Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-785/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il tarixdə Gürcüstan Respublikası Tbilisi şəhərinə getmək istəyən zaman Cavabdeh ilə tanış olmuş və Cavabdeh özünü turizm şirkətinin rəhbəri kimi təqdim etmişdir. 2019-cu ilin noyabr ayında iddiaçı Macarıstana səfərə getmək üçün Cavabdeh ilə əlaqə saxlamış və Cavabdeh ona ucuz qiymətə turun olduğu bildirərək bank kartının şəklini «Whatsap» vasitəsi ilə göndərmiş və həmin kart hesabına 3705 manat ödəməyini və turun baş tutmayacağı halda həmin məbləğin 7 və ya 10 gün ərzində tam olaraq qaytarılacağını bildirmişdir. İddiaçı ona bildirilən bank kartı hesabına əvvəlcə 1205 manat və sonra isə 2500 (ümumilikdə 3705) manat köçürmüşdür. Göstərilən pul Macarıstan Respublikasında səfər üçün ödənilmişdir. Əlavə olaraq, cavabdeh həm də iddiaçıya viza alınması üçün kömək göstərməli idi. Lakin cavabdeh viza alınmasını uzatmış və iddiaçını aldatdığını hiss etdiyi üçün turdan imtina etmişdir. Buna görə də iddiaçının qeyd edilən ölkəyə səfəri baş tutmamışdır. Cavabdeh pulunun qaytarılmasını tələb etmişdir. Cavabdeh həmin məbləği xx.xx.2019-cu il tarixdə qaytaracağını bildirsə də, pulu qaytarmamış və iddiaçı bir daha ondan pulunun qaytarılmasını tələb etdikdə onu şantaj edəcəyi ilə hədələmişdir. Buna görə də iddiaçı məcbur olub Suraxanı RPİ-nin 31-ci PB-nə Cavabdeh barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Göstərilən bölmənin baş təhqiqatçısı Rasim Seyidov tərəfindən iddiaçının şikayət ərizəsi mülki xarakterli tələb kimi qiymətləndirilərək cinayət işinin başlanması xx xxxx 2020-ci il tarixli qərarla rədd edilmişdir. Təhqiqat araşdırması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, 2019-cu ilin Noyabr ayında İddiaçı ona müraciət edərək ailə üzvləri ilə birlikdə Macarıstana səyahətə getmək üçün «Viza» əldə olunmasına köməklik etməsini xahiş etmiş və Cavabdeh ona «Viza» alınmasında köməklik edəcəyinə söz vermişdir. Aralarında olan razılaşmadan sonra Cavabdeh özünə məxsus bank kartının nömrəsini İddiaçı vermiş və İddiaçı həmin kart nömrəsinə əvvəlcə 2500 manat və sonra isə 1205 manat köçürmüşdür. Bundan sonra «Viza»-nın əldə olunmasında problemlər yarandığı üçün alınması gecikmiş və İddiaçı «Viza»-nın alınmasından imtina edərək pulunun qaytarılmasını tələb etmişdir. Cavabdeh bildirdiyi bank kartının hesabına İddiaçı tərəfindən köçürülmüş 3705 manatı onu aldatmaq məqsədi ilə əldə etmədiyini və həmin məbləği qaytaracağını bildirmişdir. Təhqiqat araşdırması zamanı cavabdeh iddiaçıya 700 manat pul ödəmişdir. Lakin iddiaçının müraciət etməyinə baxmayaraq, cavabdeh iddiaçıya qalıq pulu qaytarmaqdan yayınır. Göstərilənlərə əsasən Cavabdeh 3005 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarındakı Suraxanı RPİ-nin 31-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Rasim Seyidovun «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, döngə 14, ev 101B-də yaşayan vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, 2019-cu ilin noyabr ayında İddiaçı ona müraciət edərək ailə üzvləri ilə birlikdə Macarıstana səyahətə getmək üçün «Viza» əldə olunmasına köməklik etməsini xahiş etmiş və Cavabdeh ona «Viza» alınmasında köməklik edəcəyinə söz vermişdir. Aralarında olan razılaşmadan sonra Cavabdeh özünə məxsus bank kartının nömrəsini İddiaçı vermiş və İddiaçı həmin kart nömrəsinə əvvəlcə 2500 manat və sonra isə 1205 manat köçürmüşdür. Bundan sonra «Viza»-nın əldə olunmasında problemlər yarandığı üçün alınması gecikmiş və İddiaçı «Viza»-nın alınmasından imtina edərək pulunun qaytarılmasını tələb etmişdir. Cavabdeh bildirdiyi bank kartının hesabına İddiaçı tərəfindən köçürülmüş 3705 manatı onu aldatmaq məqsədi ilə əldə etmədiyini və həmin məbləği qaytaracağını bildirmişdir. Beləliklə məhkəmə iclasında işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ailəsi ilə birlikdə Macarıstana səyahətə getmək üçün viza almaq məqsədilə cavabdehə 3705 manat pul vermiş, sonradan vizanın alınmasında yaranmış problemlərlə əlaqədar iddiaçı ödədiyi pulun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh tərəfindən həmin pulun 700 manat hissəsi (iddiaçının deməsinə görə) geri qaytarılmışdır. Hazırda iddiaçı ödədiyi pulun qalan hissəsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, Cavabdeh 3005 (üç min beş) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3035 (üç min otuz beş) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3005 (üç min beş) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3035 (üç min otuz beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-785/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-785/2021
15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver