Məhkəmə qərarları › İş №2(006)-928/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-928/2021

02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-928/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) ABŞ dollarının və ya onun manatla dəyərinin alınıb ona, yəni X4 xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xeyli müddətdir ki, tanışam və dostluq edir. O, ondan 6000 (altı min) ABŞ dolları almış və bu günə qədər qaytarmamışdır. Cavabdeh 2019-cu ilin sentyabr ayında evlərinə gəlib şəxsi biznes qurmaq üçün 6000 (altı min) ABŞ dolları istəmiş və 2-3 aya qaytaracağına söz vermişdir. Həmin vaxt Cavabdeh hava limanında işləyirdi. Yaxşı əmək haqqı alırdı. O, dostluqlarını və onun işləməsini nəzərə alıb, onu aldatmayacağına şübhə etmədən anası X3 yanında Cavabdeh 6000 (altı min) ABŞ dolları vermişdir. Bundan 4 ay keçdikdən sonra o, pulunu geri istədikdə Cavabdeh heç bir şey olmamış kimi bildirmişdir ki, pul yoxdur. Bundan sonra o, dəfələrlə Cavabdeh ***-***-**-**; ***-***-**-** telefonlara zəng edib pulunu tələb etsə də, o hər dəfə müxtəlif bəhanələrlə onu aldadaraq pulu verməkdən imtina etmişdir. Sonuncu dəfə xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh onların evinə gəlib anasının, atasının və ailə dostu Məhəmmədin yanında bildirmişdir ki, xx xxxxxxxx 2020-ci ildə pulunu qaytaracaq. Lakin o, gəlməmişdir və bundan sonra onun zənglərinə cavab vermir. O, başa düşmüşdür ki, Emil sadəcə olaraq onu aldadır, pulunu qaytarmaq fikrində deyil. Ona görə onun hərəkətləri barədə məhkəməyə müraciət etməyə məcburdur. Cavabdeh pulunu verməyib onu aldatdığına görə o, xx xxxxxxxx 2020-ci il tarixdə ərizə ilə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmiş və orada araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdeh Xəlilov verdiyi izahatında göstərmişdir ki, həqiqətən 2019-cu ilin sentyabr ayında şəxsi işlərində olan problemlərlə əlaqədar ödənişlər etməli olduğuna görə ona borc pul lazım olmuş və onların evə gələrək ondan 6000 (altı min) ABŞ dolları borc pul almışdır. Həmin pulu 3 ay ərzində qaytaracağına söz vermiş, lakin ölkədə olan epidemioloji vəziyyətlə əlaqədar olaraq bir çox faəliyyət sahələrində problemlər yarandığından (bəhanə edib) onun da işində problemlər olduğu üçün borcunu söz verdiyi tarixdə qaytarmaq imkanı olmamışdır. Xətai RPİ-nin 37-ci PŞ-nin xx xxxxxxx 2020-ci il tarixli Qərarı ilə onun ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh 2019-cu ilin sentyabr ayında ondan 6000 (altı min) ABŞ dolları borc pul almış, üç ay müddətinə qaytarmağa söz versə də, bir ildən artıq müddət keçməsinə baxmayaraq ona borclu olduğu pulu qaytarmamışdır. Ona görə də Cavabdeh 6000 (altı min) ABŞ dolları məbləğin də pulun və ya onun manatla dəyərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Xətai RPİ 37-ci PŞ-nin təhqiqatçısı Kamran Muxtarovun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış və toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, mövcud məsələ ilə bağlı aidiyyəti üzrə mülki qaydada məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Xətai RPİ 37-ci PŞ-nin təhqiqatçısı Kamran Muxtarovun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında əks olunmuş Cavabdeh Xətai RPİnin 37-ci PŞ-də verdiyi izahatından görünür ki, 8 il müddətdir İddiaçı ilə tanış olduqlarını və bu müddət ərzində münasibətlərinin kifayət qədər yaxşı olduğunu bildirmişdir. 2019-cu ilin sentyabr ayında İddiaçı şəxsi işlərində olan problemlərlə əlaqədar ödənişlər etməli olduğunu və bununla əlaqədar borca pul lazım olduğunu bildirmiş və daha sonra Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Sahib Hümbətov küçəsi, ev 112, mənzil 1 ünvanında yerləşən İddiaçı yaşadığı evə gələrək ondan 6000 (altı min) ABŞ dolları məbləğində borca pul aldığını bildirmişdir. Həmin pul vəsaitini 3 ay ərzində qaytaracağına dair söz versə də, ölkədə olan epidemoloji vəziyyətlə əlaqədar bir çox fəaliyyət sahələrində problemlər yarandığından onun da işində problemlər olduğu üçün borcunu söz verdiyi tarixdə qaytarmaq imkanının olmadığını bildirmişdir. Cavabdeh həmin pul vəsaitini borc məqsədilə aldığını və 3 ay ərzində qaytacağını əlavə olaraq vermiş olduğu izahatında bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdehə, tərəfindən xahiş edilən məbləğdə borca pul vermiş və hal-hazırda onun iddiaçıya 6.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bununla da tərəflər arasında faktiki olaraq şifahi borc müqaviləsi bağlanmış, tərəflər müvafiq öhdəlik hüquq münasibətlərinə girmişlər. Borc müqaviləsi üzrə qeyd edilən məbləğdə pulun cavabdehin mülkiyyətinə verilməsi xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır. Bu halın məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin şifahi razılaşmaya əsasən pulun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulu iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübüt etmək yükü cavabdehin daşıdığını, lakin onun, məhkəmə tərəfindən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlmədiyini və beləliklə də pulun iddiaçıya qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcüd olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən şifahi qaydada bağlanmış borc müqaviləsinə əsasən verilmiş məbləğdə pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir. Beləliklə, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Yuxarıda sadalanan mülki qanunvericiliyin normalarına əsasən müəyyən etmək olar ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun və tərəflərin tələblərini müəyyən edən faktalarla və hallarla əlaqədar olmalıdır (MPM-nin 80-ci maddəsi). Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətinə görə İddiaçı iddiası təmin edilməli, Cavabdeh 6000 (altı min) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul alınaraq İddiaçı verilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. 6000 (altı min) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar