Məhkəmə qərarları › İş №2(006)-707/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-707/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-707/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X4, cavabdehin nümayəndəsi (vəkili) X15 iştirakı ilə, İddiaçı Cavabdehxan oğluna qarşı “cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdehxan oğlundan cinayət əməli nəticəsində vurduğu maddi zərərə görə ona dəymiş 1.050.000 (bir milyon əlli min) ABŞ dolları və mənəvi zərərə görə 5.000 (beş min) manat tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X11 iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçıya və başqalarına qarşı törətdiyi cinayət əməllərinə görə X7 barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işinin istintaqı zamanı iddiaçı iş üzrə zərəçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1- 1(103)-27/18 nömrəli xx xxx 2020-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.2. 228.4, 302.2, 311.3.1, 311.3.2, 31 1.3.3, 311.3.4, 313, 341.2.1. 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunması ilə bağlı Bakı Hərbi Məhkəməsinin 1 (093)-10/17 nömrəli xx xxxxxxx 2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. Lakin Cavabdeh cinayət əməli nəticəsində iddiaçıya vurulmuş zərər nə ibtidai istintaq zamanı, nə də məhkəmə istinaqı zamanı ödənilməmiş, mülki iddia baxılmamış saxlanılmış və ona vurulmuş zərərin mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu zərərin ondan tutulması xahiş etdi. X7 barəsində başlanmış yuxarıda qeyd edilən cinayət işinin istinaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı 2004-cü ildən inşaat sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2005-ci ildə "xxxx” MTK-ni təsis etmiş, həmin MTK-nın sahibi olmuşdur. 2007-ci ilin sentyabr-oktyabr ayında “xxxx” MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində inşa etdiyim binanın ofisində olarkən cavan bir oğlan ofisə gəlib, ev almaq istədiyini bildirmiş, cibindən şəxsiyyət vəsiqəsini və ABŞ dollarlarını çıxararaq stolun üstünə qoymuşdur. Həmin vaxt ofisdə X12 yanında MTK-nın satış meneceri Tahir Mirzəyev olmuşdur və onlar bununla razılaşmayaraq mənzilin pulunu manatla ödəməyi tələb etmişlər. Elə bu vaxt bir neçə nəfər tanımadığı MTN əməkdaşları ofisə daxil olmuşlar. MTK-nın sənədlərini götürüb Qasımov İslamı və Tahir Mirzəyevi nömrə nişanını dəqiq görmədikləri «Mercedes» markalı «dörd fara» adlanan avtomobilə mindirib MTN-ə aparmışlar. Əlamətləri dəqiq yadında qalmayan şəxs ondan öz izahatında dollarla mənzil satdığını bildirməyi tələb etsə də, qardaşı İslam Qasımov bununla razılaşmamış, belə olan halda onu vurmaq istəsələrdə daha sonra bu fikirdən daşınmışlar. Təxminən 3-4 saat MTN-də saxlanılmışlar, onlara mənəvi olaraq əzab vermişdirlər. MTN-dən qardaşının və Tahirin azadlığa buraxmaları üçün ondan MTN-nin o vaxtkı rəhbərlərindən olan Cavabdehxan oğlu 250.000 ABŞ dolları almışdır. Daha sonra 2009-cu ilin qış aylarında MTK-nın Xan Şuşinski küçəsində yerləşən ofisində olarkən MTN-nin əməkdaşları ofisə hücum edib ofisin sənədlərini götürüb MTN-ə aparmışlar. Bu dəfə də ona demişdilər ki, guya Rauf adlı şəxsdən 150.000 ABŞ dolları məbləğində pul alıb geri qaytarmamışdır. O, elə bir adamı tanımadığını bildirsə də, buna əhəmiyyət verməyən Cavabdeh ondan zorla və hədə-qorxu ilə 150.000 ABŞ dolları Raufun pulunu, 100 000 ABŞ dolları da onu tutmamaq üçün verməsini demişdir. Əlacsız qalaraq iddiaçı MTK-nın kassasından MTK-ya məxsus 250.000 ABŞ dolları məbləğində pul götürüb MTN-ə getmiş və həmin pulları Cavabdeh vermişdir. 2011-ci ildə Cavabdeh iddiaçıya yenidən zəng edərək guya ondan şikayət olduğunu bildirmiş, onun MTN-ə getməyini tələb etmişdi. MTN-ə gəldikdən sonra Cavabdeh qəbuluna girəndə Cavabdeh bildirdi ki, ondan şikayət etmişlər, mübahisə məbləği isə 1200.000 ABŞ dollarıdır. Cavabdeh bildirdi ki, əgər 1200.000 ABŞ dolları pulu verməlidir. Əlacsız qalaraq “xxxx" MMC-nin kassasından 200.000 ABŞ dolları məbləğində pulu götürərək MTN-ə getmiş, pulu Cavabdeh vermişdir. Lakin bu son olmamışdır. 2015-ci ilin sentyabr ayında oğlu X18 yaşadığı binanın qabağında bir neçə silahlı adam tutub MTN-ə aparmışdılar. Daha sonra MTN-dən ona zəng edərək oğlunu guya narkotik vasitə istifadə etdiyi üçün tutduqlarını, onun buraxılması üçün 300.000 ABŞ dolları pul istəmişdilər. İddiaçı pulu verməməkdə israr edincə Cavabdeh onun digər oğlu Qasımov Lətiflə əlaqə saxlayıb pul istəmişdir. Belə vəziyyətdə əlacsız qalan İddiaçı 50.000 ABŞ dollarını verməyə razılaşmışdır və həmin məbləği Cavabdeh alıb Nurlanı sərbəst buraxmışdır. Bütün bunlarla kifayətlənməyən Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixdə İddiaçı bacısı oğlunun toyuna dəvət olunmuş Moskva şəhərində bizneslə məşğul olan. Rusiya Federesiyasının vətəndaşı Tofiq İbrahimovun restoranının qarşısında olan ** XE *** qeydiyyat nişanlı avtomobilini və sürücüsü Gülağanı, Namiq Orucovu isə restoranın 1-ci mərtəbəsində döyərək tutub MTN-ə aparmışlar. Tofiqdən sürücüsünü buraxmaları üçün ******* ABŞ dolları məbləğində pul istəmişlər, lakin o bu pulu verə bilməyəcəyini bildirib birtəhər 300.000 ABŞ dolları verməyə razılaşmışdır. Lakin səhərisi bu pulu tapa bilmədiyindən özündə olan 100000 ABŞ dollarını götürüb, “Rols Roys” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyaraq 200000 ABŞ dolları almış və həmin pulları Cavabdeh vermişdir. Qeyd etdi ki, sözügedən məbləği də o ödəmişdr. Sonradan öyrənmişdir ki, Cavabdeh adamları Namiq Orucovdan da 103.000 ABŞ dolları məbləğində pul almışlar. Mən Cavabdeh cinayət işi üzrə mülki iddia qaldıraraq 1.050.000 ABŞ dolları məbləğində pulun təqsirləndirilən şəxs (cavabdeh) X2 tutulub ona qaytarılmasını xahiş etmişdir. Lakin Bakı Hərbi Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi tərəfindən onun mülki iddiası baxılmamış saxlanılmış, ona dəymiş ziyan isə ödətdirilməmişdir. Qeyd edirdi ki, Cavabdeh ona vurduğu ziyan həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı öz təstiqini tapmış, qanuni qüvvəyə minmiş cinayət işi üzrə məhkəmə istintaqı ilə Cavabdeh ona 1.050.000 ABŞ dolları məbləğində ziyan vurduğu müəyyən edilmişdir. Qeyd etmək istəyir ki, dövlətə və dövlətçiliyə sadiq olmuşdur, ulu öndər Heydər Əliyevin pərəstişkarı olmuş, çoxsaylı xeyriyyə işləri görmüş, öz vəsaiti hesabına Beyləqan rayonunda Heydər məscidi tikib vətəndaşların istifadəsinə vermişdir. Astara rayonunda YAP Astara rayon şöbəsinə inzibati bina, məktəb binası tikdirmiş, çoxlu insanları işə qəbul etmiş, öz zəhməti ilə qazandığı pulları Cavabdeh cinayət yolu ilə əlindən almış, onu miflis etmişdir. Cavabdeh oğlunu, qardaşını, dostunu azadlığa çıxarması üçün ayrı-ayrı insanlardan faizə borc götürmüşdür 1.050.000 ABŞ dolları pul vermişdir. İndi də həmin borc və faizləri qaytarmışdır. Göstərilənlərə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə A.Çovdarın ona qarşı törətdiyi cinayət əməli nəticəsində maddi zərər vurulması öz təsdiqini tapdığından, A.Çovdardan maddi zərərlə yanaşı mənəvi zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Hesab edir ki, ona vurulmuş mənəvi zərərə 100.000 manat məbləğində qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X26 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsində iddianın əsası kimi istinad edilən Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə 5(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən mənə təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2- (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququmdan məhrum edilməklə, cəzasımı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasımın əvvəli xx xxxxxx 2015-ci il tarixdən hesablanmaqla 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçının mənə qarşı mülki iddiası baxılmadan saxlanılmış, ona sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilmişdir. Məhkəmənin həmin hökmündən digər proses iştirakçıları, o cümlədən onun nümayəndəsi tərəfindən də apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının 1- (103)-27/18-nömrəli, xx xxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri, o cümlədən onun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2017ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdehxan oğluna Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsində nəzərdə tutlmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cəza təyin edilməmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının 1-(103)-27/18nömrəli, xx xxx 2018-ci il tarixli qərarından hazırda Cavabdehxan oğlu tərəfindən kassasiya şikayəti verilmiş və şikayət hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimi Əziz Seyidovun icraatmdadır. İddaçının istinad etdiyi cinayət işində müəyyən olunmuş hallara və aşağıda qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia tələbini qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu maddənin tələblərindən də aydın olduğu kimi, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqları ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ müdafiə hüququ” Həmçinin MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 1.05.000 ABŞ dolları məbləğində pulun məndn tələb etsədə bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmir yalnız Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci tarixli hökmünə istinad etməklə kifayətlənir. Hesab edir ki, hazırkı iddia ərizəsi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dəfələrlə bildirmişdir ki, nəinki İddiaçı pul almamış, ümumiyyətlə onunla nə görüşməmiş, nə də telefonla danışmamışdır. Həmçinin ifadələrində dəfələrlə bildirmişdir ki, tikinti fəaliyyəti ilə məşğul olan şirkətlər onun rəhbərlik etdiyi Energetika və X1 Baş idarəsinin strukturuna aid olmadığı üçün həmin şirkətlərin fəaliyyətinə nəzarət onun rəhbərlik etdiyi Baş idarənin funksional vəzifələrinə daxil olmamışdır. Həmin şirkətlər Nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin struktuna aid olduğuna görə ola biləcək hər hansı bir əməliyyatda yalnız həmin Baş idarənin əməkdaşları tərəfindən həyata keçirilə bilərdi. Cinayət işinin materiallarında olan DTX-nin arayışından məlum olur ki, İddiaçı ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2015-ci il tarixdən və ***-***-**-** mobil nömrəsi xx.xx.2015-ci il tarixdə Monitorinq Mərkəzində Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Fizuli Əliyevin sifarişi ilə nəzarətə qoyulmuşdur. Cinayət işinin materiallarında olan DTX-dən alınmış 4/1/565 tm nömrəli rəsmi məlumatda 2007- 2011-ci illər üzrə keçmiş MTN-də vətəndaşların qəbulu üçün otaqların yerləşdiyi binaya və MTN-in inzibati binasına daxil olma faktlarına dair qeydiyyatların mövcud olmadığı, İddiaçı 2012-2015-ci illər ərzində keçmiş MTN-də vətəndaşların qəbulu üçün otaqların yerləşdiyi binaya və keçmiş MTN-in inzibati binasına daxil olmasının müvafiq qeydiyyat jurnalı əsasında müəyyən edilmədiyi göstərilmişdir ki, bu faktda mənim dediklərimin doğruluğunu, İddiaçı, onun qardaşı X12 və X8 ləğv olunmuş MTN-də olmadığını bir daha təsdiq edir. Eyni zamanda qeyd olunmalıdır ki, Sübahir Qurbanov və digərlərinin təqsirləndirilməsinə dair Bakı Hərbi Məhkəməsinin icraatında olan cinayət işinin materiallarına xx.xx.2016-cı il tarixli ləğv olunmuş MTN-nin Monitorinq Mərzəki və Əməliyyat-texniki idarəsi tərəfindən telefon nömrələri ətrafında əməliyyat-texniki tədbirlərin keçirilməsinə dair tapşırıqlara baxış protokolu əlavə edilmişdir. Həmin protokoldan görünür ki, xx.xx.2016-cı il tarixli ləğv olunmuş MTN-nin Monitorinq Mərzəki və Əməliyyat-texniki idarəsi tərəfindən telefon nömrələri ətrafında əməliyyat-texniki tədbirlərin keçirilməsinə dair tapşırıqlara baxış protokolundan görünür ki, 1962-ci il təvəllüdlü, Beyləqan rayonunda anadan olmuş, həmin rayonun Aşqallar kəndində pasport qeydiyyatında olan Qasımov tlham Səfəralı oğlunun 50 ***-**-** və 50 ***-**-** telefon nömrələri üzrə «RKM» əməliyyat tədbirin keçirilməsi ilə bağlı tərtib edilmiş xx xxxxx 2015-ci il tarixli tapşırıq Fizuli Əliyevin təşəbbüsü ilə Sübahir Qurbanov tərəfindən imzalanmış və Monitorinq Mərkəzinin keçmiş rəisi Teymur Quliyevə göndərilmişdir. X6 «daxil olma» ştampı vardır, daxil olma tarixi xx.xx.2015 dır. Tapşırığın yuxarı hissəsində «icazə verirəm» sözlərin altında sabiq nazirin imzası vardır. Tapşırıq blankının 11-ci bəndində (tədbirin əsaslandırılması) «QƏTİ 2560», 13-cü bəndində (obyekt haqqında istiqamətləndirici məlumat) «obyekt qiymətli daşların qaçalmalçılığı ilə məşğul olur» qeyd edilmişdir. Bu xüsusatın özü də, birmənalı şəkildə belə qənaətə gəlməyə imkan verir ki, İddiaçı ittihamda göstərilən müddətlərdə MTN-in inzibati binasında olması və ya onun nəzarətə götürülməsi halı baş verdiyi təqdirdə belə, bunun mənim və rəhbərlik etdiyim Baş idarənin əməkdaşlarına heç bir aidiyyəti olmamışdır. Qeyd edmək lazımdır ki, hazırkı epizod üzrə İddiaçı, Nurlan Qasımlı və Namiq Orucov tərəfindən verildiyi iddia edilən vəsaitlərin mənbələri istintaq tərəfindən ümumiyyətlə araşdırılmamışıdır. Belə ki, xüsusi ilə qeyd etmək lazımıdır ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X27 2007-ci ilin oktyabr ayında və 2009-cu ilin yanvar ayında hədə-qorxu altında mənə verdiyini idda etdiyi ümumilikdə 500.000 ABŞ dolları məbləğində pulu “Real MTK” Mənzil Tikinti Kooperativinin mənzil satışından əldə olunan puldan, 2012-ci ilin əvvəllərində verdiyi 200.000 ABŞ dolları pulu isə “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin xəzinəsindən götürüb verdiyini bildirir. Lakin ibtidai istintaq təqsirləndirilən şəslərin gəlirlərini əhatə edən bütün sənədləri əldə etməsinə baxmayaraq, zərəçəkmiş şəxslərin həqiqətən göstərilən tarixlərə aid real gəlirləri ilə bağlı zəruri sənədləri AR VN Bakı Vergilər Departamentindən tələb etməmişdir və bununlada zərərçəkmiş yuxarıda göstərilən vəsaitə reallıqda malik olması araşdırlmamışdır. Bundan başqa işinin materiallarından məlum olur ki, İddiaçı verdiyi istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrinin olduğunu göstərmişdir. Lakin istintaq zərərçəkmiş şəxsin təqdim etdiyi dörd ədəd nömrənin heç birinin daxil olan və çıxan zənglərinin siyahısını, anten məlumatlarımı tədqiq etməmişdir ki, bu hal özlüyündə şübhə doğurmaqla cinayət işinin obyektiv və hər tərəfli araşdırılmadığını göstərir. Halbuki İddiaçı hər biri 250.000 ABŞ dolları olmaqla 2007 və 2009-cu illərdə mənə verdiyini iddia etdiyi pulların verildiyi dəqiq tarixlər istintaq tərəfindən araşdırılaraq guya müəyyən edilmişdir. Belə ki, istintaq İddiaçı 2007-ci il verdiyini iddia etdiyib 250.000 ABŞ dolları pulun xx.xx.2007-ci il tarixdə, 2009-cu ildə verdiyini iddia etdiyi digər 250.000 ABŞ dolları pulun isə xx.xx.2009-cu il tarixdə verildiyi qənaətinə gəlmişdir. Əgər istintaq İddiaçı təqdim etdiyi ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrinin göstərilən tarixlərə və saatlara olan olan anten məlumatlarının tədqiq etsəydi İddiaçı xx.xx.2007-ci il və xx.xx.2009-cu il tarixdə ümumiyyətlə Bakı şəhərində olub- olmadığını və ya konkret olaraq göstərdiyi saatda, yəni xx.xx.2007-ci il tarixdə axşam 20 radələrində və sonra, həmçinin xx.xx.2009-cu il tarixdə saat 15-16 radələrində və sonra hansı ərazidə olduğunu müəyyənləşdirə bilərdi. Onuda qeyd etmək lazımdır ki, cinayət işinin materiallarında «xxxx» MMCdən daxil olmuş telefon danışıqlarının yazıldığı yaddaş qurğularına baxış keçirilməsi haqqında protokol mövcuddur. Həmin baxış protokolu müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olmuş ***- ***-**-** nömrəsinin xx.xx.2006-xx.xx.2007, xx.xx.2011-xx.xx.2012-ci illərdə və ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2006-xx.xx.2007-ci illərdə istifadəmdə olmuş 050- ***-**-** və ***-***-**-** nömrələri ilə danışıqları olmamışdır. Eyni zamanda hər iki mobil telefon nömrəsinin xx.xx.2006xx.xx.2007-ci illərdə sms yazışmaları olmamışdır. Lakin İddiaçı ifadələrində 2007-ci ilin oktyabr ayından sonra mənimlə çoxsaylı telefon danışıqlarının olduğunu bildirməsinə baxmayaraq istintaq ***-***-**-** nömrəsinin xx.xx.2006-xx.xx.2007-ci tarixlərə olan daxil olan və çıxan zənglərin siyahısını, həmçinin anten dairələrini iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq tədqiq edilərək cinayət işinə əlavə etməmişdir. ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə bağlı isə ümumiyyətlə araşdırma aparılmamışdır. Halbuki ibtidai istintaq Namiq Orucovla bağlı ittihamın sübuta yetirilməsində anten məlumatlarına, hadisənin baş verdiyi tarixə daxil olan və çıxan zənglərin ləğv olunmuş MTN-nin inzibati binasının yerləşdiyi ərazilərə düşməsinə xüsusi önəm verməklə ittihamın sübuta yetirilməsində əsas sübut kimi istinad etsədə, İlhamı Qasımovun istifadəsində 4 ədəd mobil nömrənin olmasına baxmayaraq hansısa səbəbdən sonuncunun hadisələrin baş verdiyi göstərilən tarixlərə aid danışıqlarını və həmin danışıqların anten məlumatlarını araşdıraraq cinayət işinə əlavə etməmişdir. Göstərilən xüsusat belə qənaətə gəlməyə əsas verir ki, ittiham (hökmü nəzərə almıram, çünki ittihamın köçürülmüş surətidir) yalnız zərərçəkmiş şəxs qismində tanmmışların ifadələrini rəhbər tutmuş, lakin həmin ifadələrin həqiqiliyini araşdırmamışdır. Bundan başqa zərər çəkmiş şəxs qismində tanınmış «xxxx» mənziltikinti kooperativinin həmtəsisçisi İddiaçı şahid və zərərçəkmiş şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 2007-ci ildə guya mən ondan qardaşının buraxılması üçün 500.000 ABŞ dolları tələb etmişəm. Həmin pulu verməyə imkanının olmadığını, tikintiyə hələ təzə başladığını demiş, çox yalvar- yaxardan sonra guya mən, 250.000 ABŞ dolları müqabilində qardaşını və satış meneceri azad etməyə razılaşmışam. Guya mən işçilərimə əmr edib otağına bir telefon gətizdirmişəm və o, həmin nömrədən şəriklərindən “Kərim” deyə çağırdıqları Mürşüd Cəfərova zəng edib təcili 250.000 ABŞ dollar tapıb MTN-nə gətirməsini xahiş etmişdir. Zənginə əsasən Mürşüd Cəfərov MTK-nm qeydiyyat apardıqları kitabında qeyd etməklə MTK-nm kassasından 250.000 ABŞ dollarını götürüb MTN-nə gətirmiş və inzibati binanın qarşısından həmin nömrəyə zəng etmiş, mənim göstərişim ilə bir nəfərin müşayiəti ilə MTN-dən çıxıb X17 tərəfdən olan çıxışının qarşısında şəriki Mürşüd Cəfərov ilə görüşüb onun gətirdiyi 250.000 ABŞ dolları pulu qəbul edib kabinetində mənə vermişdir. Həmin gün saat 21:30 radələrində qardaşı İslam və satış üzrə meneceri Tahir MTN-dən buraxılmışdır. Pulun MTK-nın kassasından götürüldüyünü isə mühasibdə təsdiq edə bilər. Lakin göründüyü kimi zərərəçəkmiş şəxsin verdiyi ifadənin doğru və yalan olduğunu təsdiq olunmasında iş üzrə mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq İddiaçı şəriki kimi təqdim etdiyi “Kərim”xxxx“xxxx” MTK-nm mühasibi ümumiyyətlə istintaq cəlb olunmayaraq həmin şəxslərin ifadəsi alınmamışdır. İddiaçı ifadələrində göstərmişdir 2007-ci ildə mənim nisbətən kiçik, katibəsiz otaqda oturmaqla, otağımın 3-cü və ya 4-cü mərtəbədə yerləşdiyini, 2009-cu ildə isə yuxarı 5-ci və ya 6-cı mərtəbəyə qaldırıb sonra isə mənim otağına aparmışlar. Lakin mən 2007-ci ilin oktyabr ayına ləğv olunmuş MTN-nin Antiterror Mərkəzində şöbə rəisi vəzifəsində çalışmış və xidməti otağı Nazirliyin birinci mərtəbəsində yerləşmişdir və girişi başqa istiqamətdən olmuşdur. 2009-cu ildə isə o, Antiterror Mərkəzində rəis müavini vəzifəsində çalışmışam və xitmədi otağım Nazirliyinin inzibati binasının 1-ci mərtəbəsində yerləşmişdir. Bu faktda zərərçəkmiş şəxsin ifadələrinin doğru olmadığını və onun qeyri-səmimi olmaqla yalan ifadələr verdiyini sübut edir. Onu da qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı pul alınması epizodu üzrə dindirilmiş bütün zərərçəkmiş və şahidlər maddi olaraq bilavasitə İddiaçı asılı olan şəxslərdir. Belə ki, iş üzrə zərərçəkmiş X43 Qasımovun qardaşı olmaqla yanaşı İddiaçı sahibi olduğu “xxxx” MTK-nm icraçı direktoru vəzifəsində çalışması, digər zərərçəkmiş Tahir Mirzəyevin həmin MTK-da satış üzrə menecer vəzifəsində çalışması, iş üzrə dindirilmiş qalan şahidlərin isə İddiaçı sürücüsü, mühafizəçisi olduğunu nəzərə alsaq bu faktın doğru olduğunu görərik. Hazırkı epizod üzrə zərərəçəkmiş şəxs kimi tanınmış X47 Qasımovun oğlu, zərərçəkmiş Nurlan Qasımovun isə İddiaçı digər oğlu olduğunu nəzərə alsaq həmin şəxslərdən hər hansı birinin ifadəsinin doğru və ya yalan olmasından asılı olmayaraq İddiaçı əleyhinə və onun dediklərinin ziddinə ifadə verməyəcəyi açıq-aydın şəkildə məlumdur. Bundan başqa İddiaçı ifadələrində 2009cu ildə nazir Eldar Mahmudovun dostu X9 150.000 ABŞ dolları məbləğində pul vəsaitini alıb qaytarmamasını deyərək bu səbəbdən mənim ondan 250.000 ABŞ dolları pulu tələb etməsini iddia etmişdir. Həmin epizodla bağlı istintaqın haradansa tapıb gətirdiyi şahid qismində dindirilmiş X19 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı adında şəxsi tanımır. Eldar Mahmudovla heç bir dostluğu yoxdur. Ənvər adlı maşın alverçisinidə tanımır. Eyni zamanda Rauf Məmmədov ifadəsində bildirmişdir ki, Cavabdehda tanımır. Rauf Məmmədovun belə bir ziddiyyətli ifadə verməsinə baxmayaraq həmin şəxs İddiaçıla üzləşdirilməmişdir. İstintaqın həmin şəxsi nə səbəbdən hazırkı iş üzrə şahid qismində cəlb etməsi ümumiyyətlə başa düşülməzdir. Xüsusi ilə İddiaçı yuxarıda qeyd edilən şahid və zərərçəkmiş şəxs qismində verdiyi eyni məzmunlu ifadəsində göstərilən faktlara əsasən həmin qeydin İddiaçı şəriki Mürşüd Cəfərovun yazdığını və İslam Qasımovun özünün iddia edildiyi kimi xx.xx.2007-ci il tarixdə 21:30 radələrində ləğv olunmuş MTN-dən buraxıldığını nəzərə alsaq İslam Qasımovun qeyd edilən jurnalda mənə verildiyi iddia edilən pulun verilməsinə dair qeydiyyat aparması qətiyyən mümkün deyildir. Bundan başqa ittiham aktında onun 2012-ci ilin əvvəllərində Milli Təhlükəsizlik Nazirliyinin Energetika və X1 Baş İdarəsinin rəisi vəzifəsində işləyərkən İddiaçı təsisçisi olduğu neft avadanlıqlarının təmiri və satışı ilə məşğul olan “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə Böyük Britaniya və X24 Krallığının “X31” şirkəti arasında iki dəst “5000-DQU” qazma qurğusunun satışına dair müqavilə şərtlərinin “xxxx” MMC tərəfindən yerinə yetirilməməsi nəticəsində 1.390.000 ABŞ dolları məbləğində ziyana məruz qalması barədə “X31” şirkətinin direktoru X10 digər dövlət orqanları ilə yanaşı Milli Təhlükəsizlik Nazirliyinə də ünvanlanmış şikayət ərizəsini bəhanə edərək şəxsən İddiaçı 200.000 ABŞ dolları məbləğində pul vəsaiti istəməsi və İddiaçı səhərisi günü “xxxx” məhdud məsuliyyətli niyyətinin xəzinəsindən götürdüyü müvafiq dövrün rəsmi məzənnəsinə əsasən 157.240 manata rabər 200.000 ABŞ dolları məbləğində külli miqdarda nağd pul əskinasları mühafizəçisi Səfərov Aqil qan oğlu və sürücüsü X33 ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyinə gətirib iməti otağımda şəxsən özümə rüşvət verməsi barədə yazılan cəfəngiyyatla bağlı təkrar olaraq qeyd enək lazımdır ki, yuxarıda qeyd olunduğu kimi cinayət işinin materiallarında olan DTX-dən alınmış 1/565 tm nömrəli rəsmi məlumatda vətəndaş İddiaçı 2012-2015-ci illər zində keçmiş MTN-də vətəndaşların qəbulu ücün otaqların yerləşdiyi binaya və keçmiş MTN-in inzibati nasına daxil olmasının müvafiq qeydiyyat jurnalı əsasında müəyyən edilmədiyi göstərilmişdir. X3 xx.xx.2017-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi sərbəst ifadəsində istintaqda onun adından yazılan ifadədən fərqli ifadə verərək göstərmişdir ki, sisçisi və direktoru olduğu “X31” şirkəti ilə İddiaçı məxsus “xxxx” MMC arasında olan məsələ ilə bağlı 2014-cü ilə kimi bütün dövlət orqanlarına, o cümlədən ləğv lunmuş MTN-nə çoxsaylı şikayətlər yazmış, MTN-nə ilk dəfə 2008-ci ildə, ikinci dəfə isə 2009-cu ildə İmuşdur. Hər iki dəfəsində mübahisə ilə bağlı sənədlər tərəfindən təqdim olunmuşdur. Birinci dəfə 1TN əməkdaşı onunla komendaturanm 2-ci mərtəbəsində, 2-ci dəfə isə 2009-cu ilin təxminən aprel- lay ayında Elmlər Akademiyasının önündə yerləşən bağda görüşmüşdür. Hər dəfəsində izahat azmışdır. Onunla görüşən səxs ləğv olunmuş MTN-nin İqtisadi cinayətkarlıqla mübarizə idarəsinin məkdası olduğunu bildirmişdir. Cinayət işinin materiallarından məlum olduğu kimi ləğv olunmuş AR MTN-nin Energetika və X1 Baş idarəsi Mirhasil Zahidovun şikayəti əsasında MTN-nə dəvət dildiyi 2008- 2009-cu illərdə ümumiyyətlə mövcud olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxx 2016-cı il tarixli 4/909 nömrəli məktubundan görünür ki, “Englander Management” şirkətinin nümayəndəsi ərəfındən 2012-ci il ərzində “xxxx” MMC barəsində keçmiş MTN-ə müraciət daxil olmamışdır, həmin şirkətin 2008-ci ildə MTN-ə ünvanlanan müraciəti xx.xx.2008-ci il tarixli Z-3923 nömrəli nüşayiətedici məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Yəni göründüyü kimi Zahid Mirhasilov tərəfindən 2012-ci ildə hər hansı bir şikayət ərizəsi ləğv olunmuş VİTN-nə göndərilməmişdir. Bundan başqa istintaq Zahid Mirhasilovun göndərdiyi həmin şikayət ırizələrinin ləğv olunmuş Nazirliyinin hansı Baş idarə, idarə və ya şöbə tərəfindən araşdırılaraq cavab məktubu verildiyini araşdırmaq əvəzinə İddiaçı yalan ifadəsini “Qurani Kərim” ayəsi və yaxud aksioma kimi qəbul etmişdir. Bundan başqa İddiaçı ifadələrində X25 və maşını buraxdırması üçün Akif Mustafayevə 300.000 ABŞ dolları pul verməyə razılaşdığını və 1 aya qaytarmaq şərtilə ondan borc istədiyini, həmin gün pulu düzəldə bilmədiyini, sabahı gün özündə olan 100.000 ABŞ dolları götürüb «Rols Roys» markalılO-UU-352 dövlət qeydiyyat nişanlı maşınımı Seymur adlı maşın alveri ilə məşğul olan şəxsə girov qoyub ondan 200.000 ABŞ doları aldığını, maşınının istintaq dövründə də X32 küçəsində yerləşən maşın salonunda girovda olduğunu. Seyrrırdan aldığı 200.000 ABŞ dollarını xx xxxxxxxx 2015-ci il tarixdə Tofiqə verdiyini, Tofiq isə həmin pulu Akif Mustafayevə verərək guya mənə göndərdiyini, bundan sonra Gülağanın özünün gedib Tofiqin maşınını MTN-dən götürüb gəldiyini bildirir. Lakin xx.xx.2017-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X5 Qasımovun dediklərini təkzib edərək avtosalonunun olduğunu, İddiaçıda avtosalıonundan müxtəlif maşınlar aldığını, bir dəfə İlhamın ona zəng edib «Rolls Royes» markalı maşınını satdığını dediyini, o da 200.000 ABŞ dollarına həmin avtomaşını İddiaçı aldığını bildirdi. Əvvəlcə maşını etibarnamə əsasında almış, sonra də həmin maşını öz adıma keçirmişdir. Sonradan həmin maşını 225.000 dollara satmışdır. Seymur Əmirovun dediklərindən açıq-aydın şəkildə məlum olur ki, İddiaçı ondan hər hansı məbləğdə borc almamış və borcun əvəzinə «Rolls Royes» markalı maşını Seymur Əmirova girov qoymamışdır. Həmin avtomaşını adi qaydada Seymur Əmirova satmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə 5(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən mənə təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2- (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququmdan məhrum edilməklə, cəzasımı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasımın əvvəli xx xxxxxx 2015-ci il tarixdən hesablanmaqla 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Kollegiyasının 2(103)-4875/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X20 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-162/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdehxan oğlundan 978500 ABŞ dolları məbləğində maddi və 10.000 manat mənəvi ziyanın mənəvi ziyanın tutulması barədə iddia tələblərinin təmin edilmədiyi hissələrdə ləğv edilmiş, həmin hissələrdə iddia tələbi təmin edilmiş, Cavabdeh X13 iddiaçı X14 xeyrinə maddi ziyanın əvəzi olaraq 9785 00 ABŞ dolları məbləğində, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat tutulmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4078/2020 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1460/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1460/2020 saylı qətnaməsindən görünür ki, Cavabdehxan oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1778/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən cavabdehdən mənəvi zərərin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya dəymiş mənəvi zərərə görə Cavabdehxan oğlundan 500 manat alınaraq iddiaçı X21 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq edilmiş sənədlərlə müəyyən olundu ki, İddiaçı və başqalarına qarşı törətdiyi cinayət əməllərinə görə X7 barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işinin istintaqı zamanı iddiaçı iş üzrə zərəçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)- 27/18 nömrəli xx xxx 2020-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.2. 228.4, 302.2, 311.3.1, 311.3.2, 31 1.3.3, 311.3.4, 313, 341.2.1. 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunması ilə bağlı Bakı Hərbi Məhkəməsinin 1 (093)-10/17 nömrəli xx xxxxxxx 2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. X7 barəsində başlanmış yuxarıda qeyd edilən cinayət işinin istinaqı zamanı İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. A. Covdarovun cinayət əməli nəticəsində İddiaçı maddi və mənəvi zərər dəymişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən, cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət, cinayət işindən əmələ gələn mülki, iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”a görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində qeyd olunur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. İddiaçının “...mənəvi ziyana görə 100.000 manatın cavabdehdən tutulması ...” tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, həmin tələb əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını və bununla bağlı mənəvi sarsıntı keçirməsini məhkəmədə sübuta yetirə bilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Ali Məhkəmə Plenumunun qeyd olunan qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Beləliklə, hüquqlarının pozulması nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi müəyyən edilir. Lakin, bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ olduqca yüksəkdir. Qeyd edilən Qərarda göstərilir: «Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır». Məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 5.000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehxan oğlundan cinayət əməli nəticəsində vurduğu maddi zərərə görə 1.050.000 (bir milyon əlli min) ABŞ dolları və mənəvi zərərə görə 5.000 (beş min) manat tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehxan oğlundan cinayət əməli nəticəsində vurduğu maddi zərərə görə 1.050.000 (bir milyon əlli min) ABŞ dolları və mənəvi zərərə görə 5.000 (beş min) manat tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar