Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-835/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdehnə və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «cihazın qaytarılxxxxı və zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «cihazın qaytarılxxxxı və zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19.09.2020-ci il tarixdə şəxsi və eləcə də ofisdaxili istifadə məqsədi ilə 700 ABŞ dolları ödəyərək Cavabdeh MMC-dən 1 ədəd Hytera PDC 550 tipli mobil rabitə vasitəsi almışdır. Cihazı alarkən əməkdaşlar həftə sonu olduğunu bəhanə edərək iddiaçıya heç bir qəbz və müqavilə verməmişlər. Bu sənədləri yalnız növbəti həftənin iş günlərində verə biləcəklərini söyləsələr də, şirkət tərəfindən hal-hazırki vaxta qədər iddiaçıya dair qəbz, qarantiya sənəd və məhsulun uyğunluq sertifikatı təqdim edilməmişdir. Bir neçə dəfə müraciət etməsinə baxmayaraq, iddiaçının müraciətləri cavabsız qalmışdır və o, müvafiq sənədləri onlardan ala bilməmişdir. Bundan əlavə məhsulu alarkən iddiaçıya Hytera PDC 550 cihazı ofis daxili məsafəli UHF (X4), yəni ultra yüksək frekansda işləyən kiçik rabitə vasitələri ilə bağlantı qurma imkanının olduğunu bildirsələr də, ofisdə yoxlayarkən bu funksiya çalışmadı. Həmçinin Hytera PDC 550 cihazını qormal telefon kimi istifadə edərkən qulağında ağrı və cingilti yaranır. Bütün bu qüsurları və aldığı məhsulun iddiaçını qane etməməsini əsas götürməklə İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehdən almış olduğu Hytera PDC 550 cihazını geri qaytarmaq istəsə də, cavabdehin nümayəndələri məhsulu geri qaytarmaqdan və ödənilmiş 700 ABŞ dollarını tam şəkildə iddiaçıya ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən «X5» MMC-dən aldığı 1 ədəd Hytera PDC 550 tipli mobil rabitə vasitəsinin geri qaytarılxxxxının və cihazı almaq məqsədi ilə həmin şirkətə ödəmiş olduğu 700 ABŞ dollarının və 30 manat rüsum ödənişinin «X5» MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən almış olduğu 1 ədəd Hytera PDC 550 tipli mobil rabitə vasitəsinin cavabdehlərə geri qaytarılxxxxının və cihazı almaq məqsədi ilə ödəmiş olduğu 700 ABŞ dollarının və 30 manat rüsum ödənişinin «X5» MMC-dən və «xxxx» MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılxxxxını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış teleqramda işə onun iştirakı olmadan baxılxxxxını və iddia tələbinin təmin olunxxxxını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılxxxxını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı qurğu bəyənmədiyini, qüsurunun olmadığını qeyd etmiş, lakin qulağına uğultu səsi gəldiyindən avadanlıqdan nazarı qaldığını bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, iddiaçı onlardan dəfələrlə mobil qurğu almış və hər dəfəsində heç bir səbəb olmadan dəyişdirmək istəmiş və hər dəfəsindədə yenisi ilə sonradan başqa modellə dəyişdirilmişdir. Lakin sonuncu dəfə isə başqa şəxs tərəfindən cihaz mağazaya gətirilmiş və pulun geri qaytarılxxxxı istənsədə tərəfimizdən alıcı başqa şəxs olduğundan imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-nin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılxxxxına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılxxxxını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan «xxxx» MMC ilə İddiaçı arasında bağlanılmış 16.09.2020-ci il tarixli 148 nömrəli müqavilədən və həmin müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, «xxxx» MMC İddiaçı “Hytera pnc 380” markalı ratsiyanı 749 manata satmışdır. İş materiallarında olan İddiaçı, «xxxx» MMC-nin satş üzrə meneceri Mirfəttah Cəfərov və «xxxx» MMC-nin texniki Vidadi Useynov tərəfindən tərtib edilmiş 16.09.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 16.09.2020-ci il tarixdə bağlanmış müqavilə əsasında «xxxx» MMC-dən 20112A0973 seriya nömrəsi olan 1 ədəd «Hytera PNC 380» markalı ratsiyası İddiaçı tam işlək vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan «xxxx» MMC tərəfindən verilmiş GST seriyalı 251535 nömrəli 16.09.2020-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 16.09.2020-ci il tarixli 148 №-li müqaviləyə 1 №-li Əlavə üçün 749,01 manat pul ödəmişdir. İş materiallarında olan İddiaçı, «xxxx» MMC-nin satş üzrə meneceri Mirfəttah Cəfərov və «xxxx» MMC-nin texniki Vidadi Useynov tərəfindən tərtib edilmiş 17.09.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 16.09.2020-ci il tarixdə bağlanmış müqavilə əsasında «xxxx» MMC-dən 20112A0968 seriya nömrəsi olan 1 ədəd «Hytera PNC 380» markalı ratsiyası İddiaçı tam işlək vəziyyətdə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə İddiaçı arasında bağlanılmış 18.09.2020-ci il tarixli 148 nömrəli müqavilədən və 148 №-li müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, «xxxx» MMC İddiaçı “Hytera PDC 550” markalı ratsiyanı 1200 manata satmışdır. İş materiallarında olan «xxxx» MMC tərəfindən verilmiş GST seriyalı 251536 nömrəli 18.09.2020-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 16.09.2020-ci il tarixli 148 №-li müqaviləyə 1 №-li Əlavə üçün 1200 manat pul ödəmişdir. Məhkəmə verilmiş iddi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmaxxxxına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). İddiaçının irəli sürdüyü iddia tələblərindən göründüyü kimi, o, 700 ABŞ dolları pul ödəməklə «Hytera PDC 550» markalı rabitə vasitəsi almışdır. Həmin rabitə vasitəsində problemlər yarandığı üçün onu qaytarmaq istəsə də, cavabdeh tərəf ratsiyanı geri qaytarmaqdan və ödənilmiş 700 ABŞ dollarını ödəməkdən boyun qaçırmışlar. Bu səbəbdən iddiaçı məhkəmədən alınmış rabitə vasitəsinin cavabdehlərə geri qaytarılxxxxına, ödədiyi 700 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulxxxxına dair qətnamə çıxarılxxxxını xahiş etmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakcılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olxxxxı, malların (işlərin, xidmətlərin) təhlükəsizliyi, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və duzgün məlumat əldə etmək, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımı keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, öz hüquqlarının və qanuni manafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmək hüquqlarına malikdirlər. «İstehlakçilann hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçı maraqlandıran malın (isin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, saglamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şartləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılxxxxı və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsındə istehlakçıya zəruri və duzgün məlumat verməlidir. «İstehlakçıların huquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh «xxxx» MMC iddiaçının aldığı «Hytera PNC 380» markalı ratsiyasını eyni model olan başqa ratsiyasına dəyişiklik etmişdir. Lakin iddiaçı 2-ci rabitə vasitəsindən də narazı qalaraq onu da cavabdehə qaytarmışdır. İddiaçı «xxxx» MMC ilə müqavilə bağlanaraq «Hytera PDC 550» markalı rabitə vasitəsini 1200 manata almışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı aldığı rabitə vasitəni istismar edərkən həmin ratsiyada olan hər hansı bir qüsurla bağlı cavabdehə müraciət etməmiş və həmin cihazın sadəcə geri qaytarxxxxını başqa şəxslə tələb etmişdir. Bu səbəbdən cavabdeh tərəfindən cihazın geri qaytarılxxxxından imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, «xxxx» MMC ilə iddiaçı arasında bağlanılmış 18.09.2020-ci il tarixli 148 nömrəli müqavilədə və ona əlavə edilmiş 1 nömrəli Əlavədə İddiaçı “Hytera PDC 550” markalı ratsiyanı 1200 manata satxxxxını qeyd edilsə də, həmin müqavilədə nə satıcının, nə də ki alıcının imzaları yoxdur. Eyni zamanda həmin müqaviləyə təhvil-təslim aktı da əlavə edilməmişdir. Bu onu göstərir ki, cihazın hansı vəziyyətdə iddiaçıya verilməsini, qüsurunun olub-olmaxxxxını cavabdehə bildirməmişdir. İddiaçının iddia tələbində iddia etdiyi əsaslar formal mülahizələrə əsaslanmış və avadanlığın qüsurunun olmaxxxxınə özü məhkəmə iclasında da bildirmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, hazırki tələb üzrə Cavabdeh MMC subyektiv cavabdehlik daşımır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh MMC isə «Hytera» şirkətinin rəsmi distribyutorudur. İddiaçı isə «Hytera» markalı rabitə vasitəsini «xxxx» MMC-dən almışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC müqavilə üzrə tərəf olmadığından heç bir səbəblərə görə məsuliyyət daşıya bilməz. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunxxxxı hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılxxxxını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaxxxxını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulxxxxı faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaxxxxı, subyektiv hüququn pozulub-pozulmaxxxxı, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılxxxxına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranxxxxından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində Cavabdeh MMC hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin bildirir ki, iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında müqavilə imzalanmamış, lakin tərəflər qeyd olunan hüquq münasibətlərinə pulu ödəməklə və qəbz təqdim olunmaqla girmişlər. Ancaq iddiaçı mobil telefonunda qüsurların (qulağında ağrı olxxxxı cingilti yaranxxxxı) olxxxxını iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmiş və hətta bunu özüdə təqsdiq etmişdir. Beləliklə iddiaçıya məxsus rabit vasitəsində qüsurların olxxxxı hər hansı mötəbər sübutla təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plunumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılxxxxına dair» 31.05.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki –prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdehnə və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «cihazın qaytarılxxxxı və zərərin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdehnə və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «cihazın qaytarılxxxxı və zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-835/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-835/2021
21.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver