Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-900/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X20 oğlunun katibliyi, Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə və Cavabdeh3 BOKT ASC-yə qarşı “hərracın nəticələrinin və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə və Cavabdeh3 BOKT ASC-yə qarşı “hərracın nəticələrinin və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 117 saylı mənzillə əlaqədar Cavabdeh2 MMC tərəfindən keçirilmiş açıq hərracın nəticələrinin və xx.xx.2022-cı il tarixli 75/1 nömrəli protokolun etibarsız hesab edilmələri haqqında qətnamə çıxarılması və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4cü maddəsinə əsasən xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsinə məxsus, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 67,5 m2 təşkil edən, 3 otaqlı mənzili ipoteka ilə yüklü etməklə "xxxx" ASCnin Nərimanov filialından xx.xx.2015-ci il tarixdə 012/15/PBN nömrəli kredit müqaviləsinə əsasən illik 20% olmaqla 36 ay müddətinə 125000 (bir yüz iyirmi beş min) ABŞ dolları borc almışdır. Pulu almazdan əvvəl 3 dəfə cavabdehlə danışıqlar aparmışdır. İddiaçı qeyd etdiyi kreditin Azərbaycan manatı ilə verilməsı barədə razılığa gəlmişdir. Ancaq krediti aldığı anda ona məlum olmuşdur ki, kredit şərtləşdikləri kimi, AZN-lə deyil, ABŞ dolları ilə verilir. İddiaçı etirazını bildirmiş və pulu götürməkdən imtina etmişdir. Bu zaman filialın müdiri Rəvan əgər krediti götürməsə onları pis vəziyyətdə qoyacağını bildirmişdir. Rəvan demişdir ki, “siz pulu götürün, 3-4 gündən sonra gəlin, biz krediti manata çevirək, narahat olmayın”. Ancaq o sözünə əməl etmədi. 21 02.2015-ci il tarixdə ABŞ dollarının məzənnəsi manata nisbətdə, 1 ABŞ dolları-1 manat 10 qəpiyə kimi artdı, manat devolvasiyaya uğradı. İddiaçı yenə də banka gəlmiş, bu zaman Rəvan bildirmişdir ki, “siz ödəniş edin, mən əvvəlki qaydada, yəni 1 ABŞ dolları-0,78 AZN-lə hesablayacam”. İddiaçı 43500 ABŞ dollarını banka ödəmişdir. Bundan sonra məlum olmuşdur ki, ödədiyi məbləğ 1 ABŞ dolları -1,10 AZN kimi qəbul edilir, yəni cavabdeh kredit almazdan əvvəl dolların manata nisbətən məzənnəsinın artacağını bilirdi. Bu səbəbdən hazırki vəziyyətın yaranmasında bankın da məsuliyyəti vardır. Bundan sonra bank iddiaçıya qarşı məhkəmədə iddia qaldırdı və onun iddiası Bakı şəhərı Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-21/2021 nömrəli qətnaməsinə əsasən təmin olundu. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra məhkəmə tərəfindən Bakı şəhəri Suraxanı rayon məhkəməsinə icra vərəqi göndərilib. Ancaq iddiaçıya bu barədə məlumat verilməyib. Təqribən 20 sentyabr 2024-cü il tarixdə iddiaçı Bakı şəhəri, Suraxanı rayon icra şöbəsinə çağırılmışdır. Həmin gün şöbəyə getmişdir. Bu zaman ona məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli, 8-18-61553-10 nömrəli sifariş məktubuna əsasən ailəsinə məxsus ünvan 3 ünvanında yerləşən 117 saylı mənzilin açıq hərracda satılması təklif olunub və ən azı dəyər qiyməti 120000 (yüz iyirmi min) manat təşkil edən mənzil 52020 manat qiymətləndirilib. Bundan sonra cavabdeh "xxxx" MMC-nin təşkil etdiyi 28 iyul 2022-ci il tarixdə keçirilən “açıq” həracda cavabdeh "xxxx" ASC-yə cəmi 52020 manata satılıb. Halbuki həmin vaxt hamun ərazidə yerləşən 1 otaqlı mənzillərin qiyməti an azı 70000 manat idi. İddiaçı bildirir ki, nə Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubundan xəbəri olub, nə də mənzilin açıq hərracda satılması barədə ona xəbər verilməmiş və məktub göndərilməmişdir. Qeyd edildiyi kimi bu məsələdən iddiaçı 20 sentyabr 2024-cü il tarixdə xəbər tutmuşdur. Bundan sonra çox çətinliklə açıq hərracın keçirilməsinə dair 190/1 nömrəli bildirişin məktubunu və açıq hərracda mənzilin satılmasına dair 75/1 nömrəli protokolun surətlərini xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Sifariş məktubunu isə ona verməmişlər. Qeyd edilən səbəbdən hesab edilir ki, mənzilin satılmasına dair hərracın nəticələrinin və xx.xx.2022-ci il tarixli 75/1 nömrəli protokolun etibarsız hesab edilməsi haqqında məhkəmə qətnamə çıxarmalıdır. Ona görə ki, iddiaçının xəbəri olmadan ailəsinə məxsus yeganə mənzilin cavabdehlərin aralarındakı razılaşmaya əsasən qeyri-qanuni hərracda satmaları, hər şeydən əvvəl iddiaçının insan və vətəndaş hüquq və azadlıqlarını pozur.
3. Cavabdeh "xxxx" ASC məhkəməyə yazılı vəsatət (ərizə) təqdim edərək, mülki iş üzrə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Yazılı vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə və qeyrilərinə qarşı hərracın nəticələninə dair protokolun etibarsız hesab edilməsinə dair iddiası ilə məhkəməyə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-21/2021 sayı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, AB yaşayı yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində yerləşən 8 nömrəli binanın 117 nömrəli mənzilinə tələb yönəldilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən əlavə edilən sənədlərdən məlum olur ki, ipoteka predmetinə tutma yönəldilməsinə dair məhkəmə qətnaməsi icraya yönəldilmiş və Cavabdeh2 MMC tərəfindən müvafiq qanunvericiliyə uyğun şəkildə hərrac keçirilməsi barədə bildiriş tərtib edilərək tərəflərə göndərilmişdir. Sonuncu hərrac xx.xx.2022-ci il tarixində keçirilsə də, əmlak hərracda satılmadığı üçün ikinci hərracdan sonra əmlak borc əvəzinə BOKT-a təklif edilmişdır. Tələbkar Cavabdeh3 BOKT ASC xx.xx.2022-ci il tarixli, 75/1 saylı protokola əsasən əmlakı əldə etmişdir. Keçirilən hərracın son məntiqi sonluğu xx.xx.2022-ci il tarixli, 75/1 saylı protokolla yekunlaşmışdır. İpoteka haqqında qanunvericiliyin tələbinə və buna dair Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarında əsasən tələbkar 30 gün müddətində ipoteka predmeti olan əmlakı mülkiyyətinə götürməlidir Həmin əmlak göstərildiyi kimi xx.xx.2022-ci il tarixli, 75/1 saylı protokola əsasən 52020 manata əldə edilmişdir. Yəni qanunvericiliyin müəyyən etdiyi müddət buraxılmamışdır. Bunlardan başqa iddiaçı 2021-ci il tarixindən qüvvəyə minib icraya yönəldilən məhkəmə qətnaməsindən təbii olaraq xəbərdar idi. Göründüyü kimi qanunverici müxtəlif iddialar üzrə müxtəlif iddia müddətləri müəyyən etmişdir. Bütün yuxarıda göstərilənlər nəzərə alınaraq iddia müddəti nəzərə alınmaqla iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh2 MMC-nin və Suraxanı Rayon İcra Şöbəsinin nümayəndələri məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını tələb etdi. İddianı qəbul etməyib bildirdi ki, hərracın keçirilməsi zamanı heç bir pozuntuya yol verilməmiş, iddiaçı iddia etdiyi pozuntuları sübut edə bilməmişdir. İddia ərizəsi verilərkən qanunla nəzərdə tutulan müddət də ötürülmüşdür. Qeyd etdiklərinə əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 nömrəli binada ümumi sahəsi 67.5 kv.m sahəsindən ibarət 3 otaqlı 117 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə X3 (qeydiyyat nömrəsi: **********) adına qeydiyyata alınmışdır.
9. Açıq hərracın keçirilməsinə dair 190 nömrəli, xx.xx.2022-ci il tarixli və 190-1 nömrəli, xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, icra şöbəsi, tələbkar və borclular Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-21/2022 nömrəli icra sənədi üzrə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 nömrəli binada ümumi sahəsi 67.5 kv.m sahəsindən ibarət 3 otaqlı 117 nömrəli mənzilə tutma yönəldildiyindən, həmin evin hərracda satılmalı olması və buna görə də müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bu barədə açıq auksion formasında hərrac keçirilməsi ilə bağlı hərracın təşkilatçısı Cavabdeh2 MMC tərəfindən xəbərdar edilmişlər (müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində xəbərnamələrə imza edilməklə iddiaçı tərəfindən məktublar təhvil alınmışdır).
10. Hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 75/1 nömrəli protokolundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-21/2022 nömrəli icra vərəqəsinə və Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2022-ci tarixli, 18-61553-10 saylı sifariş məktubunun icrasına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 8 nömrəli binanın 117 nömrəli mənzilə ilkin hərrac qiyməti 81600 manat, təkrar hərracdakı satış qiyməti 69360 manat müəyyən edilmiş, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 52020 (əlli iki min iyirmi manat) manat qiymətlə əmlakı tələbkar əldə edərək cavabdehlərlə qarşlıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır.
11. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 8 nömrəli binanın 117 nömrəli mənzili 52020 (əlli iki min iyirmi) manata Cavabdeh2 MMC tərəfindən əldə edilmişdir.
12. İddiaçı (ipoteka qoyan və borclu), X16 (ipoteka qoyan) və "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 254/13/PBN nömrəli və xx.xx.2011-ci il tarixli 120/11/PBN nömrəli ipoteka müqavilələrinə xx.xx.2015-ci il tarixli, 03 nömrəli əlavədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 nömrəli binada ümumi sahəsi 67.5 kv.m sahəsindən ibarət 3 otaqlı 117 nömrəli mənzil xx.xx.2015-ci il tarixli 012/15/PBN saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka ilə yüklü edilmişdir.
13. İddiaçı (borclu) ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 012/15/PBN saylı kredit müqaviləsindən görünür ki, borcluya 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 125000 (yüz iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir.
14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-21/2021 nömrəli qətnaməsi və icra vərəqəsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı müqavilə üzrə 100.934,95 ABŞ dolları əsas, 44.662,02 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 145696,97 (bir yüz qırx beş min altı yüz doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc iddiaçı Cavabdeh3 Bank Olmayan Kredit X19 Cəmiyyətinin xeyrinə tutulması, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilə və X10 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilin ilkin satış qiymətinin 81.600 (səksən bir min altı yüz) manat, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilin ilkin satış qiymətinin isə 82.000 (səksən iki min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş mənzillərin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 145696,97 (bir yüz qırx beş min altı yüz doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun iddiaçı Cavabdeh3 Bank Olmayan Kredit X19 Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan məbləğin müvafiq olaraq cavabdeh İddiaçı və X12 qaytarılması, mənzillər satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması və cavabdehlər İddiaçı, X4, X6, X10, X7, X13 və X8 həmin evi tərk etmədiyi halda onların həmin evdən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 4355/2021 nömrəli qətnaməsi ilə cavabdeh X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-21/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5952/2021 saylı Qərarı ilə cavabdeh X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 4355/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1-7/2-17-A-3/1-23/2025 saylı məktubdan görünür ki, X11 və X5 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5952/2021 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti üzrə Konstitusiya Məhkəməsinin icraatına xitam verilməsi barədə Kontitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2022-ci il tarixli qərardadı qəbul edilmişdir.
18. Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rövşən Əliyev tərəfindən xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
19. Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli, 61553/2021-18-10 nömrəli məktubu ilə borclu İddiaçı tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
20. Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rövşən Əliyev tərəfindən Cavabdeh2 MMC-yə hərracın keçirilməsi haqqında sifariş göndərilmişdir.
21. Suraxanı Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 18-61553-10 nömrəli məktub ilə Cavabdeh2 MMC-yə göndərilmiş İddiaçı mülkiyyətində olan əmlakın hərracdan satılması barədə sifariş məktubu eyni zamanda İddiaçı göndərilmişdir.
22. İddiaçı tərəfindən Cavabdeh2 MMC-nin direktoru Tuqay Rəhimliyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 8 nömrəli binanın 117 nömrəli mənzilin satılması ilə bağlı açıq hərrac keçirilməsi barədə onun ünvanına 190 nömrəli bildirişin göndərildiyi qeyd edilmiş və Konstitusiya Məhkəməsi tərəfindən yekun qərar qəbul olunana qədər mənzilin satılması ilə hərracın keçirilməsinin təxirə salınması xahiş edilmişdir.
23. İddiaçı tərəfindən Cavabdeh2 MMC-nin direktoru Tuqay Rəhimliyə ünvanlanmış xx.xx.2022-ci il tarixli təkrarən müraciətdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 8 nömrəli binanın 117 nömrəli mənzilinin satılması ilə bağlı xx.xx.2022-ci il tarixli hərracın keçirilməsindən imtina edilməsi xahiş edilmişdir.
24. “525-ci qəzet” qəzetinin xx.xx.2022-ci il tarixli, 89 (5895) nömrəli buraxılışından çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 8 nömrəli binanın 117 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı xx.xx.2022-ci il tarixdə keçiriləcək açıq hərracın saatı və yeri barəsində elan dərc edilmişdir.
25. “525-ci qəzet” qəzetinin xx.xx.2022-ci il tarixli, 105 (5911) nömrəli buraxılışından çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 8 nömrəli binanın 117 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı xx.xx.2022-ci il tarixdə açıq hərracın əmlakın alıcısı olmadığı üçün baş tutmaması barədə elan dərc edilmişdir.
26. “525-ci qəzet” qəzetinin xx.xx.2022-ci il tarixli, 105 (5911) nömrəli buraxılışından çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 8 nömrəli binanın 117 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı xx.xx.2022-ci il tarixdə keçiriləcək açıq hərracın saatı və yeri barəsində elan dərc edilmişdir.
27. “525-ci qəzet” qəzetinin xx.xx.2022-ci il tarixli, 119 (5925) nömrəli buraxılışından çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 8 nömrəli binanın 117 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı xx.xx.2022-ci il tarixdə açıq hərracın əmlakın alıcısı olmadığı üçün baş tutmaması barədə elan dərc edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
28. Beləliklə, məhkəmə müəyyən etdi ki, cavabdeh "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 012/15/PBN saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 nömrəli binada ümumi sahəsi 67.5 kv.m sahəsindən ibarət 3 otaqlı 117 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-21/2021 nömrəli qətnaməsi ilə ondan müqavilə üzrə 100.934,95 ABŞ dolları əsas, 44.662,02 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 145696,97 (bir yüz qırx beş min altı yüz doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun iddiaçı Cavabdeh3 Bank Olmayan Kredit X19 Cəmiyyətinin xeyrinə tutulması, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilə və X10 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilin ilkin satış qiymətinin 81.600 (səksən bir min altı yüz) manat, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilin ilkin satış qiymətinin isə 82.000 (səksən iki min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş mənzillərin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 145696,97 (bir yüz qırx beş min altı yüz doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun iddiaçı Cavabdeh3 Bank Olmayan Kredit X19 Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan məbləğin müvafiq olaraq cavabdeh İddiaçı və X12 qaytarılması, mənzillər satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması və cavabdehlər İddiaçı, X4, X6, X10, X7, X13 və X8 həmin evi tərk etmədiyi halda onların həmin evdən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
29. Suraxanı Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-21/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Suraxanı Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-21/2021 nömrəli icra sənədi icra olunması üçün hazırki iş üzrə cavabdeh Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş, Suraxanı Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək icra sənədinin icrasına başlanmışdır.
30. xx.xx.2022-ci il tarixdə İcra Şöbəsi tərəfindən hazırki iş üzrə Cavabdeh2 MMC-yə hərracın keçirilməsi ilə əlaqədar sifariş verilmiş, “525-ci qəzet” qəzetinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli buraxılışlarında Suraxanı rayon İcra Şöbəsinin sifarişi ilə keçiriləcək açıq hərracın saatı və yeri barəsində elan dərc etdirmiş, eyni zamanda, açıq hərracın keçirilməsinə dair bildirişləri idarəyə, tələbkara və borclulara göndərmişdir.
31. Hazırda iddiaçı hərracın keçirilməsi barədə məlumatının olmadığını, hərrac keçirilərkən ipoteka predmetinin satış qiymətinin düzgün müəyyən edilmədiyini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət ilə müraciət edildiyini, bu səbəblə hərracın keçirilməsinin qanunsuz olduğunu, həmçinin, hərracın nəticəsi olan qiymətlə məhkəmə tərəfindən müəyyən edilmiş qiymət arasında uyğunsuzluq olduğunu mübahisələndirərək, Cavabdeh2 MMC-nin ünvan 1 ünvanında yerləşən 117 saylı mənzillə əlaqədar cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş açıq hərracın nəticələrinin və xx.xx.2022-cı il tarixli 75/1 nömrəli protokolun etibarsız və əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını və xüsusi qərardad çıxarılmasını; cavabdeh "xxxx" ASC isə iddiaçının iddianı qaldırmaq üçün 1 illik iddia müddətini ötürməsini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.
c) Məhkəmənin mövqeyi:
32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada göndərilmiş bildirişi iddiaçının şəxsən almaması ona görə hərracın etibarsızlığı üçün birmənalı əsas deyildir ki, iş materiallarında olan iddiaçı tərəfindən hərrac təşkilatına ünvanlanmış hərracda iştirak edə bilməməsi səbəbindən təxirə salınması barədə müraciətlərdən və müvafiq qəzetdən çıxarışlarla sübut olunur ki, cavabdeh hərrac təşkilatı hərraca dair bildirişləri tərəflərə göndərməklə yanaşı, iddiaçı bu bildirişi alaraq hərracın keçirilməsi barədə məlumatlı olmuş, həm də hərrac təşkilatı hərraca dair bildirişləri kütləvi informasiya vasitəsində dərc etdirmişdir. Bu isə hərraca dair bildirişlərin iddiaçıya təqdim edilməməsi barədə dəlilin əsassız olduğunu deməyə əsas verir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək hərracın keçirilməsinə qadağa qoyulmur. Ona görə ipoteka predmetinin hərracın nəticəsi olaraq bankın mülkiyyətinə keçməsi iddiaçının hüququna və mənafeyinə zidd hesab edilə bilməz. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin, müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana məhz özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Bu zaman krediti götürmüş əsas borcluya bildirişin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, imperativ qayda da hesab olunmur.
33. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hərracın qanunvericiliyə uyğun formada həyata keçirilmədiyini, ipoteka predmetinin satış qiymətinin çox aşağı müəyyən edildiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş, eləcə də məhkəmə araşdırması zamanı da bu əsaslar müəyyən olunmamış, ipoteka predmetinin ilkin hərracdakı satış qiyməti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-21/2021 nömrəli qətnaməsi və icra vərəqəsinə, təkrar hərraclardakı satış qiymətləri isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələrinə müvafiq olaraq müəyyən edilmiş, hərrac qanunvericiliyin tələblərinə əməl edilməklə həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, bu səbəbdən iddiaçının qeyd olunan dəlilləri əsassızdır.
34. Məhkəmə əqdin etibarsızlığı ilə bağlı iddia müddətinin keçdiyinə dair dəlillə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin əsassız olması müəyyən edildiyindən, bu dəlilin araşdırılmasına və müvafiq hüquqi qiymət verilməsinə zərurət qalmamışdır.
35. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Məhkəmə iddia tələbində göstərilmiş “xüsusi qərardad qəbul edilməsi” ilə bağlı isə qeyd edir ki, bu tələb mahiyyət etibarilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində heç bir cinayətin əlamətləri, heç bir qanun pozuntusu olmadığından, hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
37. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddə. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 41.1-ci maddə. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 42.1-ci maddə. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.5-ci maddə. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 44-cü maddə. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 46.1-ci maddə. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 269.1-269.2-ci maddə. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-cü maddə. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddə. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 311.2-ci maddə. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 317.1-ci maddə. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddə. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci maddə. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 354.1-ci maddə. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddə. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 416-cı maddə. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 421.1-421.2-ci maddə. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
39. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddə. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddə. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2-ci maddə. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddə. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 265.4-cü maddə. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
41. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
42. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
43. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
44. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
45. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
46. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə və Cavabdeh3 BOKT ASC-yə qarşı “hərracın nəticələrinin və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə və Cavabdeh3 BOKT ASC-yə qarşı “hərracın nəticələrinin və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova