Məhkəmə qərarları › İş №2(006)-7/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7/2023

02.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Yasamal rayonu, B.Bağırova küçəsi 2, 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair Cavabdeh ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv olunması və qeyri-yaşayış binasına ləğv olunmuş mülkiyyət hüququnun geri qaytarılması barədə qətnamə çıxarılmasını, mülkiyyətinə qəsdlə nəticələnən cinayət əlaqəsinə girərək qanunsuz çıxarışın verilməsinə nail olmuş şəxslərin barələrində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, B.Bağırova küçəsi, 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olmaqla Cavabdeh X2 və Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qətnaməsinə əsasən qeyri-yaşayış binasına tələb yönəldilməklə hərracdan satılması qət edilmişdir. İcra zamanı mübahisəli əmlakın bankın sifarişi ilə "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə ******* manata qiymətləndirilməsi tam qanunsuz və məqsədli olmuş, həmin hesabatdakı müəyyən olunmuş qiymətin qanunsuz olması məhkəmə işi üzrə 2 qiymətləndirmə hesabatı ilə də tam təsdiq olunaraq, məhkəmələr də əsaslı olaraq İddiaçı əmlakının qiymətinin 14.214.000 manat olmasını müəyyən ediblər. Amma bank məqsədli şəkildə əmlakın aşağı qiymətlə hərraca çıxarılmasını və qiymətini hərracda ilkin satış qiymətindən daha da aşağı saldıqdan sonra öz mülkiyyətinə keçirmək üçün bu qanunsuzluqlara gedib. Bunun təsdiqi ondan ibarətdir ki, iddiaçı qiymətləndirmə hesabatının etibarsızlığını məhkəmədə mübahisələndirdiyi bir vaxtda tələm-tələsik, onun xəbəri olmadan hərrac keçirilmiş və özlərinin müəyyən etdiyi ilkin satış qiyməti olan ******* manatla hərrac başlamış və ******* manatla cavabdeh olan bank həmin əmlakı alqı-satqı yolu ilə almışdır. Məhz bu faktı bildikdən sonra Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək yekun protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Hazırda bankın həmin qətnamədən verdiyi apellyasiya şikayəti ilə əlaqədar iş Bakı Apellyasiya Məhkəməsinin (hakim Xumar Mərdanovanın) icraatında olmaqla, qiymətləndirmə ekspertizaları təyin edilməklə mahiyyəti üzrə araşdırma aparılır. Ancaq etibarsız hesab olunmuş yekun protokol əsasında hazırda Reyestr Xidmətinin əməkdaşları cinayət edərək, banka iddiaçının mülkiyyətinə dair mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış veriblər. Çünki cavabdeh bank dəfələrlə etibarsız hesab olunmuş yekun protokol əsasında mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istəsə də, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyatdan məhkəmə mübahisələri getdiyinə və yekun protokol etibarsız hesab olunduğuna görə imtina olunmuşdur. Hətta cavabdeh bank həmin imtinadan 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etsə də, həmin iş üzrə İddiaçı xəbəri olmadan 14 iyun 2018-ci il tarixli qərar çıxarılmasına baxmayaraq, 3-cü şəxs kimi gizli qərardan məlumat alan kimi İddiaçı verdiyi şikayət təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentybar 2018-ci il tarixli qərarı ləğv edilmiş və yekun protokol əsasında Bakı Apellyasiya Məhkəməsində baxılan (hakim Xumar Mərdanova) iş üzrə qətnamə qanuni qüvvəsini alanadək icraat dayandırılmışdır. Hazırda isə maraqlı məqam ondan ibarətdir ki, yuxarıda qeyd edildiyi kimi, İddiaçı “cinayət əlaqəsi” dediyi hal üzrə Reyestr Xidməti yekun protokolun etibarsız hesab olunması ilə bağlı məhkəmə mübahisəsi olduğuna görə qeydiyyatı aparmaqdan imtina etdiyi və hal-hazırda həmin mübahisə üzrə qanuni qüvvəsini almış qətnamə olmadığı və ümumiyyətlə hər hansı hazırki çıxarışın verilməsinə dair qanuni qüvvədə olan qərar olmadığı halda 1 saylı Bakı şəhər Ərazi İdarəsi cavabdeh bankın adına İddiaçı mülkiyyətinə dair hansı qanunla, hansı əsasla çıxarıb verib? İddiaçı məhz bu halı xüsusilə qeyd etməkdə məqsədi hazırki araşdırmanın nəticəsi olaraq onun mülkiyyətinə edilən bu cür qanunsuz qəsdə görə əməlində açıq-aşkar cinayət tərkibi olan əlbir vəzifəli şəxslərin barəsində MPM-nin 265.4-cü maddəsi ilə xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 14.5-ci maddəsinin tələblərinin pozulması, eləcə də etibarsız hesab olunmuş hərracın yekun protokolu və alqı-satqı müqaviləsi cavabdeh bank adına verilmiş qanunsuz çıxarışın ləğvini birbaşa şərtləndirir. İddiaçı Reyestr Xidmətinə ünvanladığı ərizələrinə cavab olaraq, həmin Xidmətin rəisi Hikmət Mustafayev 25 iyun 2019-cu il tarixdə verdiyi cavabda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qeydiyyat orqanına icra edilməli vəzifə olarsa, qanunvericlikdə müəyyən edilmiş tədbirlərin görülməsi mümkünlüyünü bildirilmişdir. Amma görünən odur ki, 19 iyun 2019-cu il tarixdə Hikmət müəllim tabeliyində olan 1 saylı Bakı şəhər Ərazi İdarəsinin heç bir qanuni qüvvədə olan məhkəmə qərarı olmadan cavabdeh banka mülkiyyət hüququnu təsdiq edən çıxarışın artıq verildiyindən məlumatsızdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib bildirdi ki, iddiaçının mülkiyyətində olmuş ünvan 4də yerləşən 965 kv.m sahəsi olan qeyri-yaşayış binası qanunsuz olaraq Cavabdeh ASC-nin adına dövlət qeydiyyatına alınaraq xx.xx.2019-cu il tarixli dövlət qeydiyyatından çıxarış verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən Cavabdeh ASC-yə gecikdirilmiş borcunun ödənilməsi və tutmanın mübahisəli qeyri-yaşayış binasına yönəldilməsi qərara alınmışdır. Həmin qərarın tutma ilə bağlı hissəsi üzrə keçirilmiş hərrac və yekun protokol İddiaçı tərəfindən mübahisələndirilmişdir. İddiaçı iddiası əsasında "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə etibarsız hesab edilmişdir. Eyni zamanda, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə “X1” MMC və digərlərinə qarşı xx.xx.2017-ci il tarixli 18 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə bu iki iş eyni icraatda birləşdirilmişdir. Hər iki iş üzrə yekun məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixində qəbul edilmişdir. İş üzrə Ali Məhkəmənin qərarı isə xx.xx.2019-cu il tarixində qəbul edilmişdir. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olmuş qiymətləndirmə aktı, hərrac və alqı-satqı müqaviləsi ilə xx.xx.2019-cu il tarixində - qeydiyyat tarixində aktiv məhkəmə mübahisəsi mövcud idi. Yekun məhkəmə qərarı qeydiyyatdan təxminən 6 ay sonra qəbul edilmişdir. Bu halda mübahisəli sənədlər əsasında qeydiyyat aparılmaqla ciddi qanun pozuntusuna yol verilmişdir. Bu səbəbdən qanuni sənədlər olmadan əldə edilmiş mülkiyyət hüququ etibarsız hesab edilməli və çıxarış ləğv olunmalıdır. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla qanuni əsaslar olmadan mülkiyyət hüququ əldə edilmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh LPO Cavabdeh ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* №-li, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, **********78-06301 reyestr nömrəli, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova, 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965.0 kv.m ümumi, 965.0 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 1908 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2015-ci il tarixli 2(103)-79/2015 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, xx.xx.2013-cü il tarixə olan 709976 ABŞ dolları əsas borc, 581507.37 ABŞ dolları faiz borcu, 9045.08 ABŞ dolları artırılmış faiz borcu, ümumilikdə 1300528.45 ABŞ dolları, xx.xx.2009-cu il tarixli K-4503 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə olan 1618340.76 ABŞ dolları faiz borcu, 3009.08 ABŞ dolları artırılmış faiz borcu, ümumilikdə 1621349.84 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova, 615-ci məhəllədə istifadədə olan 0.09837 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 965.0 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, həmin binanın açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına İddiaçı banka olan borcunun ödənilməsi, girov predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2015-ci il tarixli 2(103)-79/2015 saylı qətnaməsi ilə isə cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli qətnaməsinin, faiz borcları üzrə pulun tutulması hissəsində dəyişdirilərək, 05 noyabr 2009-cu il tarixli K-4503 saylı kredit müqaviləsi üzrə faiz borcu 1580146,57 ABŞ dolları müəyyən edilməklə, (1580146,57 ABŞ dolları+3009,8 ABŞ dolları məbləğində artırılmış faiz borcu) cəmi 1583156,37 ABŞ dolları, 17 noyabr 2009-cu il tarixli K-4528 saylı kredit müqaviləsi üzrə faiz borcu 552906,21 ABŞ dolları (709976 ABŞ dolları əsas borc + 552906,21 ABŞ dolları faiz borcu + 9045,8 ABŞ dolları məbləğində artırılmış faiz borcu) müəyyən edilməklə, cəmi 1271928,01 ABŞ dollarının cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin hərracdan ilkin satış qiymətinin 14.214.000 (on dörd milyon iki yüz on dörd min) manat müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. 2(103)-1019/2022 saylı işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2(102)-8009/17 saylı qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2(103)-9500/2017 saylı qətnaməsindən görünür ki, iş üzrə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyun 2017-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(005)-5525/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər “X1” MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilmiş, “X1” MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova, 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965.0 kv.m ümumi, 965.0 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh ASC-yə satılmasına dair hərracın yekunları barədə 21 avqust 2017-ci il tarixli 18 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. 2(103)-1019/2022 saylı işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(102)-3488/2018 saylı qərarından görünür ki, kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2-1(81)-2842/2018 saylı qərarından görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binasının "xxxx" ASC-nin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2018ci il tarixli, 2-1(81)-2842/2018 saylı qərarından görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata İddiaçı üçüncü şəxs qismində cəlb edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binasının "xxxx" ASC-nin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-2842/2018 saylı qərarının ləğv edilməsi, hazırki işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və işə baxılmasının 08 oktyabr 2018-ci il tarixə, saat 12:00-a təyin edilməsi qərara alınmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 10 sentyabr 2018-ci il tarixli, 2-1(81)-2842/2018 saylı məktubdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2-1(81)-2842/2018 saylı qərarı ləğv edildiyindən həmin qərarın icrası ilə bağlı göndərilmiş xx.xx.2018-ci il tarixli məktubun icrasının dayandırılması xahiş edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(103)-9334/2018 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı üçüncü şəxs qismində "xxxx" ASC və Bakı şəhər Yasamal rayon İcra Şöbəsi cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin məbləğinin müəyyən edilməsi” və İddiaçı “X1” MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASCyə qarşı “hərracın nəticələrinin etibarsız heab edilməsi” tələbinə dair mülki iş üzrə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 964 kv.m olan qeyri-yaşayış binasının hazırki bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(006)-2289/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Cavabdeh ASC-yə qarşı “sonrakı ipoteka müqavilələrinin və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(103)-1669/2019 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı üçüncü şəxs qismində "xxxx" ASC və Bakı şəhər Yasamal rayon İcra Şöbəsi cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin məbləğinin müəyyən edilməsi” tələbinə və İddiaçı “X1” MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız heab edilməsi” tələbinə dair mülki iş üzrə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 964 kv.m olan qeyri-yaşayış binasının hazırki bazar və likvid dəyərinin, həmin qeyri-yaşayış binasının 21 avqust 2017-ci il tarixinə (hərrac yekunlaşdığı tarixə) olan bazar və likvid dəyərinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ekspertlərinə həvalə edilmişdir. Mülki işin materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Xidmətin xx.xx.2019-cu il tarixli **********55 nömrəli məktubu ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında qeydiyyat orqanı tərəfindən icra edilməli vəzifə olarsa, qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(006)-4706/2019 saylı qərardadından görünür ki, İddiaçı iddianın təmini tədbirinə dair ərizəsinin təmin edilməsi, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, 965 m2 sahəsi olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması, həmin qeyri-yaşayış sahəsinin "xxxx" ASC tərəfindən özgəninkiləşdirilməsi, icarəyə verilməsi, ipoteka ilə yüklü edilməsi və mülkiyyət hüququndan irəli gələn bütün hüquqi əməliyyatların (sənədləşmələrin) aparılmasının "xxxx" ASC-yə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi və icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə, Yasamal rayon İcra və Probasiya Şöbəsinə və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(006)-4706/2019 saylı qərardadı xx.xx.2019-cu il tarixdə icra olunaraq "xxxx" ASC-yə məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(006)-4706/2019 saylı qərardadından görünür ki, 2(006)-4706/2019 saylı, 10 iyul 2019-cu il tarixli qərardaddan cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 2(103)-11294/2019 saylı qərardadından görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4706/2019 saylı mülki iş üzrə qəbul etdiyi 10 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iddiaçı tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizənin qismən təmin edilməsi, ünvan 6 ünvanında yerləşən 965 m2 sahəsi olan qeyri-yaşayış binasının satılmasının və bağışlanmasının cavabdeh "xxxx" ASCyə qadağan edilməsi, qalan hissədə ərizənin təmin edilməməsi, qərardadın dərhal icra edilməsi və icrasının Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4706/2016 nömrəli qərardadı xx.xx.2019-cu il tarixdə icra olunaraq qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuşdur. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2(103)-1669/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsindən iş üzrə üçüncü şəxs "xxxx" ASC tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin rədd edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(005)-5525/2017 saylı qətnaməsindən cavabdehlər "xxxx" ASC və “X1” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(005)-5525/2017 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin rədd edilməsi, məhkəmə xərclərinin tərəflərinin özlərinə aid edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, **********78-06301 reyestr nömrəli Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 2, 615-ci məhəllədə yerləşən, ümumi sahəsi 965 m2 olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2019-cu ildə İddiaçı ərizə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş “qiymətləndirmə hesabatının etibarsızlığı və ilkin satış qiymətinin müəyyən olunması, yekun protokolun etibarsızlığı” barədə iddia ərizəsi üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki işin icraatının dayandırılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 8358/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli 2(103)-1519/2020 saylı qərardadından görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5485/2020 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərardadından verdiyi apellyasiya şikayətindən imtinasının qəbul edilməsi, İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" ASC ərizə təqdim edərək, işin dayandırılmasına əsas olan halın aradan qalxdığını bildirmiş və mülki işin təzələnərək məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə işin icraatı təzələnmişdir. Bundan sonra məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər “X1” MMC-yə, Cavabdeh ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi”nə dair 2(006)-2222/2020 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər mülki iş üzrə icraat dayandırılmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(006)-2222/2020 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər “X1” MMC-yə, "xxxx" ASC-yə, Azərbaycan Respublikası Mərkəzi Bankına, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yasamal rayon İcra və Probasiya Şöbəsinə, ƏMDK yanında DƏDRX-nin 01 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(006)-2222/2020 saylı qərardadından görünür ki, 23 oktyabr 2020-ci il tarixli 2(006)-2222/2020 saylı qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli 2(006)-2222/2020 saylı qərardadından görünür ki, 13 noyabr 2020-ci il tarixli 2(006)-2222/2020 saylı qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(103)-2485/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(006)-2222/2020 saylı qərardadının ləğv olunması, 23 oktyabr 2020-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə uyğun qaydada baxılması, yaxud rüsumun ödənilməməsi səbəbilə şikayətin geri qaytarılmalı olub-olmadığı məsələsinə qiymət verilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(006)-2222/2020 saylı qərardadından görünür ki, 23 oktyabr 2020-ci il tarixli 2(006)-2222/2020 saylı qərardaddan verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(006)-2222/2020 saylı qərardadından görünür ki, İddiaçı şikayətinin təmin edilməsi, 15 mart 2021-ci il tarixli 2(006)-2222/2020 saylı qərardadın ləğv edilməsi, 2(006)- 2222/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan (İİ cild) Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(103)-5850/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(006)-2222/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2020-ci il tarixli 2(006)-2222/2020 saylı qərardadının nəticə hissəsinin ikinci abzasında nəzərdə tutulan, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2222/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin imperativ tələbinə əsasən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. 2(103)-1019/2022 saylı işin materiallarında olan (İİ cild) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(006)-5261/2021 saylı qərardadından görünür ki, İddiaçı şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(006)-2222/2020 saylı qərardadının ləğv edilməsi və İddiaçı cavabdehlər “X1” MMC-yə, "xxxx" ASC-yə, Azərbaycan Respublikasının Mərkəzi Bankına, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yasamal rayon İcra və Probasiya Şöbəsinə, ƏMDK yanında DƏDRX-nin 01 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair mülkə işə baxılması üçün məhkəmə iclasının xx.xx.2021-ci il tarixə təyin edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmələrə ünvanladığı xx.xx.2020-ci il tarixli **********21 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə yerləşən 2 saylı qeyri-yaşayış binasının üzərində Nərimanov Rayon Məhkəməsinin 2(005)-5525/2017 saylı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2842/2018 və 2-1(81)-3958/2019 saylı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-273/2020 saylı, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4706/2019 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2711/2019 və 2(103)-15977/2019 saylı bildirişləri ilə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3958/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə sözügedən əmlaklar üzərinə həbs, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4706/2019 saylı xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11294/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadları ilə qadağa qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2711/2019 və 2(103)-15977/2019 saylı bildirişləri ilə aparılmış qeydlər Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2711/2019 saylı xx.xx.2019-cu il tarixli, 2(103)-1519/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadları nəzərə alınmaqla silinmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4706/2019 saylı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2842/2018 və 2-1(81)-3958/2019 saylı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-273/2020 saylı işləri üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları, həmçinin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8358/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı və yuxarıda qeyd edilən həbsin və qadağaların götürülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadları 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada daxil olacağı təqdirdə həmin hissələrdə ərizənin məqsədinə qanunamüvafiq qaydada baxıla bilər. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5261/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal rayon İcra və Probasiya Şöbəsi, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabadehlər “X1” MMC-yə, ləğv prosesində olan "xxxx" ASC-yə, Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələrinin etibarsız heab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. 2(103)-1019/2022 saylı işin materiallarında olan (İİ cild) Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(103)-1019/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2021-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 oktyabr 2022ci il tarixli, 2(102)-4130/2012 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1019/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığından, yəni Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4130/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə yekun məhkəmə aktı çıxarıldığından və qanuni qüvvəyə mindiyindən, məhkəmənin xx.xx.2023-cü il tarixli 2(006)-7/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki,

1. xx.xx.2009-cu il: hazırki mübahisənin predmetini təşkil edən – Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965.0 kv.m ümumi, 965.0 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış və bu barədə MH seriyalı ******* №-li, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. 2.1. xx.xx.2014-cü il: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə ümumilikdə 1300528.45 ABŞ dolları, xx.xx.2009-cu il tarixli K-4503 saylı kredit müqaviləsi üzrə ümumilikdə 1621349.84 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova, 615-ci məhəllədə istifadədə olan 0.09837 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 965.0 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyriyaşayış binasına tutma yönəldilməsi, həmin binanın açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına İddiaçı banka olan borcunun ödənilməsi, girov predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin İddiaçı verilməsi qət edilmişdir. 2.2. xx.xx.2015-ci il: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-79/2015 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli qətnaməsinin, faiz borcları üzrə pulun tutulması hissəsində dəyişdirilərək, 05 noyabr 2009-cu il tarixli K-4503 saylı kredit müqaviləsi üzrə faiz borcu 1580146,57 ABŞ dolları müəyyən edilməklə, (1580146,57 ABŞ dolları+3009,8 ABŞ dolları məbləğində artırılmış faiz borcu) cəmi 1583156,37 ABŞ dolları, 17 noyabr 2009-cu il tarixli K-4528 saylı kredit müqaviləsi üzrə faiz borcu 552906,21 ABŞ dolları (709976 ABŞ dolları əsas borc + 552906,21 ABŞ dolları faiz borcu + 9045,8 ABŞ dolları məbləğində artırılmış faiz borcu) müəyyən edilməklə, cəmi 1271928,01 ABŞ dollarının cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 2.3. xx.xx.2017-ci il: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8009/17 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 3.1.1. xx.xx.2017-ci il: ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar aparılan icra tədbirləri zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4766/2017 saylı qətnaməsi ilə hazırki mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin hərracdan ilkin satış qiymətinin 14.214.000 manat müəyyən edilməsi qət edilmişdir. 3.1.2. xx.xx.2017-ci il: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qətnaməsi iş üzrə üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin tarixli 2(103)-9500/2017 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 3.1.3. xx.xx.2018-ci il: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3488/2018 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 3.2. xx.xx.2017-ci il: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5525/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər “X1” MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilmiş, “X1” MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova, 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965.0 kv.m ümumi, 965.0 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh ASC-yə satılmasına dair hərracın yekunları barədə 21 avqust 2017-ci il tarixli 18 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Qətnamə apellyasiya qaydasında mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsində yuxarıda qeyd edilən işlər bir icraatda birləşdirilmişdir. 3.3.1. xx.xx.2018-ci il: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9334/2018 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı üçüncü şəxs qismində "xxxx" ASC və Bakı şəhər Yasamal rayon İcra Şöbəsi cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin məbləğinin müəyyən edilməsi” və İddiaçı “X1” MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 964 kv.m olan qeyri-yaşayış binasının hazırki bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. 3.3.2. xx.xx.2019-cu il: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1669/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı üçüncü şəxs qismində "xxxx" ASC və Bakı şəhər Yasamal rayon İcra Şöbəsi cəlb edilməklə “əmlakın qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və ipoteka predmetinin məbləğinin müəyyən edilməsi” tələbinə və İddiaçı “X1” MMC, "xxxx" MMC, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız heab edilməsi” tələbinə dair mülki iş üzrə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 964 kv.m olan qeyri-yaşayış binasının hazırki bazar və likvid dəyərinin, həmin qeyri-yaşayış binasının 21 avqust 2017-ci il tarixinə (hərrac yekunlaşdığı tarixə) olan bazar və likvid dəyərinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ekspertlərinə həvalə edilmişdir. 3.4. xx.xx.2019-cu il: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1669/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsindən iş üzrə üçüncü şəxs "xxxx" ASC tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(005)-4766/2017 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin rədd edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(005)-5525/2017 saylı qətnaməsindən cavabdehlər "xxxx" ASC və “X1” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(005)- 5525/2017 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin rədd edilməsi, məhkəmə xərclərinin tərəflərinin özlərinə aid edilməsi qət edilmişdir. 3.5. xx.xx.2019-cu il: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8358/2019 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 4.1. xx.xx.2018-ci il: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2842/2018 saylı qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binasının "xxxx" ASC-nin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 4.2. xx.xx.2018-ci il: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2842/2018 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-2842/2018 saylı qərarının ləğv edilməsi, hazırki işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən həmin tarixdə AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2-1(81)-2842/2018 saylı qərarının ləğv edilməsi barədə məlumat verilmiş, qərarın icrası ilə bağlı göndərilmiş xx.xx.2018-ci il tarixli məktubun icrasının dayandırılması xahiş edilmişdir.

5. xx.xx.2019: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2289/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Cavabdeh ASC-yə qarşı “sonrakı ipoteka müqavilələrinin və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

6. xx.xx.2019-cu il: Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 2, 615-ci məhəllədə yerləşən, ümumi sahəsi 965 m2 olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir.

7. xx.xx.2019-cu il: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4706/2019 saylı qərardadı ilə İddiaçı iddianın təmini tədbirinə dair ərizəsinin təmin edilməsi, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, 965 m2 sahəsi olan qeyri-yaşayış binasının üzərinə həbs qoyulması, həmin qeyri-yaşayış sahəsinin "xxxx" ASC tərəfindən özgəninkiləşdirilməsi, icarəyə verilməsi, ipoteka ilə yüklü edilməsi və mülkiyyət hüququndan irəli gələn bütün hüquqi əməliyyatların (sənədləşmələrin) aparılmasının "xxxx" ASC-yə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi və icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə, Yasamal rayon İcra və Probasiya Şöbəsinə və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır.

8. xx.xx.2019-cu il: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məktub ünvanlayaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(006)-4706/2019 saylı qərardadının xx.xx.2019-cu il tarixdə icra olunaraq "xxxx" ASC-yə məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulmasını bildirmişdir. 9.1. xx.xx.2021-ci il: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5261/2021 saylı qətnaməsi ilə İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal rayon İcra və Probasiya Şöbəsi, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabadehlər “X1” MMC-yə, ləğv prosesində olan "xxxx" ASC-yə, Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələrinin etibarsız heab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. 9.2. xx.xx.2022-ci il: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1019/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2021-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 9.3. xx.xx.2022-ci il: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4130/2012 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1019/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Hazırda İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.1. ona məxsus Yasamal rayonu, B.Bağırova küçəsi 2, 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair Cavabdeh ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən **********78-06301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv olunması və qeyri-yaşayış binasına ləğv olunmuş mülkiyyət hüququnun geri qaytarılması barədə qətnamə çıxarılmasını; 10.2. mülkiyyətinə qəsdlə nəticələnən cinayət əlaqəsinə girərək qanunsuz çıxarışın verilməsinə nail olmuş şəxslərin barələrində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş hərracın nəticələri hər üç məhkəmə instansiyası tərəfindən qüvvədə saxlanıldığından, məhkəmə hesab edir ki, çıxarışın məhkəmə qaydasında etibarsız hesab edilərək ləğv olunması üçün heç bir əsas yoxdur. Hərracın nəticələrinin qüvvədə saxlanılmasına dair qanuni qüvvəsini almış yekun məhkəmə aktının hazırki iş üçün preyudisial əhəmiyyət daşımasını vurğulayaraq, məhkəmə qeyd edir ki, iddiaçının tələbi təmin edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. LPO Cavabdeh ASC-nin adına verilmiş ********* qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə “daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı”nın hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.-3-cü maddəsinə görə, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 2.3-2.4-cü maddələrinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iddia tələbini nəzərə alaraq qeyd edir ki, LPO Cavabdeh ASC-nin hazırki mübahisənin predmetini təşkil edən daşınmaz əmlaka mülkiyyət hüququ mübahisələndirilmədən, bu hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Bununla əlaqədar bir daha vurğulanmalıdır ki, iş materiallarından da göründüyü kimi, hazırda iddiaçı tərəfindən etibarsız hesab edilərək ləğv edilməsi tələb olunan çıxarışın əldə edilməsinə əsas olmuş hərracın nəticələri məhkəmə qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə iddiaçının tələbi rədd edilmiş, hərracın nəticələri qüvvədə saxlanılmışdır. Buna görə də hazırki iş üzrə mübahisələndirilən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və əmlakın iddiaçının mülkiyyətinə qaytarılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin “çıxarışın etibarsız hesab edilərək ləğv olunması və qeyri-yaşayış binasına ləğv olunmuş mülkiyyət hüququnun geri qaytarılması” hissəsinin qanuni (hüquqi) əsası tapılmadığından, yəni işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələbinin “mülkiyyətinə qəsdlə nəticələnən cinayət əlaqəsinə girərək qanunsuz çıxarışın verilməsinə nail olmuş şəxslərin barələrində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırmaların nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, mülkiyyətinə qəsdlə nəticələnən cinayət əlaqəsinə girərək qanunsuz çıxarışın verilməsi məhkəmədə sübuta yetirilmədiyindən, hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, xərclərin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, məhkəmə bu barədə qərar qəbul edərkən tələbin olubolmamasına bağlı deyildir. İddia təmin edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar