Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-935/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2166,30 (iki min bir yüz altmış altı manat 30 qəpik) əsas borc, 108,31 (bir yüz səkkiz manat 31 qəpik) faiz borcu, 500 (beş yüz) manat xxxxi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən xxxxi şəxsdir. Cavabdeh xx.xx.2013-cü ildə Bakı şəhəri, Nəsimi rayonu, 787-ci məhəllədə tikiləcək yaşayış binasında mənzillər almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında mənzillərin alqı-satqısına dair müqavilələr bağlanmış və Bakı şəhəri, Xətai prospekti 38 ünvanındakı binada yerləşən 186 və 187 №-li mənzillər həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. 186 №-li mənzilin sahəsi 95 kv.m., 187 №-li mənzilin sahəsi isə 154 kv.mdir. Hər iki mənzilin ümumi sahəsi 249 kv.m. təşkil edir. “xxxx” Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqavilələrə əsasən İddiaçı xidmətlər o cümlədən: giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. İddiaçı xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh həmin mənzillərə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mövcud olan İddiaçı borcunu ödəməmişdir. Belə ki Cavabdeh Əli oğlunun 186 və 187 №-li mənzillər üçün İddiaçı borcu 2166,30 (iki min bir yüz altmış altı manat 30 qəpik) təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciət olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bugünədək olan İddiaçı borcunu ödəməmişdir. Dəfələrlə müxtəlif ünvanlarda yaşadığına görə Cavabdeh məktublar göndərilsə də, o müxtəlif bəhanələrlə məktubu almamış və ya orada yaşamaması barədə poçt qeydiyyatı aparılmışdır. Məcburiyyət qarşısında qalıb pretenziya ünvan 2 ünvanındakı “X1” Şirkətində iş yerində ona təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. "xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilələrdən görünür ki, Cavabdeh "xxxx” MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllə ünvanında 16 mərtəbəli yaşayış binalarının A blokunun tikintisi başa çatdıqdan sonra blokun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 154 və 95 k/m təşkil edən mənzillərin pay haqqını tam ödəməyi, MTK isə həmin mənzillərin verilməsini öhdəsinə götürmüşdür. "xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının xx xxxxx 2008-ci il tarixli iclas protokolundan görünür ki, həmin iclasda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə İddiaçı xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-İddiaçı xidmətlərinə görə mənzilin hər k/m üçün 0,30-0,50 manatın yığılması qərarə alınmışdır. xx.xx.2008-ci il tarixli “xxxx” MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi “xxxx” MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə İddiaçı xidmətlərin göstərilməsi xxxxunu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə İddiaçı xidmətlər göstərməyi, bunun müqabilində İddiaçı haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. xx.xx.2012-ci il tarixli “xxxx” MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi “xxxx” MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə İddiaçı xidmətlərin göstərilməsi xxxxunu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə İddiaçı xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icraçı İddiaçı MMC bina sakinlərinə göstərilən mənzil-İddiaçı xidmətlərinə görə mənzilin hər k/m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürür. İş materiallarından görünür ki, "xxxx” MTK ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixdə eyni məzmunlu daha bir müqavilə imzalanmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli 121 saylı məktubdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu olması barədə xəbərdarlıq edilmiş, həmin borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin məktub xx.xx.2020-ci il tarixdə Misirzadə V.A tərəfindən qəbul edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə Bakı şəhəri, Xətai prospekti 38 ünvanındakı binada yerləşən 186 və 187 №-li mənzillər üzrə 2018, 2019 və 2020-ci illər üzrə ümumilikdə 2166,30 manat borcu var. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2003-cü ildə Nəsimi rayonu, 787-ci məhəllədə tikiləcək yaşayış binasında mənzil almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə "xxxx” Mənzil Tikinti Kooperativi arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında sahəsi 154 və 95 k/m təşkil edən 186 və 187 №-li mənzillər 2004-cü ildən cavabdehin istifadəsinə verilmişdir. Həmin yaşayış binasının İddiaçı xidmətlərini həyata keçirən İddiaçı MMC Cavabdeh İddiaçı ödənişlərini vaxtlıvaxtında ödəmədiyinə istinad edərək məhkəməyə müraciət etmişdir. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil xxxxunun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil xxxxundan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn xxxxların (bundan sonra - mənzil xxxxları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra - mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış xxxxlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). AR Mənzil Məcəlləsinin 135-ci maddəsinə əsasən fiziki və xxxxi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və İddiaçı xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (135.1). Yaşayış sahəsinə və İddiaçı xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; mənzil- tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət xxxxu əmələ gəldiyi andan (135.2). Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və İddiaçı xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. İddiaçı xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.1 -ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və İddiaçı xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə İddiaçı xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş İddiaçı xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 139.1 -ci maddəsinə əsasən İddiaçı xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə hesab edir ki, mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə və İddiaçı xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıdığından iddia tələbi həmin hissədə əsaslıdır. Göründüyü kimi mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə İddiaçı xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu "Bakı şəhər icra hakimiyyəti başçısının "Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 96İ saylı sərəncamı barədə” x xxxx 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri İddiaçı xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Hazırki iş üzrə "xxxx” MTK ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, xx.xx.2012-ci il tarixli və xx.xx.2017-ci il tarixli eyni məzmunlu müqavilələrdən görünür ki, sifarişçi "xxxx” MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə İddiaçı xidmətlərin göstərilməsi xxxxunu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə İddiaçı xidmətlər göstərməyi və bunun müqabilində İddiaçı haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Cavabdehin üzvü olduğu mənzil-tikinti kooperativi bu ödənişlərin İddiaçı MMC tərəfindən yığılması qaydasını və mənzilin hər kvadratmetrinə görə 0,30-0,50 manat ödənişlərin alınmalı olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr çoxmənzilli binalarda İddiaçı xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq İddiaçı xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin həmin qərarla qərara alınmışdır ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı xxxxi mövqeləri nəzərə alınmalıdır. Məhkəmə cavabdehdən mənzilinin sahəsinə görə tələb edilən İddiaçı haqqın miqdarını da ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ (mənzilin hər kvadrat metrinə görə 30 qəpik) "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-İddiaçı xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 40 saylı Qərarının tələblərinə uyğundur. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2018-2020-ci illər üçün 2166,30 manat borc hesablanmışdır. Cavabdeh həmin borcdan heç bir ödəniş etməmişdir. Beləliklə iddiaçı sözügedən mənzillərin mülkiyyətçisi olduğu andan İddiaçı xidmətlərə görə ödənişləri həyata keçirməlidir. İddiaçı MMC də bu xidmətləri göstərən təşkilat kimi ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Həmin müqavilə cavabdeh tərəfindən imzalanmasa da, o, həmin İddiaçı xidmətlərdən yararlanmışdır. Yuxarıda qeyd edilən araşadırmalara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə əsassız varlanma haqqında normalara əsasən həll edilməlidir. Göründüyü kimi də bu mülki işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, xxxxi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. xxxxi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir xxxxi əsas olmasın. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2166,30 manat pulun tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə iddianın “faiz borcu kimi 108,31 manat məbləğində zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı xxxxi yardım xərci kimi ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu barədə ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, xxxxi yardım xərci kimi ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə xxxxi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2166,30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2166,30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı, cəmi 2195,30 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-935/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-935/2021
15.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver