Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-830/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızının iştirakı ilə İddiaçı Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızının cavabdeh Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızına qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızı cavabdeh Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızına qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri Tİ və MHQ-tı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 30/213163 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsindən göründüyü kimi ünvan 2 mənzilə dair mülkiyyət hühquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzilə dair verilmiş Bakı şəhəri, Nəsimi rayonu 15 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 278 saylı, forma 2 saylı arayışdan görünür ki, ona məxsus qeyd edilmiş mənzildə ondan başqa 1981-ci il təvəllüdlü cavabdeh-qızı Cavabdeh,1982-ci il təvəllüdlü X1 və 1991-ci il təvəllüdlü oğlu X6 qeydiyyatdadır. Lakin qeydiyyatda olan şəxslərdən yalnız Cavabdeh Hüseynağa qızı 2009-ci ildən ona məxsus mənzildə qeydiyyatda olmuş olsa da, yaşamır. Bu fakt məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu 15 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 277 saylı arayışı ilə də təstiq olunur. Belə ki, həmin arayışdan da məlum olur ki, cavabdeh-qızı Cavabdeh ünvan 2 mənzildə uzun müddətdir ki, yaşamır. Onun qeydiyyatda olduğu və yaşadığı ona məxsus ünvan 2 mənzildə 2009-cu ildən yaşamamasının səbəbi həmin il respublikadan Gürcüstan Respublikasına çıxıb gətməsi, orda şəxsiyyəti iddiaçıya bəlli olmayan şəxslə evlənməsi və bir daha geri qayıtmaması olmuşdur.O vaxtdan bu günədək cavabdeh Azərbaycana qayıtmamış, nə onunla, nə də ki, bacı-qardaşı ilə əlaqə saxlamamış, harda, kiminlə yaşadığı barədə məlumatı və xəbəri yoxdur. Buna baxmayaraq cavabdeh bu günədək mülkiyyətində olan ünvan 2 mənzildə qeydiyyatda qalmışdır. Cavavdehin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mülkiyyətinə sahiblik etməyə, sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Bu əsasla da 2009-cu ildən ona məxsus ünvan 2 mənzildə qeydiyyatda olan Cavabdeh mənzilə olan istifadə hüquq itirilmiş hesab edilməlidir. Məhkəməyə müraciət edənədək cavabdehin respublikadan nə vaxtdan çıxması və geri qayıdıb-qayıtmaması ilə bağlı məlumat almaq üçün AR Dövlət Sərhəd Xidmətinə etdiyi müraciəti AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin birinci müavini Azad Qasımovun xx.xx.2022-ci il tarixli, 33/368/1-1231 saylı məktubu ilə şəxslərin dövlət sərhədindən hərəkətləri və Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə tətbiq edilən məhdudiyyət barədə məlumatların istənilən üçüncü şəxsə verilməsi yalnız subyektin yazılı razılığı ilə verildiyini, Cavabdeh münasibətdə bu haqda məlumatların alınması üçün axırıncının və ya onun nümayəndəsinin rəsmi müraciəti olmadığından ona bu haqda məlumat verilməkdən imtina edilmişdir. Mübahisənin obyektiv araşdırılması üçün bununla bağlı məhkəmə tərəfindən sorğunun verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Məlum məsələdir ki, cavabdeh mübahisəli mənzildə, o cümlətən Azərbaycan Respublikasında yaşamadığından mübahisənin mediasiya qaydasında həll edilməsi münkün olmamışdır. Bu əsasla da cavabdehin mediasiya sessiyasında iştrak edilməməsi barədə Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatın xx.xx.2022-ci il tarixli, MŞB/6-7009 saylı arayış verilmişdir. Göstərilənlərə əsasən cavabdeh Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızının ona məxsus ünvan 2 mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçı Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızı iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək, cavabdeh Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızının ona məxsus ünvan 2 mənzilə olan istifadə hüququna xitam verilməsi (kompensasiya verilməməklə) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, S.Əzizbəyov küçəsi, ev 157, 36 saylı mənzil onun mülkiyyətimdədir. Həmin mənzildə ondan başqa qızı Cavabdeh, X3 və X9 da qeydiyyatdadırlar. Lakin hazırki mülki iş üzrə Cavabdeh faktiki olaraq 2009-cu ildən həmin mənzildə yaşamır. Bu fakt iş materiallarına əlavə etdiyi sənədlərdən də görünməkdədir. Bunun səbəbi isə 2009-cu ildə onun Gürcüstan Respublikasına getməsi və orada ona məlum olmayan şəxslə evlənməsidir. O vaxtdan o, AR-na qayıtmamışdır. Hazırda onun harada yaşaması ilə bağlı heç bir məlumatım yoxdur. Lakin onun bu günə kimi mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun mülkiyyətçi kimi öz hüquqlarından tam şəkildə istifadə etməyinə maneə yaradır. İddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişlərinin göndərilməsinə baxmayaraq, cavabdeh Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızının qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır.
6. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan Nəsimi rayon X5 İcra komitəsinin 16/7 saylı, xx.xx.1991ci il tarixli qərarına əsasən Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızını dörd nəfərdən ibarət ailəsi ilə birlikdə (özü, iki qızı və oğlu) ünvan 2 mənzillə təmin etmək qərara alınmışdır.
9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı T.Quliyevə ünvanlanmış xx.xx.2005-ci il tarixli, 9-188 nömrəli məktubdan məlum olmuşdur ki, Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızı üç uşaqları ilə birlikdə ünvan 2 mənzildə yaşayır. Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızı mənzil növbəsindən çıxarılmaq şərti ilə yaşadığı müvəqqəti mənzilə onun adına daimi yaşayış orderinin verilməsini xahiş edir. Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızının yaşadığı müvəqqəti mənzilə dair yaşayış orderinin verilməsi ilə əlaqədar sərəncamın verilməsi və baxılmaq üçün BŞİH-nin mənzil məsələləri üzrə ictimai komissiyasına göndərilməsi xahiş edilmişdir.
10. Mülki işin materiallarındakı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 15 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 278 saylı, xx.xx.2022-ci il tarixli forma 2 arayışına əsasən Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızı Bakı şəhəri, Nəsimi rayonu, S.Əzizbəyov küçəsi, 157 saylı evin 36 saylı mənzilində qeydiyyatdadır.
11. Mülki işin materiallarındakı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 15 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 277saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızı Bakı şəhəri, Nəsimi rayonu, S.Əzizbəyov küçəsi, 157 saylı evin 36 saylı mənzilində qeydiyyatdadır, lakin uzun müddətdir ki, mənzildə yaşamır.
12. Mülki işin materiallarındakı Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 252721 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əzizbəyov küçəsi, 157 saylı evin 36 saylı mənzili mülkiyyət hüququ üzrə Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızının adına daşınmaz əmlakın dövlət reyestrində 1420 nömrəli reyestr kitabının 213163 nömrəli vərəqində xx.xx.2005-ci il tarixində qeydiyyata alınmışdır.
13. Mülki işin materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 528825 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızı xx.xx.1981-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası X4, anası X2r.
14. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/6-7009 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızı Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızı tərəfindən təsvir edildiyi kimi, yəni ailə mübahisəsi üzrə xx.xx.2022-ci ildə, saat 10:15-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
15. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 33/822 saylı məktubundan müəyyən olunur ki, cavabdeh Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızı xx.xx.2009-cu il tarixində dövlət sərhədindən çıxmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əzizbəyov küçəsi, 157 saylı evin 36 saylı mənzili Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızının mülkiyyətindədir. Cavabdeh Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızı 2005-ci ildən həmin mənzildə qeydiyyatda olmaqla, 2009-cu ildən isə qeyd olunan mənzili tərk etmiş və daimi yaşamaq üçün Gürcüstan Respublikasına getmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
19. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.
20. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
22. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
25. Məhkəmə, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən Qərarının müddəalarını nəzərə alaraq, mübahisəyə həm də bu aspektdən yanaşaraq bildirir ki, işin müəyyən edilmiş hallarına görə, Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızı xx.xx.2009-cu ildən dövlət sərhədindən çıxmış, (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 33/822 saylı sorğuya cavab məktubuna əsasən), həmin mənzildə 15 ildən artıq yaşamır, bu hal onun həmin yaşayış sahəsinə ehtiyacının olmamasına (istifadə hüququnu əmələ gətirən əsasının artıq aradan qalxmasına) dəlalət edir.
26. Yuxarıda qeyd olunan qanunun normalarını, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən Qərarının müddəalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızının ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadə hüququna kompensasiya verilməməklə xitam verilməlidir.
27. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Səlı̇ mzadə Brı̇ lyant Seydı̇ qızının cavabdeh Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızına qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh Əhmədzadə Samı̇ rə Hüseyn Ağa qızının ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadə hüququna kompensasiya verilməməklə xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov