Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-733/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,. MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar X34 və qeyriləri cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. Tələb onunla əsaslandırılmışlar ki, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda aşağıdakılar göstərilib: «Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mulki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər". Bəyanatdan məlum olub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb. Sonradan məlum olub ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib. Həmçinin yüzlərlə əsgər və zabit bu cinayət işinin istintaqı çərçivəsində istintaq dövründə cəlb edilib, amansız işgəncələrə məruz qalıb və ən azı 11 nəfər istintaq dövrundə verilən işgəncələr nəticəsində ölüb. Bütün bu hadisələr Azərbaycan cəmiyyətində şərti «Tərtər işi» adlanır və vaxtaşırı geniş ictimai müzakirələrə və debatlara səbəb olur. İddiaçılar da sözügedən cinayət işi çərçivəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları kimi hərbi xidmətdə olarkən 2017-ci ilin may və iyun aylarında saxlanılıb və işgəncələrə məruz qalıblar. İddiaçıların qanunsuz azadlıqdan məhrum edilməsi və ağır işgəncələrə məruz qalması Tərtər Hərbi Məhkəməsinin 3 hökmü - Tərtər Həbir Məhkəməsinin 1(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli, Tərtər Hərbi Məhkəməsinin 1(098)- 9/2019 saylı, 13 mart 2019-cu tarixli və Tərtər Hərbi Məhkəməsinin 1(098)- 6/2020 saylı, 29 yanvar 2020-ci il tarixli hökmləri ilə təsdiq olunur. İddiçılardan 5nin - X34, X25, İddiaçı, X13 və X1 zərəçəkmiş şəxs qismində tanındığı birinci iş üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X40, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X20 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X14 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2 1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin (X47 oğlunun sədrliyi ilə) xx.xx.2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov isə hər biri isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. İddiçılardan 3-nün - X34, X4 və X5 zərərçəkmiş şəxs qismində tanındığı ikincı cinayət işi üzrə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X2, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X21, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X15, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X7 və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X35 Azərbaycan Respublikası CM-nın 125, 126.2.1, 126.2.3. 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu tarixil hökmünə əsasən X3 6 il, X22 6 il, X15 5 il 6 ay, X7 6 il, X35 isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İddiaçılardan birinin - X11 zərərçəkmiş şəxs qismində tanındığı üçüncü cinayət işi üzrə N nömrəli hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik X26 Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri İlə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2020-ci tarixli hökmünə əsasən (X47 oğlunun sədrliyi ilə) X26 1000 manat cərimə cəzasına və 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
3. Üçüncü iddiaçı - İddiaçı 2008-ci ilin avqustun 8-də Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2012-ci ilin iyunun 26-da həmın məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib, leytenant rütbəsində bu məktəbdən məzun olub. 2013-cü ilin iyun ayından etibarən N saylı hərbi hissənin kəşfiyyat bölüyünün birinci tağını komandiri vəzifəsinə təyin olunub. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısıdır. xx.xx.2017-ci ildən etibarən may ayı boyunca Tərtər rayonunun Marquşevan kəndindəki köhnə hərbi hissədə taxta parçası və rezin borularla, əl və ayaq zərbələri ilə günlərlə döyülüb, mütəmadi boğazına su tökülməklə boğulub, belinə qaynar maye tökülüb, bədəninə davamlı elektrik cərəyanı verilib, baş barmağının dırnaqları çıxarılıb və s. İddiaçı 2017-ci ilin mayında Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi İlə təqsirləndirilən şəxs qismində cəlb edilib, DTXnın istintaq təcridxanasında, Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanıb. 2018-ci ilin may ayında CM-nin 274-cü maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib, lakin CMnin 334.1, 344.1 və 228.1-ci maddələri ilə təqsirləndirilib. 2018-ci ilin avqustun 22-da həmin maddələrlə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və 2018-ci ilin noyabrın 3-də azadlığa çıxıb. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli, 1238 №4 rəyindən görünür ki, «İddiaçı sol çiyin, hər iki kürək və hər iki sag çiyin nahiyələrində əzilmiş-sıyrılmış yaraların, sağ daban nahiyəsində termiki yaranın sağalmış izi olan piqmentasıya sahələri aşkar edilmişdir. Heç bir tibbi sənədi olmadığı üçün həmin izlərin əmələ gəlmə mexanizmi və müddəti barədə dəqiq fikir söyləmək mümkün deyirdir, lakin saxlanılmış bəzi morfolojı xüsusiyyətlərinə əsasən demək olar ki, sağ daban nahiyəsində olan piqmentasiya sahəsi elektrik naqillərinin yerli kontakt termiki təsirindən, digərləri isə bərk küt əhyanın (əşyaların) təsirindən törənə bilərdilər, şəxsin ekspertiza zamanı özünün göstərdiyi, həmçinin qərarın təsvir; hissəsində qeyd edilən tarixdə və şəraitdə də yetirilmələri mümkündür, ümumilikdə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, ayrı-ayrılqda isa sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir».
4. Göründüyü kimi, şərti adı «Tərtər işi» adlanan cinayət işi çərçivəsində iddiaçılar qanunsuz və əsassız cinayət təqibinə məruz qalıb, qanunsuz azadlıqdan məhrum edilib və 2017-ci ilin may-iyun aylarında, bəzən isə sonrakı tarixlərdə də onlara amansız işgəncələr verilib, daha sonra isə qanunsuz olaraq hərbi xidmətdən tərxis olunublar. Bununla da iddiaçılar fiziki, maddi və mənəvi ziyana məruz qalıb, peşəkar hərbçi karyerasından məhrum edilib, özləri və ailələri hazırda da stress və sarsıntı keçirir, hər hansı maddi gəlir və iş yerləri yoxdur. Bu səbəbdən, yəni təhqiqat və istintaq orqanının qanunsuz hərətəkətləri nəticəsində onlara vurulmuş mənəvi, fiziki və maddi ziyana görə iddiaçılar kompensasiya almalıdır. İddiaçılar onlara vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya tələb edirlər. Onlar hər biri mənəvi ziyana görə ayrı-ayrılıqda 50.000 manat, cəmi 250.000 manat tələb edir. Maddi ziyana görə hər bir iddiaçılar hər biri aşağıdakı təzminat məbləği tələb edirlər: c) üçüncü İddiaçı 2019-cu ilin fevral ayında zorla ərizə yazdırılaraq hərbi xidmətdən tərxis edilib. Hadisələrə qədər maaş aldığı sonuncu ay 2017-cı ilin aprel ayı olub. Əvvəllər maaşı 1.157 manat olsa da, sonradan heç bir imtahan olmadan ixtisasını dəyişdikləri üçün aprel ayı ərzində tağım komandiri kimi 976 manat alıb.Azadlığa çıxdıqdan sonra səhhətində yaranmış problemlərlə əlaqədar müayinələrə gedib, müayinələr nəticəsində müəyyən edilib ki, bir seansı 1.000-1.500 manat civarında olan müalicələr almalıdır, amma maddi imkanı olmadığından müalicələri almayıb. Hazırda da səhhətindəki kəskin ağrılarla yaşayır. Heç yerdə iş tapa bilmir. İşgəncələrdən belində və böyrəklərində şiddətli ağırlar olur, hava azacıq soyuyan kimi sol böyrəyi ağrılar verir. Sol böyrəyi ciddi şəkildə əzilib. İddiaçı 2017-cı ilin aprel-2019-cu ilin fevral ayı müddətində, yəni 22 ay ərzində alacağı əmək haqından məhrum olub. Bu isə 21.472 manat edir (22 ay x 976 = 21.472). Bundan başqa, o peşəkar hərbçi Karyerasından məhrum edilib. O, 20 illik (2012-2032-ci illər) müqavilə əsasında zabit kimi xidmətdə olmalıydı. Bu isə onun xidmət dövrünün qalan 14 ili (2019-2032) üçün potensial maddi qazancından məhrum edilməsidir. Bu isə 163.968 manat edir (168 ay x 976 = 163.968) iddiaçının maddi zərərə görə tələb etdiyi yekun məbləğ 185.440 manat edir.
5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-302/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı X23 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair 2(006)-306/2022 saylı mülki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.
6. Sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və digər maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı xx.xx.2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2017-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti 4 ay olmaqla xx.xx.2018-ci ilə qədər uzadılmışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində daha əvvəl istintaqı aparılan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3,341.1, və 347-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaq davam etdirilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə İddiaçı həbsdə saxlanılma müddəti 5 ay olmaqla xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2018-ci il tarixdə ********* nömrəli cinayət işindən İddiaçı Azərbaycan Respublikası CM-nin 274,331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsi barədə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaq aparılmışdır. xx.xx.2018-ci il tarixdə cinayət işi üzrə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 274 və 347-ci maddələri ilə istintaq olunan hissəsinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, həmin tarixdə İddiaçı əməli Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələrinə tövsif olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. xx.xx.2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyatı üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin xx.xx.2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1,331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1,303.3.6,303.3.8,391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.2018-ci il tarixli qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün Bakı Hərbi Məhkəməsinin hazırlıq mərhələsinə qaytarılmışdır. Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Qasım Məmmədova həvalə edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında» xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 329-cü maddəsi yeni redaksiyada verilərək qüvvədə düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələrindən həmin Məcəllənin 228.1,329.1 və 341.1-ci maddələrinə tövsif edilmişdir. İstintaqın nəticəsində xx.xx.2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 228.1 və 329.1-ci maddələri ilə həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasəq xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iş üzrə İddiaçı qarşı Azərbaycan Respublikası CM-nin 274,347,228.1 və 331.3-cü (329.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı əsassız olaraq dövlətə xəyanətlə bağlı ağır ittihamlara məruz qalmış, barəsində xx.xx.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsiri bilinərək 18 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə qədər, yəni 18 ay həbsdə saxlanılmış, həbsinin ilk 1 ayını ağır işgəncələrə məruz qalmış, nəticədə səhhətində ağır fəsadlar yaranmış və indiyə qədər qalmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında baş leytenant rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ili naprel ayında almışdır. Onun orta əmək haqqı məbləği 1200 manat olmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin 07 may tarixindən 18 ay müddətində, yəni 2018-ci ilin dekabr ayına qədər faktiki aylıq qazancından məhrum olmuşdur. Bu isə 21.600 manat edir (1200 x 18 ay=21.600). İddiaçı vurulmuş mənəvi zərərə görə isə 100.000 manat tələb edir. Göstərilənlərə əsasən İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi ziyana görə 21.600 manat, cəmi 121.600 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Məhkəmə iclasında İddiaçı iddianı tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, xx.xx.2017-ci il tarixli birgə bəyanatdan məlum olmuşdur ki, AR Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə digər cinayət faktları üzrə xx.xx.2017-ci il tarixdə AR CM-nin dövlətə xəyanət maddəsi üzrə cinayət işi başlanılmışdır. Bunun əsasında bir sıra hərbi qulluqçular həmçinin hazırkı mülki iş üzrə İddiaçı saxlanılıb və işgəncələrə məruz qalmışdır. Daha sonra Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə iddiaçının da zərərçəkmış şəxs qismində iştirak etdiyi cinayət işi üzrə bir sıra yüksək rütbəli hərbi qulluqçular həmin hadisələr ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuşdur. Hazırki mülki iş üzrə iddiaçı xx.xx.2017-ci il tarixindən etibarən may ayı boyunca Tərtər rayonu, Marquşevan kəndindəki köhnə hərbi hissədə taxta parçası və rezin borularla əl və ayaq zərbələri ilə günlərlə döyülüb, belinə qaynar maye tökülüb, bədəninə elektrik cərəyanı verilib, baş barmağının dırnaqları çıxarılıb və s. İddiaçı 2017-ci ilin may ayında AR CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, DTX-nın istintaq təcrıdxanasında Gəncədəkı 2 saylı istintaq təcrıdxanasında saxlanılıb. 2018-ci ilin may ayında CM-nin 274-cü maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib, lakin CM-nin 334.1, 344.1 və 228.1-ci maddələri ilə təqsirləndirilib. 2018-ci ilin avqustun 22-də həmin maddələrlə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və 2018-ci ilin noyabrın 3-də azadlığa çıxıb. Bütün bu qeyd olunanlar əsasən iddiaçı ağır fiziki, maddi və mənəvi ziyana məruz qalıb. İddiaçının nümayəndəsi və vəkili həmçinin onu da qeyd edir ki, iddiaçı 2019-cu il tarixində zorla ərizə yazdırılaraq hərbi xidmətdən təxris edilib. Sonuncu maaş aldığı tarix isə 2017-cı ilin aprel ayı olub. Buna qədər maaşı 1.157 manat olsa da, sonradan heç bir imtahan olunmadan ixtisası dəyişdirildiyi üçün 976 manat maaş alıb. Hazırda səhhətində kəskin ağrılar vardır. Heç bir yerdə iş tapa bilmir. İddiaçı 2017-ci ilin aprel və 2019-cu ilin fevral ayı müddətində, yəni 22 ay ərzində alacağı əmək haqqından məhrum olub. Həmçinin iddiaçı 20 illik müqavilə əsasında zabit kimi xidmətdə olmalı olmasına baxmayaraq, bunun 14 ilindən məhrum olduğu üçün həmin müddətdə alacağı əmək haqqından da məhrum olub. Bütün bu qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
10. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq ona dəymiş maddi ziyana görə 21.600 manat, mənəvi ziyana görə 100.000 manat, cəmi 121.600 manat məbləğində vəsaitin ona ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirirlər ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası CPM-nin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edirlər ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa CPM-nin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və bu məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildirirlər ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dovlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş zıyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Bununla bağlı bildirirlər ki, CPM-nin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş zıyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai, istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxsin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum deyildir. Eyni zamanda nəzərinə çatdırırlar ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab edirlər ki, yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında sebəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq huququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Bundan başqa iddiaçı ərizəsində məcburi ərizə yazdırılaraq işdən çıxdığını iddia etmiş və maddi zərərə görə kompensasiya tələb etmişdir. Bununla bağlı bildirirlər ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçı (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir.Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən maddi və mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud deyildir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
11. Məhkəmə proses iddiaçının və onun nümayəndəsi və vəkilin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
12. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi X27 tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı X16 döyməsi, X30, X28, X17, X31 və X6 pul istəyərək alması, o cümlədən döyüş sursatı hesab olunan, 7,62 mm kalibrli 01 ədəd gülləli patronu əldə etməsi və özündə saxlaması faktları üzrə Azərbaycan Respublikası CM-nin 228.1 və 329.1-ci maddələri ilə həyata keçirilən cinayət təqibinə əməldə cinayət təqibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, İddiaçı X12 döyməsi və ondan pul alması xüsusatları ilə bağlı barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir.
13. Həmin qərarı ilə müəyyən edilmişdir ki, həmin cinayət işi xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 274, 331.3 və 341.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayor Şəfahət İmranov tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsi barədə ayrıca icraata ayrılmış, həmin tarixdə Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə mayoru Hümmət Məmmədov tərəfindən icraataqəbul olunmaqla istintaq aparılmışdır. Azərbaycan Respublikası CM-nin 274 və digər maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı xx.xx.2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2017-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 4 ay olmaqla, xx.xx.2018-ci il tarixədək uzadılmışdır.
14. Eyni zamanda müəyyən olunmuşdur ki, xx.xx.2015-ci il tarixdə Tərtər hərbi prokuroru, ədliyyə polkovnik-leytenant Fuad Məmmədov tərəfindən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin kəşfiyyat taqımının balansında olan «Ranter 685» markalı gecəgörmə cihazının gizli olaraq talanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 19/309453 nömrəli cinayət işi başlanmışdır. xx.xx.2015-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 331.3, 341.1 və 347-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2015-ci il tarixdə cinayət işi ittiham aktı ilə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza şərti tətbiq edilərək 1 il sınaq müddəti təyin olunmuşdur. ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri barəsində müəyyən edilmişdir ki, baş leytenant İddiaçı erməni hərbi qulluqçuları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş və bu əməkdaşlıq çərçivəsində aldığı tapşırıq əsasında 2015-ci ilin aprel ayının əvvəllərində «Ranter 685» markalı gecəgörmə cihazını oğurlayaraq düşmən tərəfə satmışdır.
15. İddiaçı məhkum edilməsinə dair 19/309453 saylı cinayət işinin gəldiyi yekun nəticə ilə ********* nömrəli cinayət işinin istintaqı zamanı müəyyən edilmiş hallar arasında əhəmiyyətli ziddiyyətlər yarandığından və həmin xüsusatın ********* nömrəli cinayət işinin istintaqı gedişində yenidən istintaq edilməsi zərurəti yarandığından Tərtər Hərbi Məhkəməsinin İddiaçı barəsində xx.xx.2016-cı il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsinə dair qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsi barədə cinayət işinin məhkəmə baxışına təyin edilməsi haqqında Tərtər Hərbi Məhkəməsinin xx.xx.2015ci il tarixli qərarı, xx.xx.2016-cı il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi barədə qərarı və xx.xx.2016-cı il tarixli hökmü ləğv edilmiş və cinayət işi məhkəmənin hazırlıq iclası mərhələsində baxılması üçün Tərtər Hərbi Məhkəməsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının keçirilməsinə dair xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3, 341.1 və 347-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsinə və cinayət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilmişdir.Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasın cinayət işi Tərtər hərbi prokurorluğuna göndərilmişdir.
16. xx.xx.2017-ci il tarixdə 19/309453 nömrəli cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmiş, xx.xx.2017-ci il tarixdə cinayət işi birləşdirilərək bir icraatda istintaq davam etdirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 5 ay olmaqla, xx.xx.2018-ci il tarixədək uzadılmışdır.
17. xx.xx.2018-ci il tarixdə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Səfahət İmranov tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant İddiaçı Azərbaycan Respublikası CM-nin 274, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsi barədə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaq aparılmışdır. xx.xx.2018-ci il tarixdə cinayət işi üzrə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 274 və 347-ci maddələri ilə istintaq olunan hissəsinə CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, həmin tarixdə İddiaçı əməli Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələrinə tövsif olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir.
18. xx.xx.2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.
19. İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-nin 303.1,303.3,303.3.1,303.3.8,391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nətiəsində Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.2018ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin Məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.
20. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş X32 tərəfindən ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqı davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyüe müstəntiqi X18 tapşırıldığından həmin tarixdə icraatına qəbul olunmaqla istintaq aparılmışdır.
21. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında» xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 329-cü maddəsi yeni redaksiyada verilərək qüvvədə düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 228.1,331.3 və 341.1-ci maddələrindən həmin Məcəllənin 228.1,329.1 və 341.1-ci maddələrinə tövsif edilmişdir.
22. İş üzrə "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş İddiaçı ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 18.176,54 manat mədaxil olunmuş, 18.175,68 manat məxaric olunmuşdur.
23. İş üzrə X33 Yusubova tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli psixoterapevtik müayinə haqqında rəyin surətindən görünür ki, psixoterapevtik müayinə üçün müraciət etmiş İddiaçı verdiyi məlumata əsasən o, 2012-ci ilin iyun ayından etibarən cəbhəyanı hərbi hissədə müddətdən artıq hərbi qulluqçusu kimi xidmətdə olmuşdur. xx.xx.2017-ci id tarixdə haqqında yaranmış hərbi cinayət şübhələri ilə əlaqədar olaraq həbs edilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədərki dövrdə, istintaq prosesində ağır işgəncələrə (dırnağının çıxarılması, elektrik naqillərlə qoşulması, armaturla döyülməsi və s.) məruz qaldığını bildirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə psixoterapevtik müayinə üçün müraciət etmiş və müayinə edilmişdir. Müayinə zamanı aşkarlandı ki, İddiaçı bir neçə ildir ki, davam edən emosional çətinliklər yaşayır. Hal-hazırda qeyd edilmiş travmatik hadisələrlə bağlı, narahatedici fikirlər və xəritələrdən əziyyət çəkir. Ailə və sosial münasibətlərdə travmatik hadisələri yenidən xatırladan emosional hallar yaşayır. Stressə dözümlülüyü kəskin şəkildə enmişdir. Emosional davamsızlıq və aqressiya müşahidə edilir. Əsəblik, qəzəb kontrolu problemləri yaşayır. Təşviş əlamətlərindən (əllərdə tərləmə, sürətli ürək döyüntüləri), sensor hassarlığın kəskin enməsindən və diqqətin tez-tez dağılmasından şikayətlənir. Yaxın münasibətlərdən zövq ala bilmir. Özünə qarşı yadlaşma, təkliyə meyillilik mövcuddur. Yuxu sferasında narahatlıqlar yaşayır və yuxu fasiləlidir. Siqaret istifadəsi bu dövr ərzində kəskin artmışdır və bu, onu narahat edir. Bütün bunları nəzərə alaraq demək olar ki, davamlı psixoloji reabilitasiyaya ehtiyac var.
24. İş materiallarında olan «Bakı Medical Clinic» tibb müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı tərəfindən həmin tibb müəssisəsində bel-oma nahiyyəsinin MRT müəyinəsi keçirilmiş, nəticədə 3-4 diskdə dural kisəni sıxan 2mm ölçülü sol paramedian protruziya, 4-5 diskdə dural kisəni və sol ressesdə sol 1,5 sinir kökcüyünü sıxaraq kraniala və kaudala miqrasiya edən 26 (CC) x 9 mm ölçülü sol paramedian yırtıq, spinal kanalda stenoz müəyyən edilmiş, «L5-S1 diskdə 2 mm ölçülü arxa-mərkəzi protruziya» diaqnozu qoyulmuşdur.
25. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş İddiaçı ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 51.236,90 manat mədaxil olunmuş, o cümlədən xx.xx.2017-ci il tarixdə – 755,69 manat, xx.xx.2017-ci il tarixdə - 974,63 manat, xx.xx.2017-ci il tarixdə – 1.150,66 manat, xx.xx.2017-ci il tarixdə – 896,44 manat mədaxil olunmuş, 51.236,04 manat məxaric olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
26. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində xx.xx.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsiri bilinərək 18 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə qədər, yəni 18 ay həbsdə saxlanılmış, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı qarşı Azərbaycan Respublikası CM-nin 274, 347, 228.1 və 331.3-cü (329.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi ziyana görə 21.600 manat, vurulmuş mənəvi zərərə görə 100.000 manat, cəmi 121.600 manat kompensasiyanın ödənilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
27. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
28. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».
29. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.
30. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
31. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.
32. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.
33. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.
34. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
35. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
36. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
37. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
39. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.
40. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
42. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il).
43. Məhkəmə qeyd edir ki, İddiaçı əsassız olaraq 18 ay müddətində həbsdə olması və barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət təqibinin əsassız olması təsdiq olunduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlı olmuşdur.
44. Məhkəmə qeyd edir ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri üzrə (177.2.4, 331.3, 341.1, 347, 274, 228.1) cinayət işi başlanılmış və son olaraq bütün hissələri üzrə yekun olaraq AR CM-nin 329.1 və 341.1 –ci maddələri istisna olmaqla cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin istisna kimi qalan AR CM-nin 329.1 və 341.1 –ci maddələri üzrə məhkəmə qeyd edir ki, həmin sonuncu maddələrin dispozisiyasında azadlıqdan məhrum etmə cəzası müəyyən edilməmiş, Tərtər Hərbi Məhkəməsinin 18 fevral 2016-ci il tarixli hökmü ilə hüquqi qiymət verilərkən də sırf AR CM-nin 329.1 və 341.1-ci maddələri üzrə ona 1(bir) il müddətinə sınaq müddəti təyin edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı son olaraq ona verilmiş ittiham üzrə cəza təyin edilmiş olsaydı da belə iddiaçı öz iş yerində qalmaqla əmək münasibətlərini davam etdirəcəkdi.
45. Məhkəmə onuda qeyd edir ki, iddiaçıya dəymiş ziyan məbləği 21.600 manat qeyd ediləsədə , bu hal məhkəmədə öz əksini tam tapmamışdır. Belə ki, iddiaçı məhkəmə iclasında vermiş olduğu izahatından da müəyyən edilir ki, onun iş vaxtı ərzində rütbəsi (vəzifəsi) aşağı salınmış və bunun nəticəsində əmək haqqı aşağı düşmüşdür. (ilkin iddia ərizəsində də iddiaçı özünün əmək haqqısının 976 manat olmasını qeyd etmişdir)
46. Məhkəmə bu halda hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 17.568 (976 manat x 18 ay = 17.568) manat məbləğində pul tutulmalıdır.
47. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
49. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
50. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X8rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
52. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
53. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
54. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı barəsində əsassız olaraq olaraq həbs qətimkan tədbiri tətbiq edildiyindən, iddiaçı 18 ay əsassız həbsdə olduğundan və bu hal cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir.
55. Məhkəmə hesab edir ki, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir.
56. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 18.000 (1.000 x 18 ay) manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi ziyanın 18.000 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir.
57. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 17.568 (on yeddi min beş yüz altmış səkkiz) manat, mənəvi zərərə görə 18.000 manat (on səkkiz min) manat, cəmi 35.568 (otuz beş min beş yüz altmış səkkiz) pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
60. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 17.568 (on yeddi min beş yüz altmış səkkiz) manat, mənəvi zərərə görə 18.000 manat (on səkkiz min) manat, cəmi 35.568 (otuz beş min beş yüz altmış səkkiz) pul tutularaq ona verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov