Məhkəmə qərarları › İş №2(006)-700/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-700/2021

04.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-700/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Sideif-X12, cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə İddiaçı Sideif-X6 Cavabdeh qarşı “cavabdehin eyvanına daxil olmasının, əşyanın qoyulmasının qarşısının alınması və s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X7 qızı Cavabdeh qarşı “qanunsuz hərəkətlərin qarşısının alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə 1989-cu ildə Bakı şəhəri, Mərdanov Qardaşları küçəsində yerləşən 15 saylı evin 54 saylı mənzili almış və hal-hazırda ailəsi ilə birlikdə yaşayır. Cavabdeh və onun bacısı X3 atasının vəfatından sonra 2002-ci ildə 52 saylı mənzilə köçmüşdür, onların mənzilə köçəndən sonra iddiaçı ilə, iddiaçının sahibliyində olan eyvan mübahisəsi başlamışdır. 2014-cü ildə Nəsini rayon Məhkəməsindən iddiaçıya qarşı iddia qaldırmış, eyvanın bir hissəsi onun mülkiyyətinə verilməsini tələb etmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-5498/2014 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minib, Bakı Apellaysiya Məhkəməsinin 2(103)-816/2015 saylı qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Amma illər keçdikcə Cavabdeh iddiaçını rahan buraxmır. Müxtəlif yollarla iddiaçının eyvanına qeyri-qanuni yollarla pəncərəsindən tullanıb, qadına yaraşmayan hərəkətlərə əl atır. İddiaçının gənc, 32 yaşlı oğlunu provokasiya edir, onların eyvanlarına çıxan qapıdan evə soxulur və bununla da ümumiyyətlə onların mülkiyyət hüquqularını pozur. 2015-ci ildə “102”-yə dəfələrlə bu hadisə ilə əlaqədar yazılı və şifahi formada müraciət etmişdir. 2017-ci ilə onların bina “Bakı Abadlıq” şirkəti tərəfindən təmir edilirdi və iddiaçının şikayət ərizəsi nəticəsində onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin ediıməsi məqdəsi ilə Bakı şəhəri Nəsimi rayonu 22-ci Polis Bölməsinin rəisi polis polkivnikleytenant Zaur Əliyevin 52 saylı mənzilin iddiaçının eyvanına çıxan pəncərəyə dəmir barmaqlıqlar qoyulmasını polis qərara almışdır, yalnız Cavabdeh “Bakı Abadlıq” şirkətinin işçilərinin işinə maneəçilik yaradaraq, dava-dalaş salaraq həmin dəmir barmaqlıqların qurulmasına imkan vermədi. Cavabdeh onları narahat etməkdə davam edir və hər gün pəncərəni açır və iddiaçının eyvanına daxil olur. Analoji vəziyyət 3-cü mərtəbədə də var, sadəcə orada qonşu dəmir barmaqlıqlar qoyub və bu məsələ birdəfəlik həll olunub. Onlardakı məsələ çox pis fəsadlar törədə bilər, çünki Cavabdeh özgəsinin eyvanına tullanmaqla özünə bəraət qazandırır və etdiyi hərəkətlərdən nəinki utanmır, heç özünü günahkar belə saymır. Amma bu işlərin də axırı faciə ilə bitə bilər. Göstərilənlərə əsasən cavabdehin belə qanunsuz hərəkətlərin qarşısının alınması məqsədilə onun pəncərəsinin məcburi olaraq bağlanması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Mərdanov Qardaşları 15 ünvanında yerləşən 54 saylı mənzil onun mülkiyyətindədir. Həmin ünvanda onun divar qonşusu Cavabdeh yaşayır. İddiaçıya məxsus Bakı şəhəri, Mərdanov Qardaşları 15 ünvanında yerləşən 54 saylı mənzilin texniki pasportundan da göründüyü kimi iddiaçıya məxsus mənzilin eyvanı vardır. Amma qonşunun mənzilində hər hansı bir eyvanı yoxdur. Lakin qonşu Cavabdeh mənzilinin pəncərəsi vardır ki, həmin pəncərə iddiaçının eyvanına baxır. Artıq uzun müddətdir ki, qonşunun qanunsuz hərəkətləri səbəbindən aralarında ziddiyət yaranır. Odur ki, bütün ona qarşı olan qanunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh pəncərəsi iddiaçının eyvanına baxır, amma uzun müddətdir ki, qonşu onun eyvanınn öz eyvanı kimi istifadə edir. Belə ki, Cavabdeh mənzilinin iddiaçının eyvanına baxan pəncərəsindən iddiaçıya məxsus eyvana düşür və öz eyvanı kimi istifadə edir. İddiaçı dəfələrlə etiraz edib müvafiq orqanlara müraciət etsə də, həmin şəxsə müvafiq xəbərdarlıqlar edilmişdir. Lakin həmin şəxs öz məkirli niyyətini müxtəlif üsullarla davam etdirir və iddiaçının eyvanından sərbəst istifadə etməsinə mane olur. İndi də iddiaçıya məxsus eyvana paltar qurudulması üçün asılqan qoyaraq paltarlarını qurudur. Bundan başqa lazımsız əşyalarını də pəncərəsindən iddiaçının eyvanına yığır. Həmin şəxs iddiaçının icazəsi olmadan eyvanına düşür. Hər dəfə etiraz etdikdə onlarla dava etməkdən belə çəkinmir. Uzun illərdir ki, iddiaçının və oğlunun rahatçılığı ərşə çəkilib. Hər dəfə etiraz etdikdə isə həmin şəxs tərəfindən müxtəlif üsullarla hədələnirlər (hətta oğlunu tutduracağını və s.iddia edir). İddiaçı artıq illərdir ki, məcbur qalıb eyvanının qapısını bağlı saxlamalı olur. Hətta isti yay aylarında belə eyvanının qapısını pəncərəsini bağlı saxlamaq məcburiyyətində qalmışdır. Həmin şəxslər cox aqressivdilər və onlara qarşı zor tətbiq etmək iqtidarındadırlar. Müvafiq orqanlar “Bakı Abadlıq”, Mənzil İstismar Sahəsi və hətta sahə müvəkkili belə onlara məsləhət bilmiş və razılıq vermişlər ki, pəncərəyə dəmir barmaqlılar qoyulsun və mübahisə sona çatsın. Lakin cavabdeh olan qonşusu buna razı olmamış və müxtəlif üsullarla (zor tətbiq etmək və ya zor tətbiq etmək hədəsi ilə) mane olmuşdur. Göstərilənlərə əsasən cavabdeh X4 iddiaçının eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması eləcə də digər müdaxilələrin qadağan edilməsinə, iddiaçının eyvanından iddiaçının hesabına (çöl tərəfindən) qonşunun pəncərəsinə pəncərədən 25 sm məsafədə dəmir barmaqlıqlığın quraşdırılmasına mane və müdaxilə Cavabdeh qadağan edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X9 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli MH seriyalı 042000 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 15 mənzil 54 Sideif-X6 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 30/116094 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli ÖM seriyalı 111937 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 15 mənzil 52 X1 və X2 paylı mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 953 saylı reyestr kitabının 143148 nörməli vərəqində 30/1371 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 15 saylı evin 52 saylı mənzilinin notarial qaydada təsdiq edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 15 saylı evin 54 saylı mənzilinin texniki pasportların surətlərindən görünür ki, mübahisələndirilən eyvan hər iki mənzilin ümumi istifadəsindədir, 52 saylı mənzilin pəncərəsi, 54 saylı mənzilin isə qapısı həmin eyvana açılır. İş materiallarında Nəsimi rayon Məhkəməsinin 2(006)-5498/2014 saylı, xx.xx.2014cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh və X1 cavabdeh İddiaçı maraqlı şəxslər Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinə qarşı “mənzillər arasında olan küçə eyvanının cavabdehin hesabına hər iki yerə bölünərək arakəsmə ilə bağlanması” tələbinə dair iddisının təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-816/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh və X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 5498/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən X7 qızına ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, qonşular Cavabdeh və X3 mənzillər arasında olan küçə eyvanının iki eyvanının iki yerə bölünərək arakəsmə ilə bağlanması iddiası ilə Nəsimi rayon Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişlər, ancaq hər iki məhkəmədə qaldırılan iddia təmin edilməmiş və bu haqda Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015ci il tarixli qətnamələrinin surətləri S.Sideif-Zadəyə və iddiaçılara göndərilmişdir. Cavabdeh S.Sideif-Zadənin balkona tullanması, ailə üzvlərini səslənməsi və digər hərəkətlərinin qarşısının alınması məqsədi ilə onun pəncərəsinə reşotka qoyulması ancaq mənzil sahibinin razılığı əsasinda mümkün ola bilər. İş materiallarında olan Bakı şəhəri BPİ-nin Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi tərəfindən Bakı Abadlıq İdarəsinin rəhbərliyinə və X7 qızına ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubların surətlərindən görünür ki, Bakı Abadlıq İdarsi tərəfindən S.Sideif-Zadənin qonşusu Cavabdeh pəncərəsinə dəmir barmaqlıqlar qoyulan zaman təhlükəsizlik polis tərəfindən təmin olunacaqdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrin hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 173-cü maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; 231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri; 231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında mübahisəli eyvan ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Məhkəmə qeyd edir ki, iddianın cavabdehə iddiaçının eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması eləcə də digər müdaxilələrin qadağan edilməsi hissəsində həmin eyvanın məhkəməyə təqdim edilmiş texniki sənədlərlə bir eyvan olması müəyyən edilmişdir. Həmin mübahisəli eyvanın sırf bütünlükdə iddiaçıya məxsus olması heç bir hüquqi sənədlərlə öz təsdiqini tapmamışdır. İddiaçı məxsus texniki sənədlərlə yalnız eyvanın bir hissəsinin iddiaçıya digər hissəsinin cavabdehə məxsus olması müyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən yuxarıda qeyd olunan cavabdehin iddiaçının eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması eləcə də digər müdaxilələrin qadağan edilməsi hissəsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçının məhkəmə iclasında iddia etdiyi müdaxilələr bütünlüklə eyvanla bağlı olmuş və həmin eyvanın bütünlükdə iddiaçıya məxsus olması da öz əksini tapmamışdır. Qeyd olunanlar öz əksini tapmadığından iddianın təmin olunacağı təqdirdə cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilərdi. Odur ki, iddia cavabdehin iddiaçının eyvanına daxil olması, eyvanına hər hansı əşya qoyması və ya atması eləcə də digər müdaxilələrin qadağan edilməsi hissəsində təmin oluna bilməz. Həminin iddiçının digər tələb hissəsi olan qonşunun pəncərinə 25 sm məsafədə dəmir barmaqlıqların qurşadırılmasına maneənin cavabdehə qadağan edilməsi hissəsində məhkəmə qeyd edir ki, nə qədərki mübahisəli eyvan hər iki tərəfin birgə mülkiyyətində olmaqla istifadəsindədir , cavabdehin pəncərəsinə dəmir barmaqlıqların qoyulmasında cabvabdehin razılığı olmadığı təqdirdə bu halın özü də mülkiyyət hüquqlarının pozulması hesab edilir. Odur ki, iddia bu hissədə də təmin oluna bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı Sideif-X6 Cavabdeh qarşı “cavabdehin eyvanına daxil olmasının, əşyanın qoyulmasının qarşısının alınması və s” tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sideif-X6 Cavabdeh qarşı “cavabdehin eyvanına daxil olmasının, əşyanın qoyulmasının qarşısının alınması və s” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar