Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-732/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) «elektrik yarımstansiyasının yerinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) «elektrik yarımstansiyasının yerinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 məhkəməyə “ərazi aidiyyəti barədə” yazılı vəsatətlə müraciət edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi vəsatəti onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASCyə qarşı ünvan 1 ünvanının yaxınlığında "xxxx" ASC-yə məxsus 6000 kv-lıq elektrik xəttindən 132 saylı KTM-ə çəkilmiş elektrik xəttinin və 132 saylı KTM-in yerinin dəyişdirilməsi tələbinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hesab edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində göstərilən hallar Mülki Məcəllənin 157-ci maddəsində mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi üçün istifadə edilən 3 iddianın tətbiqi ilə bağlıdır: vindikasiya, neqator və mülkiyyət hüququnun tanınması iddiaları. Neqator iddia dedikdə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, yəni mülkiyyətçinin əmlaka sahiblikdən məhrumetmə ilə bağlı olmayan pozuntulara xitam verilməsi tələbi başa düşülür. Göründüyü kimi, hazırkı iş üzrə iddia tələbi mülkiyyət hüququnu həyata keçirilməsinə maneələrin aradan qaldırılması (KTM-in və hava və yeraltı elektrik xətlərinin yerinin dəyişdirilməsi) halları ilə bağlı olduğu üçün işə torpaq sahəsinin və qurğunun olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunanlara əsasən hesab edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən hazırki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında İddiaçı cavabdehin nümayəndəsi X3 tərəfindən verilmiş “ərazi aidiyyəti barədə” yazılı vəsatətə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 cavabdehin nümayəndəsi X3 tərəfindən verilmiş “ərazi aidiyyəti barədə” yazılı vəsatətə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin yazılı vəsatətini araşdırıb, tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, iddia tələbindən də göründüyü kimi, iddianın predmeti ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin yaxınlığında "xxxx" ASC-nin 6.000 kv-lıq elektrik xəttindən 132 nömrəli KTM-yə elektrik xəttinin çəkilməsi nəticəsində mülkiyyətçi olan iddiaçının hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçının hüquqlarının pozulduğunu qeyd etdiyi fərdi yaşayış evi Qaradağ rayonu ərazisində yerləşdiyindən, indiki vəziyyətdə mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 35.1, 44.2, 45.1, 45.2, 45.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) «elektrik yarımstansiyasının yerinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-732/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-732/2021
21.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver