Məhkəmə qərarları › İş №2(006)-7256/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7256/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7256/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov Səməd Fəxrəddin oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsinə dair" iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat məbləğində vurulmuş zərər və 30 manat məblğində ödənilmiş dövlət rüsumunun, (cəmi 430 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “DAEWOO GENTRA” markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobil 02.03.2020-ci ildən 02.03.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 02.03.2020-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il martın 28-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “DAEWOO GENTRA” markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, R.Hikmət küçəsində “TOYOTA PRİUS markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Yasamal RPİ-nin DYPŞ-i tərəfindən 27.01.2020-ci il tarixində İXP3164803 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Yasamal RPİ-nin DYPŞ-in 30.03.2020-ci il tarixli, TP3577794 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 09.06.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində TOYOTA PRİUS markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilə 400 manat məbləğində zərər dəymişdir. İddiaçı 03.07.2020-ci il tarixində həmin məbləği zərəçəkmiş şəxs Əliyev Bayram Hamlet oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Cavabdeh X3 400 manat məbləğində vurulmuş zərər və 30 manat məblğində ödənilmiş dövlət rüsumunun, (cəmi 430 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki- Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, DAEWOO GENTRA minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 02.03.2021-ci il tarixədək 55000 AZN məbləğində sığorta edilmişdir. Sığortalı X1r. PXA seriyalı 65337 nömrəli Sığorta Aktına əsasən sığorta hadisəsi 28.03.2020-ci il tarixdə saat 21:45-də baş vermişdir. Hadisə Bakı şəhəri, R.Hikmət küçəsində sığortalanmış “Daewoo Gentra” markalı 90PF738 dövlət qeydiyyat nişanlı avtomobilin “Toyota Prius” markalı 01CD388 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində meydana gəlmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği və sığorta ödənişinin məbləği 400.00 AZN təşkil edir. Məbləğ üçüncü şəxs olan Əliyev Bayram Hamlet oğluna karta köçürmə yolu ilə ödənilmişir. Yasamal RPİ-nin DYPŞ-i tərəfindən 28.03.2020-ci il tarixində İXP3164803 nömrəli inzibati xəta haqqında protokolun surtindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Yasamal RPİ-nin DYPŞ-in 30.03.2020-ci il tarixli, TP3577794 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışın surətindən görünür ki, "xxxx" ASC-nin mülkiyyətçisi olduğu “Daewoo Gentra” markalı 90PF738 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən yol vərəqi ilə idarə edilərkən toqquşma nəticəsində X2 mülkiyyətçisi olduğu X4 tərəfindən idarə edilən TOYOTA PRİUS markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 09.06.2020-ci il tarixində verilmiş qüsur aktından görünür ki, hadisə nəticəsində TOYOTA PRİUS markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilə 400 manat məbləğində zərər dəymişdir. "xxxx" ASC-nin hesabdan məxaric qəbzinə əsasən 03.07.2020-ci il tarixdə müvafiq nömrəli hesaba 400.00 AZN ödəniş edilmişdir. 01.07.2020-ci il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-Təslim aktna əsasən sığorta ödənişini almaq üçün "xxxx" ASC-dən Əliyev Bayram Hamlet oğluna plastik kartlar və ŞEN zərflər təhvil verilmişdir. 24.07.2020-ci il tarixli 05/01-772 saylı bildirişə əsasən Cavabdeh subroqasiya üzrə 400.00 manat məbləği məktubu aldıqdan 7 gün ərzində sığortaçıya ödəməsi barədə xəbərdar edilmişdir. Pretenziya qaydasına riayət olunmaqla göndərilmiş müraciətə cavabdeh tərəfindən müsbət cavab verilməmişdir. İş materiallarında olan 21.02.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Union Lizinq ASC” tərəfindən Cavabdeh “Daewoo Gentra” markalı 90PF738 dövlət qeydiyyat nişanlı avtomobil “X5” əsasında lizinqə verilmişdir. Göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir, nəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyət tərəfindən sığortalanmışdır və iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. 828588807 nörməli ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ödənilmiş 400.00 manat məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat pul vəsaiti cavabeh Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ödənilmiş 400.00 manat məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat pul vəsaiti cavabeh Cavabdeh tutularaq iddiaçı "xxxx" AC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar