Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7017/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ərizəçi İddiaçı iştirakları ilə, Ərizəçi İddiaçı, maraqlı şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı "hüquqi aktın müəyyən edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının sabiq Kommunal Təsərrüfat Nazirliyinin Bakı şəhəri, sabiq Kirov (indiki Binəqədi) Rayon İcraiyyə Komitəsi tərəfindən rayonun Biləcəri qəsəbəsi, sabiq Bauman (hazırda “Xurşud Ağayev küçəsi”) küçəsi 4 ünvanda yerləşən evə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirməsinə aid” pasportunun üz vərəqində “ev sahibinin f., a., atasının adı” qrafasında və “evlər idarəsi üzrə evin texniki inventarizasiyanın ev sahibliyinin 1964-cü ilin fevral ayına olan kartoçkasında “ev sahibinin familiyası, adı və atasının adı” qrafasında və “Evlər idarəsi üzrə evin texniki inventarizasiyanın ev sahibliyinin 1964-cü ilin fevral ayına olan kartoçkasında “ev sahibinin familiyası, adı və atasının adı” qrafasında “X10” kimi yazılmış soyad, adı və atasının adının “X5” kimi oxunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının sabiq Kommunal Təsərrüfat Nazirliyinin Bakı şəhəri, sabiq Kirov (indiki Binəqədi) Rayon İcraiyyə Komitəsi tərəfindən rayonun Biləcəri qəsəbəsi, sabiq Bauman (hazırda “Xurşud Ağayev küçəsi”) küçəsi 4 ünvanda yerləşən evə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və quymətləndirməsinə aid” pasportunun üz vərəqində “ev sahibinin f., a., atasının adı” qrafasında və “evlər idarəsi üzrə evin texniki inventarizasiyanın ev sahibliyinin 1964-cü ilin fevral ayına olan kartoçkasında “ev sahibinin familiyası, adı və atasının adı” qrafasında və “Evlər idarəsi üzrə evin texniki inventarizasiyanın ev sahibliyinin 1964-cü ilin fevral ayına olan kartoçkasında “ev sahibinin familiyası, adı və atasının adı” qrafasında “X10” kimi yazılmış soyad, adı və atasının adının “X5” kimi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək bildirdi ki, onun X2 1937ci ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuş və 11 dekabr 1995-ci ildə ünvan 1 ünvanda vəfat etmişdir. X3 ölümü faktı Bakı şəhəri, Nəsimi rayon VVAQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında 17.01.1996-cı il tarixdə 91 sayı ilə qeydə alınmışdır və həmin sənəddə də onun soyadı, adı və atasının adı “X5” kimi göstərilmişdir. X5 28.02.1964-cü il tarixdə Məmmədova (qızlıq soyadı “Ağahüseynzadə” olmuşdur) Mehrəngiz Ağaibrahim qızı ilə rəsmi nikaha girmiş və sənəddə də onun soyadı, adı və atasının adı “X5” kimi göstərilmişdir. Mərhuma 01 aprel 1966-cı il tarixdə verilmiş NZ № ******* saylı hərbi biletdə də onun soyadı, adı və atasının adı “X5” kimi göstərilmişdir. O, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş və onun adına verilmiş № 373672 saylı, 24.03.1972-ci il tarixli doğum şəhadətnaməsində atasının soyadı, adı və atasının adı “X5” kimi göstərilmişdi. X2 1950-ci illərin əvvəlində Bakı şəhəri, Kirov (hazırda “Binəqədi rayonu” adlanır) rayonu, Biləcəri qəsəbəsi, Bauman küçəsi 4 (hazırda “Xurşud Ağayev küçəsi” adlanır) ünvanda, ümumi sahəsi 291 kv m olan torpaq sahəsi alıb orada ümumi sahəsi 106,1 kv m olan yaşayış evi inşa etmişdir. Həmin 291 kv m sahə üzərindəki tikililərlə birikdə həmin vaxtdan hazıra kimi ailənin istifadəsindədir. Qeyd edilən sahəni özəlləşdirmək üçün müraciət edərkən ona məlum oldu ki, ünvan 2 ünvanda yerləşən evə Azərbaycan Respublikasının sabiq kommunal Təsərrüfat Nazirliyinin Bakı şəhəri, Kirov rayonu üzrə qurumu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventariyasiya və qiymətləndirməsinə dair pasportunun üz vərəqində “Ev sahibinin f., a., atasının adı” qrafasında atamın adı “X15 oq.” kimi yazılmışdır. Həmin Pasportun “Evlər İdarəsi üzrə evin texniki inventarizasiyanın ev sahibliyinin 1964-cü ilin fevral ayına olan kartoçkasında da “ev sahibinin familiyası, adı və atasının adı” qrafasında atasının adı “X15 oq.” kimi yazılmışdır. Sonda ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, X7 onun əmisi oğludur. Məmmədov Məmmədağa 1995-ci ildə vəfat etmişdir. Yusif Məmmədovun atasının adının “X5” olmuşdur. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, o, 1963-cü ildə aprelin 10 da Sumqayıtda anadan olmuşdur. Onda olan məlumata görə əvvəlcə kiril əlifbası ilə adı yazılmışdır, latınca ərizəçinin atasının adı “X5” olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş X1 notarial qaydada təsdiq edilmiş 1964-cü il tarixli Texpasportun surətindən görünür ki, ünvan 3 ünvanda mənzil X12 verilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş № 373672 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, X7 xx.xx.1972-ci ildə anadan olmuşdur. X4r. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş №460564 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X5 11.12.1995-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayonu Pİ tərəfindən 31.07.2007ci tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş materiallarında olan sübutlar və şahid ifadələri ilə müəyyən olundu ki, Ərizəçinin X2 1950-ci illərin əvvəlində Bakı şəhəri, Kirov (hazırda “Binəqədi rayonu” adlanır) rayonu, Biləcəri qəsəbəsi, Bauman küçəsi 4 (hazırda “Xurşud Ağayev küçəsi” adlanır) ünvanda, ümumi sahəsi 291 kv m olan torpaq sahəsi alıb orada ümumi sahəsi 106,1 kv m olan yaşayış evi inşa etmişdir. Qeyd edilən sahəni özəlləşdirmək üçün müraciət edərkən ərizəçiyə məlum oldu ki, ünvan 2 ünvanda yerləşən evə Azərbaycan Respublikasının sabiq kommunal Təsərrüfat Nazirliyinin Bakı şəhəri, Kirov rayonu üzrə qurumu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventariyasiya və qiymətləndirməsinə dair pasportunun üz vərəqində “Ev sahibinin f., a., atasının adı” qrafasında atasının adı “X15 oq.” kimi yazılmışdır. Həmin Pasportun “Evlər İdarəsi üzrə evin texniki inventarizasiyanın ev sahibliyinin 1964-cü ilin fevral ayına olan kartoçkasında da “ev sahibinin familiyası, adı və atasının adı” qrafasında atasının adı “X15 oq.” kimi yazılmışdı. Lakin, Bakı şəhəri, Nəsimi rayon VVAQ şöbəsində ölüm haqqında akt şəhadətnamədə, NZ № ******* saylı hərbi biletdə və 373672 saylı, 24.03.1972-ci il tarixli doğum şəhadətnaməsində ərizəçinin atasının soyadı, adı və atasının adı “X5” kimi yazılmışdı. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının sabiq Kommunal Təsərrüfat Nazirliyinin Bakı şəhəri, sabiq Kirov (indiki Binəqədi) Rayon İcraiyyə Komitəsi tərəfindən rayonun Biləcəri qəsəbəsi, sabiq Bauman (hazırda “Xurşud Ağayev küçəsi”) küçəsi 4 ünvanda yerləşən evə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və quymətləndirməsinə aid” pasportunun üz vərəqində “ev sahibinin f., a., atasının adı” qrafasında və “evlər idarəsi üzrə evin texniki inventarizasiyanın ev sahibliyinin 1964-cü ilin fevral ayına olan kartoçkasında “ev sahibinin familiyası, adı və atasının adı” qrafasında və “Evlər idarəsi üzrə evin texniki inventarizasiyanın ev sahibliyinin 1964-cü ilin fevral ayına olan kartoçkasında “ev sahibinin familiyası, adı və atasının adı” qrafasında “X10” kimi yazılmış soyad, adı və atasının adı “X5” kimi olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə tələbi təmin edilsin. Azərbaycan Respublikasının sabiq Kommunal Təsərrüfat Nazirliyinin Bakı şəhəri, sabiq Kirov (indiki Binəqədi) Rayon İcraiyyə Komitəsi tərəfindən rayonun Biləcəri qəsəbəsi, sabiq Bauman (hazırda “Xurşud Ağayev küçəsi”) küçəsi 4 ünvanda yerləşən evə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və quymətləndirməsinə aid” pasportunun üz vərəqində “ev sahibinin f., a., atasının adı” qrafasında və “evlər idarəsi üzrə evin texniki inventarizasiyanın ev sahibliyinin 1964-cü ilin fevral ayına olan kartoçkasında “ev sahibinin familiyası, adı və atasının adı” qrafasında və “Evlər idarəsi üzrə evin texniki inventarizasiyanın ev sahibliyinin 1964-cü ilin fevral ayına olan kartoçkasında “ev sahibinin familiyası, adı və atasının adı” qrafasında “X10” kimi yazılmış soyad, adı və atasının adının “X5” kimi olması faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-7017/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7017/2021
02.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver