Məhkəmə qərarları › İş №2(006)-901/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-901/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-901/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və nümayəndəsi (vəkili) X9, cavabdehin nümayəndəsi (icra məmuru) Ramin Quliyevin, Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Nəsimi rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh2nə qarşı “Nəsimi rayon İcra Şöbəsinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş maddi və mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində kompensasiya ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri (hərəkətləri) nəticəsində onlara vurulmuş mənəvi zərərə görə 50.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar: İddiaçı1, İddiaçı2 və M.İddiaçı1baycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən, “iddia tələbinə əlavə” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra və probasiya şöbəsinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara vurulmuş maddi və mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MTK-nın cavabdehlər X4, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, AK. Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün “xxxx” MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri Nəsimi rayonu Ak.Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X3 və digər cavabdehlər X10, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə “xxxx” MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. Ali Məhkəmənin 2(102)-7595/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcluların Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Nəsimi rayon İcra və probasiya şöbəsinin başda Ramin Quliyev olmaqla icra məmurları tərəfindən Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, ev 1 mənzil 65, 66 və 66a mənzillərin boşaldılması ilə əlaqədar icra tədbirlərinin keçirilməsi planlaşdırılmışdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Cavabdeh2 Başçısının xx xxxxxx 2017-ci il tarixli 11 saylı və xx xxxxxx 2017-ci il tarixli 396 saylı sərəncamlarının yaşadıqları ərazidə mənzillərinə aid olan hissədə ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdilər. Həmin ərizənin Bakı İnzibati Məhkəməsi tərəfindən qeydiyyata alınmış surətini və Bakı İnzibati Məhkəməsində iddia qaldırmaqlarına görə icra tədbirinin dayandırılması barədə ərizələri həmin gün Nəsimi rayon İcra və probasiya şöbəsinin kargüzarlığına çatdırdılar. Həmin vaxt Ramin Quliyev onlara yaxınlaşıb sənədlə tanış olandan sonra bildirdi ki, icranı dayandırır. Həmin gün poçtla onlara Nəsimi rayon İcra və probasiya şöbəsinin icra tədbirlərinin xx.xx.2020-ci il tarixə təyin olduğu haqqında qərar çatdırıldı. X17 telefonla əlaqə saxlayıb soruşdular ki, icra tədbiri dəqiq nə vaxt olacaqdır. O cavab verdi ki, onlara əlavə olaraq telefonla məlumat verəcəkdir. xx xxxxxx 2020-ci il tarixdə saat 10.45-də İddiaçı2 gəlib gördü ki, 65 saylı mənzilinin qapısı açılıb və icra məmurları icra tədbirini onların iştirakları olmadan həyata keçirir (icra tədbiri saat 11.00-a təyin edilmişdir). Sonra Azər və İddiaçı3lar da gəldilər. X15 soruşdular ki, onlara icra tədbirinin dayandırılması barədə bildiribsə, həmin tədbiri niyə keçirir. O cavab verdi ki, Bakı İnzibati Məhkəmədə işin başlaması icra tədbirini dayandırmır. Onlar dedilər ki, əgər belədirsə niyə onlara xəbər verməyib. Hər üçünün telefon nömrələrini bilirdi, hər birilərinə dəfələrlə zəng etmişdi. Lakin ən vacib anda onlara zəng edib xəbərdar etmək heç ağlına belə gəlməyib. Beləliklə icra tədbiri davam etdirildi. Adətən bu cür tədbirlərə cəlb edilən təcili yardım və yanğın söndürmə əməkdaşları yox idilər. 20 polis bölməsinin əməkdaşları və “xxxx” MTK-nın nümayəndələri də gəlmişdilər. Təxminən bir saat sonra İcra və probasiya şöbəsinin əməkdaşları icra tədbirinin 3 gün təxirə salınması və istirahət günləri nəzərə alaraq yanvarın 27-nə təyin olunması barədə telefonla göstəriş aldılar. Bu barədə müvafiq akt tərtib edildi. Həmin aktda evlərində olan əşyalar onlar təhvil verilməsi qeyd olunsa da, həmin əşyalar “xxxx” MTK-dadır. Buna baxmayaraq, MTK-nın fəhlələri təqribən 20-30 nəfər qışqıra-qışqıra mənzilinə daxil olmağa cəhd etdilər. Onları dayandırmağa çalışsalar da qüvvələri bərabər deyildi. Fəhlələr bağlı qapını lomlar və perforator vasitəsilə çərçivə qarışıq çıxarıb naməlum istiqamətdə apardılar. Ramin Quliyevin rəsmi xidmət geyimi də onlara hücum edənlər üçün dayandırıcı amil olmadı. 20-ci bölmənin polisləri ümumiyyətlə qarışmadılar və bunu onların ixtiyarlarının olmadığı ilə izah etdilər. Onlar kənardan baş verənlərə tamaşa edirdilər və elə bil gözləyirdilər ki, onlar vəhşiliyə kəskin müqavimət göstərələr və onlar onları həbs edib aparsınlar. Yerində 4-5 polis ola-ola onlar 102 telefon nömrəsi ilə digər polisləri çağırmağa məcbur olmuşlar. Yeri gəlmişkən həmin gün polisə 4-5 dəfə zəng edilmiş və hər dəfə cavab verilirmişdir ki, “gözləyin, Siz növbədə 11-ci ya da 12-cisiz”. Zənglə gələn polislər müvəqqəti də olsa hücumu dayandırdılar. Həmin vaxt artıq 65 nömrəli mənzilinin balkonu buldozerlə dağıdılmışdı. Polislər İddiaçı1 ərizə və izahat yazdırıb soruşdular ki, xəsarəti yoxdursa niyə deyib ki, onu döyüblər. İddiaçı1 onun üstünə 20-30 nəfər lomla hücum edəndə zəng etdiyini bildirdi. Hücum edənlərin içində xüsusilə özünü gah Elçin, gah Elşən fəhlələrin “starşisi” kimi təqdim edən yekəpər bir nəfər idi. Kəskin davranışı, söyüşlə bol qışqırığı ilə peşəkar təxribatçı təsuratını bağışlayırdı. İcra şöbəsinin icraçıları MTK-ya işlərini yanvarın 27-də davam etdirəcəklər bildirdilər və aktlarını götürüb getdilər. Ondan sonra fəhlələr hücumlarını davam etdirdilər. Bütün əşyaları vəhşicəsinə dağıdılaraq naməlum istiqamətdə aparıldı. Üç ailəyəyə məxsus servizləri, mərhum analarının gəlinlik cehizindən qalanlar, on illərlə qoruyub saxladıqları əşyalar bir saatın içində oğurlanıb dağıdıldı. Neçəsi ayaq altında qırıldı. Növbəti gün onlar yaşadıqları bunanın MTK tərəfindən artıq uçurulduğunun şahidi oldular. Qeyd etməlidir ki, onlara icra qurumu tərəfindən icranın dayandırılması barədə verilmiş müvafiq aktın olmasına baxmayaraq, yaşadıqları binanın MTK tərəfindən qanunsuz olaraq icranın dayandırıldığı müddətdə sökülməsinin şahidləri və bununla əlaqədar foto şəkillər də vardır. Bildiyiniz kimi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 72.5-ci maddəsinə əsasən çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı müvafiq icra hakimiyyəti və :yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Həmin Qanunun 72.7-ci maddəsinə görə borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Nəsimi rayon İcra və probasiya şöbəsinin əməkdaşlarının icranın dayandırılması barədə xx xxxxxx 2020-ci il tarixli aktı imza edən hal şahidləri MTK-nın işçiləridirlər və bilavasitə mənzillərin boşaldılmasında iştirak edən fəhlələrdir. Bundan başqa, həmin aktda mənzillərdə onların iştirakları olmadan MTK tərəfindən qanunsuz çıxarılan əşyaların siyahısı icra qurumunu əməkdaşları tərəfindən dəqiq gösrərilməmişdir, halbuki, çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilməli və bununla bağlı müvafiq Akt tərtib edilməli idi. Qeyd etmək lazımdır ki, Cavabdeh2 nümayəndələri hadisə yerində heç görsənmədilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2-ci maddəsinə əsasən icra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana bildiriş göndərilir. Qeyd olunan maddədən göründüyü kimi Nəsimi rayon İcra və probasiya şöbəsinin əməkdaşları icranın xx xxxxxx 2020-ci il tarixdən həmin ilin 27 yanvar tarixindək təxirə salındığı barədə müvafiq Akt tərtib eləsələr də, bununla bağlı icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul etməmiş və həmin qərarı tərəflərə təqdim etməmişdir. Əks halda, “xxxx” MTK icranın dayandırılması barədə Aktın tərtib olunduğu günün sabahısı onlara məxsus evləri qanunsuz olaraq sökməzdi. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 52.1-ci maddəsinə əsasən borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə verilir. Həmin Qanunun 52.4-cü maddəsinə görə saxlanmaq üçün verilmiş əmlak mənimsənildikdə, israf edildikdə, özgəninkiləşdirildikdə və ya gizlədildikdə, saxlayıcı vurduğu ziyana görə əmlak məsuliyyətindən əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti də daşıyır. Nəsimi rayon İcra və probasiya şöbəsinin əməkdaşları “xxxx” Mənzil Tikinti Kooperativinin özbaşınalığına və qanunsuz hərəkətlərinə “göz” yummuşdur. Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmurlarının fəaliyyətsizliyi nəticəsində MTK-nın iddiaçılara qarşı hüquqa zidd əməl ilə uzun müddətli qeyri insani davranışları, təcavüzü nəticəsində bütün ailə üzvləri hamısı stress keçirmiş, bunun nəticəsində onlar mənəvi ağrı və iztirabla üzləşmiş və bu səbəbdən İddiaçı2 şəkər xəstəliyinə tutulmuş, onun gözlərində ağır formada mərhələ- dekompensasiya, hər iki gözdə Proliferatik diabetik retinapatiya müəyyən olunmuşdur. MTK ilə onların arasında olan uzun məhkəmə mübahisələrinin və yaşayış tərzin dözülməz olması analarının səhhətinə da az təsir etməmişdir. X1 xx.xx.2020-ci il tarixdə ürəyin ateroklorotik xəstəliyindən dünyasını dəyişmişdir. Bundan başqa, iddiaçılar tərəfindən verilmiş iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, mənkəmə prosesi zamanı cavabdeh tərəfindən Ali Məhkəmənin müvafiq qərarının Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən icra tədbirlərinin aparılması ilə əlaqədar sənədlər müzakirə olunmuş və müzakirə zamanı icra məmurlarının icra tədbirinin qanunauyğun olmadan aparılması və həmin tədbirlərin sənədləşməsində kobud səhvlər olduğu müəyyən olundu. Belə ki, icra təbbirinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə təxirə salınması barədə xx.xx.2020-ci il tarixli akt tərtib olunmasına baxmayaraq, onlara məxsus mənzillər onlara bildirilmədən MTK tərəfindən xx.xx.2020-ci il tarixdə özbaşına olaraq sökülmüş və onlara məxsus əmlaklar MTK tərəfindən oğurlanmışdır. Bu fakt Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli Aktda qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş icra tədbirinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə təxirə salınması barədə müvafiq aktda bizə dair əmlakların onlara təhvil verilməsi qeyd olunmuşdur. Halbuki, həmin əmlaklar cavabdeh tərəfindən onların xəbəri olmadan götürülmüşdür. Nəsimi rayon İcra və Probasiya şöbəsi MTK tərəfindən qeyd olunan qanunsuz hərəkətlərə heç bir münasibət bildirməmiş və MTK-nın onlara qarşı etmiş olduğu qanunsuz əməlləri ört-basdır etmişdir. Bundan başqa, məhkəmə prosesi zamanı Nəsimi rayon İcra və Probasiya şöbəsinin əməkdaşları əmlakların MTK tərəfindən qanunsuz olaraq aparıldığını və bununla əlaqədar video görüntüləri də nümayiş etdirdilər. Belə ki, həmin video görüntülərdən göründüyü kimi “xxxx” MTK-nın fəhlələri əmlakları necə gəldi daşıyaraq, bir qaraja yığırlar və həmin zaman İcra tədbirini həyata keçirməli olan məsul şəxslər bu prosesdə iştirak etmirlər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 72.5-ci maddəsinə əsasən çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İş materiallarından və cavabdehin məhkəmədə vermiş olduğu izahatdan göründüyü kimi onlara məxsus əmlaklar qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alınmamış və bununla da onlara maddi və mənəvi ziyan dəymişdir. Bundan başqa, bizim tərəfimizdən Nəsimi rayon İcra və Probasiya şöbəsinə xx.xx.2020-ci il tarixli ərizə ünvanlanmışdır. Həmin ərizədə onlar Nəsimi rayon İcra Başçısının müvafiq sərəncamından şikayət verdiyi və bu səbəbdən xx.xx.2020-ci il tarixinə təyin olunmuş icra tədbirini dayandırılmasını xahiş etmişdilər. İcra şöbəsinin əməkdaşı R.Quliyev onlara həmin icra tədbirini dayandıracağını bildirsə də nəticədə onlara aldatmış və onların ərizələrinə heç bir hüquqi münasibət bildirməmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, 3cü ildir ki, iddiaçılar əziyyət çəkirlər. Qətnamə qüvvəyə mindikdən sonra yazışmalar oldu, icra ilə aralarında olan texniki problemləri aradan qaldırdılar. Onlar İnzibati məhkəmədə icraçılara qarşı iddia qaldırdılar və fikirləşirdilər ki, icra hərəkətləri dayandırılacaq. İcra işi Ramin Quliyevdə idi və o, onlarla danışaraq icra hərəkətlərinin dayandırılacağını dedi. Onlar ondan dayandırılma ilə bağlı rəsmi məlumat istədilər. Sonra onlara xx xxxxxx 2020ci ildə icra hərəkətlərinin keçiriləcəyi barədə bildiriş gəldi. Ramin Quliyevlə əlaqə saxlamışlar və o, onlara qərar qəbul ediləcəyini bildirdi. 21 yanvar günü qardaşı Fuad gedib baxıb ki, artıq icraçılar və MTK-nın fəhlələri mənzilə daxil olmuşlar. Mənzilin birində iş çox az idi deyə tez sökülmüşdür. MTK-nın işçiləri sökməyə başlamışdılar. Hamama buldozerlə girmişdilər və artıq dağıdırdılar. Həmin anda sadəcə anası sakitləşdirməyə çalışırdı. Polis çağırdılar, lakin polis heç bir hərəkət etmədi. Daha sonra icraçıya zəng gəldi və icra hərəkətləri dayandırıldı. Daha sonra 20 nəfər MTK işçisi evə hücum elədilər. Polis isə heç nə etmədi. Ona görə də, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən onlara maddi və mənəvi zərər dəymişdir. Qeyd edilənlərə əsasən İddiaçı1 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə “xxxx” MTK-nın onlara qarşı iddiası təmin edilmişdir və onların Bakı şəhəri, F.Qasımzadə küçəsi, 1 saylı evin 65 saylı mülkiyyətçisi olaraq evdən çıxarılmağı barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Onlar kassasiya şikayəti verdilər və Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən şikayətləri qismən təmin edilmiş və onlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq, həmin sahənin 50%-i həcmində müəyyən edilmişdir. Ali Məhkəmənin qərarında mənzillərdən çıxarılmağı və mənzillərin boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icraatında olan bu işi R.Quliyev icra etmişdir. Onlar xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh2 sərəncamının ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməyi ilə bağlı R.Quliyevə icraatın dayandırılması ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə müraciət etdilər. Həmin ərizəyə əsasən R.Quliyev icraatın məcburi olaraq dayandırmalı idi. Lakin onlara daha sonra xx xxxxxx 2020-ci ildə icra hərəkətlərinin həyata keçiriləcəyi barədə bildiriş daxil oldu. Həmin bildirişi aldıqdan sonra onlar R.Quliyevlə əlaqə saxlayaraq, 21 yanvar icra hərəkətlərinin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat soruşdular. O isə onlara icraatın dayandırılacağını bildirdi. Daha sonra xx xxxxxx 2020-ci ildə saat 11-ə qalmış mənzillərə baxmaq üçün gəlmiş və icra məmurlarının MTK-nın fəhlələri ilə birlikdə evə daxil olduqlarını görmüşdür. 65 saylı mənzilin qapısının açıldığını və icra hərəkətlərinin onların iştirakları olmadan həyata keçirdiklərini görmüşdür. Daha sonra qardaşları Azər və Mahmud da gəldilər. Onlar R.Quliyevdən soruşdular ki, onlara icra tədbirlərinin dayandırılcağını dediyi halda, nə üçün keçirdiyinin səbəbini soruşdular. O isə cavab olaraq bildirdi ki, İnzibati Məhkəmədə işin başlaması icraatın dayandırılması üçün səbəb deyil. Onların onda nömrələri olduğu halda zəng edib xəbərdar etməməsinin səbəbini soruşdular. Beləliklə, icra tədbiri davam etdirildi. Nə yanğın söndürmə, nə də təcili tibbi yardımın əməkdaşları icra yerinə çağırılmamışdılar. R.Quliyev bunları təşkil etmədən icra hərəkətlərini başlamışdır. MTK-nın nümayəndələri və polis əməkdaşları da icra yerində idilər. Təxminən 1 saat sonra R.Quliyevə zəng gəlmişdir və o, icra işinin 27 yanvara təxirə salınması barədə onlara bildirmişdir. İcra işinin dayandırılması ilə bağlı akt tərtib edilmişdir. Həmin aktda əşyalarının onlara təhvil verilməsi qeyd olunsa da, həmin əşyaları MTK-dadır. Bundan sonra MTK-nın fəhlələri icra hərəkətlərinin dayandırımasına baxmayaraq, evlərə və onlara hücum edərək evlərə daxil olmağa çalışdılar. Onları dayandırmağa çalışsalar da, heç bir nəticə əldə edə bilmədilər, çünki qüvvələr qeyri-bərabər idi. 20-ci bölmənin polisləri də ümumiyyətlə qarışmayaraq, onların səlahiyyətinin olmadığını onlara bildirdilər. Orda polis olmağına baxmayaq, onlar 102 xidmətinə yığmışlar və bir müddət gələn polislər hücumu dayandırdılar. Bütün əşyaları vəhşicəsinə dağıdılaraq, naməlum istiqamətə aparıldı. 65 nömrəli mənzilin qapısı lomla yerindən çıxarılmışdı. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının hərəkətsizliyi, MTK-nın onlara qarşı hüquqazidd əməlləri nəticəsində onlar hamımız mənəvi ağrı və iztirablar keçirmişlər. Bu səbəbdən o şəkər xəstəliyinə tutulmuş və gözlərində proliferatik diabetik retinapatiya yaranıb. Bu proseslər onun anasının səhhətinə mənfi təsir göstərmişdir və o, x xxxx 2020-ci il tarixdə dünyasını dəyişmişdir. Qeyd edilənlərə əsasən İddiaçı2 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) X13 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Nəsimi rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Ramin Quliyev iddianı qəbul etməyərək, izahatında bildirdi ki, icra işi xx.xx.2020-ci il tarixində onun icraatına daxil olmuşdur. Borclulara icraatın başlanması barədə qərar bildiriş göndərilmişdir. Daha sonra borclular ərizə ilə müraciət edərək, İnzibati məhkəməyə iddia verdikləri üçün icra hərəkətlərinin dayandırılmasını xahiş etdilər. İcra hərəkətlərinin başlanılması ilə bağlı iddiaçılar xəbərdar olunub. İcra hərəkətləri xx xxxxxx 2020-ci il saat 11:00-da başlanılıb. Daha sonra tələbkar və borclunun razılığı ilə 27 yanvar tarixinə kimi icra hərəkətləri dayandırılaraq, vaxt verilməsi barədə akt tərtib olundu və onlar icra yerini tərk etdilər. Daha sonra tələbkar “xxxx” MTK xx xxxxxx 2020-ci il tarixində icra şöbəsinə məktub ünvanlayaraq, mənzilin qapısının olmadığı üçün əşyaların saxlanca qoyulmasını bildirilib. xx xxxxxx 2020-ci ildə əşyaları yığdıqları qaraja yerləşdirilmiş və akt tərtib edilmişdir. Bütün əmlaklar saxlanca təhvil verilmişdir. Müəyyən hissəsini borclular özləri aparmışdılar. Onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmışdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X5 iddianı qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Salamovları tanıyır. Böyük qardaş Azərlə Qarabağ müharibəsi vaxtından, yəni 1993-cü ildən dostlar. Digər qardaşları da Azər vasitəsilə tanıyır. Bu işə məhkəmədə baxıldığından xəbəri var. Bir il qabaq iddiaçıların qaldıqları bina söküləndə orda olmuşdur. Oraya Azərlə yanvarın axırı gəlmişdir. Videolarda o da vardır. Oraya kapitan da gəlmişdi. O, səhərdən axşamadək orda idi. İcra da gəlmişdi və bir nəfər də ayrı adam var idi. Orada debat gedirdi. Tikinti nümayəndələri də var idi. Binanın yarısı uçmuş vəziyyətdə idi. Bir-iki nəfər gəldi və işçiləri öz arxalarınca apardı. Kənardan gələn həmin bir nəfər ayrı adam bahalı paltar geyinmişdi, icraçıya deyirdi ki, MTK-nin işçisidir. Onlar icraçıya qarşı çıxdılar. Dəmir qapını itələyib uçurdular. Bütün gün ərzində orda idi. Siyahılaşdırmanı necə gəldi etdilər. Fəhlələr hər şeyi ora-bura atdılar. Həmin vəziyyətdə onlara nəzarət etmək də qeyrimümkün idi. Yanvarın 21-i icraçı icra hərəkətləti dayandırmışdır. 1 həftə sonraya gəldi. Polislər orda idi. Həmin gün üçün yekunlaşdı. MTK-nın hüquqşünası da orda idi. Səhv etmirəmsə, adı Şükür idi. Narazı qalsalar da, dayandırdılar. Orada kök bir oğlan var idi. O, müəyyən insan kütləsini hazırladı. Sanki bir növ provokator kimi. Fəhlələr əmlakın bir hissəsini kənara yığdılar. Gecə idi. Hərəsi bir tərəfə gedirdi. Məhkəmə, iddiaçıların və onların nümayəndəsinin, cavabdehlərin nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iddia ərizəsini və icra işini nəzərdən keçirdib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Beləki, iş materillarında olan DSMF publik hüquqi şəxs Nəsimi Rayon Xidmət nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli vəsiqəsindən görünür ki, İddiaçı2 İİİ qrup əlildir. İş materillarında olan “xxxx” MTK-nın direktoru Saqif Ələkbərov tərəfindən Nəsimi rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7595/2019-004 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan xx xxxx 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilməlidir. Onlara veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilməlidir. Qətnamə Salamovlara münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. İcra sənədinin icrası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Lakin Nəsimi rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən təxirə salınmışdır. Qeyd etmək istəyirik ki, Sizin əməkdaşlar icra sənədində qeyd olunan ünvanı tərk etdikdən sonra borclular da həmin ünvanı tərk etmişdilər. Sözügedən ünvanın giriş qapısının olmamasını nəzərə alaraq mənzildə olan əşyaların oğurlanmasının qarşısını almaq məqsədi ilə həmin əmlaklar tərəfindən boşaldılaraq mühafizə olunan qeyri-yaşayış sahəsinə yerləşdirilmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, həmin mənzil boşdur və icra sənədinin icrasına mane yaradan hər hansı bir hal mövcud deyil. Nəzərə almağınızı və müvafiq icra tədbirlərini davam etməyinizi Sizdən xahiş edirik. İş materillarında olan Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” MTK-nın cavabdehlər X4, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, AK. Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün “xxxx” MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri Nəsimi rayonu Ak.Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X3 və digər cavabdehlər X10, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə “xxxx” MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur. İş materillarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. İş materillarında olan Nəsimi Rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətidən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il 860 № ilə qeyd edilmişdir. Ölümün səbəbi üzəryin aterosklerotik xəstəliyidir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MTK-nın cavabdehlər X4, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, AK. Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün “xxxx” MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri Nəsimi rayonu Ak.Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X3 və digər cavabdehlər X10, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə “xxxx” MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. Ali Məhkəmənin 2(102)- 7595/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcluların Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə, Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi cavabdeh Nəsimi rayon İcra və Probasiya Şöbəsinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara vurulmuş maddi və mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində kompensasiya ödənilməsindən ibarətdir. Lakin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7595/2019 saylı İcra vərəqəsinin icrası zamanı hər hansı qanunsuz hərəkətlərinə və ya hərəkətsizliyinə yol verilməmişdir. Eyni zamanda iddiaçılar öz iddiasının əsasına dair hər hansı məbləğdə maddi və mənəvi zərər vurulduğuna və həmin zərərin nədə ifadə olunduğuna dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Nəsimi rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh2nə qarşı “100.000 (yüz min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Nəsimi rayon İcra Şöbəsinə və Cavabdeh2nə qarşı “100.000 (yüz min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar