Məhkəmə qərarları › İş №2(006)-74/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-74/2025

05.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-74/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Xəzər Gənclərin X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xəzər Gənclərin X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh əmək haqqı ödənişlərini gecikdirdiyinə görə ona Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3*.*6.2*21-ci il tarixli, 2(1*3)-5212/2*21 saylı qətnaməsinə əsasən əmək haqqı üzrə borcu 1184*.** manat borcu olduğundan gecikdirilmiş günlər üzrə əlavə olaraq 2*5894.63 manat gecikmə faizinə uyğun vergi, DSMF və digər hesablamalar nəzərə alınaraq əvvəlki borcdan əlavə hesablanması və 2*5894.63 manat ödənilməsi və iddia ərizəsi və mediasiya xidməti üçün ödənilmiş rüsumların Xəzər GETYM-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, iddia ərizəsini araşdırmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyində isə iddiada qeyd etdiyi tarixdən 31.*7.2*24-cü il tarixədək hesablanmışdır. İlkin iddia ərizəsi üzrə təqdim etdiyi hesabat əsas götürülürsə, onda 16.1*.2*23-3*.*9.2*24-cü illər üzrə 76 gün (2*23)+274 gün (2*24)=35* gün əlavə olmaqla 35**118.4*=4144* manat əlavə edilməsini, ekspertin rəyi əsas götürülürsə, ekspert rəyində göstərilən məbləğə əlavə olaraq 31.*7.2*24-3*.*9.2*24-cü il tarix üzrə əlavə 61 gün əlavə olmaqla 61*118.4*=7222.4* manat əlavə edilməsini və cavabdehdən xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(**6)-495/2*24 saylı qərardadına əsasən İddiaçı cavabdeh Xəzər Gənclərin X1 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 1** (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN 17**326621, X4, KOD 21***5 VÖEN 14*1555*71 Müxbir hesab AZ41NABZ*136*1**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE*************2*885*1 hesabına köçürülməsi qərara alınmışdır. İddiaçı sözügedən qərardaddan şikayət vermiş, lakin məhkəmənin 21.1*.2*24-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(**6)- 495/2*24 saylı qərardadından İddiaçı tərəfindən 17.1*.2*24-cü il tarixində verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-6417/2*24 saylı, 18.11.2*24cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(**6)-495/2*24 saylı qərardadı ləğv edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən qərardadın əsaslandırıcı hissəsində göstərilən məsələlər üzrə araşdırmanın aparılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, tərəflərindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-5212/2*21 saylı, 3*.*6.2*21-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Həmin qətnamə borclu tərəfindən bugünə kimi icra edilməmişdir. Hazırda cavabdeh qurum fəaliyyət göstərir, lakin heç bir dövriyyəsi yoxdur (apellyasiya instansiyası məhkəməsi tərərindən qoyulan tələblərə münasibətdə araşdırılmaq üçün). Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, daha əvvəl İddiaçı cavabdeh Xəzər Gənclərin X1 qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək haqqı ödənişləri üzrə ümumilikdə 12513.15 manat məbləğində olan borc Xəzər GETYM-dən tutularaq onun xeyrinə ödənilməsi, Xəzər GETYM tərəfindən əmək haqqı ödənişləri üzrə 12513.15 manatın vaxtında ödənilməməsinə görə gecikmə faizi olaraq 26*8.88 manat hesablanması və Xəzər GETYM-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *5.*3.2*21-ci il tarixli, 2(**6)-1839/2*21 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Xəzər Gənclərin X1 qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Daha sonra iddiaçı tərəfindən sonuncu qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3*.*6.2*21-ci il tarixli, 2(1*3)-5212/2*21 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *5 mart 2*21-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia qismən təmin olunması, *1.12.2*18ci il tarixdən 3*.*8.2*19-cu il tarixədək olan dövr üzrə cəmi 11 84* (on bir min səkkiz yüz qırx) manat məbləğində hesablanmış əmək haqqının cavabdeh X9 X3 tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Göründüyü kimi hazırda İddiaçı gecikdirilmiş günlər üzrə əlavə olaraq gecikmə faizinə uyğun vergi, DSMF və digər hesablamaları nəzərə alaraq əvvəlki borcdan əlavə hesablanaraq pulun cavabdehdən xeyrinə tutulmasını tələb etsə də, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3*.*6.2*21-ci il tarixli, 2(1*3)-5212/2*21 saylı qətnaməsində artıq hazırki mübahisəyə hüquqi qiymət verilmişdir. Yəni iddiaçının hazırki tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərhi ilə bağlı çıxarılmış qərarına istinad etmişdir. Belə ki, o əvvəlki məhkəmə aktının sözügedən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarından əvvəl çıxarıldığına istinad etmişdir ki, bu hal onun yenidən bu əsasla iddiasını əsaslandırmağa əsas olmamalıdır. Belə ki, sonuncu qərar yalnız həmin qərarın qanuni qüvvəsini aldıqdan sonra yaranmış hüquq münasibətlərinə tətbiq edilə bilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.*.2-ci eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 1** manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, eyni tərəflər arasında eyni iddia predmetini təşkil edən məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırda İddiaçı cavabdeh Xəzər Gənclərin X1 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, ödənilmiş 1** manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Bundan başqa, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 1** (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN 17**326621, X4, KOD 21***5 VÖEN 14*1555*71 Müxbir hesab AZ41NABZ*136*1**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE*************2*885*1 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Xəzər Gənclərin X1 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 1** (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 1** (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN 17**326621, X4, KOD 21***5 VÖEN 14*1555*71 Müxbir hesab AZ41NABZ*136*1**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE*************2*885*1 hesabına köçürülsün. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar