Məhkəmə qərarları › İş №2(006)-859/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-859/2021

19.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-859/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçı X1, İddiaçı, cavabdeh “xxxx” QSCnin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” QSC-yə, Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə” dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, "Volksfaqen Boro" minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin, yəni 16280 AZN, 30 AZN məbləğində dövlət rüsumu, cəmi 16310 AZN məbləğ müştərək qaydada "X6 Kredit Təşkilatı" MMC və Cavabdeh2 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək “xxxx” MMC-nin mülkiyyətində olan “Mercedes Benz ML350” markalı 90PL440 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh2 02.09.2020-ci il tarixdə təxminən 09.30 radələrində, cavabdeh "X6 Kredit Təşkilatı" MMC-nin mülkiyyətində olan Mercedes Benz ML 350 minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə hüququ olmadan, Nərimanov rayonu, X.Şuşinski küçəsi ilə S.Rəhman küçəsinin kəsişməsində idarə edən zaman yol hərəkəti qaydalarını kobud surətdə pozaraq, onun etibarnamə ilə idarə etdiyi "Volksfaqen Boro" minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşub, həmin avtomobilin sahibinə ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Bakı şəhəri, DYPİ-nin X5 Haqqında TR ******* saylı qərarı ilə təsdiqlənmişdir. Toqquşma nəticəsində "Volksfaqen Boro" minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı "EURO STYLE LTD" Volksfaqen Servis Xidmətində baxış keçirilmiş və müəyyən edilmişdir ki, bu qəza nəticəsində həmin avtomobilə 16280 AZN ziyan dəymişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində "Volksfaqen Boro" minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi, yəni, 16280 AZN məbləğ, dövlət rüsumu 30 AZN məbləğ, cəmi 16310 AZN məbləğ qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən onun xeyrinəı tutulmalıdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X3 iddia qəbul etməyərək bildirmişdir ki, vaxtı ilə “Mercedes Benz ML350” minik markalı 90PL440 dövlət qeydiyyat nişanlı avtomobil onların mülkiyyətində olmuşdur. Lakin hal-hazırda həmin avtomobil onların mülkiyyətindən 06 oktyabr 2020-ci ildə çıxmış və onların mülkiyyətində deyil. Odur ki, iddianın onlara qarşı yönələn hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 02 sentyabr 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının surətindən görünür ki, “Mercedes Benz ML350” minik markalı 90PL440 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə təyin edilmişdir. Məhkəmə baxışı zamanı təyin edilmiş “məhkəmə-əmtəəşünaslıq ekspertizasının” 03 mart 2021-ci il tarixli 9/264 saylı rəyindən müəyyən edilir ki, tədqiq edilən 2004-cü il buraxılışlı, "Volksfaqen Boro" minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 5950 AZN müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Azərbaycan Respublikası MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, Azərbaycan Respublikası MM-nın 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh2 ətrafdakılar üçün yüksək təhlükə mənbəyi olan “Mercedes Benz ML350” minik markalı 90PL440 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İddiaçı məxsus "Volksfaqen Boro" minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, iddiaçıya maddi zərər vurmuşdur. Lakin, iddiaçının iddia tələbində göstərdiyi 16280 manat məbləğində maddi ziyan tam həcmdə təmin edilə bilməz. Məhkəmə 03 mart 2021-ci il tarixli 9/264 saylı saylı rəyini MPM-nin 101.3-cü maddəsinə əsasən sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, iddiaçıya məxsus "Volksfaqen Boro" minik markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən vurulmuş zərərin məbləği məhz 5950 manat müəyyən edilməli və həmin məbləğ Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə isə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh2 tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 5950 (beş min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində qətnamədən Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar