Məhkəmə qərarları › İş №2(006)-756/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-756/2023

10.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-756/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X26 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30000 (otuz min) manat pulun cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi Hüseynov Hüseynbala Əlibarat oğlunun mülkiyyətində olmuş və 11 may 2012-ci il tarixli çıxarışa əsasən əmlak kommersiya bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüseynov Hüseynbala Əlibarat oğlu və arvadı X8 tərəfindən (iddiaçının valideyləri) həmin əmlakın iddiaçıya vəsiyyət edilməsinə dair 05 fevral 2020-ci il tarixdə vəsiyyətnamə tərtib edilmiş, lakin 02 mart 2020-ci il tarixdə onlar notariat kontoruna ərizə yazaraq vəsiyyətnaməni ləğv etdirmişlər. 05 fevral 2020-ci il tarixdə Hüseynov Hüseynbala Əlibarat oğlu və arvadı X8 iddiaçıya özlərinin bütün əmlaklarına və hüquqlarına dair etibarnamə vermişdirlər. İddiaçı qeyd edilən etibarnamə üzrə səlahiyyətlərin arvadı X9 ötürülməsi barədə Bakı şəhəri 14 saylı Notariat Ofisində 24 iyul 2020-ci il tarixli etibarnamə vermiş, X14 isə həmin səlahiyyətlərin qızları X10 ötürülməsi barədə xx.xx.2020-ci il tarixli etibarnamə vermişdir. Hüseynov Hüseynbala Əlibarat oğlunun mülkiyyətində olan fərdi yaşayış sahəsinin və həmin sahənin altında yerləşən torpaq sahəsinin iddiaçıya bağışlanması barədə xx.xx.2020-ci il tarixli müqaviləni onun adından X15 xx.xx.2020-ci il tarixli etibarnamə əsasında imzalamış, həmçinin, həmin etibarnamə əsasında X4 əvəzindən Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən torpaq sahəsi və onun üzərində yerləşə fərdi yaşayış evinin İddiaçı bağışlanılmasına etiraz etməməsi barədə xx.xx.2020-ci il tarixli ərizə imzalamışdır. Torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair 2020-ci ilin sentyabr ayında iddiaçının mülkiyyət hüququ qeydə alınmış, daha sonra qeyd edilən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evini qızı X10 bağışlamışdır. Hüseynov Hüseynbala Əlibarat oğlu və arvadı X8 tərəfindən İddiaçı verilmiş 05 fevral 2020-ci il tarixli etibarnaməyə xitam verilmişdir. Hüseynov Hüseynbala Əlibarat oğlu tərəfindən 2020-ci ilin sonlarında məhkəməyə müraciət olunaraq Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin və 0.12712 ha torpaq sahəsinin İddiaçı bağışlanılmasına dair xx.xx.2020ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin, həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 sentyabr 2020-ci il tarixli çıxarışın, İddiaçı tərəfindən həmin mülkün qızı X10 bağışlanmasına dair 08 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin, eləcə də həmin mülklə əlaqədar Daşınmaz Əmlakın Dövlət reyestrindən 21 sentyabr 2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ona məxsus olmuş, fərdi yaşayış evi alınmış kredit borcu ilə əlaqədar bank qarşısında yüklü edilmiş, digər oğlanlarından fərqli olaraq oğlu Gülbala ona köməklik etməyi təklif etmiş, köməkliyin nədən ibarət olduğunu soruşduqda Gülağa demişdir ki, banka olan borcu nağd olaraq ödəyəcək, o da yaşadığı evi ona vəsiyyət etsin. Nəticədə o arvadı ilə birlikdə notariusa gedərək vəsiyyətnamə yazdırmışdır ki, ipoteka predmeti olan evin sənədlərini aldıqdan sonra Gülağa gətirib ona verəcəkdir. Ancaq Gülağa sənədləri gətirməmiş, o bu barədə soruşduqda məlum olmuşdur ki, Gülağa evi hansısa yolla öz adına keçirmişdir. İddiaçı bildirmişdir ki, daşınmaz əmlaka dair etibarnamə verilməsindən xəbərsiz olmuş, cavabdeh onu aldatmışdır. Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin və 0.12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 sentyabr 2020-ci il tarixli çıxarış, İddiaçı tərəfindən həmin mülkün qızı X10 bağışlanmasına dair 08 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi, eləcə də həmin mülklə əlaqədar Daşınmaz Əmlakın Dövlət reyestrindən 21 sentyabr 2020-ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Rayon Məhkəməsi tərəfindən ilkin iddiaya münasibət bildirilməklə iddia təmin olunsa da, cavabdehin qarşılıqlı iddiasına hər hansı münasibət bildirilməmiş, cavabdeh işin sonrakı mərhələsində bu xüsusatı mübahisələndirsə də, ona aydın olmamışdır ki, ümumiyyətlə məhkəmə qarşılıqlı iddia ilə bağlı hansı prosessual hərəkətlər etmişdir. (iddianın icraata qəbulu və yaxud onun qəbulundan imtina və sair). İddiaçı tərəfindən Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş və tələb olunmuşdur ki, iş üzrə qeyd edilən qətnamə ləğv edilsin və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılsın. Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə cavabdehin ona münasibətdə yol verilmiş ciddi prosesual pozuntularla bağlı dəlillərinə hər hansı hüquqi qiymət verməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı Ali Məhkəməyə kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmə özünün 25 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətini təmin etmədən, Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamışdır. Beləliklə yuxarıda sadalananlardan müəyyən olunur ki, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Belə ki, notariat ofisində qanunvericiliyin normalarına əməl edilməmiş, nəticədə həmin əməliyyat üzrə verilmiş sənədlər məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir. Bütün bunların nəticəsi olaraq iddiaçıya 30000 (otuz min) manat ziyan dəymişdir. Həmin məbləğin ödənilməsi ilə bağlı iddiaçının ərizəsinə müsbət cavab verilməmişdir. Bu vəziyyətdə iddiaçı hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30.000,0 (otuz min) manat maddi ziyanın və mənəvi ziyanın əvəzi kimi 3.000,0 (üç min) manat, ümumilikdə 33.000,0 (otuz üç min) manat və dövlət rüsumu kimi ödənilmiş 190 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, notarius Elmar Əliyev ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" KB ASC tərəfindən təsdiq edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən X5 hesabına xx.xx.2014-cü il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 14000.00 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 56 manat, xx.xx.2014-cü il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 1023.58 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 254.91 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 2350.00 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 2690.16 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 187.96 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 10 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 170.34 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə bildirişin qeydə alınması xidmət haqqı təyinatı ilə 30.00 manat, xx.xx.2020-ci il tarixdə məhkəmə bildirişinin ləğvi və daşınmaz əmlakın girovdan azad edilməsi təyinatları ilə 64.00 (32.0+32.0) manat, xx.xx.2020-ci il tarixdə kreditin nağd ödənilməsi təyinatı ilə 234.95 ABŞ dolları məbləğlərində pul vəsaiti köçürülmüşdür. Mülki işin materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Hüseynov Hüseynbala Əlibarat oğlunun cavabdehlər İddiaçı, X10, Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Lənkəran Rayon 1 saylı Notariat Kontoruna, DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilmiş, Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan fərdi yaşayış evinin və 0.12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 01 sentyabr 2020-ci il tarixli çıxarışı, İddiaçı tərəfindən həmin mülkün qızı X10 bağışlanmasına dair 08 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi, Daşınmaz Əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışı etibarsız hesab edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1798/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsinin cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusu Elmar Əliyevin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 1740 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə, 4Ə/866 reyestr nömrəsi ilə qeydə alınaraq, Hüseynov Hüseynbala Əlibarat oğluna məxsus olmuş ünvan 1ində, mülkiyyətində olan 0.12712 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.0 kv.metr olan fərdi yaşayış evi bağışlama müqaviləsi əsasında İddiaçı adına özgəninkiləşdirilmişdir. Müqavilə 14 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərkən ev üzərində hər hansı məhdudiyyət və yüklülüyün olub-olmaması, eyni zamanda, qeydiyyatda hər hansı şəxsin olub-olmaması araşdırılmışdır. Mükiyyətçinin arvadının razılığı ilə tərəflər arasında bağışlama müqaviləsi rəsmiləşdirilmişdir. Bağışlama müqaviləsi, mülkiyyətçi Hüseynov Hüseynbala Əlibarat oğlunun adından, Bakı şəhəri 43 saylı Notariat Ofisində, 7E/10264 reyestr nömrəsi ilə qeydə alınaraq, xx.xx.2020-ci il tarixdə X7 adına verilmiş etibarnamə əsasında 14 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmişdir. Bağışlama müqaviləsi rəsmiləşdirilərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu, habelə digər qanunvericilik aktlarının müvafiq maddələri tərəflərə izah edilmişdir. Mülki işin materiallarında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1785/2022 saylı 25 aprel 2022-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1798/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 181 (bir yüz səksən bir) manat və 10 (on) manat məbləğlərində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işindən görünür ki, ünvan 1ində yerləşən daşınmaz əmlakın bağışlanması müqaviləsi hədiyyə verən Hüseynov Hüseynbala Əlibarat oğlu ilə hədiyyə alan İddiaçı arasında bağlanmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işinin materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, reyestr nömrəsi: **********17-10301 olan ünvan 1ində yerləşən 0.12712 ha torpaq sahəsi və üzərində yerləşən 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, ümumi sahəsi 130.0 kv.metr olan yaşayış evi tam mülkiyyət hüququ üzrə Hüseynov Hüseynbala Əlibarat oğlunun adına xx.xx.2012-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işinin materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Şiləvar kənd İnzibati ərazi dairəsində nümayəndəliyin xx.xx.2020-ci il tarixli 215 nömrəli arayışından görünür ki, Hüseynov Hüseynbala Əlibarat oğlu RX № ******* nömrəli çıxarış əsasında ona məxsus olan Lənkəran rayonunun Şiləvar kəndində yerləşən 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, ümumi sahəsi 130.0 kv.metr olan yaşayış evi onun adınadır və ondan başqa qeydiyyatda şəxs yoxdur. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işinin materiallarında olan AZ-T seriyalı 022119 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Hüseynov Hüseynbala Əlibarat oğlu ilə X6 nikahı xx.xx.1970-ci il tarixdə bağlanmış, arvada Hüseynova soyadı verilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işinin materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X8 əvəzinə X2 Hüseynbala Əlibarat oğluna məxsus ünvan 1i ünvanında yerləşən ü/s 130.0 kv.metr olan fərdi yaşayış evini və mülkiyyətində olan 0.12712 ha torpaq sahəsini oğlu İddiaçı bağışlanılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işinin materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Hüseynov Hüseynbala Əlibarat oğlunun adından X3 rayonu, Şiləvar kəndi ünvanında yerləşən ü/s 130.0 kv.m, y/s 71.8 kv.m, yar.sah. 58.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və 0.12712 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. Tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu izah edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş 4Ə-866 nömrəli notariat işinin materiallarında olan 24 iyul 2020-ci il tarixli etibarnamədən görünür ki, Hüseynov Hüseynbala Əlibarat oğlu və X8 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onların bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, adlarına olan daşınmaz əmlakı icarəyə və kirayəyə verməyi, Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışı almağı, onun adına ona mənzilə və ya fərdi evə hər hansı bir şəxsin qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində, Polis İdarəsinin Qeydiyyat və X11, ASAN Xidmət Mərkəzində, Notariat Kontorunda onları təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduğu daşınmaz əmlakın özəlləşdirilməsinə, satılmasına, bağışlanılmasına, dəyişdirilməsinə, ipoteka (girov) qoyulmasına dair razılıq ərizələri verməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, digər vərəsələrin X27 X12 daxil edilməsinə dair adından razılıq ərizəsi yazmağı, X27 X13 almağı, miras payın üzərində sərəncam verməyi (satmağı, bağışlamağı) yuxarıda göstərilənlərlə bağlı notariat kontorunda onu təmsil etməyi, adından hər cür müqavilələr bağlamağı, pensiyanın təyin olunması və pensiya kartının (plastik kart), PİN kodunun alınması ilə əlaqədar müraciət etmək hüququ ilə bütün idarə və təşkilatlarda, banklarda, o cümlədən Əhalinin Sosial Müdafiəsi Mərkəzində, poçtda onu təmsil etməyi, lazım olan sənədləri təqdim etməyi, almağı, adından ərizə yazmağı, imzalamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən və təşkilatlardan, o cümlədən bank orqanlarından, Poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, Bank kartını, Pensiya kartını, Pin konverti, Kodu, Torpağa dair subsidiya kartını, eləcə də plastik kartları və sənədləri almağı, ərizə verməyi və imza etməyi, adından bütün arayışları, lazımi sənədləri götürməyi, AR Vergilər Nazirliyinin Ərazi Üzrə Vergi idarələrində, banklarda, Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X25 Qeydiyyatı İdarəsində imza etmək hüququ ilə onu təmsil etməyi, lazım olan sənədləri təqdim etməyi və almağı, adından ərizə yazmağı, imzalamağı, VÖEN almağı, kod açdırmağı, kassa aparatını qeydiyyata qoymağı, qeydiyyatdan çıxarmağı, POST TERMİNAL almağı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin ASAN Sertifikat Xidmətləri Mərkəzində (bundan sonra – ASXM) elektron imza üçün sertifikat əldə etmək məqsədilə təmsil etməyi, adından ərizə verməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini ASXM-ə təqdim etməyi, ona təqdim edilmən sənədləri qəbul etməyi, həmin sənədləri qəbul etməyi, həmin sənədləri aldığına dair imza etməyi və elektron imza üçün sertifikat əldə edilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi, bank orqanlarında hesablarının açılması və bağlanması, hesablar üzərində sərəncam verməyi, bütün növ ban əməliyyatlarını aparmağı, mədaxil və məxaric etməyi, pulu və hesablanmış faizləri götürməyi, depozit müqaviləsini bağlamağı, həmin müqaviləni ləğv etməyi, göstərilənlərlə əlaqədar adından imzalamağı, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət və qeyri-dövlət idarələrində, vergi orqanlarında, notariat kontorunda, bank, maliyyə və kredit təşkilatlarında, kooperativ və ictimai təşkilatlarda İcra hakimiyyətində, Telefon qovşağında, "xxxx" ASC-də, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, Bələdiyyədə, “ASAN Xidmət” Mərkəzində, AR ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsində, Mənzil Kommunal Təsərrüfatı Birliyində, Mənzil Kommunal İstismar Sahəsində, Arxiv İdarəsində, ƏSMM-də, Qeydiyyat Şöbələrində onun adından ərizə verməyi, işləri aparmağı, lazım olan sənədləri təqdim etməyi, götürməyi, işləri aparmaq və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar imza etmək hüququ olmaqla digər bütün hərəkətləri etməyi X10 etibar etmiş, X1 ötürülmüşdür. Qeyd: Notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunverciliyin tələbləri, habelə hüquq və vəzifələri etibar edən qismində iştirak edənlərə izah olunmuşdur. Etibarnamə 29 il 6 ay 12 gün müddətinə müddətinə verilib və xx.xx.2050-ci il tarixinədək qüvvədədir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ata və anası tərəfindən verilən etibarnamə əsasında qızı X15 tərəfindən iddiaçının atasına məxsus olmuş torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə bağışlanmışdır. Həmin əmlaka dair tərəflər arasında yaranan məhkəmə mübahisəsi nəticəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən 11 fevral 2021ci il tarixli, 2(049)-361/2021 saylı qətnamə qəbul edilmişdir. Lənkəran Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, Hüseynov Hüseynbala Əlibarat oğlu övladı İddiaçı inandığı üçün banka olan kredit borcunun ödənilməsi şərtilə mülkiyyətində olan Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini və 0.12712 ha torpaq sahəsini ona vəsiyyət etmişdir. Lakin İddiaçı atası Hüseynov Hüseynbala Əlibarat oğlunu təmsil etmək səlahiyyətinə malik olsa da həmin təmsilçilik əqdi ilə öz mənafeyinə xidmət edən əqdlər bağlamışdır. Hüseynov Hüseynbala Əlibarat oğlu və X4 adından xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Ofisində səlahiyyətləri arvadı X9 ötürmüş, ötürülmüş səlahiyyət üzrə sonuncu isə övladı X10 Bakı şəhəri 14 saylı Notariat Ofisində etibarnamə vermişdir. Təmsil olunan İddiaçı eyni gündə müxtəlif yerlərdə Bakı şəhəri 14 saylı Notariat Ofisində və Bakı şəhəri 43 saylı Notariat Ofisində səlahiyyətləri yaxın qohumlarına arvadına, arvadı isə qızına vermiş, X15 isə həmin etibarnamə əsasında daşınmaz əmlakı atası İddiaçı bağışlamışdır. Nəticədə İddiaçı atası Hüseynov Hüseynbala Əlibarat oğlunun mülkiyyətində olmuş Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini və 0.12712 ha torpaq sahəsini torpaq qanunverciliyinin ona verdiyi səlahiyyətlərdən istifadə edərək, öz adına, bundan sonra isə qızı X7 adından rəsmiləşdirmişdir. xx.xx.2020-ci il tarixdə 1 saylı notariat ofisində Hüseynov Hüseynbala Əlibarat oğlu və X8 vəsiyyətnamə verdiyi gün İddiaçı etibarnamə vermişdir. İddiaçı atası Hüseynov Hüseynbala Əlibarat oğlunun etibarından sui-istifadə etməklə əqd bağlamağa nail olmuşdur. Hüseynov Hüseynbala Əlibarat oğlu mülkiyyətində olan Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini və 0.12712 ha torpaq sahəsini oğluna bağışlamaq niyyəti olduğu halda onu bağışlama müqaviləsi ilə oğluna yaxud nəvəsinə bağışlamaq imkanına malik olmuşdur. Əqd üzrə yalnız mülkiyyətçini təmsil etmək səlahiyyətinin verilməsi Hüseynov Hüseynbala Əlibarat oğlunun mülkiyyətində olan daşınmaz əmlakı oğlu Gülağaya bağışlamaq niyyəti olmamışdır. Belə ki, İddiaçı özünün maraqları daxilində deyil, Hüseynov Hüseynbala Əlibarat oğlunun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Lakin İddiaçı atası Hüseynov Hüseynbala Əlibarat oğlunu onun adından onun mənafeyinə uyğun təmsil etməli olduğu halda, öz mənafeyi üçün əqdlər bağlamışdır. Nəticədə İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini və torpaq sahəsini öz mənafeyi üçün özgəninkiləşdirmişdir. Belə ki, əqd üzrə mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qeyd edilən hal üzrə isə bağlanmış əqdlər İddiaçı iradəsini ifadə etməmişdir. Belə ki, şəxs əqd bağlaması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Belə olan halda Məhkəmənin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsi ilə iddiaçı Hüseynov Hüseynbala Əlibarat oğlunun cavabdehlər İddiaçı, X10, Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Lənkəran Rayon 1 saylı Notariat Kontoruna, DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilmiş, Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv.metr olan fərdi yaşayış evinin və 0.12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 01 sentyabr 2020-ci il tarixli çıxarışı, İddiaçı tərəfindən həmin mülkün qızı X10 bağışlanmasına dair 08 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi, Daşınmaz Əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin müvafiq qərarları ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş sənədlərin məhkəmələr tərəfindən etibarsız hesab edilməsi səbəbindən ona 30 000 manat məbləğində maddi və 3 000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirir və hesab edir ki, həmin pul cavabdehdən tutulub ona verilməlidir. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı cavabdeh tərəfindən qanunvericiliyin normalarına əməl edilməməsi nəticəsində cavabdeh tərəfindən təsdiqlənmiş sənədlərin məhkəmələr tərəfindən etibarsız hesab edilməsinə əsaslanaraq ondan maddi və mənəvi ziyan tələb edir. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmələr tərəfindən etibarsız hesab edilən sənədlər müvafiq bağışlama müqavilələri və əmlaka dair dövlət reyestrindən çıxarışlardır. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilən cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən qanunvericiliyin normalarına əməl edilməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, cavabdeh Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işindən görünür ki, daşınmaz əmlakın bağışlanması müqaviləsi zəruri notariat hərəkətləri notarius tərəfindən yerinə yetirildikdən sonra qanunvericiliyin tələblərinə uyğun qaydada notarius tərəfindən təsdiq edilməklə bağlanmışdır. Belə ki, hədiyyə verənlə hədiyyə alanın qohumluq dərəcəsi müəyyən edilmiş, hədiyyə verənin adından çıxış edən şəxsin səlahiyyətləri yoxlanılmış və həmin etibarnamə iş materiallarına əlavə edilmiş, tərəflərə müvafiq qanunvericilik normalarının məzmunu və hərəkətlərinin doğura biləcəyi hüquqi nəticələrə dair məlumatlar izah edilmiş, daşınmaz əmlakın yüklülüyü və qeydiyyatda olan şəxslər barədə müvafiq araşdırma aparılmış, müqavilənin predmeti hədiyyə verənlə arvadının ümumi birgə mülkiyyətində olan əmlak olduğuna görə onun etibarnamə əsasında səlahiyyətli nümayəndəsindən müvafiq razılıq ərizəsi alınmışdır. Göründüyü kimi, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin hərəkətlərində heç bir qanunazidd hal aşkar olunmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki iş üzrə preyudisial xarakterə malik olan Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsindən görünür ki, “məhkəmə işin faktiki hallarını müəyyən edərkən belə nəticəyə gəlmişdir ki, İddiaçı atası tərəfindən ona verilən etibarnamədən öz xeyrinə əqd bağlamaq üçün, yəni ona etibarnamə verən atasının maraqları naminə deyil, öz maraqları naminə istifadə etmişdir”. Burada qeyd edilməlidir ki, iddiaçı özü bu hərəkəti ilə mülki qanunvericiliyin normalarını pozmuş və ona verilən etibarnamədən dolayı yolla öz xeyrinə istifadə etmişdir. Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən, həmçinin, görünür ki, “İddiaçı Bakı şəhəri 43 saylı Notariat Ofisində səlahiyyətləri arvadı X9 ötürmüş, ötürülmüş səlahiyyət üzrə sonuncu isə övladı X10 Bakı şəhəri 14 saylı Notariat Ofisində etibarnamə vermişdir. Təmsil olunan İddiaçı eyni gündə müxtəlif yerlərdə Bakı şəhəri 14 saylı Notariat Ofisində və Bakı şəhəri 43 saylı Notariat Ofisində səlahiyyətləri yaxın qohumu olan arvadına, arvadı isə qızına vermiş, X15 isə həmin etibarnamə əsasında daşınmaz əmlakı atası İddiaçı bağışlamışdır”. Məhkəmə qeyd edir ki, bununla bağlı məsuliyyət notariat hərəkətlərini həyata keçirən notariusun deyil, onun özünün üzərindədir. Belə ki, o, dərk edərək etibarnamə əsasında ona ötürülən səlahiyyətləri müxtəlif notariat ofislərində digər şəxslərə ötürməklə nəticədə öz xeyrinə əqd bağlamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1, 359.3, 364.2-ci maddələrinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Yuxarıda qeyd edilmiş qətnamədən müəyyən olunur ki, cavabdeh tərəfindən təsdiq edilmiş sənədlərin məhkəmələr tərəfindən etibarsız hesab edilməsi məhz iddiaçının qanunvericilik normalarını pozması nəticəsində olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məhz cavabdehin təqsirli hərəkəti nəticəsində ziyan dəyməsi məhkəmə tərəfindən müəyyən edilmir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçıya dəyən maddi ziyanın məbləği onun tərəfindən təqdim edilmiş ərizələrdə göstərilsə də, ona həmin məbləğdə ziyan dəyməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Aydın məsələdir ki, iddiaçı əmlakı öz adına rəsmiləşdirmək üçün müxtəlif məbləğlərdə pul vəsaitlərini müxtəlif məqsədlərlə (dövlət rüsumu, əmlakı girovdan çıxarmaq üçün ödədiyini iddia etdiyi pul və s.) sərf etmiş, nəticədə əmlak barədə müqavilə etibarsız hesab edilmiş və ona müəyyən məbləğdə maddi ziyan dəymişdir. Lakin maddi ziyanın məbləği barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, həmin maddi ziyanın məhz cavabdehin təqsiri ucbatından ona dəymədiyi işin mübahisəsiz halını təşkil edir. Eyni zamanda, tələb edilən mənəvi ziyanla əlaqədar qeyd edilməlidir ki, iddiaçıya mənəvi ziyan dəyməsi və mənəvi ziyanın nədən ibarət olması da məhkəmədə sübuta yetirilə bilməmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar