Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-68/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X5 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 mart 2013-cü il tarixdə ondan borc adı ilə aldığı 70.000 ABŞ dollar pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının mərhum qızı X4 Cavabdeh ilə xx.xx.2017-ci ildə nikaha daxil olmuşdular. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixdə qızı Adilə Taxvelini xüsusi amansızlıqla öldürmüşdür. Nəticədə, Cavabdeh CM-in 120-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. 13 mart 2013-cü il tarixdə Cavabdeh mənzil alıb içində təmir işlərini aparmaq adı ilə ondan 70.000 ABŞ dolları borc alaraq, şəxsən özü yazdığı qəbzə əsasən, 5 il ərzində hissə-hissə qaytarmalı idi. Bugünədək bir manat da olsa geri qaytarılmayıb. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Cavabdeh hazırkı durumu fəaliyyət qabiliyyət olmayandır. Anası oğlundan soruşub, o da deyib ki, kiməsə borcu olduğunu xatırlamır. Cavabdeh guya bu borcu mənzil almaq üçün alıb. Həmin mənzil üzrə ½ pay müəyyən olunub. Buna görə də əgər cavabdehdən pul tutulacaqsa, onda həmin borca münasibətdə də ½ pay müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarında olan 13 mart 2013-cü il tarixli “Raspiska” adlı sənəddən görünür ki, Cavabdeh ev almaq və evin təmiri üçün 70.000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı aldığını bildirmişdir. Mülki işin materiallarında olan 15 mart 2013-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh arasında borc müqaviləsi bağlanmış, Cavabdeh İddiaçı mənzil almaq üçün və mənzilin təmiri üçün 70.000 (yetmiş min) ABŞ dolları borc pul almış, həmin məbləği 5 il müddətinə, yəni 2019-cu ilə qədər İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər bunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2022-ci il tarixli 4/1481 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, notariat işinin 3-13-cü vərəqələrində olan 19 mart 2013-cü il tarixli, 020İKİ/13 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin sonuncu səhifəsində «Alıcı-İpoteka qoyan»qrafasındakı imza: Cavabdeh məxsus AZE seriyalı 09035635 şəxsiyyət vəsiqəsinin kserosurətində əks olunmuş (i.v.19) imza; xx.xx.2013-cü il tarixli ərizədəki (i.v.17) imza; 9 yanvar 2013-cü il tarixli alqı-satqı müqaviləsində «Satıcı» qrafalarındakı imzalar; 09 yanvar 2013 il tarixli ərizədəki imza; Cavabdeh məxsus PC tipli, CO1460859 nömrəli ümumvətəndaş pasportdakı imza; xx.xx.2017-ci il tarixli müqavilələrdə «Abonent» və «İstehlakçı» qrafasındakı imzalar; 13 mart 2013-cü il tarixli qəbzdəki imza və 15 mart 2013-cü il tarixli borc müqaviləsində “Borc alan” qrafasındakı imza – EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə tərəfindən müəyyən edildi ki, 15 mart 2013-cü il tarixdə hazırki iş üzrə Cavabdeh İddiaçı 70.000 (yetmiş min) ABŞ dolları məbləğində borca pul götürmüş, onu 5 il müddətinə qaytarmağı öhdəsinə götürmüş, lakin həmin borcu qaytarmamışdır. Hazırda iddiaçı pulun geri qaytarılmasını tələb edir. Məhkəmə tərəfindən həmçinin, müəyyən edildi ki, 13 mart 2013-cü il tarixli qəbzdəki imza və 15 mart 2013-cü il tarixli borc müqaviləsində “Borc alan” qrafasındakı imza eyni şəxs, yəni Cavabdeh tərəfindən icra olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 70000 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməli, Cavabdeh 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-68/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-68/2023
31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver