Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-932/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 112 saylı, xx xxxxxx 2004-cü il tarixli qərarı ilə Cavabdeh Xocasən Bələdiyyəsinin hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı, xalasının həyat yoldaşı Arzu vasitəsilə tanıdığı Cavabdeh həmin torpaq sahəsini 8.200 ABŞ dolları (həmin vaxtkı məzənnə ilə 6.396 manat) məbləğində pul vəsaitini xx xxxxx 2010-cu il tarixdə nağd olaraq tam ödəyərək satın almışdır. Bununla əlaqədar, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu B.V.Qurbanov tərəfindən xx xxxxx 2010-cu il tarixdə təsdiq edilmiş, reyestrdə 7EİS/7881 nömrəsi ilə qeyd edilmiş ƏN-İ seriyalı 138001 nömrəli “Etibarnamə” ilə Cavabdeh özünə məxsus torpaq sahəsini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı və sair səlahiyyətləri iddiaçıya 80 il müddətinə etibar etmişdir. Beləliklə, torpaq sahəsi Cavabdeh tərəfindən faktiki olaraq iddiaçıya satılmış və həmin tarixdən də qeyd olunan torpaq sahəsi Cavabdeh deyil, iddiaçının sahibliyində, istifadəsində və sərəncamında olmuşdur. İddiaçı ev tikmək məqsədilə aldığı torpaq sahəsini tikməyə imkanı olmadığı üçün satmaq qərarına gəlmişdir. Bu məqsədlə X8 ilə razılığa gəldikdən sonra xx xxxx 2014-cü il tarixində torpaq sahəsini etibarnamə ilə ilkin alqı- satqı müqaviləsi əsasında 5.000 manata ona satmışdır. Bir müddət sonra, X8 torpaq sahəsinin mübahisəli olduğunu bildirərək verdiyi pulu iddiaçıdan geri tələb etmişdir. O, bu tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsini iddiaçıdan aldıqdan sonra, xx xxxxxx 2015-ci il tarixdə X1. X11 torpaq sahəsində tikinti işləri aparmaq istəyərkən müəyyən maneələrlə üzləşmişdir. Başqa bir şəxs gələrək bildirmişdir ki, həmin torpaq sahəsi ona məxsusdur. Buna görə də, Elfida Səlimovanın iddiası əsasında Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə torpaq sahəsinə görə aldığı pulun ondan tutularaq Elfıda Səlimovaya ödənilməsi qət edilmişdir. İddiaçının həmin məbləği qaytarmaq imkanı olmadığından və Cavabdeh verdiyi pulu ala bilmədiyindən Vilayət Alıyev ona qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Vilayət Alıyevin iddiası əsasında işə baxmış Binəqədi Rayon Məhkəməsinin artıq qanuni qüvvəsini almış 2(001)-1087/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçıdan 5.000 manat məbləğində pulun Vilayət Alıyevin xeyrinə tutulması qət edilmişdir. Torpaq sahəsinin alqı-satqısına görə ödənilmiş vəsait Vilayət Alıyevdən alınıb Elfida Səlimovaya və iddiaçıdan alınıb Vilayət Alıyevə qaytarıldığı kimi, iddiaçının da Cavabdeh ödədiyi 5.000 ABŞ dolları (o vaxtki məzənnə ilə 6.396 manat) məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən Cavabdeh 6.395 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş xx xxxx 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 112 saylı, xx xxxxxx 2004-cü il tarixli qərarına əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Xocasən qəsəbə bələdiyyəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsini və üzərində tikilini özəlləşdirməyi, kadastr planı, sənədləşdirmə işləri aparmağı həbsdə və girovda olmaması barədə arayışı aldıqda, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarışı almağı, tikinti işlərini aparmağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqaviləni imzalaması, rüsum ödənilməsi, pulu almağı və bu torpağın yerində yetirilməsi ilə əlaqədar adından ərizə verməyə və digər hərəkətlər etməyi Əsədova Zöhrə Sabir qızına və X5 xx.xx.2090-cı ilədək etibar etmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən pul vəsaiti (torpaq sahəsinin alınması üçün) Azər adlı şəxsin vasitəsilə Məmmədov Nəriman Göyüş oğluna verilmiş, lakin iddiaçı tərəfindən məhz cavabdehə və məhz 6395 manat pul verilməsini təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-932/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-932/2021
18.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver