Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-904/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçılar İddiaçı1 və Ələsgərova Nı̇ gar Əbülfəz qızının iştirakları ilə, iddiaçılar İddiaçı1 və Ələsgərova Nı̇ gar Əbülfəz qızının cavabdehlər Məmmədova Samı̇ rə Əlı̇ qızı və Məmmədov Xalı̇ d Çı̇ ngı̇ z oğluna qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və Ələsgərova Nı̇ gar Əbülfəz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 1150 manat və dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2019-cu ilin iyun ayından 2020-ci ilin aprel ayına kimi 11 ay ərzində müəyyən tanış dairədə lotereya oynamaq qərarına gəlmişlər. Lotereya dedikdə, yəni müəyyən tanış dairəsi, iş yoldaşları hər ay 500 manat olmaqla lotereya iştirakçılarının içindən seçilmiş bir şəxsə pul ödəyir və hər kəs öz novbəsində (ayında) 11 ayın məbləğini götürür. Lotereyaya əsasən hər bir oyunçu 11 ay müddətində hər ayın pulunu vaxtı-vaxtında ödəməli və öz növbəsi çatdıqda həmin məbləği cəm şəkildə götürməlidir. Lotereya iştirakçısı (sonuncu iştirakçı istisna olmaqla) öz növbəsində (ayında) pulu götürdükdən sonra faktiki borc öhdəliklərinə girərək ondan sonra qalan ayların pulunu da ödəməlidir. Bu münasibətlər faktiki olaraq faizsiz borc münasibətləri üzərində qurulur və bu, adətən pulu özü yığmağı bacara bilməyən və müəyyən məbləğdə pulu cəm şəkildə götürüb öz məqsədləri üçün istifadə etmək istəyən şəxslərin girdiyi müqavilə öhdəlikləridir. Cavabdehlar Cavabdeh1 və Məmmədov Xaliq onun ailəvi bağ qonşuları olaraq onları da lotereyaya qoşmağı və onlara 2 yer verməyi xahiş etmişdirlər. Cavabdehlər ər-arvad olaraq hər biri 500 manat olmaqla 2019-cu ilin sentyabr və 2020-ci ilin fevral aylarında nömrə götürərək lotereyaya qoşulmuşlar. Beləliklə, 2019-cu ilin sentyabr ayında cavabdehler ümumi olaraq 4.500 manat pul götürmüşlər. Eləcə də 2020-ci ilin fevral ayında cavabdehlər 4.500 manat pul almışlar. Lotereya oyunu 11 ay (iştirakçıların sayına uyğun) davam etdiyi üçün hər bir iştirakçının götürəcəyi ümumi məbləğ özünün qoyduğu həmin ay üçün 500 manat çıxılmaqla 5.000 manat təşkil edirdi. Sentyabr və fevral aylarında cavabdehlərin öz növbələri olduğu üçün 2 nəfərin pulu, yəni 1.000 manat çıxılmaqla hər növbə üçün onlara 4.500 manat pul ödənilmişdir. Lakin cavabdehlər öz aylarının pulunu aldıqdan sonra 2020ci ilin mart və aprel ayında 2 nəfər üçün hər ödəyəcəkləri 1.000 manat ödənişdən imtina etmişlər. Mart ayı İddiaçı2 və aprel ayı isə onun növbəsi olduğu üçün onların hər biri 1.000 manat əskik lotereya pulu götürmüşlər. Dəfələrlə cavabdehlərə düzgün hərəkət etmədiklərini, belə davranışın halal olmadığını bildirmişlər. Aprel ayından bugünədək cavabdehlərdən xırda-xırda, ümumilikdə 850 manat pulun qaytarılmasına nail olmuşlar. Lakin yerdə qalan 1150 manat pul cavabdehlər tərəfindən danılmır və müraciətlərinin cavabında “nə edirsiniz edin, pulumuz yoxdur" demişlər. Cavabdehlər ailəvi bağ qonşuları olduğu üçün onlara etibar edib, onların xahişlərini nəzərə alıb öz iş yoldaşları ilə oynadığı lotereya oyununa onları da qoşmuşdur ki, onlar da müəyyən ehtiyacları üçün müəyyən məbləği istifadə etsinlər. Lakin cavabdehlər faktiki pul öhdəliklərinin icrasından yayınmış və icradan imtina etmişdirlər. Həmçinin, lotereya müqaviləsi öhdəliklərinə girən digər iştirakçılar X9, X4, X6, X5, X11, X10, X7 bu iş üzrə şahid qismində ifadə verib iddia ərizəsində qeyd olunanları təsdiqləyə bilərlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ələsgərova Nı̇ gar Əbülfəz qızı İddiaçı1 dediklərini təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında bildirdi ki, o iddiaçılarla birlikdə poliklinikada işləyir. 2011-ci ildən bəri onlar lotereya oynayırlar. Cavabdehlər də onlarla birlikdə lotereya oynamış, lakin son 2 ayın pulunu verməmişlər. İştirak etdiyi məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında bildirdi ki, Sevda xanım binalarının sakinidir. Fevral ayının əvvəlləri onu bir şəxsə konvertin içində pul verəndə görmüşdür. Cavabdehləri tanımır. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar cavabdehlərlə birlikdə “lotereya” oyunu oynadıqlarını, bunun müqabilində cavabdehlərin onlara 1150 manat pul borcu olduğunu, lakin həmin pulu onlara qaytarmadıqlarını bildirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, iddiaçıların hazırkı tələblərinin əsası kimi irəli sürdüyü hallar məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş, onlar tələblərini yalnız iddia ərizəsində göstərdikləri ilə əsaslandırmaqla kifayətlənmiş və tələblərini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə şahid ifadələrinə münasibətdə bildirir ki, ifadələrin əsaslılığı məhkəmədə şübhə doğurduğundan və digər faktlarla öz təsdiqini tapmadığından yetərli hesab edilməməlidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, sübutetmə yükü üzərinə düşən iddiaçılar iddia tələbi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiklərindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və Ələsgərova Nı̇ gar Əbülfəz qızının cavabdehlər Məmmədova Samı̇ rə Əlı̇ qızı və Məmmədov Xalı̇ d Çı̇ ngı̇ z oğluna qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-904/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-904/2021
25.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver