Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6688/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 59500 (əlli doqquz min beş yüz) manat pulun və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun tutlmasma dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh rəhmətlik bacısı X2 həyat yoldaşıdır. Əbdülhəsənlə əvvəllər qohumluq və iş münasibətləri olmuşdur. 2019-cu ildə Əbdülhəsən təklif etdi ki, Siyəzən Broyler ASC-də iş var və həmin sahəyə dəmir konstruksiya işləri görülməlidir. İddiaçı ilkin olaraq şəriklik vəd etdi və o, onunla razılaşmayaraq görəcəyi işin qiymətini alacağını bildirmişdir. Bu minvalla razılaşmış və işə başlamışlar. iddiaçı görüləcək işləri nəzərdən keçirir, hansı qiymətə görəcəyimni deyirmiş. Əbdülhəsən isə hansı qiymətə danışdığını bilmirmiş. Hər dəfəsində görülən işlərin pulunu çətinliklə alırmış. Sonradan həmin ərazidə yeni işlər çıxır və həmin işləri də eyni qaydada danışıb işləyirdilər. İşlər görülür, ödənişləri isə gecikdirilirdi. Dəfələrlə gördüyü işlərin dəyərini tələb etsə də, ona bildirdi ki, işlər az qalıb yekunlaşsın, Forma 2 arayışlarını verək və pulu alan kimi sənin pulunu tam ödəyəcəm. Həmin günə Əbdülhəsənin ona 74500 AZN pul verəcəyi qalmışdı. O, işləri yekunlaşdırdı və həmin yeri tərk etdi. Pulunu isə tələb edəndə ona bildirirdi ki. "xxxx" ASC tərəfindən pullar verilmir, gecikdirilir, narahat olma verəcəyəm. Sonradan isə ona məlum oldu ki, göstərilən təşkilat pulları tam şəkildə ödəyib. Bu ərəfələrdə o pulunu təkidlə tələb edəndə Əbdülhəsən ona təqribən 14000 AZN pulu hissəhissə ödədi. Bu zaman onun bacısı, Əbdülhəsənin həyat yoldaşı rəhmətə getdi və bundan sonra pul ödənişləri dayandı. Göstərilən pul məbləğinin hamısı ona aid deyil. O da həmin pulları alıb işlətdiyi ustalara və fəhlələrə pul ödənişi etməlidir. Hazırda 59.500 manat pulu ala bilmədiyindən, iş görən işçilər ondan narazı və şikayətçidilər. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin subyektiv tərkibini və mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi iddiaçı fərdi sahibkar olmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə "xxxx" ASC-yə aid sahədə konstruksiya işləri ilə məşğul olmuşdur. Hazırda iddiaçı üçüncü şəxslə onun arasında yaranmış münasibətlərdə vasitəçilik edən Cavabdeh (VÖEN **********) ASC tərəfindən verilmiş və ona çatası pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə «pul» tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə «pul» tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-6688/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6688/2021
25.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver