Məhkəmə qərarları › İş №2(006)-683/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-683/2023

21.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-683/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (istehlakçılarla iş Departamenti), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «cavabdehin hərəkətinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (istehlakçılarla iş Departamenti), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «cavabdehin hərəkətinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (istehlakçılarla iş Departamenti), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia tələbi “eləcə də ödəniş gününə qədər dəbbə pulunun ödənilməsi” hissəsində baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia tələbini gələcəkdə yarana biləcək (qeyri-müəyyən vaxta) pozuntuya münasibətdə irəli sürülmüşdür ki, bu da məhkəmənin gələcəyə münasibətdə yekun məhkəmə aktının qəbul edilməsinə əsas ola bilməz. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya müəyyən vaxt verilsə də, həmin müddət ərzində iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. İddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (istehlakçılarla iş Departamenti), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia tələbi “eləcə də ödəniş gününə qədər dəbbə pulunun ödənilməsi” hissəsində baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar