Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-85/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pulun tutulması, ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılmaları» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pulun tutulması, ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılmaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 62.844 manat əsas borc, 15.347 manat faiz, 5.000 manat cərimə olmaqla, cəmi 83.191 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi; tutmanın LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 25 noyabr 2016-cı il tarixli 453/EG saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 579 nömrəli reyestr kitabının 53269 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri Nərimanov rayonu X5 prospektində mülkiyyətində olan, 0,11737 ha torpaq sahəsində yerləşən 31 nömrəli 9 mərtəbəli binada yerləşən 54,0 m2 ümumi sahədən ibarət 4 otaqlı 14 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılıb borcun ödənilməsinə yönəldilməsi; qarşılıqlı razılaşma əsasında mənzilin ilkin satış qiymətinin 130.000 manat qiymətləndirilməsi; qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi; ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı LPO İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 62.844 manat əsas borc, 22.947 manat 96 qəpik faiz, 5.000 manat cərimə olmaqla, cəmi 90.791 manat 96 qəpik pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi; tutmanın İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 25 noyabr 2016-cı il tarixli 453/EG saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 579 nömrəli reyestr kitabının 53269 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri Nərimanov rayonu X5 prospektində mülkiyyətində olan, 0,11737 ha torpaq sahəsində yerləşən 31 nömrəli 9 mərtəbəli binada yerləşən 54,0 m2 ümumi sahədən ibarət 4 otaqlı 14 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılıb borcun ödənilməsinə yönəldilməsi; qarşılıqlı razılaşma əsasında mənzilin ilkin satış qiymətinin 130.000 manat qiymətləndirilməsi; qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi; ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC-nin «Azadlıq» filialı ilə Cavabdeh1 arasında 25 noyabr 2016-cı il tarixli № 453/E saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə, 100.525 manat məbləğində kredit verilmişdir. 25 noyabr 2016-cı il tarixli № 453/E saylı kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC-nin «Azadlıq» filialı ilə Cavabdeh2 arasında bağlanan 25 noyabr 2016-cı il tarixli № 453/EG saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 579 nömrəli reyestr kitabının 53269 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri Nərimanov rayonu X5 prospektində mülkiyyətində olan 0,11737 ha torpaq sahəsində yerləşən 31 nömrəli 9 mərtəbəli binada yerləşən 54,0 m2 ümumi sahəsindən ibarət 4 otaqlı 14 nömrəli mənzil bankda ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə X3 və Cavabdeh3 qeydiyyatdadırlar. Kredit müqavilələrinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsi üzrə hazırda cavabdehin banka 62.844 manat əsas borc, 15.347 manat faiz, 5.000 manat cərimə olmaqla, cəmi 83.191 manat borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.3-cü bəndinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən hehsablanır və həmin vəsait kreditora tam ödənildiyi günə qədər hesablanır. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 5-ci bəndinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə ipotekasaxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. Hesab edirlər ki, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyinə görə kredit müqaviləsi üzrə ödənilməmiş məbləğ faizlərlə, hesablanmış cərimə, habelə icranın gecikdirilməsi ilə vurulmuş zərərlə birlikdə ipoteka qoyulmuş əmlaka, həmin əmlak kifayət etmədikdə, cavabdehə məxsus digər əmlaka yönəldilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.11.2016-cı il tarixli 453/E saylı kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.525 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2019-cu il tarixli 16663 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında izahlı maliyyə arayışı məlumatların və 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 27.02.2019-cu il tarixə (iddia tarixinə) 73.614 manat 42 qəpik: Əsas borc üzrə – 61.688 manat 06 qəpik; Faiz üzrə – 11.926 manat 36 qəpik. Qeyd edilir ki, tərəflər arasında bağlanmış 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsi üzrə təqdim edilmiş izahlı maliyyə arayışı məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən Cavabdeh1 cərimə hesablanmamışdır. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2020-ci il tarixli 9/484 saylı ekspert rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan izahlı maliyyə arayışı məlumatların və 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 27.02.2019-cu il tarixə (iddia tarixinə) 73.614 manat 42 qəpik: Əsas borc üzrə – 61.688 manat 06 qəpik; Faiz üzrə – 11.926 manat 36 qəpik. 25.11.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) 84.636 manat 02 qəpik: Əsas borc üzrə – 61.688 manat 06 qəpik; Faiz üzrə – 22.947 manat 96 qəpik. Qeyd edilir ki, tərəflər arasında bağlanmış 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsi üzrə təqdim edilmiş izahlı maliyyə arayışı məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən Cavabdeh1 cərimə hesablanmamışdır. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 LPO İddiaçı ASCdən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 25.11.2016-cı il tarixli 453/EG saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 digər cavabdeh Qubadov Həmzə Məhəmməd oğlu kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Bakı şəhəri Nərimanov rayonu X5 prospektində mülkiyyətində olan, 0,11737 ha torpaq sahəsində yerləşən 31 nömrəli 9 mərtəbəli binada yerləşən 54,0 m2 ümumi sahədən ibarət 4 otaqlı 14 nömrəli mənzilini banka ipotekaya qoymuşdur. Müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin mənzil 130.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 08.06.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. «xxxx» MMC-nin 13.04.2021-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, ipoteka predmeti olan mənzilin hazırda likvid qiyməti 135.000 (yüz otuz beş min) manat təşkil edir. Qiymətləndirmə xərci 250 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, LPO İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə və ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan LPO İddiaçı ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, LPO İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsinə əsasən 61.688 manat 06 qəpik əsas borc, 22.947 manat 96 qəpik faiz, 500 manat cərimə olmaqla, cəmi 85.136 manat 02 qəpik və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli; tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X5 prospektində mülkiyyətdə olan, 0,11737 ha torpaq sahəsində yerləşən 31 nömrəli 9 mərtəbəli binada yerləşən 54,0 m2 ümumi sahədən ibarət 4 otaqlı 14 nömrəli mənzilə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 135.000 (yüz otuz beş min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği LPO İddiaçı ASC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı; əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli; həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmalı, həmin əmlak boşaldılmalı; qiymətləndirmə xərci olan 250 manat Cavabdeh1 tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilməli, ekspertiza xərci olan 300 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddia tələbi mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində əsassızdır. Hazırda bankın mənzili hərracda əldə edəcək mülkiyyətçiyə məxsus olan tələbləri irəli sürməyə subyektiv hüququ mövcud deyil. Bank ipotekasaxlayan olmaqla, mülkiyyətçi deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. LPO İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında 25 noyabr 2016-cı il tarixli 453/E saylı kredit müqaviləsinə əsasən 61.688 manat 06 qəpik əsas borc, 22.947 manat 96 qəpik faiz, 500 manat cərimə olmaqla, cəmi 85.136 manat 02 qəpik və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X5 prospektində mülkiyyətdə olan, 0,11737 ha torpaq sahəsində yerləşən 31 nömrəli 9 mərtəbəli binada yerləşən 54,0 m2 ümumi sahədən ibarət 4 otaqlı 14 nömrəli mənzilə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 135.000 (yüz otuz beş min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği LPO İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsın. Həmin əmlak boşaldılsın. Qiymətləndirmə xərci olan 250 manat Cavabdeh1 tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Ekspertiza xərci olan 300 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-85/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-85/2021
17.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver