Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-743/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səməd Cəfərov Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi Şəxsin Bakı Baş Səhiyyə Mərkəzinin nümayəndəsi X* iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi, Xocasən Sağlamlıq Mərkəzi və Qaradağ rayonu *3 saylı Şəhər Poliklinikasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi, Xocasən Sağlamlıq Mərkəzi və Qaradağ rayonu *3 saylı Şəhər Poliklinikasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Səhiyyə İdarəsi, Xocasən Sağlamlıq Mərkəzi, Qaradağ rayon *3 saylı poliklinika *4.*4.2**8-ci il ** №-li əmri öz ştat vahidi *7* saylı əmr ilə icra etməmiş icra olunmasını, Xocasən Sağlamlıq Mərkəzinin qanunsuz ziddiyyətli səlahiyyəti olmadığı halda əsassız verdiyi əmri ləğv edərək Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin verdiyi * ştat vahidi olan 28 may həkim Ambulatoriyasının *7* saylı əmrinin bərpa edilməsini, ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Bakı Baş Səhiyyə İdarəsi, Xocasən Sağlamlıq Mərkəzi, Qaradağ rayon *3 saylı Poliklinika *4.*4.2**8-ci il ** №-li əmri öz ştat vahidi *7* saylı əmr ilə icra etməmiş icra olunmasına təmin edilməsini. Xocasən Sağlamlıq Mərkəzinin qanunsuz ziddiyyətli səlahiyyətli olmadığı halda əsassız verdiyi əmri ləğv edərək Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin verdiyi * ştat vahidi olan 28 may həkin Ambulatoriyasının *7* saylı əmrinin bərpa edilməsinin təmin edilməsini, ona dəymiş maddi ziyan ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi yenidən təşkil edilərək «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi Şəxsin Bakı Baş Səhiyyə Mərkəzi adlandırılmışdır. «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi Şəxsin Bakı Baş Səhiyyə Mərkəzinin hüquqi ünvanı Yasamal rayonunun ərazisinə aid olduğundan və digər cavabdehlər Xocasən Sağlamlıq Mərkəzi və Qaradağ rayon *3 saylı Şəhər Polinklinikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi Şəxsin Bakı Baş Səhiyyə Mərkəzinin tabe qurumları olduğundan və müstəqil hüquqi şəxs olmadıqlarından mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmiş, mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmişdir. Məhkəmə iclasında iştirak edən «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi Şəxsin Bakı Baş Səhiyyə Mərkəzinin nümayəndəsi X2 mülki işin aidiyyət üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi Şəxsin Bakı Baş Səhiyyə Mərkəzinin qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisinə aid olduğundan, habelə iddianın “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbi ilə əlaqədar olduğunu nəzərə alaraq mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi, Xocasən Sağlamlıq Mərkəzi və Qaradağ rayonu *3 saylı Şəhər Poliklinikasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan ** (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-743/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-743/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver