Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-84/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 05 noyabr 2018-ci il tarixli aktının və Audit rəyinin, "xxxx" MMCnin 18 yanvar 2018-ci il tarixli aktının və audit rəyinin etibarsız hesab edilməsi (ləğv edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 15 iyun 2009-cu ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi X11 tərəfindən həmin Cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş və müəssisənin mənfəətlə işləməsinə nail olmuşdur. Buna baxmayaraq, heç bir əsas olmadan Cəmiyyətinin təsisçisi tərəfindən 18.09.2017-ci il tarixdən MMC-nin direktoru vəzifəsindən qanunsuz olaraq kənarlaşdırıldıqdan və onun göstərişinə əsasən MMC-yə 19.09.2017-ci il tarixdən buraxılmadığından bir neçə gün sonra 25.09.2017-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında audit yoxlamasının aparılması barədə müqavilə bağlanmışdır. 01.01.2016 - 30.09.2017-ci il dövrü üçün pul vəsaitlərinin uçotunun auditi və 25.09.2017-ci il tarixədək MMC-nin anbarında olan mal qalığının inventarizasiyanın aparılması məqsədi ilə audit yoxlamasının keçirilməsi planlaşdırılmışdır. Bildirir ki, MMC-də auditin planlaşdırılmasından onun məlumatı olmayıb, nədənsə o, audit aparılmasına dəvət edilməmişdir və həmin audit iştirakı olmadan keçirilmişdir. Belə ki, 18.01.2018-ci il tarixli audit aktında "xxxx" MMC-nin direktoru auditlə əhatə olunan dövr ərzində "xxxx" MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinə direktor İddiaçı və baş mühasib Seyid Qədirovun cavabdeh olduqlarını, heç bir əsas olmadan baş mühasibin xəstəlik və məlum olmayan digər səbəblərdən audit yoxlamasında iştirak etmədiyini gösiərmiş, lakin onun audit yoxlamasına dəvət olunub-olunmaması, dəvət olunmuşdursa, hansı səbəbdən iştirak etməməyi barədə heç bir açıqlama verməmişdir. Auditin nəticəsinə dair 18.01.2018ci il tarixli audit aktı tərtib olunmuşdur. Həmin aktda ƏDV-nin əvəzləşdirilməsi hüququndan istifadə edilməməsi, müəyyən pul vəsaitlərinin rəsmi sənədlərlə təsdiq olunmadan xərclənməsi və s. nəticəsində onun tərəfindən 628.961,72 manat ziyan vurulması qeyd olunsa da, bu vəsaitin mənbəyi müəyyən edilməmişdir. Baxmayaraq ki, o, pul və əmtəə sərvətlərinə xidmət göstərməmişdir və bu fakt onunla bağlanmış nə əmək müqaviləsi, nə də vəzifə təlimatı ilə təsdiq olunmur. Eləcə də, maddi-məsul şəxs olmamışdır və onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Bildirir ki, əvvəllər "xxxx" MMC "xxxx" MMC-nin 31 dekabr 2015-ci ilə kimi maliyyə vəziyyəti hesabatını, hərtərəfli gəlir hesabatı, kapitalda dəyişiklər üzrə hesabat və başa çatan il üzrə maliyyə axınlarının hesabatı və digər əhəmiyyətli mühasibat sənədlərini və izahlı qeydləri yoxlamışdır. Bununla bağlı, 28 iyul 2016-cı ildə rəy vermişdir. Həmin audit təşkilatının rəyinə əsasən, müşayiət edilən maliyyə hesabatları ədalətli şəkildə, bütün material aspektlərdə, 31 dekabr 2015-ci ilə kimi "xxxx" MMC-nin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı vəziyyətini X5 Standartlarına uyğun olaraq başa çatmış illər üzrə maliyyə axınlarını təqdim edir. Sonradan "xxxx" MMC 23.07.2018-ci ildə bağladığı müqaviləyə əsasən "xxxx" MMC-də 01.01.2015 - 20.09.2017-ci il dövrün maliyyə hesabatlarının auditini aparmışdır. Üç audit yoxlamasının təhlili zamanı aşağıda göstərilənlər müəyyən edilmişdir: "xxxx" MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin 01.01.2015-ci il tarixdən 30.09.2017-ci il tarixədək olan dövrü üzrə 2 audit təşkilatı ilə bağlanmış müqavilələrə əsasən 3 dəfə audit yoxlamaları keçirilmişdir, o cümlədən: - "xxxx" MMC tərəfindən 28.06.2016-cı il tarixdə 2015-ci ilin audit yoxlaması; - "xxxx" MMC tərəfindən 18.01.2018-ci il tarixdə 01.01.2016 - 30.09.2017-ci illər üçün audit yoxlaması. - "xxxx" MMC tərəfindən 05.11.2018-ci il tarixdə 01.01.2015 - 30.09.2017-ci illər üçün təkrar audit yoxlaması. Hər üç aktın arasında kəskin ziddiyətin olması müəyyən edilmişdir və bu yoxlamalar ilə bağlı aşağıdakıları bildirir: 18.01.2018-ci və 05.11.2018-ci il audit yoxlamaları həmin vaxt direktor vəzifəsində çalışdığı onun və baş mühasib - Seyid Qədirovun məlumatı və iştirakı olmadan keçirilmiş, şirkətin kassasında 31.12.2015-ci il tarixə 7.719,45 manat qalığın olduğunu, 2016-2017-ci illərdə şirkətin kassasında mədaxil - məxaric əməliyyatları nəticəsində (1.099.207-1.097.083=2.124) 9.825,32 manat qalığın olduğunu göstərmiş və Cəmiyyətdə maliyyə əməliyyatlarının keçirildiyi zaman bir sıra çatışmazlıqların aşkarlandığını qeyd etmişdir. "xxxx" MMC və "xxxx" MMC-nin audit aktlarının araşdırılması zamanı hər üç aktın arasında kəskin ziddiyətin olması müəyyən olunmuşdur. Belə ki, Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hcsabatlarındakı eyni göstəricilər barədə hər iki audit ayrı-ayrı qənaətə gəlmişlər. Keçirilən hər üç yoxlamanın nəticələrinin təhlili göstərir ki, birinci audit yoxlamasında o, iştirak etdiyi halda o və baş mühasib Seyid Qədirov digər iki yoxlamaya qanunvericiliyin tələblərinə zidd olaraq dəvət olunmamışlar. Məhz bu səbəbdən "xxxx" MMC-nin keçirdiyi iki yoxlama arasında kəskin ziddiyət vardır. Buna misal olaraq, "xxxx" MMC 2015-ci ildə "xxxx" MMC-nin maliyyə-təsərrüfatı fəaliyyəti dövründə nöqsanlara yol verilmədiyi barədə müsbət rəy təqdim etmişdir. Ancaq, 28 ay sonra həmin audit Cəmiyyətdə təkrar keçirdiyi yoxlamada ciddi maliyyə pozuntularına yol verilməsi haqqında yeni akt təqdim etmişdir. "xxxx" MMC-nin tərtib etdiyi "xxxx" MMC-nin 2015-ci ilin əvvəlinə kassa qalığı 0 manat göstərildiyi halda, "xxxx" MMC-nin həmin dövr üçün tərtib etdiyi ikinci aktda kassa qalığı 552.350 manat və 2015-2017-ci hesabat ili ərzində Cəmiyyətin kassasına 2.022.203 manat vəsaitin mədaxil edildiyi, 2.723.857 manat vəsaitin məxaric olunduğu əks olunmuşdur. Müqayisəli təhlil nəticəsində yaranmış - 701.654 manat (mənfi) fərq, ikinci akta əlavə edilmiş 4 və 5 nömrəli cədvəllərdə sənədsiz kassa xərcləri kimi «əsaslandırılmışdır». Qeyd etmək lazımdır ki, auditor Afıq İsrəfılov birinci və ikinci audit aktlarına əlavə etdiyi cədvəllərdə xərclərin təsnifatı və məbləğlərində ciddi fərqlərin olduğu (cədvəl B) müəyyən edilmişdir. Bu tipli uyğunsuzluqlar həmin sənədlərdə kifayyət qədərdir. "xxxx" MMC-nin keçirdiyi yoxlama nəticəsində isə bu ziddiyyət daha da dərinləşmişdir. Aşağıda göstərilən «A» və «B» cədvəllərindən aydın görünür ki, 3 audit yoxlamaları arasında ciddi ziddiyətlər mövcuddur, "xxxx" MMC-nin auditoru Afiq İsrəfilov iki dəfə yoxlama keçirdiyi zaman MMC-nin 2015-ci ilin maliyyə - təsərrüfat fəaliyyətini yoxlayarkən bir-birinə tam zidd olan nəticələrə gəlmiş və həmin dövr üçün "xxxx" MMC tərəfindən keçirilmiş auditin nəticələri ilə uyğun gəlmir və tam ziddiyətlidir. Hesab edir ki, auditorlar - Afiq İsrəfilov və Nazim Cəfərov tərəfindən "xxxx" MMC-nin qeyd olunmuş dövrləri üzrə keçirilmiş maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamaları nəticəsində buraxılmış çoxlu səhvlər, rəylərin arasında olan ziddiyətlər, həmin sənədlərdə mövcud olan ilkin sənədlərlə təsdiq olunmayan rəqəmlər və s. tərəfindən "xxxx" MMC-yə külli miqdarda zərərin vurulması faktını təsdiq etmir. Ona görə, iş materiallarına qoşulmuş bu sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməməli və nəzərə alınmamalıdır. Cədvəl A Dövr "xxxx" MMC "xxxx" MMC "xxxx" MMC 2015-ci ilə aid 2015-2017-ci il 2015-2017-ci il 1 №-li akt 2 №-li akt 3 №-li akt 2015-ci ilin əvvəlinə qalıq 0 552.350 2015-ci ildə mədaxil 1.070.985 1.070.985 2015-ci ildə məxaric -1.742.031 -1.742.031 2016-cı ilin əvvəlinə qalıq -671.046 -118.696 7.719 2016-cı ildə mədaxil 640.746 640.746 740.432 2016-cı ildə məxaric -667.224 -667.224 745.550 2017-ci ilin əvvəlinə qalıq -697.524 145.174 2.601 2017-ci ildə mədaxil 310.472 310.472 358.775 2017-ci ildə məxaric -314.602 -314.602 351.533 30.09.2017-ci ilin sonuna -701.654 -149.304 9.825 qalıq Qeyd: «ó» - rəqəmlər arasında fərq. "xxxx" MMC mədaxil və məxaric rəqəmləri təxmini bölünüb. Belə halda sual doğur: Görəsən 2015-ci ilə görə "xxxx" tərəfindən tərtib olunmuş hər iki hesabatlardan (aktlardan) hansı düzgün tərtib olunmuşdur və hansı hesabat kassa qalığını sübuta yetirə bilər? Belə ki: əgər birinci aktın bütün hesabatlarında (auditor tərəfindən təsdiq olunmuş aktda, balansda və maliyyə nəticələrində) 01.01.2015-ci tarixinə kassa qalığı 0 manat göstərilibsə, onda cədvəl A-da 2015-2016-2017-ci illər üzrə mədaxil və məxaric əməliyyatlarının ardıcıllığı nəticəsində 30.09.2017-ci il tarixinə kassa qalığı mənfi -701.654 manat təşkil etməlidir. Bunları nəzərə alaraq, demək olar ki, ikinci aktda 01.01.2015-ci ilə görə göstərilmiş 552.350 manat kassa qalığı həqiqətə uyğun deyil, məsul şəxsləri məsuliyyətə cəlb etmək məqsədilə 28 aydan sonra yazılmış süni surətdə uydurulmuş bir məbləğdir və 30.09.2017-ci il tarixə yaranmış mənfi -701.654 manat kassa qalığı, 2015-ci il üçün ikinci dəfə tərtib edilmiş aktın cədvəl 4-də göstərilən 701.029 manat əksikliyin qərəzli şəkildə yaradılmasını, həqiqətə uyğun olmadığını təsdiq edir. Yuxarıda göstərilən məbləğə nəzər yetirən hər hansı bir peşəkar auditor onun dərhal süni şəkildə yaradılmış olduğunu görəcək. Yox əgər ikinci aktda 01.01.2015-ci il tarixinə göstərilən 552.350 manat qalıq realdırsa, yenə də 30.09.2017-ci il tarixin sonuna nağd kassa əməliyyatları nəticəsində mənfi 149.304 manat yaranması şübhə yaradır (fiziki pul mədaxil olunandan cox xərclənə bilməz) və cədvəl 4-də göstərilən 552.907 manat əksikliyin süni şəkildə yaradılmasını təsdiq edir. "xxxx" MMC tərəfindən təqdim olunan məlumatların təhlili göstərir ki, ikinci aktda göstərilən məlumatlar yanlışdır, süni şəkildə yaradılıb və şişirdirilməsi məqsədilə uydurulmuşdur. Auditorun 2015-ci ilə dair birinci aktla bağlı hazırlanmış və təsdiq edilmiş hesabatlarında: gəlir -2.166.900 manat, xərc - 2.285.681 manat, ziyan - 118.781 manat əks etdirildiyi halda, sonradan 552.350,25 manat kassa qalığının əmələ gəlməsi çox maraqlıdır. Xərc maddələri 2015-ci il – akt 1 2015-ci il – akt 2 Əmək haqqı -336.611 -144.838 Komissiya xərcləri -173.130 -156.541 Nəqliyyat xərci -18.357 -6.862 Hüquqi xidmətlər -17.000 -13.040 Digər xərclər -344.073 -111.705 Təhtəl hesab 0 -361.129 Cəmi: -889.171 -794.115 "xxxx" MMC-nin ikinci aktının 1 və 2 səhifələrində («Kassa əməliyyatları») - xərc maddələri eyni məbləğlərdə səhfə yol verilmiş, cədvəl 1-də 432.668,05 manat və cədvəl 4də isə 432.986,05 göstərilmiş, fərq -322 manat yaranmışdır. Balansda fərq ola bilməz, bu faktın özü məbləğlərin uydurulmasını göstərir. Cədvəl B Yoxlama aparan tərəflərin məlumatına əsasən AzAudit AzAudit VN-2015 Aud-Con- AzAudit Maddələr 2015 2015 Akt ng 2016 Akt – 1 Akt – 2 2015 Gəlir 1.969.506 1.070.985 537.333 640.746 964.578 Avadanlıq satışı Xidmətlər 188.950 Xarici 8.444 valyuta Cəmi gəlir 2.166.900 1.070.985 537.333 0 640.746 964.578 Xərc -1.168.847 Materiallar Ə/haqqı -263.556 İnzibati -584.137 xərclər Komissiya -173.130 Maaş -73.055 Reklam -2.400 Digər -20.556 -1.742.031 Məlumat -667.224 -820.578 xərclər yoxdur Cəmi xərc -2.285.681 -1.742.031 Məlumat 0 -667.224 -820.578 yoxdur Nəticə (+/- -118.781 -671.046 Ziyan 0 -26.478 144.000 ) göstərilib "xxxx" MMC-nin 2015-ci ilə dair aktında nağd və ya köçürmə yolu ilə yığılmış xərclər aşağıdakı kimi göstərilib: - bənd 5 - 263.556 manat (1.168.847 manat material xərcləri istisna olmaqla); - bənd 6 - 377.031 manat (20.141 manat benzin, 39.065 manat amortizasiya, 129.000 manat icarə və 18.900 manat bank xərcləri istisna olmaqla); - bənd 7 - 248.584 manat; Cəmi xərclər - 889.171 manat (bu rəqəmlər aktda, balansda və maliyyə nəticələri hesabatlarında xərclər maddəsində adbaad öz əksini tapıb və auditor tərəfindən təsdiq olunub). "xxxx" MMC-nin 2015-2017-ci illər üzrə tərtib olunmuş aktında 2015-ci il üçün nəğd qaydada yığılmış xərclər (3, 4 və 5 cədvəldə göstərilib) - 794.115 manat tamam başqa xərclər adı ilə sənədsiz və əsassız xərc məqsədlərinə istifadə olunması qeyd olunur. Bank vasitəsilə aparılmış xərc əməliyyatlarının sənədləri təqdim olunduğu halda, yuxanda qeyd olunan aktda şişildirilmiş 794.115 manat xərc azala bilər. Beləliklə, "xxxx" MMC tərəfindən 2015-2017-ci illər üzrə tərtib olunmuş aktda cədvəl 4-də göstərilən 794.115 manat məbləğ, 2016-cı ildə 2015-ci il üçün tərtib olunmuş aktla müqayisə olunduqda xərc maddələri şübhə yaradır və saxtalaşdırılmış hesab edilir. Cədvəldən göründüyü kimi, 2015-ci və 2016-cı illərin fəaliyyətinə görə: iki dəfə "xxxx" MMC (iki aktın təhlili nəticəsində - kassa qalıqları, gəlir və xərc maddələri və maliyyə nəticələri böyük fərqlə əks etdirilib), bir dəfə "xxxx" MMC (kassa qalıqları, gəlir və xərc maddələri, və maliyyə nəticələri tam ayrı məlumatlar göstərilməklə). Təqdim olunmuş aktların müqayisəsi nəticəsində bütün gəlir, xərc və nəticə məlumatlarında böyük fərqlər aşkar olunmuşdur. Nəzərə alınmalıdır ki, MMC-nin 2014, 2015 və 2016-cı illərə dair fəaliyyəti ilə bağlı "xxxx" MMC tərəfindən audit yoxlaması keçirilmiş və müsbət rəy verilmişdir. Bilindiyi kimi, auditor tərəfindən verilən rəy dəyişdirilə bilməz və bir il üçün eyni auditor iki müxtəlif rəy verə bilməz. Bundan əlavə qeyd edir ki, 2018-ci ildə aparılmış audit yoxlamalarında göstərilmiş nöqsanlardan biri hesabatlarda əksini tapsaydı, hec bir hesabatların nəticəsi balans verə bilməzdi. Xüsusi ilə nəzərə alınmalıdır ki, beynəlxaq standartların tələblərinə əsasən hazırlanmış hesabatlar - auditor rəyləri və s. (4 ədəddən ibarət olur) bir-biri ilə bağlı hesabatlar sayılır. Bu onu deməyə əsas verir ki, hesabatları hazırlayan auditor saxtakarlıq edib, göstəriciləri böyük fərq ilə əks etdirərək mənalarını dəyişib, mühasibatlıqda bu mümkün olan hal deyil və yol verilməz sayılır. Həmçinin bütün auditor aktları, hesabatları müəssisənin rəhbəri tərəfindən təsdiq edilməlidir. Mübahisələndirilən sözügedən auditor aktları, hesabatları və s. Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiqlənməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X7 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdilər. Məhkəmə bu səbəbdən, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, ona təqdim olunan sənədlər əsasında yoxlama keçirmişdir. Pul əməliyyatlarının hərəkətini yoxlamışdır. Yazdığı aktın düzgünlüyünə əmindir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2020-ci il tarixli 9/190 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, audit yoxlamasının predmeti 2015-ci il üçün maliyyə hesabatlarının yoxlanılması və ona Rəy verilməsi idi. X2 əsasən aparılan audit zamanı audit prosedurlarına istinad edərək əhəmiyyətlilik dərəcəsi müəyyən edilir. Bu əhəmiyyətlilik dərəcəsi, yəni yoxlanılan əməliyyatların sayı onların məbləği ilə müəyyənləşdirilir. Bu zaman bütün əməliyyatlar yoxlanılmır, əhəmiyyətlilik dərəcəsinə əsasən yoxlanılır. "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin 01.01.2016-30.09.2017-ci illərin maliyyə-təsərüffat fəaliyyətinin yoxlanılması nəticəsində tərtib edilmiş 18.01.2018-ci il tarixli akt yuxarıda qeyd olunan X1 tələblərinə uyğun aparılmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin 01.01.2015- 30.09.2017-ci illər üçün aparılan təkrar audit yoxlamasının yekun sənədlərində, 05.11.2018-ci il tarixli Rəy və audit hesabatında qeyd olunan məlumatlar "xxxx" MMC-nin mühasibat uçotu sənədləri ilə tam olaraq üst-üstə düşdüyü müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. İş materiallarına əlavə olunmuş «X6» MMC-nin 15 iyul 2021-ci il tarixli 228 saylı rəyi ilə bağlı məhkəmə bildirir ki, qanunvericiliyə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olunmalıdır. Lakin bu sahədə hüquqi tənzimləmə məsələləri baş çatmadığı üçün heç bir şəxsə, o cümlədən “X6» MMC-yə özəl məhkəmə eksperti şəhadətnaməsi verilməmişdir. Göstərilənlərə əsasən «X6» MMC-nin 15 iyul 2021-ci il tarixli 228 saylı rəyinə məhkəmə tərəfindən ekspert rəyi kimi hüquqi qiymət verilə bilməz. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 9/6976 saylı əlavə məhkəməmühasibat ekspertizasının rəyindən görünür ki, audit yoxlamasının predmeti 2015-ci il üçün maliyyə hesabatlarının yoxlanılması və ona Rəy verilməsi idi. X2 əsasən aparılan audit zamanı audit prosedurlarına istinad edərək əhəmiyyətlilik dərəcəsi müəyyən edilir. Bu əhəmiyyətlilik dərəcəsi, yəni yoxlanılan əməliyyatların sayı onların məbləği ilə müəyyənləşdirilir. Bu zaman bütün əməliyyatlar yoxlanılmır, əhəmiyyətlilik dərəcəsinə əsasən yoxlanılır. "xxxx" MMC tərəfindən X2 əsasən aparılan audit zamanı audit prosedurlarına istinad edərək əhəmiyyətlilik dərəcəsi müəyyən edilməklə seçmə üsulu ilə həyata keçirmişdir. Bu zaman bütün uçot sənədlərinə tam baxılmır. "xxxx" MMC tərəfindən kompüter məlumatlarına, bank çıxarışlarına, kassa mədaxil və məxaric sənədləri əsasında seçmə üsulu ilə "xxxx" MMC-nin 01.01.2016-30.09.2017-ci illər üzrə pul vəsaitləri uçotunun auditi və mal qalığının inventarizasiyası yoxlanılması nəticəsində tərtib edilmiş 18.01.2018-ci il tarixli akt mühasibat uçotu sənədləri ilə üst-üstə düşür. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Ekspert rəylərindən də göründüyü kimi, audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 295 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 300 manat ekspertiza xərci İddiaçı tutularaq «X6» MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-84/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-84/2021
14.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver