Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6792/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «əmlakın geri qaytarılması, əmlak olmadıqda dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlakın geri qaytarılması, əmlak olmadıqda dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə ADNSU-ya daxil olmuşdur və təhsil almaq üçün Bakı şəhərinə gəlmişdir. Gəldiyi vaxtdan da Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzilində kirayədə qalmışdır. İddiaçı kirayədə qalan zaman mənzilin kirayə haqqı 400 manat olmuşdur və mənzildə hər birinə 100 manat olmaqla 4 nəfər kirayə qalırdılar. Lakin 2020-ci ilin fevral ayının 13-də mənzildə tək iddiaçı qaldığı üçün cəmi 140 manat kirayə pulu verirdi. Bu zaman cavabdeh qalan kirayə pulunu da iddiaçı verməsə, mənzili tərk etməsini bildirmişdir. Cavabdeh 20.02.2020ci il tarixdə mənzilə gələrək mübahisə etmiş və həmin vaxtdan da iddiaçını mənzilə buraxmamışdır. İddiaçının mənzildə olan əşyalarını götürmək istəsə də, cavabdeh iddiaçıya icazə verməmiş və qalan kirayə haqqını tələb etmişdir ki, «həmin pulu verməsən əşyalarını verməyəcəm». İddiaçı isə mübahisə etmədən çəkilmiş və bu barədə Yasamal rayon Pİ-nin 29-cu PB-nə əşyalarının göturülməsi barədə ərizə ilə müraciət etmişdir. Hətta iddiaçı qeyd edir ki, qalan pulu cavabdeh iddiaçının dayısından alsa da, iddiaçının əşyalarını ona geri qaytarmır. Cavabdehin mənzilində olan iddiaçının əşyaları bunlardır: 1) şalvar 9 ədəd – 210 manat, 2) köynək 11 ədəd – 230 manat, 3) kurtka 1 ədəd – 30 manat, 4) yorğan-döşək dəsti 4 ədəd – 400 manat, 5) qolsuz köynək 6 ədəd – 85 manat, 6) kompyüter 2 ədəd – 200+500 manat, 7) kitab-dəftər dəsti , 8) krasovka 2 ədəd – 50 manat, 9) çamadan 1 ədəd – 50 manat, 10) ayaqqabı 2 ədəd – 30 manat, 11) adabdır 1 ədəd – 10 manat, 12) 2 ədəd qulaqcıq, 2 ədəd iPhone və «Samsung» telefon korobkası – 30 manat, 13) pul – 25 manat, 14) cins gödəkcə 1 ədəd – 25 manat. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən adları çəkilən əmlaklarının iddiaçıya ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılaraq iddiaçıya geri qaytarılması təmin edilməlidir. Əks halda əşyalarının geri qaytarılması mümkün olmadıqda onun dəyərini, yəni 1875 manat kompensasiya ilə əvəz edilərək iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən adları çəkilən - 1) şalvar 9 ədəd – 210 manat, 2) köynək 11 ədəd – 230 manat, 3) kurtka 1 ədəd – 30 manat, 4) yorğan-döşək dəsti 4 ədəd – 400 manat, 5) qolsuz köynək 6 ədəd – 85 manat, 6) kompyüter 2 ədəd – 200+500 manat, 7) kitab-dəftər dəsti , 8) krasovka 2 ədəd – 50 manat, 9) çamadan 1 ədəd – 50 manat, 10) ayaqqabı 2 ədəd – 30 manat, 11) adabdır 1 ədəd – 10 manat, 12) 2 ədəd qulaqcıq, 2 ədəd iPhone və «Samsung» telefon korobkası – 30 manat, 13) pul – 25 manat, 14) cins gödəkcə 1 ədəd – 25 manat olan əşyalarının cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılaraq iddiaçıya geri qaytarılması, əşyalarının geri qaytarılması mümkün olmadıqda onun dəyərinin, yəni 1875 manat pul vəsaitinin kompensasiya şəklində iddiaçıya ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin öz izahatında bildirmişdir ki, məhkəməyə təqdim etmiş olduğu diskdə hər şey göstərilib və o polisə gedərkən diskdə məhkəməyə təqdim olunan videonu çəkmişdir. Çünki bilirdi ki, cavabdeh onun əşyalarını verməyəcəkdir. Hal-hazırdada heç bir əşyasını ona qaytarmamışdır. Qeyd olunan əşyalar onun şəxsi əşyalarıdır. Borc kimi 260 manat borcu qalmış və əşyaların qaytarılması üçündə onu verməsinə baxmayaraq iddiaçı yenədə qeyd olunan əşyalarını qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh Bəhrəm qızı iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının dedikləri tamamilə iftiradır. Evin kirayəsi ilə bağlı əvvəlcə onunla başqa adam razılaşmışdır, onunla sövdələşmələri alınmamışdır. Şahinlə ev barəsində razılaşmışlar və bununla bağlı notariusa gedib müqavilə bağlamışlar. O, evi kirayədə qalmaq üçün Şahinə vermişdir, o, isə evini özü başqa şəxslərə, başqa tələbələrə kirayəyə verib özünə biznes qurmuşdur. Həmin tələbələr gedəndən sonra artıq daha yaşlı şəxslərə evi kirayəyə verməyə başlamışdır. Özü onun kirayə haqqını hissə-hissə, az-az verirdi, hər dəfə ondan pulunu bütöv verməsini xahiş edirdi. Aralarında mübahisə olan gecə o, artıq polis çağırmağa məcbur olmuşdur. Polis gədib getdikdən sonra o, qapını bağlayıb getmişdir, qayıtdıqda qapının kilid hissəsinə müdaxilə olunduğunu və qırıldığını görmüşdür. Şahinə demişdir ki, «qapının kilidini sındırmısan, gəl onu düzəltdir, məsələni sakitcə həll edək». İddiaçı da kilidini dəyişmişdir. Bu özü də o deməkdir ki, onun qapının kilidini qəsdən qırmağa çalışmışdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, o, Şahinin qrup yoldaşıdır və onunla həmin evə birlikdə qalmışlar. Onlar həmin evdə əvvəlcə 5 nəfər qalırdılar, daha sonra 1 nəfər evdən çıxmışdır. Evin kirayə haqqı əvvəlcə 350 manat idi, daha sonra cavabdeh kirayə pulunu qaldırmış və 400 manat tələb etdiyini bildirmişdir. Onlar da artıq bu məbləği ödəyə bilməyəcəkləri qənaətinə gəlmişlər və cavabdehə bu barədə zəng vurmuşlar. Zərglərindən bir müddət keçdikdən sonra axşam saatlarında yaşca onlardan xeyli böyük olan bir kişi ilə evə gəlmiş və böyük mübahisə yaratmışdır. Qışqırmış, onları itələmiş, onlar da polis çağırmağa məcbur olmuşlar. Daha sonra izahat vermək üçün ev paltarlarında polisə getmişlər, bütün əşyaları evdə qalmışdır. Qayıdanda evin qapısının bağlı olduğunu və kilidin dəyişildiyi görmüşlər. Onlara demişdir ki, evin pulunu və kommunal ödənişlərini tam ödəsələr, əşyaları onlara qaytaracaq. Onlar pulları da tam ödəmişlər, lakin əşyaları qaytarmamışdır. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş 01.03.2020-ci il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı İddiaçı Bəhram oğlu bildirmişdir ki, 2018-ci ildə ADNSU-ya daxil olduğu üçün oxumaq məqsədilə Qəbələ rayonundan Bakı şəhərində gəlmiş və həmin vaxtdan Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 22A, mənzil 110 ünvanda kirayə olaraq yaşamağa başlamışdır. Həmin mənzilin sahibi Cavabdeh İlham qızı olmuş və mənzilin aylıq kirayəsi 400 manat təşkil etmişdir. Sonuncu dəfə 13.02.2020-ci il tarixdə İddiaçı Cavabdeh 140 manat pul vermiş, lakin sonuncu 20.02.2020-ci il tarixdə pulun qalan hissəsini alacağını, əks təqdirdə İddiaçı mənzili tərk etməsini tapşırmışdır. 20.02.2020-ci il tarixdə Cavabdeh mənzilə gələrək İddiaçı mənzildən çıxmasını tələb etmiş və bu zaman İddiaçılə Cavabdeh arasında mübahisə baş vermişdir. İddiaçı izahatında hadisə zamanı Cavabdeh ilə aralarında sadəcə olaraq sözlü mübahisənin baş verdiyini və həmin şəxsi vurmadığını bildirmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, Cavabdeh ilə mənzili 22.02.2020-ci il tarixdə saat 18.00-dan tərk etməsi barədə razılaşsa da, sonradan Cavabdeh İddiaçı məlumat vermədən və icazəsi olaraq həmin şəxsə məxsus olan əşyaları həmin evdən çıxaraq İddiaçı məlum olmayan saxlanc yerinə aparmış, sonradan İddiaçı əsassız olaraq pul tələb etmiş, pulu ödəməyəcəyi təqdirdəəşyalarını ona qaytarmayacağını bildirmişdir. O cümlədən İddiaçı bildirdiyinə görə Cavabdeh ondan tələb etdiyi ödəniş tam olaraq əsassız olmuşdur. Belə ki, Cavabdeh 2019-cu ilin aprel ayında İddiaçı kommunal xərclərini ödəməməsini, həmin işləri özünün həll edəcəyini bildirmiş və bu barədə onlar arasında razılıq olmuşdur. Araşdırma zamanı Cavabdeh İlham qızı bildirmişdir ki, təxminən 1 ildən çoxdur ki, özünə məxsus ünvan 2 ünvanını Şahin adlı şəxsə kirayə vermişdir. Mənzili Şahin adlı şəxsə kirayə verdikdən sonra bir neçə dəfə şəxslə aralarında mübahisələr Şahin adlı şəxsin kirayə yaşadığı mənzilə gələrək kirayə pulunun qalan hissəsini ödəməyi, əks təqdirdə mənzili tərk etməyi bildirmişdir. Bu zaman Şahin adlı şəxslə Cavabdeh arasında mübahisə baş vermiş, Şahin adlı şəxs Cavabdeh üzərinə hücum çəkmişdir. Sonradan Cavabdeh hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Beləliklə, İddiaçı Bəhram oğlunun vermiş olduğu məlumatda göstərilən xüsusatlarda əməldə cinayət tərkibi müəyyən edilməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı Bəhram oğluna mülki qaydada məhkəmə instansiyasına müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 2018-ci ildən cavabdehə məxsus mənzildə kirayə yaşamışdır. 20.02.2020-ci il tarixdə tərəflər arasında mübahisə yaranmış və həmin vaxtdan cavabdeh iddiaçını mənzilə buraxmamışdır. Hazırda iddiaçı mənzildə qalmış ona məxsus əşyaların geri qaytarılması barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında iddia ərizəsində göstərilən əmlakların ( 25 manat pul vəsaiti istisna olmaqla) cavabdehin mənzilində olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus 9 ədəd şalvar, 11 ədəd köynək, 1 ədəd kurtka, 4 ədəd yorğan-döşək dəsti, 6 ədəd qolsuz köynək, 2 ədəd kompyüter, kitab-dəftər dəsti , 2 ədəd krasovka, 1 ədəd çamadan, 2 ədəd ayaqqabı, 1 ədəd adapter, 2 ədəd qulaqcıq, 2 ədəd iPhone və «Samsung» telefon qutusu, 1 ədəd cins gödəkcə cavabdeha məxsus mənzildə olmuş, cavabdeh isə qeyd olunan əşyaları iddiaçıya qaytarmaqdan imtina etmişdir. Bunun əksini sübut edən yəni əşyaların sonradan iddiaçıya geri qaytarılması barədə hər hansı bir akt, video görüntü və ya digər sübut isə məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən 25 manat pulun qaytarılması barədə iddiada qeyd olunsada pul vəsaiti 25 manat təşkil etdiyindən və qeyd olunan məbləğin evdə olması müəyyən edilə bilmədiyindən, həmçinin 25 manat vəsaitin iddiaçının üzərində olması ehtimal ilə bağlı olunduğundan iddia tələbi qeyd olunan hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəridə cavabdehdən tutulmalıdır. AR MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh - şalvar 9 ədəd – 210 manat, köynək 11 ədəd – 230 manat, kurtka 1 ədəd – 30 manat, yorğan-döşək dəsti 4 ədəd – 400 manat, qolsuz köynək 6 ədəd – 85 manat, kompyüter 2 ədəd – 700 manat, 7) kitab-dəftər dəsti , krasovka 2 ədəd – 50 manat, çamadan 1 ədəd – 50 manat, ayaqqabı 2 ədəd – 30 manat, adapter 1 ədəd – 10 manat, 2 ədəd qulaqcıq, 2 ədəd iPhone və «Samsung» telefon qutusu – 30 manat, cins gödəkcə 1 ədəd – 25 manat – əşyalar alınaraq İddiaçı qaytarılmalı, əşyaların qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1850 manat pul alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh – 1) şalvar 9 ədəd – 210 manat, 2) köynək 11 ədəd – 230 manat, 3) kurtka 1 ədəd – 30 manat, 4) yorğan-döşək dəsti 4 ədəd – 400 manat, 5) qolsuz köynək 6 ədəd – 85 manat, 6) kompyüter 2 ədəd – 700 manat, 7) kitab-dəftər dəsti , 8) krasovka 2 ədəd – 50 manat, 9) çamadan 1 ədəd – 50 manat, 10) ayaqqabı 2 ədəd – 30 manat, 11) adapter 1 ədəd – 10 manat, 12) 2 ədəd qulaqcıq, 2 ədəd iPhone və «Samsung» telefon qutusu – 30 manat, 13) cins gödəkcə 1 ədəd – 25 manat – əşyalar alınaraq İddiaçı qaytarılsın. Əşyaların qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1850 manat pul alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6792/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6792/2021
09.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver