Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-903/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, «Opel Astra» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil «xxxx» ASC-də AC 740436 nömrəli şəhadətnamə ilə 11.09.2014-cü il tarixdən 10.09.2015-ci il tarixədək «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» ilə sığortalanmışdır. Cavabdeh 11.03.2015-ci il tarixdə saat 22.15 radələrində idarə etdiyi «Opel Astra» **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Mirzağa Əliyev küçəsi ilə hərəkət edərkən yol-nəqliyyat hadisəsi törədərək X3 məxsus olan «Mercedes Benz S-180» markalı, **-ZZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə törədərək hadisə yerindən yayınmışdır. Hadisə Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ tərəfindən qeydə alınmış İXM-nin 151.3-cü maddəsi ilə MYP 246319 nömrəli 18.03.2015ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Fərdi sahibkar X10 tərəfindən «Mercedes Benz C-180» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək, avtomobilə vurulmuş ziyan 2860 manat məbləğində müəyyən edilmiş, «xxxx» ASC həmin məbləğdə sığorta ödənişi kimi avtomobilin sahibinə ödəmişdir. «Mercedes Benz C-180» markalı, **-ZZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə 2860 manat məbləğində edilmiş sığorta ödənişi həcmində «xxxx» ASC-nin cavabdehə qarşı həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranır. Göstərilənlərə əsasən «Mercedes Benz C-180» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə edilmiş 2860 manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda olmaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı və 185.5ci maddələrinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş AC seriyalı 258744 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Opel Astra» minik markalı ** HS *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş AB seriyalı 830980 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Mercedes Benz C 180» minik markalı ** ZZ *** dövlət nömrə nişanlı avtomaşın X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin kserosurətinə əsasən «Opel Astra» markalı ** HS *** dövlət nömrə nişanlı avtomobil 11.09.2014-cü il tarixdən 10.09.2015-ci il tarixədək sığortalanmışdır. İşdə olan Nəsimi RPİ DYPŞ-nin 18.03.2015-ci il tarixli, MYP seriyalı 246319 nömrəli inzibati xəta haqqında protokolun kserosurətindən görünür ki, 11.03.2015-ci il tarixdə Cavabdeh idarə etdiyi «Opel» markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə Səməd Vurğun küçəsilə M.Əliyev küçəsində işıqforun qırmızı işığının tələbini pozaraq M.Əliyev küçəsində hərəkətdə olan «Mercedes» markalı avtomobilin yoluna çıxaraq onunla toqquşmuşdur. Hadisə zamanı surucu hadisə yerindən yayınmışdır. X1 tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. İşdə olan fərdi sahibkar X7 tərəfindən tərtib edilmiş 23.03.2015-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın kserosurətindən görünür ki, «Mercedes Benz C-180» markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 2860 manat təşkil etmişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş 14.05.2015-ci il tarixli sığorta aktının kserosurətindən görünür ki, «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmış «Opel Astra» markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil 11.09.2015-ci ildən 10.09.2015-ci il tarixədək sığortalanmış, həmin nəqliyyat vasitəsi «Mercedes Benz C 180» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə «Mercedes Benz C 180» markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 2860 manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X4 hesabına köçürülmüşdür. İş üzrə 14.05.2015-ci il tarixli ödəniş tapşırığının kserosurətindən görünür ki, «xxxx» ASC tərəfindən X5 08.05.2015-ci il tarixli sığorta aktına əsasən 2860 manat zərər dənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ** HS *** dövlət qeydiyyat nişanlı «Opel Astra» markalı avtonəqliyyat vasitəsi 11.09.2015-ci il tarixində «xxxx» ASC tərəfindən «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» növü üzrə sığortalanmışdır. 11.03.2015-ci il tarixində Cavabdeh idarə etdiyi ** HS *** dövlət qeydiyyat nişanlı «Opel Astra» markalı avtonəqliyyat vasitəsi ilə **-ZZ-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz C 180» markalı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. Fərdi sahibkar X7 tərəfindən tərtib olunmuş 24.03.2015-ci il tarixli hesabata əsasən, **-ZZ-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz C 180» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 2860 manat məbləğində müəyyən edilmiş və həmin ziyanın məbləği olan 2860 manat «xxxx» ASC tərəfindən ödənilmişdir. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 2860 (iki min səkkiz yüz altmış) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2860 (iki min səkkiz yüz altmış) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində pul tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-903/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-903/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver