Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-789/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə2 və X15, cavabdehlər Cavabdeh10, Cavabdeh15, Cavabdeh11, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh10 və qeyrilərinə qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi və s» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC cavabdehlər Cavabdeh10 və qeyrilərinə qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X7 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayı və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Y.Ə.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətindədir, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 1 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 142,7 kv.m. olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh10 və istifadəçiləri digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X19, Cavabdeh13, Cavabdeh4, X37, X20, X38, X35, X26, Cavabdeh8, X31, Cavabdeh9 və Cavabdeh14 və kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişdilər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabdehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənlərin nəzərə alaraq mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişdilər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanuna zidd hərəkətlərini davam etdirməklə, faktiki olaraq iddiaçını şantaj edirlər. Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Binanın tikintisi barəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı sərəncamda göstərilən tapşırıq və tələbləri olduğu kimi və ləyaqətlə yerinə yetirir. Bundan başqa iddiaçı Ali dövlət orqanlarının Bakı şəhərinin görkəminə uyğun olmayan köhnə tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki göstərişlərinə uyğun olaraq çox sürətlə həmin tələblər yerinə yetirilir. Həmçinin Bakı şəhərində olan görünüşləri müasir tələblərə cavab verməyən köhnə və qəzalı evlərin sökülməsi və yerində müasir binaların tikilməsi geniş vüsət almaqla Ali dövlət orqanlarının tələbləri yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlət birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi Ali dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərə cavab verən evlərlə təmin olunması və eyni zamanda da şəhərin görkəminin də gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasından sui-istifadə etməklə yanaşı yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı Ali Dövlət orqanlarının Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh13, Cavabdeh4, X27, Cavabdeh6, X28, X21, Cavabdeh7, Cavabdeh8, X16, Cavabdeh9 və Cavabdeh14, X3 və X29 ünvan 3 mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlər X4, X1 və X8 ünvan 3 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 73B ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 170 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspertiza rəyi və qiymətləndirmə hesabatına əsasən müəyyən edilmişdir ki, cavabdehlərə məxsus ünvan 5 nömrəli mənzilinin ümumi sahəsi 149,1 kv.m. təşkil edir. İddia tələblərinə əsasən İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 170 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi xahiş edilmişdir. Hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh13, Cavabdeh4, X27, Cavabdeh6, X28, X21, Cavabdeh7, Cavabdeh8, X16, Cavabdeh9 və Cavabdeh14, X3 və X29 ünvan 3 mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh13, Cavabdeh4, X27, Cavabdeh6, X28, X21, Cavabdeh7, Cavabdeh8, X16, Cavabdeh9 və Cavabdeh14, X3 və X29 ünvan 3 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 179 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh13, Cavabdeh4, X27, Cavabdeh6, X28, X21, Cavabdeh7, Cavabdeh8, X16, Cavabdeh9 və Cavabdeh14, X3 və X29 ünvan 3 mənzilin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh13, Cavabdeh4, X27, Cavabdeh6, X28, X21, Cavabdeh7, Cavabdeh8, X16, Cavabdeh9 və Cavabdeh14, X3 və X29 ünvan 3 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 215 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh13, Cavabdeh4, X27, Cavabdeh6, X28, X21, Cavabdeh7, Cavabdeh8, X16, Cavabdeh9 və Cavabdeh14, X3 və X29 ünvan 3 mənzilin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh13, Cavabdeh4, X27, Cavabdeh6, X28, X21, Cavabdeh7, Cavabdeh8, X16, Cavabdeh9 və Cavabdeh14, X3 və X29 ünvan 3 mənzildən çıxarılmaqla, fərdi yaşayış evlərin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kv.m. yeni təmirli mənzilin X10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən X12 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 86 kv.m. yeni təmirli mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh10, X5, X11, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, X27, Abbasova X41, Cavabdeh15, Cavabdeh12, Abasova (Cəfərova) İlhamə Hədis qızının, X17, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X3 və X29 ünvan 3 mənzilin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, X5, X11, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, X27, Abbasova X41, Cavabdeh15, Cavabdeh12, Abasova (Cəfərova) İlhamə Hədis qızının, X17, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X3 və X29 ünvan 3 saylı fərdi yaşayış evlərdən çıxarılmaqla, fərdi yaşayış evlərin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin Cavabdeh16 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh16 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin X11 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən X13 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək sonuncu dəqiqləşdirilmiş iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X32 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni müdafiə edərək onun təmin edilməsinə dair qətnaamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında Cavabdeh10 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, sözügedən ev onların dədə-baba yurdlarıdır. Özü də daxil olmaqla bütün övladları, həmçinin qardaşı və onun övladları bu evdə dünyaya gəlmişlər. Bu cür dəyər kəsb edən evin sökülməsinə razı deyillər. Yalnız həmin ərazidəki evlərin qiyməti nəzərə alınmaqla edilə biləcək ödənişə razı olarlar. Bu da 250.000 manat edir. Şirkətin evlərin tikintisini nə zaman yekunlaşdıracağı bəlli deyil. Onlar isə həmin evdə 11 nəfər yaşayırlar və yeni evlərin tikilməsini gözləmək onlar üçün mümkünsüzdür. Ev verilməsinə razı deyil, yalnız pul məbləğinə razı olar. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında Cavabdeh15 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, həmin evdə öz ailəsi və atası ilə yaşayır. Onların o evdən çıxarılmaları və sadəcə kirayə pulu ilə yaşamaqları mümkün deyil. Gedəcək yeri yoxdur. Ya öz adına 2 evin verilməsinə, ya da ümumilikdə 250.000 manat pulun onlara verilməsinə razı olar. Əks halda barışıq ola bilməz.
11. Məhkəmə iclasında Cavabdeh11 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ya öz adına 2 evin verilməsinə, ya da ümumilikdə 250.000 manat pulun onlara verilməsinə razı olar. Əks halda barışıq ola bilməz. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər X6, Cavabdeh3, Cavabdeh13, Cavabdeh4, X33, X22, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızına, Cavabdeh14 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Odur ki, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir.
14. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
15. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamının surətinə əsasən İddiaçı MMC-nin xx.xx.2019cu il tarixli, 09 saylı müraciətini, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1- 1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X7 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07- 510 saylı razılıq məktublarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınmışdır. 16.İş materiallarında olan 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh10, Cavabdeh1, X30, Cavabdeh3, X19, Cavabdeh13, Cavabdeh4, X37, Cavabdeh6, X38, Cavabdeh12, X26, X34, Cavabdeh11, Cavabdeh9, Cavabdeh14, X9, X42 Bakı şəhəri, Novruzov Qardaşları küçəsində yerləşən 73B saylı evdə qeydiyyatdadırlar. 17."xxxx" MMC tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsi haqqında rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən «A» tikilisinin tikinti altı sahəsi 95,1 kv.m., ümumi sahəsi 146,6 kv.m., 1 mərtəbəli evin tikilisinin tikinti altı sahəsi 35,7 kv.m., ümumi sahəsi 29,5 kv.m., əlavə tikili tikinti altı sahəsi 2,4 kv.m., ümumi sahəsi 1,8 kv.m., əlavə tikili tikinti altı sahəsi 1,0 kv.m., ümumi sahəsi 0,64 kv.m. təşkil edən 73B saylı mənzillərin xx.xx.2022-ci il tarixli vəziyyətinə bazar dəyəri - 504.615 manat məbləğində müəyyən olunmuşdur. 18.İddiaçı MMC-nin sifarişinə əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatına əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan orta bazar dəyəri 226.000 manat, orta likvid dəyəri 210.000 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Cavabdehlərin yaşadığı ünvan 5 ünvanında yerləşən evin «A» tikilisinin tikinti altı sahəsi 95,1 kv.m., ümumi sahəsi 146,6 kv.m., 1 mərtəbəli evin tikilisinin tikinti altı sahəsi 35,7 kv.m., ümumi sahəsi 29,5 kv.m., əlavə tikili tikinti altı sahəsi 2,4 kv.m., ümumi sahəsi 1,8 kv.m., əlavə tikili tikinti altı sahəsi 1,0 kv.m., ümumi sahəsi 0,64 kv.m. təşkil edir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamına əsasən İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, 09 saylı müraciətini, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X7 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-510 saylı razılıq məktublarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Y.Ə.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətindədir, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin cavabdehlər kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
21. AR Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
22. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 №-li qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, onlar dövlət, ictimai və fərdi mənzil fondlarının evlərində kirayədarla kirayəçi, kirayəçilərlə onların ailə üzvləri arasında yaranan mənzil mübahisələrini, vətəndaşlarla mənzil-tikinti kooperativləri arasında mənzil hüquq münasibətləri ilə əlaqədar yaranan mübahisələri və digər mənzil mübahisələrini, o cümlədən mənzil-tikinti kooperativlərinin evlərinin və ya vətəndaşlara mülkiyyət hüququ əsasında məxsus olan evlərin yaşayış sahəsini, həmçinin qeyri-yaşayış sahəsini və binasını özbaşına tutmuş şəxslərin çıxarılması ilə əlaqədar yaranan mübahisələri; həmin evlərin uçmaq təhlükəsi vardırsa, onlardan çıxarmaya; rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarlarına əsasən, sökülməli olan özbaşına tikilmiş evlərdən çıxarmaya; mülki-hüquqi öhdəliklərə əsaslanan (evin sökülməsi, əsaslı təmiri, evin qeyri-yaşayış binasına çevrilməsi və sairlə əlaqədar) tələblər üzrə yaşayış sahəsinin verilməsinə; yaşayış sahəsi verilməsi üçün məlumat verilməklə müdiriyyətin və ya müvafiq ictimai təşkilatın orqanının həmkarlar ittifaqının birgə qərarı ilə verilmiş yaşayış sahəsinə rayon (şəhər) icra hakimiyyəti orqanı order verməkdən imtina etdikdə, order verilməsinə dair mübahisələri həll edir.
23. Məhkəmə hesab edir ki, cavabdehlərin istifadəsinə və sahibliyində olan evin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin evin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğunu, həmçinin söküntü işlərinin və daha sonradan tikinti işlərinin həyata keçirilməsi məqsədilə digər sakinlərin buna razılıq verməsini, hazırda isə cavabdehlərin bu tikintiyə razılıq verməməsi nəticəsində digər sakinlərin mənzillə təmin edilməsinin gecikəcəyini nəzərə alaraq iddia tələbi həmin evin sökülməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
24. Məhkəmə İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlər Cavabdeh16, X11 və Cavabdeh10 ayrı-ayrılıqda yeni təmirli mənzilin (hər birinə 78 kv.m.) mülkiyyətinə verilməsi tələbləri üzrə qeyd edir ki, həmin tələblər də əsaslıdır və təmin edilməlidir.
25. Belə ki, İddiaçı MMC-nın cavabdehlərə (Cavabdeh16, M.Abasov və Cavabdeh10) öz əvvəlki mənzilin yerinə yeni, təmirli, əlavə sahə ölçülərinin əlavə edilməklə (55 kv.m-dən yuxarı, + 30%) mənzillə təmin edilməsi hazırki cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması deyildir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin «Lyudmila Yuryevna SİQUNOVA və Marina Yuryevna SİQUNOVA Rusiyaya qarşı» 12 fevral 2019-cu il tarixli qərarında belə bir hüquqi mövqe ortalığa qoyulmuşdur ki, « müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. Heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (yuxarıda sitat verilən Volçkova və Mironov işi ilə müqayisə edin, §§ 125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (yuxarıdakı 36-cı paraqraf), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilər həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb, çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb (yuxarıdakı 27-ci paraqraf), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyildir. Yekun olaraq məhkəmə təsdiq etmişdir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə hesab edir ki, tədbir mütənasib və uyğundur. »
27. Məhkəmə cavabdehlərə (Cavabdeh16, M.Abasov və Cavabdeh10) yeni sahə verilənədək aylıq 500 manat əmlak kirayə haqqı verilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təklif olunan aylıq əmlak kirayə haqqısı ağlabatandır və hazırki bazar qiymətlərinin tələblərinə cavab verir.
28. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərin (Cavabdeh16, M.Abasov və Cavabdeh10) sahibliyində və istifadəsində olan evin sökülərək əvəzinə yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə eyni ölçüdə mənzillərin verilməsi qərara alındığından, cavabdehlərin mübahisəli evin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə tələb də prosessual qənaət prinsipini nəzərə almaqla əsaslıdır və təmin edilməlidir.
36. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər hazırki hərəkətləri mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir.
37. AR Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
38. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
39. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
40. Göstərilən Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur.
41. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin inşa etdiyi binanın tikintisinin dayandırılması və tikinti gedən ərazidə MMC-nin fəaliyyətinə qadağa qoyulması həmin binada məskunlaşdırılmalarını gözləyən çoxsaylı insanların hüquqlarının bərpaolunmaz şəkildə xələl görməsinə səbəb ola bilər.
42. Belə ki, işin hallarından aydın olur ki, İddiaçı MMC səlahiyyətli dövlət hakimiyyəti orqanının sifarişi əsasında tikinti işlərini həyata keçirir.
43. Məhkəmə həmçinin cavabdehlərin onların istifadəsində və sahibliyində olan mənzillərin əvəzinə müvafiq sahənin deyil, pul məbləğinin verilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarındakı hüquqi mövqeyə uyğun olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir.
44. Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
45. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin mənzilin əvəzinə müvafiq pul məbləğinin istənilməsi qanunsuz və əsassız olduğundan təmin edilə bilməz.
46. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməli, cavabdehlər Cavabdeh10, X2, X11, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, X27, Abbasova X41, Cavabdeh15, Cavabdeh12, Abbasova (Cəfərova) İlhamə Hədis qızının, Cavabdeh8, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X3 və X29 ünvan 8 saylı fərdi yaşayış evinin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh10, X2, X11, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, X27, Abbasova X41, Cavabdeh15, Cavabdeh12, Abbasova (Cəfərova) İlhamə Hədis qızının, Cavabdeh8, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X3 və X29 ünvan 8 saylı fərdi yaşayış evlərindən çıxarılmaqla, fərdi yaşayış evləri boşaldılmalı və sökülməli, İddiaçı MMC tərəfindən ünvan 7 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin Cavabdeh16 mülkiyyətinə verilməli, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh16 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməli, İddiaçı MMC tərəfindən ünvan 8 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin X11 mülkiyyətinə verilməli, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən X18 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməli, İddiaçı MMC tərəfindən ünvan 8 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin Cavabdeh10 mülkiyyətinə verilməli, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh10, X2, X11, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, X27, Abbasova X41, Cavabdeh15, Cavabdeh12, Cəfərova (Abbasova) İlhamə Hədis qızının, Cavabdeh8, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X3 və X29 ünvan 8 saylı fərdi yaşayış evinin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh10, X2, X11, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, X27, Abbasova X41, Cavabdeh15, Cavabdeh12, Cəfərova (Abbasova) İlhamə Hədis qızının, Cavabdeh8, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, X3 və X29 ünvan 8 saylı fərdi yaşayış evlərindən çıxarılmaqla, fərdi yaşayış evləri boşaldılsın və sökülsün. İddiaçı MMC tərəfindən ünvan 7 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin Cavabdeh16 mülkiyyətinə verilsin. Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh16 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilsin. İddiaçı MMC tərəfindən ünvan 8 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin X11 mülkiyyətinə verilsin. Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən X18 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilsin. İddiaçı MMC tərəfindən ünvan 8 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin Cavabdeh10 mülkiyyətinə verilsin. Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov