Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6839/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.08.2019-cu il tarixində ondan aldığı 9.000 ABŞ dollar borcunu bir dəfəyə 10.12.2021-ci il tarixində ona ödəməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun yaşadığı Binəqədi qəsəbəsində təxminən 2013-cü il tarixindən 2020-ci ilin sentyabr ayına qədər 1053 saylı poçt şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdən tanıyır. Həmin illərdə o məhkəmələrdə və digər dövlət qurumlarında vətəndaşların nümayəndəsi kimi hüquqlarını müdafiə etdiyi üçün qeyd etdiyi poçt şöbəsi vasitəsi ilə mütəmadi olaraq dövlət qurumlarına teleqramlar və məktublar ünvanlayır. Bu səbəbdən də cavabdeh ilə yaxın münasibətdə olmuş, hətta qardaşı X1 toy məclisində də iştirak etmişdir. Cavabdeh onunla yaxın münasibətdə olduğundan istifadə edərək iddiaçıdan dəfələrlə 3000-4000 min ABŞ dolları borc alıb və vaxtlı-vaxtında qaytarırdı. Cavabdeh 28.08.2019-cu il tarixində ona bildirdi ki, Amerikadan avtomaşın gətizdirmək istəyir, lakin 9000 ABŞ dollar pulu çatmır. İddiaçıdan xahiş etdi ki, borc ver 1 il ərzində uzağı isə 2 ildən sonra, yəni 10.12.2021 -ci il tarixində qaytararacaq. Cavabdeh 28.08.2019-cu il tarixində iddiaçıdan borc alarkən şəxsiyyət vəsiqəsinin surəti olan vərəqədə öz xətti ilə yazdığı və öz imzası ilə təsdiq eldiyi bildirişdə qeyd edib ki, ünvan 1 ünvanında yaşayan İddiaçı 9000 ABŞ dolları borc almış və 10.12.2021-ci il tarixində qaytarmaq şərti ilə. Cavabdeh qeyd eldiyi 9000 ABŞ dollarını iddiaçıdan alandan 7 ay 15 gün keçəndən sonra, yəni 14.03.2020-ci il tarixində ona bildirdi ki, Amerikadan sifariş etdiyi avtomaşını gəlib çıxıb, gömrükdədir və 2000 ABŞ dolları lazımdır ki, gömrüyə ödəsin və ondan xahiş etdi ki, 2000 ABŞ dolları da əlavə borc ver 14.08.2020-ci il tarixində qaytarmaq şərti ilə o da cavabdehə 14.03.2020ci il tarixində əlavə 2000 ABŞ dolları borc verdi. Cavabdeh 14.03.2020-ci il tarixində ondan aldığı əlavə 2000 ABŞ dolları borcunu 16.09.2020-ci il tarixində iddiaçıya qaytarmışdır. İddiaçı cavabdehə dəfələrlə zəng edərək aldığı 9000 ABŞ dollar borcunu xəstəliyilə əlaqədar müalicəyə ehtiyacı olduğu üçün qaytarmasını bildirmək istəsə də cavabdeh zənglərə cavab veməyib. Belə halda cavabdehin Binəqədi qəsəbəsində yerləşən ticarət mərkəzində işlədiyini öyrənmiş və günlərlə cavabdehi görmək üçün ticarət mərkəzinin qarşısında durandan sonra nəhayət ki, cavabdehi 17.07.2021-ci il tarixində təxminən saat 10:50 radələrİndə ticarət mərkəzindən çıxdığını görüb və nəzarət etdiyi Xırdalandakı digər ticarət mərkəzinə getmək üçün avtomobilə əyləşmək istəyərkən o cavabdehə yaxınlaşıb ona vəziyyətini izah etmişdir. Cavabdeh ona 17.07.2021- ci il tarixində söz verdi ki, ona olan 9000 ABŞ dollar borcunu 2 ay müddətində tam ödəyəcək. Cavabdeh onu aldadaraq verdiyi sözə əməl etmədi, üstəlik 17.09.2021-ci il tarixində 070 *** ** ** mobil telefon nömrəsi ilə onunla əlaqə saxlayarkən olan 9000 ABŞ dolları borcunu ödəmək imkanı olmadığı üçün ödəməyəcəyini bildirib. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edib iddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmiş, məhkəmədən burcunu hissəhissə ödəməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Cavabdeh şəxsiyyət vəsiqəsinin surəti olan vərəqdə öz xətti ilə yazdığı 28.08.2019-cu il tarixli qəbzdən görünür ki, o, İddiaçı 14.03.2020-ci il tarixində 14.08.2020-ci il tarixində qaytarmaq şərti ilə 2.000 ABŞ dolları, 10.12.2021-ci il tarixində isə 9.000 ABŞ dolları məbləğində borc almışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddiaçıdan 9.000 ABŞ dolları məbləğində borca pul götürdüyünü etiraf etmişdir. İddiaçı isə iddia tələblərində məhkəmədən məbləğin tam şəkildə 10.12.2021-ci il tarixədək qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehlərin etiraflarını qəbul edir. Belə ki, cavabdeh iddiaçıya 9.000 ABŞ dolları borcunun olduğunu etiraf etdiyindən, iddiaçı cavabdehə borc verdiyini sübut etmə vəzifəsindən azaddır. Mülki Məcəllənin 739.1-ci və 740.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, cavabdehlər MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımı şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Beləliklə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9.000 ABŞ dolları məbləğində (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) tutularaq iddiaçı Cavabdeh verilməlidir. Məhkəmə iddianın “borcun 10.12.2021-ci il tarixində ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə alınması qət edilən qətnamə dərhal icra olunmalı qətnamələrə aid olmadığı üçün hazırki məhkəmə aktının nəticə hissəsində göstərilənlər qətnamə qanuni qüvvəyə mindikdən sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə icra ediləcək. Mülki Prosessual Məcəllənin 222.2 və 234-cü maddələrinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında və məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunur. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təqdim olunmuş sənədlər əsasında iddiaçının 30 manat məbləğində dövlət rüsumu ödədiyi müəyyən olunmuşdur. İddia qismən təmin edildiyindən məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. 9.000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 25 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-6839/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6839/2021
13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver