Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-884/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi,Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 4.430 (dörd min dörd yüz otuz) manat pulun və ödədiyi 65 (altmış beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, onun Cavabdeh ilə tanışlığı var idi. Cavabdeh ona 1.530 manat bir, 2.400 manat da bir borcu yaranmışdır. Hətta həyat yoldaşından da 500 manat pul almışdır, həmin 500 manat pul da onun pulu idi. Cavabdehə inanmışdır. Belə ki, bir ədəd qiyməti 1.530 manat olan Kontakt Home-dan mobil telefon və Beynəlxalq Bankdan 2.400 manat pul götürüb cavabdehə vermişdir. Cavabdeh də öz xətti ilə yazıb ki, ona 1.530 manat bir, 2.400 manat isə bir borcu vardır. Həyat yoldaşından da 500 manat gəlib pul götürüb və o da onun puludur. O, bunları ona desə də, o, bəhanələr gətirərək ona həmin pulu geri qaytarmır. Ona görə də o məcbur olub pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmiş, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı 1.530 manat bir, 2.400 manat və 500 manat pul borcuna görə tələbi tam əsassızdır. Belə ki, bir ədəd qiyməti 1.530 manat olan Kontakt Homedan mobil telefon və Beynəlxalq Bankdan 2.400 manat və həyat yoldaşından 500 manat pul götürməyi iddiaçı tərəfindənn ona qarşı təzyiq və şantaj xarakteri daşıyır. Əslində, iddiaçı onun əmisi oğlu telefon dükanı işlədərkən ona faizə pul vermişdir. O isə Kontakt Home-dan və Beynəlxalq Bankdan götürdüyü kreditlərin ödənilməsində ona təmənnasız yardımçı olmuşdur. O, onun öz evinə daimi qeydiyyata götürərkən ondan 10.000 manat nağd pul vəsaiti almışdır. Eyni zamanda, pul borcu haqqında yazdığı izahat isə ona təzyiq vasitəsi ilə baş vermişdir. Belə ki, İddiaçı ona zəng edib dedi ki, evdə su torbası partlayıb xahiş edir ki, gəlib onu düzəltsin, o da evə gəlib gördü ki, həyat yoldaşı və qaynı əlində bıçaq evdə oturublar, ona hədə-qorxu gələrək dedilər ki, o, 4.430 manat ona borclu olduğu haqqında izahat yazmasa onu öldürəcəklər. O da ehtiyat edərək məcburən həmin izahatı yazdı. Qeyd edilənləri nəzərə alaraq iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, yoldaşı gəlib dedi ki, bankdan pul götürəcəkdir. Üçü bir yerdə Beynəlxalq Banka getdilər. Bankdan 2.800 manat kredit götürülüb. Pulu Cavabdeh verdi. Kontakt Homedan da iki telefon götürdülər. Məbləğ 1.400 manat edirdi. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, cavabdehin etirazını nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Cavabdeh tərəfindən yazılan xx.xx.2019-cu il tarixli əlyazmadan görünür ki, o, İddiaçı 1530+2400 manat pul borcu olduğunu etiraf etmiş və hər ay 189+129 manat pul ödəməyə söz vermişdir. -Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 323№-li Arayışdan görünür ki, iddiaçı C.Elçin və cavabdeh N.Əziz Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 125, mənzil 13-də daimi qeydiyyatdadırlar. -Bakı şəhəri, Nəsimi R.P.İ-nin 22-ci Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı Pərviz Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması və rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Azərbaycan Beynəlxalq Bankı tərəfindən C.Elçinə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə 48 ay müddətinə 2.800 manat məbləğində kredit C.Elçinin adına rəsmiləşdirilmişdir. Kredit üzrə onun xx.xx.2023cü il tarixə 197.86 manat kredit borcu mövcuddur. -xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Cavadov X2 2.800 manat məbləğində kredit və əlavə olaraq iki ədəd mobil telefon götürərək Cavabdeh vermiş, cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmiş, əlyazmada 1530+2400 manat pul borclu olduğunu etiraf etmiş, hər ay 189+129 manat pul ədəməyə öhdəliyini öz üzərinə götürmüş, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini icra etməyərək, borcu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə Cavabdeh etirazının “izahatın məcburi yazılması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh etirazının həqiqi olmasını, yəni iddiaçının evinə gəldiyi zaman yoldaşının və qaynının əlində bıçaqla ona hədə-qorxu gələrək məcburi şəkildə izahatı yazdırmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməli və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 4.430 manat pul vəsaitinin cavabdehin ona borclu olması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh izahatın məcburi şəkildə yazılması halının mövcud olduğunu sübut etməli idi. Lakin, cavabdeh öz izahatının əsaslılığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir . Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, Cavabdeh 4.430 (dörd min dörd yüz otuz) manat məbləğində pul və 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in^ 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4.430 (dörd min dörd yüz otuz) manat məbləğində pul və 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4.430 (dörd min dörd yüz otuz) manat məbləğində pul və 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-884/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-884/2023
03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver