənədlərlə sübut olunur. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən aydın oldu ki, iddiaçının hərəkətləri nəticəsində cavabdehin sağlamlağına zərər dəymiş, o, avtoqəza nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş maddi və mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş maddi və mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, maddi və mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Maddi ziyanın və mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.000 manat məbləğində maddi ziyanın və 1000 manat mənəvi zərərin təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 manat maddi ziyan, 1000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 manat maddi ziyan, 1000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar