Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6812/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.000 ABŞ dolları və 15.000 manat əsas borc məbləğinin, 500 manat ABŞ dolları, 750 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 25 yanvar 2019cu il tarixli müqavilə üzrə 17.000 manat, 17 may 2021-ci il tarixli müqavilə üzrə 15.000 manat, ümumilikdə 32.000 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 10.000 ABŞ dolları və 15.000 manat borc pul almışdır. Bununla bağlı muvafiq müqavilə dövlət notariat kontorunda rəsmiləşdirilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi pozaraq, ondan aldığı pulları geri qaytarmamışdır. Dəfələrlə ondan pulun qaytarılmasını tələb etmiş, lakin o, hüquqdan sui-istifadə edərək aldığı pulu geri qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələrlə pulun ödənilməsini uzadır. Odur ki, o, məcburiyyət qarşısında qalaraq məhkəmə müdafiəsi hüququndan istifadə edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinin etiraf edilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iddiaçının ona qarşı olan “32.000 manat borcun ödənilməsi” tələbinə dair iddiasını qəbul etdiyini və həmin pul məbləğinin iddiaçıya ödəyəcəyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli, reyestrdə 8İ-9245 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) tərəfindən Cavabdeh (borc alana) 17.000 manat məbləğində borc verilmiş, borc alan isə aldığı borc məbləğini 25.02.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 may 2021-ci il tarixli, reyestrdə 3M-654 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) tərəfindən Cavabdeh (borc alana) 15.000 manat məbləğində borc verilmiş, borc alan isə aldığı borc məbləğini 17.07.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə iş materiallarından göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh 25 yanvar 2019-cu il tarixli və 17 may 2021-ci il tarixli kredit müqavilələri üzrə ümumilikdə 32.000 manat məbləğində borc verilmiş, cavabdeh isə həmin borc məbləğini müqavilələr ilə müəyyən edilmiş tarixə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Hazırda İddiaçı yuxarıda qeyd edilən müqavilələr üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edərək, cavabdehə vermiş olduğu borcun qaytarılmasını tələb edir. Cavabdeh öz növbəsində isə iddianı etiraf edərək, aldığı borcu iddiaçıya ödəyəcəyini bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 32.000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 32.000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-6812/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6812/2021
08.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver