Məhkəmə qərarları › İş №2(006)-894/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-894/2023

13.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-894/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Əlı̇ yev Emı̇ n Kəmaləddı̇ n oğlunun iştirakı ilə İddiaçı Əlı̇ yev Emı̇ n Kəmaləddı̇ n oğlunun cavabdehlər Cavabdeh2, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı "əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yev Emı̇ n Kəmaləddı̇ n oğlu cavabdehlər Cavabdeh2, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı "əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2(010)-878/2018 saylı, 27 mart 2018-ci il tarixli icra vərəqəsi ilə bağlı olaarq Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rövşən Əhmədovun təqdimatına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-339/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Fioletov küçəsi, 16 saylı evin, 3 saylı mənzilinin üzərinə həbs qoyulmuş və sonradan icra məmurunun qərarı ilə həmin mənzilin dəyərinin müəyyən edilməsi ilə bağlı Cavabdeh2 MMC-yə sifariş məktubu göndərilmişdir. Nəticədə Cavabdeh2 MMC-nin tərtib etdiyi hesabata əsasən həmin daşınmaz əmlak 40.000 manat dəyərində qiymətləndirilmişdir. Həmin hesabat obyektiv deyil və mənzilə dəyərdindən çox aşağı olan qiymət müəyyən olunmuşdur. Mənzilin yerləşdiyi ərazidə oxşar mənzillərin dəyəri 65.000-70.000 manat aralığındadır. Həmçinin qiymətləndirənin aparılmasında kifayət qədər pozuntulara yol verilmişdir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin qənaətinə görə qiymətləndirici Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş 0294/22 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyi özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Qiymətləndirmə əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar qəbul edilməmiş, belə olan halda qiymətləndirmə tərtib edilən andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz edilə bilməz. Müvafiq olaraq iddiaçı da məhz həmin hesabat əsasında qəbul edilən və onun üçün hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirə bilər. Belə mübahisə açarkən isə o, qiymətləndirmənin qanunsuzluğuna və əsassızlığına istinad edə və məhz bu səbəbdən hüquqi məsuliyyət yaradan qərarın ləğvini tələb edə bilər. Çünki hesabatın tərtib edilməsi və hesabat əsas götürülməklə iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdir, hesabatın tərtib edilməsinə baxmayaraq, məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada, cavabdeh tərəfindən tərtib edilmiş 0294/22 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyi özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün olmadığından hesabatın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Kommersiya Kollegiyasının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 02/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Məhkəmə bu halda hesab edir ki, sözügedən hərrac yekunlaşmadığından (icra çərçivəsində iş yekunlaşmadığından) iddiaçının tələbinə məhkəmə qaydasında baxılmalı deyil, həmin məsələ icra mərhələsində həll olunmalı olan məsələlərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı Əlı̇ yev Emı̇ n Kəmaləddı̇ n oğlunun cavabdehlər Cavabdeh2, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı "əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Məhkəmə keçirilmiş ekspertiza rəyinə münasibətdə isə qeyd edir ki, mülki iş üzrə icraata xitam verildiyindən prosessual qənaət prinsipini nəzərə almaqla ekspertiza rəyinə münasibət bildirilməsinə də zərurət qalmamışdır. Bu halda məhkəmə təyin olunmuş ekspertiza ilə bağlı hesab edir ki, iş üzrə icraata xitam verildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul iddiaçıdan tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601000mı**********4 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əlı̇ yev Emı̇ n Kəmaləddı̇ n oğlunun cavabdehlər Cavabdeh2, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı "əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi" tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ izah edilsin. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında ,eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul iddiaçı Əlı̇ yev Emı̇ n Kəmaləddı̇ n oğlundan tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601000mı**********4 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar