Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-7212/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc pul tələbi və daınmaz əmlaka mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01.12.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc pul tələbi və daınmaz əmlaka mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 1.500.000 (bir milyon beş yüz min) manat əsas borc, 30 (otuz) manat məhkəmə xərci, 1 (bir) manat bank xidmət haqqı olmaqla, ümumilikdə isə 1.500.031 (bir milyon beş yüz min otuz bir) manat pul məbləğinin tutulmasına; tərəflər arasında bağlanan 04 iyun 2021-ci il tarixli Reyestr 3M-1074 № qeydiyyatdan keçən kredit (borc) müqaviəsinin və 04 iyun 2021-ci il tarixli Reyestr 3M-1078 № qeydiyyatdan keçən İpoteka müqaviəsinin ləğv edilməsinə; borcun əvəzi olaraq Cavabdeh məxsus ünvan 1 ünvanında, 0.04739 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1646.1 kv.m olan qeyri-yaşayış sahəsinin (ticarət mərkəzinin) mülkiyyətinə keçirilməsinə; həmin torpaq sahəsi və qeyriyaşayış sahəsinə dair İddiaçı adına yeni çıxarışın və texniki pasportun verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 məhkəməyə barışıq sazişini təqdim edərək, tərəflər arasında 24 noyabr 2021-ci il tarixli barışıq sazişi bağlandığını bildirdi, həmin barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 izahatında bildirdi ki, həqiqətən iddiaçı ilə aralarında barışıq sazişi bağlanmışdır. Göstərilənlərə əsasən, məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim olunmuş 24.11.2021-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:
1. Ümumi müddəalar. 1.1. İddiaçı və Cavabdeh arasında 04 iyun 2021-ci il tarixli (Reyester 3M-1074 №) 1.500.000 (bir milyon beş y üz min) manat dəyərində olan kredit (borc) müqaviləsi bağlanmışlar. Borcun təminatı olaraq, Cavabdeh və İddiaçı arasında cavabdehə məxsus olan ünvan 2 ünvanında 0.04739 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1646.1 kv.m olan Qeyri-yaşayış binasına dair 04 iyun 2021-ci il tarixli Reyester 3M-1078 № ilə qeydiyyatdan keçən İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit (borc) müqaviləsi üzrə öz üzərinə düşən öhdəliklərini vaxtında icra etmədiyindən, İddiaçı sonuncuya yazılı bildiriş və xəbərdarlıq məktubu göndərmişdir. Cavabdeh Bundan sonra da öhdəliklərini icra etmədiyindən, İddiaçı tərəflər arasında bağlanan kredit (borc) və İpoteka Müqaviləsinin 7.3-cü bəndinin tələblərini rəhbər tutaraq, iddia tələbi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir və mülkin işin hazırlıq iclası 24.11.2021-ci il tarixinə təyin edilmişdir. 1.2. Bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı (Ş/V AA*******) bir tərəfdən və digər tərəfdən “Cavabdeh” adlandırılacaq Cavabdeh (Şəxsiyyət vəsiqəsi AZE 0******* Nəsimi RPİ tərəfindən 05.03.2010-ci il tarixdə verilib) digər tərəfdən bu barışıq sazişini bağladılar. 1.3. İddiaçı və Cavabdeh 04 iyun 2021-ci il tarixli Reyester 3M-1074 № qeydiyyatdan keçən kredit (borc) müqaviləsinin və 04 iyun 2021-ci il tarixli Reyester 3M- 1078 № qeydiyyatdan keçən İpoteka müqaviləsinin ləğv edilməsini, (əmlak üzərindən yüklülüyün götürlməsini) və aşığıdakı şərtlər daxilinə barışıq sazişinin təsdiq edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər;
2. Barışıq sazişinin şərtləri. 2.1. Bu barşıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikən sonra, İddiaçı, Cavabdeh ona olan 1.500.000 (bir milyon beş yüz min) manat borcundan imtina edir. Cavabdeh öz borcunun əvəzində ona məxsus olan ünvan 2 ünvanında 0.04739 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1646.1 kv.m olan Qeyri-yaşayış binasının İddiaçı mülkiyyətinə keçirilməsinə etiraz etmir. 2.2. İddiaçı və Cavabdeh məhkəmədən ünvan 2 ünvanında 0.04739 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1646.1 kv.m olan Qeyri-yaşayış binasına dair İddiaçı adma yeni çıxarışın və texniki pasportun verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsini xahiş edirlər. Barışıq sazişinin 5-ci bəndi yekun qaydaları təsbit edir. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı «borc pul tələbi və daınmaz əmlaka mülkiyyət hüququnun tanınması» tələbinə dair mülki iş üzrə tərəflər – iddiaçı X2 və cavabdeh X5 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:
1. Ümumi müddəalar. 1.1. İddiaçı və Cavabdeh arasında 04 iyun 2021-ci il tarixli (Reyester 3M-1074 №) 1.500.000 (bir milyon beş y üz min) manat dəyərində olan kredit (borc) müqaviləsi bağlanmışlar. Borcun təminatı olaraq, Cavabdeh və İddiaçı arasında cavabdehə məxsus olan ünvan 2 ünvanında 0.04739 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1646.1 kv.m olan Qeyri-yaşayış binasına dair 04 iyun 2021-ci il tarixli Reyester 3M-1078 № ilə qeydiyyatdan keçən İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit (borc) müqaviləsi üzrə öz üzərinə düşən öhdəliklərini vaxtında icra etmədiyindən, İddiaçı sonuncuya yazılı bildiriş və xəbərdarlıq məktubu göndərmişdir. Cavabdeh Bundan sonra da öhdəliklərini icra etmədiyindən, İddiaçı tərəflər arasında bağlanan kredit (borc) və İpoteka Müqaviləsinin 7.3-cü bəndinin tələblərini rəhbər tutaraq, iddia tələbi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir və mülkin işin hazırlıq iclası 24.11.2021-ci il tarixinə təyin edilmişdir. 1.2. Bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı (Ş/V AA*******) bir tərəfdən və digər tərəfdən “Cavabdeh” adlandırılacaq Cavabdeh (Şəxsiyyət vəsiqəsi AZE 0******* Nəsimi RPİ tərəfindən 05.03.2010-ci il tarixdə verilib) digər tərəfdən bu barışıq sazişini bağladılar. 1.3. İddiaçı və Cavabdeh 04 iyun 2021-ci il tarixli Reyester 3M-1074 № qeydiyyatdan keçən kredit (borc) müqaviləsinin və 04 iyun 2021-ci il tarixli Reyester 3M- 1078 № qeydiyyatdan keçən İpoteka müqaviləsinin ləğv edilməsini, (əmlak üzərindən yüklülüyün götürlməsini) və aşığıdakı şərtlər daxilinə barışıq sazişinin təstiq edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər;
2. Barışıq sazişinin şərtləri. 2.1. Bu barşıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikən sonra, İddiaçı, Cavabdeh ona olan 1.500.000 (bir milyon beş yüz min) manat borcundan imtina edir. Cavabdeh öz borcunun əvəzində ona məxsus olan ünvan 2 ünvanında 0.04739 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1646.1 kv.m olan Qeyri-yaşayış binasının İddiaçı mülkiyyətinə keçirilməsinə etiraz etmir. 2.2. İddiaçı və Cavabdeh məhkəmədən ünvan 2 ünvanında 0.04739 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1646.1 kv.m olan Qeyri-yaşayış binasına dair İddiaçı adına yeni çıxarışın və texniki pasportun verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsini xahiş edirlər. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Səməd Cəfərov