Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6755/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Arif qızına 2019-cu ilin dekabr ayında 1000 manat, 2020-ci ilin yanvar ayında isə 2500 manat, cəmi 3500 manat borc pul vermişdir. Həmin pulu cavabdeh ona qısa bir müddətdə qaytarmalı idi. Cavabdeh verilmiş vəsaiti iddiaçıya tam şəkildə qaytarmamışdır. Beləki həmin 3500 manatdan cavabdeh ona cəmi 1500 manatı qaytarmışdır. Hal-hazırda X1 ona olan borcunun məbləği 2000 manatdır. Cavabdehə borcunun qaytarılmasına dair müraciətlər cavabsız qalmışdır. Bununla bağlı iddiaçı yaşadığı ərazi üzrə Binəqədi rayonu Polis İdarəsinin 6-cı Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis bölməsində izahatı alınmışdır. Bundan başqa Cavabdeh da izahat alınmış və o, pul borcunun olmasını etiraf etmişdir. Polis Bölməsi tərəfindən onun şikayət ərizəsinə 062-276307-3221 saylı 17.09.2021-ci il tarixli cavab verilmiş və ona pulun qaytarılması ilə bağlı göstərdiyi məsələlərin məhkəmə səlahiyyətinə aid olduğundan mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 2000 manat məbləğində pulun və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarındakı Cavabdeh tərəfindən Binəqədi RPİ-nin 6-cı PB-də verilən izahatdan görünür ki, o, İddiaçı 2000 manat borclu qaldığını etiraf etmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri BPİnin Nəsimi RPİ-nin 6-cı Polis Bölməsinin 17.09.2021-ci il tarixli, 062-276307-3221 saylı məktubunda bildirilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış münasibət mülki xarakterli olduğundan, məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilməlidir. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında borc pulun verilməsi ilə bağlı hüquq münasibətləri yaranmış, Cavabdeh İddiaçı 1000 manat, daha sonra isə 2500 manat məbləğində borc pul almışdır. Həmin borc məbləğindən 1500 manat cavabdeh tərəfindən geri qaytarılmışdır, qalan məbləği qısa müddətə qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh Nəsimi RPİ-nin 6-cı Polis Bölməsində iddiaçıya 2000 manat borcunun olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında şifahi müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və cavabdeh iddiaçıya 2000 manat məbləğində (cavabdehin Nəsimi RPİ-nin 6-cı Polis Bölməsində izahatında etiraf etdiyi məbləğdə) pul vəsaitini borclu qalmış və cavabdeh müqavilə üzrə onun üzərinə düşən öhdəliyi yerinə yetirməyərək həmin pulu iddiaçıya qaytarmamışdır. Həmçinin Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6755/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6755/2021
27.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver