Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-775/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı1, İddiaçı X2 nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı «dəymiş zərərin ödənilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı «dəymiş zərərin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 33, mənzil 78 ünvanında yerləşən mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 500 manat maddi zərərin, dövlət rüsumu olaraq 21 manat, sənədlərin təsdiqi üçün ödənilmiş 10 manat pulun Cavabdeh1 tutularaq mülkiyyətçi kimi İddiaçı2 ödənilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 450 manat maddi zərərin, dövlət rüsumu olaraq 21 manat, sənədlərin təsdiqi üçün ödənilmiş 10 manat pulun Cavabdeh1 tutularaq mülkiyyətçi kimi İddiaçı1 ödənilməsi, ünvan 2 ünvanında yerləşən mənzillərə suyun sızmasının qarşısının alınması üçün üst mərtəbədə yerləşən 81 saylı mənzilin sanitar-texniki qovşağının nasaz (köhnə) kanalizasiya və su boru xəttlərinin təmir edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 33, mənzil 78 və 79 saylı mənzillərdə yaşayırlar. Həmin mənzillər mülkiyyətindədirlər. O, İddiaçı2 mənzili 4 otaqlı mənzildir. Onun yataq otağına 1 aydır ki, yuxarı mərtəbə olan 81 saylı mənzildən su damır. Yataq otağında tavanın 2 kv.metr alçıpanı və divar kağızı yararsız hala düşmüşdür. Mənzilində 30 kv.metr oboy, 2 kv.metr alçıpan dəyişilməlidir. Divara su sızan yerlərində şpaklyovka islanaraq şişmişdir. Su sızma dayanmalıdır ki, mənzilində yararsız hala düşmüş 32 kv.metr sahədə təmir işləri apara bilsin. Mənzilinə ümumilikdə 500-550 manat məbləğində maddi ziyan dəymişdir. Su hal-hazırda da, daima axır. Evin həmin hissədə tavanı nəmdir. Təmir işləri aparmaq mümkün deyil. Həmin nəm və islanmış divardan elektrik naqilləri keçir. Hər zaman qısa qapanma və yanğın hadisəsi baş verə bilmək təhlükəsi vardır. Həmin 81 saylı mənzil Cavabdeh1 Təranə adında Şəki rayonundan olan bir xanıma kirayəyə verib. Kirayəçi vasitəsi ilə mənzilin sahibi Cavabdeh1 çağırmışlar. Lakin o, gəlmir və su sızmanın da, qarşısını almır. Bu barədə Cavabdeh2 ASC-yə də məlumat verilibdir. Lakin evin qapısını açan olmur. Yaşadıqları ərazi üzrə 52 saylı MKİS-in rəsinin və mühəndisin iştirakı ilə 19.09.2020-ci ildə akt tərtib edilmişdir. O, İddiaçı1 mülkiyyətində olan mənzilinin 17 kv.metr olan yataq otağına 1 aydır ki, yuxarı mərtəbə olan 81 saylı mənzildən su damır. Yataq otağında tavanın su sızan hissəsində 3 kv.metr alçıpanı və yan divar kağızı yararsız hala düşmüşdür. Mənzilində 25 kv.metr oboy, 3 kv.metr alçıpan dəyişilməlidir. Divara su sızan yerlərində şpaklyovka islanaraq şişmişdir. Su sızma dayanmalıdır ki, mənzilində yarasız hala düşmüş 25 kv.metr sahədə təmir işləri apara bilsin. Mənzilinə ümumilikdə 400-450 manat məbləğində maddi ziyan dəymişdir. Su hal-hazırda da, daima axır. Evin həmin hissədə tavanı nəmdir. Təmir işləri aparmaq mümkün deyil. Həmin nəm və islanmış divardan elektrik naqilləri keçir. Hər zaman qısa qapanma və yanğın hadisəsi baş verə bilmək təhlükəsi vardır. Həmin 81 saylı mənzili Cavabdeh1 Təranə adında Şəki rayonundan olan bir xanıma kirayəyə verib. Kirayəçi vasitəsi ilə mənzilin sahibi Cavabdeh1 çağırmışlar. Lakin o, gəlmir və su sızmanın da, qarşısını almır. Bu barədə Azərsu ASC-yə də məlumat verilibdir. Lakin evin qapısını açan olmur. Yaşadıqları ərazi üzrə 52 saylı MKİS-in rəsinin və mühəndisin iştirakı ilə 19.09.2020-ci ildə akt tərtib edilmişdir. Mənzilləri təzə təmirdən çıxmışdır. Cavabdehin təqsiri üzündən onlar mənzillərində ürəkləri istədiyi kimi istirahət edə bilmirlər. "xxxx" ASC də, onların şikayətlərini həll etmir. Ona görə də, "xxxx" ASC-ni də, cavabdeh qismində iddia tələblərində qoymuşlar. Çünki mənzilə su verilməsini dayandırmaq vəzifəsi "xxxx" ASC-nin səlahiyyətinə aiddir. Cavabdehlərin qanunsuz hərəkətləri hələ də, davam etməkdədir. Ona görə də, məhkəməyə müraciət etmək, mənzillərinə dəyən maddi zərərin əvəzinin ödənilməsi, eləcə də, cavabdehin su qovşağının təmirini onun üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Sonradan, İddiaçı2 əsl iddiaçı X4 ilə əvəz olunmuşdur. İddiaçı1 və iddiaçı X2 nümayəndəsi İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı1 və iddiaçı X2 nümayəndəsi İddiaçı2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33 saylı evin 78 saylı mənzili X2, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33 saylı evin 79 saylı mənzili İddiaçı1, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 33 saylı evin 81 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir. 52 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 19.09.2020-ci il tarixli aktdan göründüyü kimi, 81 saylı mənzildən 78 saylı mənzilə su sızması nəticəsində 78 saylı mənzilə ziyan dəymişdir. 52 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 19.09.2020-ci il tarixli aktdan göründüyü kimi, 81 saylı mənzildən 79 saylı mənzilə su sızması nəticəsində 79 saylı mənzilə ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2021-ci il tarixli 10/988 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 33 saylı evin 78 və 79 saylı mənzillərinin yaşayış otaqlarının tavan və divarlarında qüsurların olduğu, bu qüsurların 81 saylı mənzilinin sanitar qovşağı və mətbəx kimi istifadə olunan yardımçı tikililərində baş vermis su sızma nəticəsində yarandığı müəyyən olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 33 saylı evin 78 və 79 saylı mənzillərinin yaşayış otaqlarında su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 78 saylı mənzil üzrə təqribən 778 manat, 79 saylı mənzil üzrə isə 702 manat məbləğində olduğu müəyyən edilir. Rəyə tədqiq olunan mənzillərdə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33 saylı evin 78 saylı mənzilinə 778 manat, 79 saylı mənzilinə isə 702 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 81 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə daxil olmuş ekspert rəyində iddiaçılara məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33 saylı evin 78 saylı mənzilinə 778 manat, 79 saylı mənzilinə isə 702 manat məbləğində ziyanın vurulduğu qeyd edilmişdir. Lakin iddiaçılar tərəfindən iddia tələbinin həcminin artırılması, yaxud azaldılması barədə MPM-in 53-cü maddəsinə əsasən ərizə təqdim olunmamışdır. Məhkəmə isə iddia tələbindən kənara çıxa bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən iddiaçı X2 xeyrinə dəymiş maddi zərərin əvəzi olaraq 500 manat, İddiaçı1 xeyrinə isə 450 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin, 81 saylı mənzildə su sızmasına səbəb olan nasazlıq cavabdehin öz vəsaiti hesabına aradan qaldırılmalıdır. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı X1 tərəfindən 21 manat (20 manat dövlət rüsumu + 1 manat komissiya haqqı), İddiaçı1 tərəfindən 21 manat (20 manat dövlət rüsumu + 1 manat komissiya haqqı) məbləğində dövlət rüsumu ödənilmişdir. Habelə məhkəməyə verilmiş sənədlərin (şəxsiyyət vəsiqəsinin, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin) təsdiq edilməsi üçün iddiaçı X1 tərəfindən 10 manat, İddiaçı1 10 tərəfindən manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33 saylı evin, 78 saylı mənzilinə vurulmuş maddi zərərə görə 500 manat, ödənilmiş 21 manat (20 manat dövlət rüsumu + 1 manat komissiya haqqı) dövlət rüsumu və sənədlərin təsdiqi üçün ödənilmiş 10 manat pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı X3 ödənilməli, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33 saylı evin, 79 saylı mənzilinə vurulmuş maddi zərərə görə 450 manat, ödənilmiş 21 manat (20 manat dövlət rüsumu + 1 manat komissiya haqqı) dövlət rüsumu və sənədlərin təsdiqi üçün ödənilmiş 10 manat pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməli, 81 saylı mənzildə su sızmasına səbəb olan nasazlıq Cavabdeh1 öz vəsaiti hesabına aradan qaldırılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçılar Cavabdeh2 ASC-yə qarşı yönələn iddia tələblərinin nədən ibarət olduğunu konkret və aydın göstərməmiş və əsaslandıra bilməmişlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33 saylı evin, 78 saylı mənzilinə vurulmuş maddi zərərə görə 500 manat, ödənilmiş 21 manat (20 manat dövlət rüsumu + 1 manat komissiya haqqı) dövlət rüsumu və sənədlərin təsdiqi üçün ödənilmiş 10 manat pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı X3 ödənilsin. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33 saylı evin, 79 saylı mənzilinə vurulmuş maddi zərərə görə 450 manat, ödənilmiş 21 manat (20 manat dövlət rüsumu + 1 manat komissiya haqqı) dövlət rüsumu və sənədlərin təsdiqi üçün ödənilmiş 10 manat pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı1 ödənilsin. 81 saylı mənzildə su sızmasına səbəb olan nasazlıq Cavabdeh1 öz vəsaiti hesabına aradan qaldırılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-775/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-775/2021
09.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver