Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-938/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.700 ABŞ dolları məbləğində əsas vəsaitin, 16.020 ABŞ dolları məbləğində zərərin, cəmi 19.700 ABŞ dolları məbləğində pulun və 120 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Tibb Universitetində daxili xəstəliklər kafedrasının dosenti vəzifəsində işləyən və uzun illər tanıdığı Cavabdeh ilə görüşlərinin birində söhbətləşdiyi zaman cavabdeh ona bildirmişdir ki, ATU-da istənilən məsələni müsbət həll etmək, hər hansı problemi yerindəcə çözmək gücünə malikdir və abutiryent qəbuluna da gücü çatır. Cavabdeh adı çəkilən Universitetdə məsul vəzifədə çalışması, əyninə geydiyi ağ xalat, gözəl həkimlik peşəsi və aralarında olan səmimi və həmkar münasibət onu cavabdehə inandıra bilmişdir. Digər tərəfdən isə İran İslam Respublikasının vətəndaşı olan yaxın qohumunun həm onun evində yaşaması və faktiki olaraq Azərbaycan Tibb Universitetinin hazırlıq şöbəsində təhsil alması onu bir müddət sonra Cavabdeh müraciət etməyə vadar etdi. Belə ki, evində yaşayan, İİR-nın vətəndaşı olan yaxın qohumunun təhsil aldığı ATU-nun hazırlıq şöbəsindən İ kursa qəbul etdirməkdən ötrü 2018-ci ilin yay aylarında cavabdeh Mirsgər Əsgərovun mobil telefon nömrəsinə zəng vuraraq kömək etməsini xahiş etmişdir. Cavabdeh bildirdi ki, universitetinin faktiki hazırlıq şöbəsindən İ kursa qəbul edilməkdən ötrü avqust ayının sonlarında müraciət etmək gərəkdir və başqa adamlar üçün baha qiymət nəzərdə tutulsa da aralarındakı uzun illərin səmimi münasibətinə görə ona 5000 ABŞ dollarına həll etmək olar. O, cavabdehlə danışandan sonra ATU-nun hazırlıq şöbəsində oxuyan yaxın qohumunun valideynləri ilə əlaqə saxlamış, onlar deyilən məbləğlə razılaşaraq həmin məbləği ona gətirib vermişlər. Bundan sonra o, Cavabdeh zəng vuraraq dediyi məbləğin artıq hazır olduğunu demiş və ertəsi gün, yəni 11.09.2018-ci il tarixdə cavabdeh onun yaşadığı binanın həyətinə gələrək onunla görüşmüş və 5000 ABŞ dollarını ondan alaraq çıxıb getmişdir. Ertəsi gün isə Cavabdeh ona zəng vuraraq hazırlıq şöbəsində oxuyan yaxın qohumunun ad və soyadını yazıb götürmüş, ona nigaran qalmamağı, məsələnin artıq həll olunduğunu bildirmişdir. Təbii ki, cavabdehə inanaraq gözləməyə başlamışdır. Lakin deyilən vaxtda iş düzəlməmiş, İİR-nın vətəndaşı olan yaxın qohumu hazırlıq şöbəsindən İ kursa qəbul oluna bilməmişdir. Dərhal cavabdehlə əlaqə saxlayaraq, verdiyi 5000 ABŞ dollarını geri istəməyə başlamışdır. Bu zaman Cavabdeh ona müxtəlif bəhanələr söyləmiş, onunla görüşməkdən ustalıqla yayınmağa başlamışdır. Daha sonra isə telefon zənglərinə də cavab verməmiş, mesajlarına da cavab yazmamışdır. Bundan sonra cavabdehin iş yerinə gedərək, çətinliklə də olsa cavabdehlə görüşə bilmiş və verdiyi məbləğdən bir neçə dəfəyə cəmi olaraq 1300 ABŞ dolları ala bilmiş və qalan 3700 ABŞ dollarını isə bu günə kimi ala bilməmişdir. Baxmayaraq ki, cavabdehin yaşadığı ünvana, işlədiyi xəstəxanaya getmiş, həyat yoldaşı ilə, oğlu ilə telefon vasitəsilə əlaqə saxlamış, təəssüf ki, xeyiri olmamışdır. Bundan sonra məcbur olub əvvəlcə Cavabdeh haqqında Azərbaycan Tibb Universitetinin rəhbərliyinə şikayət ərizələri ünvanlamış, Universitetin rəhbərliyi ilə görüşmüş, halal pulunu əldə edə bilmədiyini görüb hüquq-mühafizə orqanlarına müraciətlər, teleqramlar göndərmişdir. Şikayət ərizələrini əvvəlcə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. Araşdırma zamanı yazdıqları öz təsdiqini tapmış, cavabdehlə üzləşmə zamanı isə haqlı olduğu sübut olunmuşdur və nəticədə cavabdeh barəsində cinayət işi başlanılaraq Bakı Şəhər Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Bakı Şəhər Nərimanov RPİ-nin İŞ-nə dəvət olunmuş və ona 17 noyabr 2021-ci il tarixli qərar verilərək mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Təbii ki, qərarda Cavabdeh ona qalan borcu 3700 ABŞ dolları olduğu qeyd edilmişdir. Artıq Cavabdeh məhz belə dələduzluq əməllərinə görə Azərbaycan Tibb Universitetindən uzaqlaşdırılmışdır. Bütün yuxarıda qeyd olunanlardan sonra da Cavabdeh ona qalan borcunu, 3700 ABŞ dollarını qaytarmamış və qaytarmaq fikrində də deyil. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyətı üzrə məhkəməyə müraciət etmək üçün kifayət qədər hüquqi əsas vardır. Yuxarıda göstərilənlərdən əlavə olaraq cavabdeh Mirəsgər Osgərov artıq 36 aydır ki, onun 3700 ABŞ dollarını özündə saxlayıb şəxsi məqsədləri üçün istifadə edərək gəlir əldə etmiş və ona xeyli miqdarda zərər vurmuşdur. Belə ki, həmin vəsaitdən o, hər ay ən azı 370 ABŞ dolları gəlir əldə edə bilərdi. Bundan əlavə bu 36 ay ərzində yol, telefon, 200-dən çox ərizə mətnlərinin yığılması və göndərilməsi, poçt məsrəfləri və digər xərcləri 1.000 manat, dövlət rüsumu isə 120 manat olmuşdur. Beləliklə, bu günə kimi Cavabdeh tərəfindən ona əsas vəsaitdən əlavə olaraq vurduğu zərər: 3.700 ABŞ dolları = 36 ay x 370 ABŞ dolları =12.320 ABŞ dolları + 1000+120 =16.020 ABŞ dolları,1.120 manat təşkil edir. Cavabdeh tərəfindən qanunun tələbləri bu gün də kobud surətdə pozulur və həmin şəxsin ( cavabdehin ) bu qanunsuz hərəkətləri zərərin miqdarını daha da artırır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh əsas vəsait kimi 3.700 ABŞ dolları, maddi zərər kimi 16.020 ABŞ dolları, cəmi 19.700 ABŞ dolları, mənəvi zərər kimi 1000 manat məbləğində pulun və 120 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, verdiyi 5000 ABŞ dolları məbləğindən cəmi 1300 ABŞ dollarının geri qaytarıldığını bildirmiş, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclaslarında iddianı qəbul etmədiyini, iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğdə deyil, ona 3000 ABŞ dolları məbləğində pul verdiyini, o, isə eyni gündə iddiaçıya həmin pulu geri qaytardığını, hüquq mühafizə orqanlarında da eyni qaydada izahat verdiyini, buna baxmayaraq, iddiaçıya 1.700 ABŞ dolları ödəməyə hazır olduğunu bildirmişdir. Belə ki, ona da başqa şəxlərin pul borcu vardır, həmin borclar ona geri qaytarılıb maddi vəsaiti olan kimi iddiaçıya bu pulu məhkəmədən kənar qaydada ödəməyə hazırdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 «Sübutların qiymətləndirilməsi haqqında» 17.11.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Həmin qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsi tərəfindən 12 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308 və 313-cü maddələri ilə başlanılaraq istintaqı aparılmış ********* nömrəli cinayət işindən Cavabdeh 2006-2007-ci illərdə X8 qızı Aygün Bağırovanı Azərbaycan Tibb Universitetinə tələbə qismində qəbul etdirəcəyi adı ilə 55000 ABŞ dollarını, 2013-cü ildə X2 oğlu Şöhrət Məmmədovu Azərbaycan Odlar Yurdu Universitetinə qəbul etdirəcəyi adlı ilə 10000 manat pulu, X1 tanışı İran İslam Respublikası vətəndaşını Azərbaycan Tibb Universitetinə tələbə qismində qəbul etdirəcəyi adı ilə 5000 ABŞ dollarını ələ keçirməsi faktına görə həmin Məcəllənin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə ayrıca icraatda ayrılmış ********* nömrəli cinayət işi daxil olmuşdur. Həmin qərardan həmçinin görünür ki, şahid qismində dindirilmiş Cavabdeh İddiaçı münasibətdə ifadəsində göstərmişdir ki, İddiaçı ona Azərbaycan Tibb Universitetinə qəbul olan İran İslam Respublikasından olan tanışının Azərbaycan dilini təmiz bildiyi üçün birbaşa 1-ci kursa keçirilməsi ilə bağlı müraciət etmişdir. O da İddiaçı vəd verərək həmin şəxsin birbaşa birinci kursa qəbul etdirə biləcəyini söyləmiş və ondan 5000 ABŞ dolları yox, 5000 manat, yəni 2700 ABŞ dolları məbləğində Azərbaycan manatı almışdır. Aradan təxminən 2 ay keçmiş Xuraman ona həmin şəxsin Azərbaycan Respublikasında təhsil almaq istəmədiyini bildirmiş və verdiyi 2700 ABŞ dolları məbləğində pul vəsaiti tələb etmişdir. O da həmin məbləği 2020-ci ilin yanvar ayına qədər hissə-hissə olmaqla Xuramana ödəmişdir. Həmin qərardan görünür ki, istintaqın gedişində İddiaçı 5000 ABŞ dollarını vermiş İran İslam Respublikasının vətəndaşı olan şəxsin şəxsiyyətini müəyyən edib dindirilməsi və zərərçəkmiş şəxs qismində tanınması mümkün olmamışdır. Həmçinin Cavabdeh ifadəsində və üzləşdirmə zamanı İddiaçı ona 5000 ABŞ dolları deyil, 2700 ABŞ dolları məbləğində Azərbaycan manatını verdiyini və həmin məbləği də İddiaçı qaytardığını göstərmişdir. Belə olan halda həmin fakt üzrə cinayət təqibi başlanması rədd edilməklə İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah olunmalıdır. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı, tanışı İran İslam Respublikasının vətəndaşı olan şəxsin Azərbaycan Tibb Universitetinin birinci kursuna qəbul etdirilməsində ona yardım göstərilməsi məqsədilə Cavabdeh müəyyən məbləğdə pul vermişdir. Lakin cavabdeh sözügedən məbləği qəbul etsə də, İddiaçı vəd edəcəyi yardımı göstərməmiş, aldığı pulun isə ancaq bir hissəsini geri qaytarmışdır. İddiaçıya münasibətdə törədilmiş bu cür əməllərə görə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, cavabdehin digər əməllərini araşdıran Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən iddiaçıya sözügedən epizod üzrə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 21.1, 1096 və 1097-ci maddələr ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Belə ki, tərəflər arasındaki münasibətlər cavabdehin yol verdiyi hüquqazidd hərəkətlər nəticəsində iddiaçıya vurulmuş zərərdən yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 386.1-ci maddəsinə uyğun olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. İddiaçıya dəymiş zərərin məbləğini müəyyən etmək üçün məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, cavabdehə verdiyi pulun 5000 ABŞ dolları məbləğində olmasını göstərsə də məhkəmə baxışı zamanı Cavabdeh verdiyi izahata əsasən verilmiş pulun 3000 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı mübahisə predmeti olan pulun daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim edə bilməmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından alınmış pulun geri qaytarıldığını sübut etmək vəzifəsinin öhdəlik daşıyan şəxsə aid olduğunu, beləliklə də hazırki işdə də pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, cavabdehin isə iddiaçıya münasibətdə yaranmış öhdəliyi lazımi qaydada tam şəkildə icra etdiyinə dair hər hansı sübutu təqdim edə bilmədiyini nəzərə alan məhkəmə iddiaçının məhkəməyə verdiyi izahata əsaslanaraq hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş puldan cəmi 1300 ABŞ dolları məbləğində pul geri qaytarılmış, beləliklə də iddiaçıya 1700 ABŞ dolları məbləğində zərər dəymişdir. Belə olan halda məhkəmə yuxarıda qeyd edilən maddələri işin halları ilə müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, 1700 ABŞ dolları məbləğində pul Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə 12.320 ABŞ dolları məbləğində əldə çıxmış faydanın Cavabdeh tutulması ilə əlaqədar qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanan həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. İddiaçının 36 ay ərzində yol, telefon, 200-dən çox ərizə mətnlərinin yığılması və göndərilməsi, poçt məsrəfləri və çəkdiyi digər xərclərə görə 1.000 manat məbləğində pulun ödənilməsinə dair tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, həqiqətən də, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalmışdır. Lakin hazırkı tələb üzrə zərərin mövcud olması halı müəyyən edilmir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona çəkdiyi xərclər məbləğində real zərərin vurulmasını bildirsə də, bunu təsdiq edən sübutları (məxaric qəbzləri və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə iddiaçıya real olaraq zərərin dəyməsi halı müəyyən edilmədiyindən məhkəmə hazırki iddianın bu hissəsində rədd edilməsi qənaətinə gəlir. İddiaçının 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə, iddiaçının cavabdehin törətdiyi qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərəri 50 manat məbləğində qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə əsasən hazırki iddia qismən təmin edilməli, 1.700 ABŞ dolları məbləğində pul (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla), mənəvi zərər olaraq 50 manat və dövlət rüsumu kimi ödənilmiş 120 manatın 11 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 120 manat məbləğində pul ödəmişdir. İddia tələbinin 9%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərər kimi 1700 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla), mənəvi zərər kimi 50 manat və dövlət rüsumu kimi ödənilmiş 120 manatın 11 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-938/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-938/2022
04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver